Məhkəmə qərarları › İş №1(102)-1926/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1926/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1926/2023 19.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(107)-1 60/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx.xx.1989-cu il tarixdə Yevlax rayonu Aşağı Salamabad kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Yevlax rayonu Aşağı Salamabad kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2.Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) 22 fevral 2023-cü il tarixli, 1(091)-77/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsi ndə çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 14 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələlər də öz həllini tapmışdır. 3.Həmin hökmdən Məhkum apellyasiya şikayəti verərək, ona köməklik göstərilməsini xahiş etmişdir.

4. İşə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(107)-160/2023 nömrəli qərarı ilə Məhkum apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(091)-77/2023 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. X8 Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(107)-160/2023 nöm rəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir.

6. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

8. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışlarında bildirdiyi mövqeylərini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(107)-160/2023 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.

9. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41 4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(107)-160/2023 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum ərizəsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar