Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1928/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2024-c ü il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Faiq Mahmudov və Roman Ələkbərli) 18 oktyabr 2022-ci il tarixli, 1(100)190/2022 nömrəli hökmü ilə xx xxxx 1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən ona Gənc ə şəhəri Nizami Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzanın ödənilməmiş qalan 2500 (iki min beş yüz) manat məbləğində hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilmiş və onun üzərində 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzası və 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılmış, onun şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə növündə cəza və 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzaçəkm ə müddətinin əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,833 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində və yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ına daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, həmin gün saat 20 radələrində məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi təmiz çəkisi 5,833 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 5,562 qramı hissəsini bölərək yaşadığı evdə saxlayıb, 0,271 qram hissəsini isə əynində olan göy rəngli cins şalvarın ön sol yan cibinə qoyub Gəncə şəhəri, Nizami rayonu, Qaçaq Nəbi küçəsində yerləşən kilsənin yaxınlığında daşıyarkən saxlanılıb Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Nizami RPİ-yə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,271 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq 14 iyul 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman evin mətbəxindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,562 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,187 qram və 0,235 qram, ümumi təmiz çəkisi 0,422 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 03 sentyabr 2021-ci il tarixdə saat 23.50də Gəncə şəhər Nizami RPB-nin əməkdaşları tərəfindən bölməyə gətirilərək 04 sentyabr 2021-ci il tarixdə üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan göy rəngli cins şalvarının ön sol yan cibindən 02 ədəd şəffaf rəngli polietilen kəsiyi büküml ərində ayrıayrılıqda təmiz çəkiləri 0,187 qram və 0,235 qram, ümumi təmiz çəkisi 0,422 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi hakim), Rafiq Cəfərov və Hüseynov Salman) 10 yanvar 2023-cü il tarixli 1(104)-103/2023 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (Şahin Yusifov (sədrlik edən və məruzəçi), Ələsgər Novruzov və Rəşad Abdulov) kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 10 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əlizamin Abdullayev (sədrlik edən və məruzəçi), Aygül İsgəndərova və İslam Həsənov) 19 aprel 2024-cü il tarixli 1(104)-50/2024 nömrəli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 1(100)-190/2022 nömrəli hökmü apellyasiya protestinə münasibətində ləğv edilmiş, Məhkum CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Məhkum Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(044)-09/2019 saylı hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzasının ödənilməmiş qalan 2500 (iki min beş yüz) manat məbləğində hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmiş, Məhkum 14 iyul 2021-ci il tarixdən 16 iyul 2021-ci il tarixədək, 4 sentyabr 2021-ci il tarixdən 5 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 gün müddət ona təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində 5 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası və 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılmış, CM-in 68.2-ci maddəsinə əsasən cərimə növün də cəza müstəqil icra olunması, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 01 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2024-cü il tarixli 1(104)-50/2024 nömrəli hökmü ləğv edilərək Məhkum əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 1(102)-1299/2023 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 yanvar 2023cü il tarixli qərarı ləğv edilərkən apelly asiya məhkəməsi qarşısında bir neçə göstəriş qoyulmuşdu ki, apellyasiya məhkəməsi bunlara əməl etməmişdir. Belə ki, Ali Məhkəmə öz qərarında qeyd edir ki, istər Məhkum elan olunmuş ittihama, istərsə də məhkum barəsindəki yekun məhkəmə aktlarına görə, sonuncunun üzərindən və yaşadığı evdən götürülmüş narkotik vasitənin ümumi təmiz çəkisi birinci dəfə 5,562 qram olmaqla şəxsi istehlak miqdarından təxminən 37 dəfə, külli miqdarın aşağı həddindən isə təxminən 3 dəfə çox olmuş, həm bu vasitə, həm də onun üzərində sonradan aşkar edilərək götürülmüş heroinin şəxsi istehlakı miqdarından çox olmuş 0,422 qram çəkidə narkotik vasitə çəkilib bükümlərə ayrılaraq bölünmüş, dövriyyəsi qadağan edilmiş bu narkotik vasitələr məhkum tərəfindən həm üzərində, həm də yaşadığı evində saxlanılmışdır. Məhkəmələr i sə həm bu xüsusatlara, həm də iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrin, habelə ilkin və ibtidai araşdırma zamanı əldə edilmiş məlumatlara diqqət yetirməmişlər. Belə ki, ibtidai araşdırma zamanı narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına 29 dekabr 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Məhkum Z oğlunun 14 iyul 2021-ci il tarixdə üzərindən və yaşadığı evdən, 03 sentyabr 2021-ci il tarixdə isə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsi, narkotik vasitə satdığı şəxslərin dairəsi müəyyən olunmamış, onun narkotik istifadəçisi olması, müştəri narkotik vasitələrin sat ışı ilə məşğul olması barədə əməliyyat məlumatları vardır. Yuxarıda adları göstərilən polis əməkdaşlarının ifadələrindən görünür ki, onlar da hər birisi ayrı-ayrılıqda verdikləri ifadələrində Məhkum narkotik vasitələrin təkcə istifadəsi ilə deyil, həmçinin satışı ilə də məşğul olması barədə əməliyyat məlumatının olmasını bildirmişlər. Göründüyü kimi əməliyyat tapşırığına verilmiş cavab məktubunda Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni konkret olaraq haradan və kimdən almasını, hansı şəxslərə satmasını müəyyən etmək mümkün olmadığı qeyd olunduğu halda, məhkəmələr yanlış qiymətləndirmə aparıb təkcə həmin hala istinad edərək sonuncudan aşkar edilmiş narkotik vasitənin satış məqsədilə əldə edilməsinə dəlalət edən hər hansı sübutun olmaması, məhkumun həmin narkotik vasitəni satacağı şə xsin, yəni istehlakçının müəyyən edilməməsi dəyərləndirməklə onun əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsini məqsədə müvafiq hesab etmişlər. Hərçənd, qeyd edilməlidir ki, Məhkum qarşı narkotik vasitəni satmasına görə deyil, həmin vasitəni satış məqsədilə əldə edib evində saxlamasına və üzərində daşıma görə ittiham irəli sürülmüşdür. Lakin apellyasiya məhkəməsi əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına 29 dekabr 2021-ci il tarixli məktubunda gəstərələnləri araşdırmamış, həmin məlumatları verən şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 təkrar bu xüsustlarla bağlı dindirməmiş, ümumiyyətlə bu istiqamətdə hər-hansı bir araşdırma aparmamışdır. Bundan başqa Ali Məhkəmənin digər bir göstərişi ondan ibarət ol muşdu ki, şahid qismində dindirilmiş Məhkum arvadı X2 göstərmişdir ki, onun əri 2021-ci ilin iyul ayının əvvəllərində yaşadıqları evin həyətində tanımadığı şəxslərə 10-20 manat məbləği müqabilində narkotik vasitə olan heroin satmışdır. O, Məhkum bu barədə öz iradlarını bildirsə də, sonuncu öz çirkin əməllərindən əl çəkmirdi. Şahid qeyd etmişdir ki, Anar özü də 2007-ci ildən narkotik vasitə olan heroindən istifadə edir və bu səbəbdən onların münasibətlərində soyuqluq yaranmışdır. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr digər sübutlarla birgə bu ifadələri təhlil etməmiş, həmin ifadələrlə bağlı Məhkum dindirməmişlər. Lakin Apellyasiya Məhkəməsi bu səpkidə də, (baxmayaraq ki, məhkəmə həmin şahidi dindirilməsi barədə qərar qəbul etmişdir) heç bir araşdırma aparmamışdı. Eyni zaman da işdə olan SMS-lərlə də bağlı heç bir araşdırma aparılmamışdır. Ümumiyyətlə apellyasiya məhkəməsi 1 (bir) ilə yaxın istintaq aparsa da bu müddət ərzində yalnız təqsirləndirilən şəxsi dindirmişdir. İşdə olan sübutlarla təqsirləndirilən şəxsin narkotik vasitələrin satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Əksinə narkotik vasitəni satacağı şəxsin, yəni istehlakçının müəyyən edilməməsi, təqsirləndirilən şəxsin bununla bağlı hər hansı razılaşmanın olmaması, həmin narkotik vasitə çəkilərək xırda bağlamalara bükülməməsi, onun üzərindən həmin vasitələrin satışında istifadə edilən digər predmetlərin (məs. tərəzi və s.) aşkar edilməməsi, uzun müddət narkotik istifadəçisi olması, narkomaniya xəstəliyindən əzab çəkməsi və digər bu kimi hallar onun tərəfindən həmin narkotik vasitənin satış məq sədi olmadan, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamasını təsdiq etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olara q hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi işin halları tam araşdırmamış, məhkumun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. O, uzun müddət narkotik vasitə olan heroini iynə vurma yolu ilə qəbul etmişdir. Lakin onun üzərində olan narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Narkotik vasitə istifadəçisi olduğuna görə özünü yalnız 234.1-ci maddəsi ilə təqsirli bilmiş dir. Ona görə də müdafiəçinin fikrincə məhkumun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrindən görünür ki, həmin maddələr ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə təkrar olaraq törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi”, “təkrarl ıq” və “külli miqdar” CM-in 234.4.2 və 234.4.3-cü maddələrinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olu nmuş sübutları, yəni Məhkum özünün qismən etiraf edici ifadələri ilə yanaşı, şahidlərin ifadələrini, məhkəmə-kimyəvi ekspertizalarının rəylərini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmas ı müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan apellyasiya məhkəməsi tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, o cümlədən Məhkum birinci epizod üzrə üzərində 0,271 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin, evindən isə külli miqdarda 5,562 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin, həmçinin ikinci epizod üzrə 02 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,187 qram və 0,235 qram, ümumi təmiz çəkisi 0,422 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasit ə olan heroinin aşkar edilməsini, məhkumun istifadəsində olan mobil telefonunda onun narkotik vasitələrin satışına dəlalət edən SMS mətnlərin olmasını həmin narkotik vasitələrin onun tərəfindən satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişlər ki, Məhkum təkrarən üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitələrin məhz satış məqsədi ilə əl də etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sü butlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin Məhkum əməlinin tövsifinə dair gəldiyi nəticə sübutların məcmusuna və iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir, apellyasiya məhkəməsinin məhkumun əməllərinin tövsifinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müd afiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1928/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1928/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver