Məhkəmə qərarları › İş №1(102)-1927/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1927/2025

10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1927/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəl lər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, “Xəzər bağları” yaşayış massivində fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-107/2025 nömrəli 15 aprel 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-265/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər N.N.Mirzəyev (sədrlik edən və məruzəçi), E.Q.Məmmədov və N.N.Hüseynlidən ibarət məhkəmə tərkibində) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.1 v ə 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 66.5-ci maddəsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, iki günə bir hesabı ilə hesablanmaqla 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin baş lanğıcının 10 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-107/2025 nömrəli 15 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər M.Ə.Rzayev (sədrlik edən və məruzəçi), R.Ə.Ağayev və E.M.Əhmədovdan ibarət məhkəmə tərkibində) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-265/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, Məhkum Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2 023-cü il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, iki günə bir hesabı ilə hesablanmaqla 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq Məhkum qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 10 aprel 2023-cü il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı "Əli" adlı şəxslə istifadəsində olan “Samsung” markalı mobil telefon avadanlığında quraşdırılmış “WhatsApp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonra bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin 101,905 qram çəkidə, külli miqdarda narkotik vasitə heroini Bakı şəhəri, Nizami rayonu ərazisində istintaqa məlum olmayan küçədə 1 ədəd sellofan bağlamada gizlədib yerləşdirərək, daha sonra həmin bağlamanın geolokasiyasını Məhkum istifadəsində olan mobil telefonda quraşdırılmış “WhatsApp” proqram təminatına göndərmiş, Məhkum isə həmin ünvana gedərək küllü miqdarda yəni, 101,905 qram narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 10 aprel 2023-cü il tarixdə saat 21:10-da Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən 5-ci Polis Bölməsinin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki idman şalvarın sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 101,905 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum barəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması barədə gəldiyi nəticəni əsaslı hesab etməyərək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə verilmiş ittiham və hökmdən xaric etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-107/2025 nömrəli 15 aprel 2025- ci il tarixli qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmənin qərarı tamamilə qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara deyil, işin təhqiqat və istintaq mərhələsində qanunvericiliklə nəzərdə tutulmamış (döymə, işgəncə və məcburetmə) formada əldə edilmiş sübutlara və izahatlara istinad etmiş, dolayısı ilə faktiki olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Şikayət müəllifi məhkəmənin gəldiyi qənaətə və təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə istinad edərək qeyd edir ki, təqsirləndirilən şəxsin verdiyi ifadənin həqiqətə uyğun olub-olmamasını araşdırmaq üçün müdafiə tərəfindən verilmiş vəsatətlər təmin olunmuş və bir daha sübut olunmuşdur ki, təqsirləndirilən şəxsin dedikləri hamısı həqiqətə uyğun olmuşdur. Məhkəmə işə baxarkən cinayət-prosessual qanunvericiliyinin və Cinayət Məcəlləsinin tələblərini deyil, şəxsi mülahizələrini əsas götürmüşdür. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlə t ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm v ə ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınmas ı üçün heç bir qanuni əsas yoxdur. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməllər beş ildən on iki ilədə k müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011 -ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin Plenumunun 17 mart 2011 -ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrəni lməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məc musu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009- cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəm ələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflər in prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keç irilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cin ayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxsə SMS yazara q öz şəxsi istifadəsi üçün narkotik vasitəyə ehtiyacı olduğunu bildirmiş, həmin şəxs ona ünvan deyəcəyini və onun gedib həmin ünvandan narkotik vasitəni götürə biləcəyini söyləmişdir. Təxminən yarım saat sonra ona konum gəlmiş, o, taksi şirkətinin programı vasitəsi ilə konumu açmış, yaşadığı ərazidən konumda göstərilən əraziyə getmiş və orada ona foto şəkil göndərilmiş, foto şəkildə ağac və yanında qırmızı işarə təsvir olunmuşdur. Narkotik vasitəni götürdükdən sonra gəldiyi taksiyə minib Sumqayıt şəhərinə gəlmişdir. Taksi məbləği 20 manat 40 qəpik olmuş və ödənişi kart ilə ödəyəcəyini düşünmüşdür. Sumqayıta çatana yaxın “Rahat” marketə girərək siqaret və bizon almışdır. Taksidə yatmış və Sumqayıt şəhərinə girən zaman yol polisi əməkdaşları taksini saxlatmışlar. Əməkdaşlar özlərini təqdim e tmiş və daha sonra onun qapısını açıb sürüyərək yerə atmış, üzərində narkotik vasitə olduğunu söyləmişdir. Avtomobilin sürücü oturacağında oturmuş polis əməkdaşı onun yerə nə isə atdığını söyləmişdir. Möhübbət və Orxan ona fiziki təsir göstərərək malın harada olduğunu soruşmuşlar, o isə üzərində mal olmadığını bildirmişdir. Narkotik vasitə isə onun idman şalvarının sağ cibində olmuşdur. Daha sonra onu polis avtomobilinə əyləşdirmişlər, sürücü oturacağında Orxan adlı polis əməkdaşı oturmuş və onu Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. İdarəyə gələn zaman hələ də onun üzərindən narkotik vasitəni aşkar edə bilməmişlər, idarədə olan zaman yenidən narkotik vasitənin harada olduğunu soruşmuşlar, o da narkotik vasitənin onun sağ cibində olduğunu bildirmişdir. Möhübbət adlı polis əməkdaşı nar kotik vasitəni onun cibindən çıxaran zaman “Orxan, biz bunun üçün gəlmişik?” söyləmişdir. O, qardaşı ilə danışmağa icazə vermələrini xahiş etmiş, amma icazə verilməmiş, narahat olmamasını söyləmişlər. Onu idarədə bir otağa gətirmişlər, otağa girən zaman polis rəisi taksi şofiri ilə münasibətlərinin nə olduğunu və onun narkotiklə əlaqəsinin olub-olmadığını soruşmuş, o isə taksi şofirini tanımadığını, narkotiklə əlaqəsinin olmadığını bildirmişdir. Otaqdakı stolun üzərində bir qara büküm və onun üzərindən aşkar olunmuş narkotik vasitə olmuşdur. Həmin şəxs qara bükümü göstərərək onu nə etdiyini soruşmuş, o isə həmin bükümün ona məxsus olmadığını bildirmişdir. O, üzərindən çıxan narkotik vasitəni göstərən zaman Orxan, Möhübbət və Təbriz adlı polis əməkdaşları onun üzərinə gəlmişlər. Mübahisə et dikdən sonra polis əməkdaşları ona razılaşmasını və narahat olmamasını, ona köməklik edəcəklərini bildirmişlər. Daha sonra taksi şofirini çağırmışlar və taksi şofiri də onu tanımadığını bildirmişdir. Polis əməkdaşları ona təsir edərək narkotiki boynuna götürməsini, ona hər cür köməklik edəcəklərini söyləmişlər. Daha sonra polis əməkdaşları idarənin həyətində onu avtomobilə əyləşdirərək şəhərə çıxarmışlar və onun evinə 4 kq narkotik qoyacaqlarını və evindən çıxaracaqlarını söyləmişlər. Həmin vaxt onun telefonu polis əməkdaşlarının əlində olmuş və açıq vəziyyətdə olmuşdur. Şəhərdə fırlandıqdan, bir neçə yerə getdikdən sonra bulvara getməyə qərar vermişlər və bu vaxt telefonun açıq olduğunun fərqinə varmışlar və telefonu söndürmüşlər. Narkotik vasitəni aldığı şəxslə mesajlaşmaları telefonda qalmışdır. Yol boyu polis əməkdaşları ona fiziki və psixi təsir göstərmişlər. Daha sonra polis əməkdaşları ona nə deyilirsə etməsini və əvəzində ona kömək edəcəklərini söyləmişlər. O da məcbur qalaraq polis əməkdaşları ilə razılaşmışdır. Daha sonra idarəyə gəlmişlər, idarədə polis əməkdaşlarından narkotik vasitə istəmiş, polis əməkdaşları ona narkotik vasitə vermiş və o, narkotiki qəbul etmişdir. Otaqda stolun üzərindən telefonunu götürüb baxdıqdan sonra telefonu təzədən söndürmüşdür. Daha sonra onu çəkiliş otağına qaldırmışlar. Polis əməkdaşları çəkiliş otağının yanındakı ayaq yoluna girərək onların verdiyi narkotik vasitəni üzərinə qoymasını söyləmişlər. Həmçinin, çəkiliş zaman həmin narkotik vasitəni tanımadığı İran vətəndaşından əldə etdiyini söylətmişlər. Çəkiliş zamanı o, narkotik v asitəni cibindən çıxararaq tərəziyə qoymuş və həmin vaxt narkotik vasitə yerə tökülmüş və tərəzidə narkotik vasitənin 105 qram olduğunu görmüşdür. O etriaz edən zaman çəkilişi dayandırmışlar. Həmin vaxt Qoşqar adlı vəkil də orada olmuşdur. Daha sonra onu yenidən ayaq yoluna apararaq döyməyə başlamışlar. O, taqətsiz halda qalaraq yenə də polis əməkdaşları ilə razılaşmışdır. Yenidən çəkilişə başlamışlar və o, sənədlərə imza çəkmişdir. Səhəri gün müstəntiqin yanına getmiş və müstəntiq sənədlərə imza çəkdikdən sonra prokurorun yanına gedəcəklərini söyləmişdir. O, müstəntiqdən vəkilin gəlməsini tələb edən zaman müstəntiq vəkilə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə qarşısına çıxarılan zaman onun barəsində 04 ay həbs qətimkan tədbiri seçilmişdir. O, axşam 21:30 radələrində polis idarəsinə dax il olmuş, yarım saat söhbət etdikdən sonra polis əməkdaşları onu şəhərə çıxarmışlar, şəhərdə 1 saat fırlandıqdan sonra təzədən idarəyə gətirmişlər. Gecə saat 3-4 radələrində polis əməkdaşları onu müvəqqəti saxlama yerinə gətirmişlər. İstintaq zamanı o, sonradan ifadəsini dəyişmiş və hadisəni olduğu kimi danışmış, polis əməkdaşları ilə üzləşdirmə zamanı polis əməkdaşları fərqli cavablar vermişdir. Ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, 2 ildir ki, nəfəsə çəkmə yolu ilə narkotik vasitə qəbul edirmiş. Sosial şəbəkə vasitə ilə danışdığı şəxsdən təxmini 1 qram narkotik vasitə almışdır. Həmin şəxsi tanımamış, onun dediyi konuma getmişdir. Həmin şəxsə çox yalvardığı üçün narkotik vasitəni ona pulsuz vermişdir. Gün ərzində bir dəfə 0,2 qram narkotik istifadə etmişdir. Narkoti k aldığı şəxs Azərbaycan nömrəsi istifadə etmişdir. Çəkilişdən əvvəl ona təsir olunduğunu vəkil də görmüşdür. Məhkəmə qarşısına çıxarılan zaman o, hakimə bu barədə bildirməmişdir. Polis əməkdaşları onu Sumqayıtın girəcəyi tərəfdə saxlamışlar. Daha sonra həmin taksini polis əməkdaşı idarə etmiş və polis idarəsinə gəlmişlər. Onlar idarəyə polis əməkdaşlarının avtomobili ilə gəlmişlər. İstintaq zamanı taksi şofiri ilə o üzləşdirilməmişdir. Polis idarəsindən Möhübbətin avtomobili ilə o, Orxan və Möhübbət getmiş, arxalarınca isə Təbriz gəlmişdir. İbtidai istintaq zamanı təsir və təzyiqlərə məruz qalaraq ifadə verdiyi üçün həmin ifadəni təsdiq etmir. Prokurorluqda onun dediyi məsələlərlə bağlı araşdırma aparılmamışdır. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs Məhkum ifadə verə rək bildirmişdir ki, birinci instansiya məhkəməsindəki ifadəsini təsdiq edir. Özünü qismən təqsirli bilir. Narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmamışdır. O, şəxsi istifadə üçün 1,5 qram narkotik vasitə götürüb qayıtmışdır. 21:10 radələrində o polis idarəsinə daxil olmuş, lakin ittiham aktına görə 22:37 radələrində onun üzərinə baxış keçirilmişdir. Ancaq anten məlumatlarında onun həmin vaxt Heydər Əliyev prospektində olduğu görünür. Müdafiəçi ona keyfiyyətli hüquqi yardım göstərməmişdir. Müdafiəçinin 22:37 radələrində idarəyə gəlməməsi sənədlərə baxış keçirilərsə məlum olardı. Gecə saat 02:00 radələrində videoçəkiliş aparılmışdır. O, 5-ci Polis bölməsinin yanında saxlanılmışdır. Ancaq nə üzərinə baxış keçirilmiş, nə də videoçəkiliş aparılmışdır. Satış faktını heç nə süb ut etmir. İki övladı var, əsassız olaraq cəzaya məhkum edilmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, onu şəhərdə gəzdirərək bir neçə kilorqamla bağlı ittiham vermək üçün hədələmişlər. Çox təzyiqlərdən sonra etirafedici ifadə vermişdir. Anten məlumatları ilə taksi sürücüsünün onunla eyni vaxtda Polis bölməsinə girdiyi sübut olunur. Ancaq o polislər tərəfindən təsirə məruz qaldığı üçün üzləşdirmə zamanı bunu təkzib etmişdir. 21:10 radələrində tutulduğu halda 03:10 radəsində müvəqqəti saxlama yerinə keçirilmişdir. Çünki o razılaşmamaq üçün israr etmişdir. Telefonuna baxış keçirilməmişdir. Onu ittihamda müxtəlif ünvanları göstərmək üçün avtomobilin içərisində olaraq gəzdirmişlər. Yəni o müxtəlif ünvanlara narkotik vasitə satan vasitəçi kimi ittiham ediləcəkdi. Orxan Məhəbbət dən onun telefonunu söndürüb söndürməməsini soruşduqda o, “yox”- deyə cavab vermişdir. Bundan sonra o, “ay daa, nə pis oldu”- deyə bildirmişdir. Polis əməkdaşlarının da anten məlumatları onunku kimi Bulvarda qeydə alınmışdır. Narkotik vasitəni “İnstagram” sosial şəbəkəsi vasitəsilə almışdır. Əli adlı İran İslam Respublikası vətəndaşını tanımamışdır. “İnstagram” sosial şəbəkəsi vasitəsilə narkotik vasitə satışı çox rahat üsullarla aparıldığını qeyd etmişdir. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Məhkum üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən Məhkum əynində olan qara rəngli idman şalvarın sol yan cibindən bir ədəd büküm aşkar olunmuş, həmin bükümə baxış zamanı narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmiş, şəxsi axtarış zamanı həmçinin Məhkum məxsus bir ədəd Samsung markalı mobil telefon da aşkar olunaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə qərarlarında istinad edilmiş məhkəmə-kimyəvi eskpertizasının 11 aprel 2023-cü il tarixli 6/2114 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 101,905 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan məhkəmə-narkoloji eskpertizasının 11 aprel 2023-cü il tarixli 483 nömrəli və 12 iyul 2023-cü il tarixli 4368 nömrəli rəylərindən görünür ki, Məhkum opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkoma niya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 1 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum məxsus “Samsung” markalı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən hər hansı sms, şəkil və ya videogörüntü, eyni zamanda kontaktlar qovluğundan şübhəli adlar olan telefon nömrəsi aşkar edilməmişdir. İş materiallarında olan 29 iyul 2023-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 29 iyul 2023-cü il tarixdə Məhkum əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. İstintaq zamanı aparılmış bir sıra təxirə salınmaz istintaq və əməliyyat tədbirlərinə baxmayraq təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini satmış şəxsi müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan əməliyyat tapşırığından görünür ki, Məhkum əldə etdiyi narkotik vasitə olan heroinin müəyyənləşdirilməsi və digər xüsusatlarla bağlı Sumqayıt şəhər Polis İdarəsinə əməliyyat tapşırığı verilsə də, bununla bağlı hər hansı məlumat iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Məhkum ifadəsində saxlanılarkən ilkin ifadəsində üzərinə aşkar olunmuş narkotik vasitəni “Əli” adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, daha sonra həmin vasitəni aldığını şəxsin adını bilmədiyini qeyd etmişdir. Göründüyü kimi bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Aparılmış bir sıra təxirəsalınmaz istintaq və əməliyyat tədbirlərinə baxmayaraq təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və y a psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.4.3-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CMin 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddə lər ilə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin s atışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edib onu həmin maddələrlə məhkum etmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irə li sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı- ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətlənd irərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi o lmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Müdafiə tərəfi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, lakin bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 aprel 2023-cü il tarixli 483 nömrəli rəyindən görünür ki, Məhkum bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respubli kası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-107/2025 nömrəli 15 aprel 2025ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsass ız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-107/2025 nömrəli 15 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar