Məhkəmə qərarları › İş №1(102)-1929/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1929/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1929/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmi ş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəhmin Hümbətov (sədrlik edən və məruzəçi), Hafiz Əliyev və Aynur Rzayeva) 09 fevral 2023-cü il tarixli, 1(124)-26/2023 nömrəli hökmü ilə xx xxxxx xxxx-cı ildə xxxx rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, xxxx rayonu, xxxx qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında faktiki yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görə bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə X7 təqsi rləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 05 (beş) ədəd bükümdə ümumilikdə 2,137 qram çəkidə öz aralarında xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq narkotik vasitə heroinin 02 (iki) ədəd bükümünü üzərində, 03 (üç) ədəd bükümünü isə yaşadığı ünvanda saxlamış, 12 oktyabr 2021-ci il tarixdə saat 18:55-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən 6 nömrəli orta məktəbin yaxınlığında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarı n sağ yan cibindən 02 (iki) ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,800 qram və 0,338 qram, ümumi təmiz çəkiləri 1,138 qram olan açıq qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 20:58-də Vaqif Şəfiyevin yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən bir otaqlı fərdi yaşayış evindəki kiçik ölçülü taxta materialından hazırlanmış stulun altından 03 (üç) ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,285 qram, 0,329 qram, 0,385 qram, ümumi təmiz çəkiləri 0,999 qram olan açıq qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd üzərində narkotik vasitə olan heroinin izləri olan elekt ron tərəzi aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmmədəli Rzayev və Elman Rəhimov) 17 may 2023-cü il tarixli 1(105)-239/2023 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamışdır. Dövlət ittihamçısı Səyavuş Sadıqov kassasiya protesti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Səyavuş Sadıqov kassasiya protestini onunla əs aslandırmışdır ki, məhkəmələr tərəfindən X5 Azərbaycan Respublikası CM-in 234.4.3-cil maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilməsi əsassız və qanunsuzdur. Belə ki, ibtidai istintaq orqanı tərəfindən X7 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 5 (beş) ədəd bükümdə ümumilikdə 2,137 qram çəkidə öz aralarında xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq narkotik vasitə heroinin 2 (iki) ədəd bükümünü üzərində, 3 (üç) ədəd bükümünü isə yaşadığı ünvanda saxlamış, həmçinin yaşadığı ünvanına baxış keçirilərkən 1 (bir) ədəd üzərində narkotik vasitə olan heroinin izləri olan elektron tərəzi aşkar edilmişdir. Kassator hesab edir ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Vaqif Şəfiyevə CM-in 234.4.3-cü maddəsi ilə əsassız verilmiş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası yekun qərarda əsassız olaraq, mövcud sübutları obyektiv və işin faktiki hallarına uyğun təhlil etməyərək, işin faktiki hallarını nəzərə almayıb ''Şəxsi axtarışın keçirilməsi barədə" və "Baxış keçirilməsi barədə" 12 oktyabr 2021-cİ il tarixli protokollarda göstərilən vaxt ilə real vaxt arasında uyğunsuzluğun olması, eləcə də axtarışın aparılması qaydasının kobud şəkildə pozulmasını qabardaraq "Şəxsi axtarış və götürm ə aparılması haqqında" və "Baxış keçirilməsi haqqında” 12 oktyabr 2021-ci il tarixli protokolları qeyri mötəbər, hüquqi qüvvəsi olmayan sübut hesab etməklə obyektiv gerçəklikdən uzaq yanlış mövqe nümayiş etdirməklə səhvə yol vermişdir. İş materiallarına əsasən müəyyən edilir ki, narkotik vasitələr həm təqsirləndirilən şəxsin üzərinə, həmçinin yaşadığı evə baxış aparılarkən aşkar edilmişdir. “Şəxsi axtarışın keçirilməsi barədə” 12 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkətini zamanı saat 19:55-dən 20:02-dək videoçəkiliş aparılmışdır. Protokola əsasən Vüqar Şəfiyev əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd qara rəngli siqaret kağızına bükülmüş maddə təqdim edərək kakos olduğunu və şəxsi istifadəsi üçün 10 manata aldığını demişdir. Məhkəm ə kollegiyası yekun qərarda təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı özünü müdafiə xarakterli ifadəsində göstərdiyi xüsusatlara “tutularkən narkotik sərxoşluğu vəziyyətində olmuş, bu səbəbdən də polislər dediyini etmişdir. Polislərin sözü ilə video çəkiliş zamanı demişdir ki, guya 20 Yanvardan narkotik vasitəni alıb 5 hissəyə bölmüş, 2 bükümünü üzərində saxlamış, 3 bükümü isə yaşadığı evində saxlamışdır. Əslində isə nə üstündə, nədə ki, evdə narkotik vasitə olmamışdır” tənqidi yanaşmamış, məhkəmə istintaq zamanı ifadəsində göstərilən xüsusatlarla ibtidai istintaq zamanı ifadəsində göstərilən xüsusatlar arasında olan ziddiyyətləri araşdırmadan həmin ifadədə göstərilən dəlilləri rədd etməsinin motivlərini əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 245.3-cü maddəsinə əsasən, müst əntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Cinayət prosessual qanunvericilikdə videoçəkilişin tam olmasını müəyyən edən nə imperativ nə də ki dispositiv, o cümlədən videoçəkilişin hissələrdən ibarət olmasını qadağan edən hər hansı norma mövcud deyildir. Belə olan halda isə məhkəmə kollegiyasının videoçəkilişdən istifadə qanunvericiliyin tələblərinə uyğun olmaması ilə bağlı iddia özü qanunvericiliyin tələbinə ziddir. Nəhayət, şəxsi axtarış və götürmə, eləcə də baxış prosessual hərəkətlərin aparıldığı müddətdə yol verilmiş texniki qüsurlar bütövlükdə qeyd edilən prosessual hərəkətlərin aparılmasını istisna etmir. Ona görə ki, qeyd edilən prosessual hərəkətləri videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilməklə icra edilmiş, ibtidai istintaq və məhkəmə baxışı zamanı qeyd edilən prosessual hərəkətlərin başqa tarixdə, günün başqa vaxtında icra edilməsi ilə bağlı hər hansı sübut tədqiq edilməmişdir. Yekun qərarda bəraətin digər dəlili kimi axtarış istintaq hərəkətini aparan təhqiqatçı və əməliyyat müvəkkilləri bu istintaq hərəkətinin aparılması qaydalarını kobud şəkildə pozaraq aparılması göstərilmişdir ki, qeyd edilən arqument də kifayət qədər əsaslandırılmamış, nəyə görə məhkəmənin belə qənaətə gəlməsi müəyyən edilmir. Ona görə ki, axtarış və baxışın aparılması qaydası həmin istintaq hərəkətini aparan prosessual subyektin səlahiyyəti olmaqla, h əmin istintaq hərəkətinin aparılması prosedura da qeyd edilən prosessual subyekt tərəfindən müəyyən edilmişdir. Axtarış-götürmə istintaq hərəkətinin fiksə edildiyi diskə baxış aparılarkən müəyyən edilmişdir ki, V.Şəfiyevin üzərində axtarış keçirilən zaman onun üzərindən 2 ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. Daha sonra. Vaqif Şəfiyev yaşadığı evdə də narkotik vasitə olduğunu bildirdiyi üçün yaşadığı evə də baxış keçirilmişdir. Aldığı məlumata görə anası ilə qardaşı Vaqifi evdən çıxarmışlar və o, anasıgilin evinə yaxın yarım tikili bağ evində qalmışdır. Qeyd edilən ünvana gedərək Vaqifin iştirakı ilə qapını açmışlar və evə girmişlər. Vaqif Şəfiyev özü evi göstərmişdir. Şəxsi axtarış zamanı aşkar edilən narkotik vasitə heroinin qalan hissəsi, yəni 3 büküm heroin də evdə aşkar edilə rək götürülmüşdür. Qeyd edilən istintaq hərəkəti CPM-in 243-245-ci maddəsinin tələblərinə riayət edilməklə aparılmışdır. Lakin məhkəmə kollegiyası əməliyyat-istintaq orqanının axtarış-götürmənin aparılmasına dair taktiki-texniki yanaşmasına müdaxilə edib həmin istintaq hərəkətini mübahisələndirməyə çalışmışdır. Hazırki cinayət işi üzrə müəyyən edilir ki, Vaqif Şəfiyevin yaşadığı evdə axtarış və götürmə hərəkəti özünün və müdafiəçisinin iştirakı ilə həyata keçirilmişdir. Halbuki, yuxarıda şərh edildiyi kimi Vaqif Şəfiyevin üzərinə və yaşadığı evdə keçirilmiş axtarış-götürmə istintaq hərəkəti qanunun tələblərinə riayət edilməklə icra edilmiş, Vaqif Şəfiyevin yaşadığı evdə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını bildirməklə öz iradəsini ifadə etməklə sərbəst olmuşdur. Qeyd edil ən hallar təqsirləndirilən şəxsin tutulandan dindirilmələrə kimi müdafiə hüququnun təmin edildiyini, öz müdafiəsini qurmaq üçün ona bütün imkanların yaradıldığını, ibtidai istintaq zamanı ona qarşı hər hansı fiziki və psixi zorakılıq tətbiq edilmədiyini təsdiq edir. Vaqif Şəfiyev ibtidai istintaq zamanı ifadələrində yaşadığı evdə üzərinə baxış aparılarkən üzərində aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını bildirsə də, məhkəmə baxışı zamanı qeyd edilən halı da təkzib etməklə cinayət məsuliyyətindən və layiqli cəza almaqdan yayınmağa cəhd etmişdir. X4 üzərinə şəxsi axtarışın keçirilməsi və evinə baxış keçirilməsi zamanı aşkar edilmiş heroinin ona məxsus olması aşağıdakı sadalanan digər sübutlarla da təsdiq edilmişdir. Şahidlər Sumqayıt ŞPİ-nin Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1, Sumqayıt ŞPİ-nin baş əməliyyat müvəkkili Şahid3, Sumqayıt ŞPİ-nin 2-ci PB-in əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqı zamanı dindirilərkən ifadələrində X4 üzərinə və yaşadığı evə baxış aparılarkən narkotik vasitənin aşkar edilmə faktını təsdiq etməklə ibtidai istintaq zamanı verdikləri ifadələrə uyğun xüsusatlar göstərmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Səidi Fransaya» qarşı işi üzrə xx.xx.1993-cü il tarixli qərarında məhkəmə izah edir ki, sübutların mümkünlüyü daxili qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə ibtidai araşdırma mərhələsində əldə edilən milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də məhkəmə baxışında sübut kimi istifadə oluna bilər. Lakin məhkəmə kollegiyası təqs irləndirilən şəxsin təqsirini inkar etmək üçün yekun qərarda “polis əməkdaşları eyni Polis Şöbəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduqları üçün, istintaq hərəkətləri barəsində onların verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz” müddəasını, eləcə də hökmdə “polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir" qeyd etməklə qanunsuz mövqe nümayiş etdirmişdir. Yuxarıda şərh edilən sübutların fonunda, yəni hər hansı qanun pozuntusuna yol vermədən videoçəkiliş aparılmaqla üzərinə və yaşadığı evə baxış aparılarkən narkotik vasitə lərin aşkar edilməsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı yuxarıda şərh edilən iş materiallarında olan və məhkəmədə tədqiq edilən sübutlarla təsdiq edilmiş olsa da, məhkəmə qeyd edilən sübutları nəzərə almadan, nəzərə almamasının motivlərini yekun qərarda əsasladırmadan təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə verilmiş bəraət hökmünü əsassız olaraq qüvvədə saxlamışdır. Hazirki iş üzrə məhkəmə kollegiyası qərar qəbul edərkən iş materiallarında olan mövcud sübutları əsassız olaraq subyektiv mülahizələrinə əsasən sübutlar siyahısından çıxartmış, işin faktiki hallarını nəzərə almadan, sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Vaqif Şəfiyevin təqsirini sübut edəcək sübutların mötəbərliyini şübhə altına alacaq heç bir hal müəyyən edilməmişdir. Lakin, buna baxmayaraq hər iki məhkəmə instansiyası sübutlara öz şəxsi subyektiv yanaşmasını ortaya qoyaraq sübutların mötəbər olmadığını vurğulamışdır ki, bu hal işə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılarkən müəyyən edilməmişdir. Hazırkı cinayət işi üzrə Vaqif Şəfiyevə CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, maddi sübutları və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə kollegiyası qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qi ymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıyan ziddiyyətli və hadisənin obyektiv səhnəsinə uyğun olmayan mövqeyinə əsaslanmışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyin tələblərinə əsasən cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq X5 CM-in 234.4.3-cü maddəsi ilə verilmiş əsassız bəraət hökmünü qüvvədə saxlanmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasi ya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X4 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmuş, lakin birinci instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona əsassız olaraq bəraət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin hökm qanunsuz olaraq qüvvədə saxlanmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən ci nayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı X5 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittihamı elan etmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. İstintaq orqanı X4 elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün istintaqın ilkin mərhələsində verdiyi, şəxsi axtarışda və baxışda iştirak etmiş polis əməkdaşları Şahid1, V.Məmmədov, Ə.Hacılı və Şahid4 ifadələrini, üzərində şəxsi axtarış keçirilməsi, məhkumun yaşayış evinə baxış keçirilməsi h aqqında 12 oktyabr 2021-ci il tarixli protokolları, telefon məlumatlarından çıxarışı, məhkəmə-kimyəvi ekspertizasının rəyini təqdim etmişdir. Həmin sübutlardan görünür ki, X4 narkotik vasitənin hər hansı bir konkret şəxsdən alması və ya həmin narkotik vasitənin hər hansı bir konkret şəxsə satması halları müəyyən edilməmişdir. X5 qarşı irəli sürülmüş ittiham yalnız maddi sübuta, yəni onun üzərində və yaşadığı yerdə narkotik vasitənin aşkar edilməsi faktına əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmə k üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, X4 təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı sübutların əldə edilməsi zamanı səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya prote stinə əsasən işə baxarkən sübutları təkrarən araşdırıb və belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Kassasiya protestində isə qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, X5 elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən m əhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərl ər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta y etirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İşdən göründüyü kimi birinci instansiyası məhkəməsi X5 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri düzgün nəticəyə gəlmişlər. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X7 göstərmişdir ki, o narkotik vasitələri qəbul edir. Lakin polis tərəfindən saxlan ılan zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Şəxsi axtarış və onun yaşadığı yerdə baxış zamanı aşkar edilərək götürülmüş narkotik vasitələr polis əməkdaşları tərəfindən qoyulmuş və polis əməkdaşlarının təzyiqi altında həmin narkotik vasitələrin ona məxsus olması demişdir. Belə ki, yaşayış yerə videoçəkilişlə baxış keçirilənədək ora polis əməkdaşları daxil olmuş və narkotik vasitələri yerləşdirmişlər. Məhkəmələr hazırki iş üzrə ittihamın əsasını təşkil edən X4 üzərində şəxsi axtarış keçirilməsi, məhkumun yaşayış evinə baxış keçirilməsi haqqında 12 oktyabr 2021-ci il tarixli protokolları qiymətləndirərək əsaslı olaraq nəticəyə gəlmişlər ki, həmin sübutların mötəbərliyi şübhə doğurur. Birinci instansiyası məhkəməsində “Baxış keçirilməsi barədə” 12 oktyabr 2021-ci il tarixli protokolu tədqiq edərək müəyyən edilmişdir ki, həmin istintaq hərəkətinin aparılması barədə videogörüntüyə müdaxilə edərək montaj edilmiş, baxış keçirilməsindən əvvəl Vaqif Şəfiyevin yaşadığı yerdə polis əməkdaşlarının olmasını, Vaqif Şəfiyevin yaşadığı yerdə heç nəyin olmadığını, narkotik vasitənin tapılması zaman həmin narkotik vasitənin ona məxsus olmamasını dediyini əks etdirən kadrlar videogörüntüdən kəsilmişdir. Videogörüntünün montajı açıq-aydın görünmüş və onun aşkar edilməsi üçün hər hansı bir xüsusi bilik tələb edilməmişdir. Bundan başqa, evə baxış zamanı aşkar olunmuş narkotik vasitə olması iddia olunan 3 ədəd büküm və bir ədəd elektron tərəzi tərəflərin iştirakı ilə prosessual qaydada qablaşdırılmadan videoçəkiliş dayandırılmaqla Azərbaycan Respublikası CinayətProsessual Məcəll əsinin 245.8-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd olunan maddənin tələblərinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 128.3.1-ci maddəsinə əsasən əşyanın maddi sübut əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli s urətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun. Bununla yanaşı müəyyən edilmişdir ki, “Şəxsi axtarışın keçirilməsi barədə” 12 oktyabr 2021-ci il tarixli protokolda da videoçəkilişin başlanıldığı vaxt kimi saat 19:55 göstərilsə də, məhkəmədə videofaylların baxılmasında istifadə olunan xüsusi proqramda, eyni zamanda video fayla aid dəyişməz məlumatları özündə əks etdirən “mediainfo” bölümündə həmin videogörüntünün videoçəkiliş aparılan cihaza yazıldığı vaxt kimi saat 16:02 göstərilmişdir. Azərbaycan Respublikası CPM-in 236.4 və 245.3-cü maddələrindən görünür ki, baxış, axtarış və götürmə zamanı 2 hal-şahidi iştirak etmədikdə videoçəkilişin aparılması zəruridir. Həmin Məcəllənin 94.1-ci maddəsinin tələblərinə görə hal-şahidinin iştirakı istintaq hərəkətləri zamanı aşkar olunan faktları n, onların məzmununun, gedişinin və nəticələrin təsdiq olunması üçün zəruridir. Göründüyü kimi qanunverici hal-şahidlərinin iştirakları olmadan aparılan istintaq hərəkərlərində videoçəkilişin məcburiyyətini müəyyən edən normanı qəbul edərkən istintaq hərəkətləri zamanı aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrin məhz videogörüntünün vasitəsi ilə təsdiq olunmasını müəyyən etmişdir. Ona görə də istintaq hərəkətlərinin gedişi və nəticələrinin proses iştirtakçıları tərəfindən mübahisələndirilməsi və ya onlarla əlaqədar hər hansı bir digər şübhə yaratdığı halda həmin istintaq hərəkətlərinin həqiqiliyi onun keçirilməsi barədə videogörüntü ilə müəyyən olunur və həmin istintaq hərəkəti barədə müvafiq protokolun mötəbərliyinə qiymət verilir. Birinci instansiya məhkəməsində ittihamın əsasını təşkil edən baxış, axtarış və götürmə haqqında 12 oktyabr 2021-ci il tarixli protokollarının və onların videogörüntülərinin tədqiqi zamanı müəyyən edilmiş pozuntular həmin istintaq hərəkətlərinin mötəbərliyinə şübhə doğurur və cinayət qanunvericiliyinin tələblərinə görə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda Vaqif Şəfiyevin məhkəmə istintaqı zamanı verdiyi ifadələrin montaj olunmamış video-görüntüdə olan faktlarla uzlaşması onun məhkəmə istintaqı zamanı verdiyi ifadədə göstərilən xüsusatları təsdiqləyir. Birinci instansiya məhkəməsi həmçinin düzgün olaraq qeyd etmişdir ki, həm yarım tikili evdə aşkar olunması iddia olunan 3 bükümdə narkotik vasitə heroin, həm də Vaqif Şəfiyevin üzərindən aşkar olunması iddia olunan 2 bükümdə narkot ik vasitə heroin məhkəmə kimyəvi ekspertizasının rəyinə əsasən eyni təkiblidirlər. Bundan başqa, hər bükümdə olan heroin eyni qara rəngli kağızlara bükülmüşdür. Bu isə əsaslı şübhələr yaradır ki, hər iki halda narkotik vasitə Vaqif Şəfiyevin üzərinə və evinə qoyulmaqla həqiqətən ona məxsus olmamışdır. Belə ki, iş materiallarından görünür ki, Vaqif Şəfiyevin tutulduğu yerdə üzərində videoçəkilişlə axtarış aparılmamış, o, bölməyə gətirildikdən sonra və bir müddət polislərin sərəncamında olduqdan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmələr iş üzrə sübutları və işin hallarını təhlil edib əsaslı olaraq nəticəyə gəlmişdir ki, Vaqif Şəfiyevin narkotik vasitənin və tərəzin polis əməkdaşları tərəfindən qoyulması barədə ifadələrdə göstərilən xüsusatların montaj olunmamış videogörüntülərdə olan faktlarla uzlaşması, habelə maddi sübutların aşkar edilməsi və götürülməsi barədə istintaq hərəkətlərini əks etdirən videogörüntülərin montaj edilməsi polis işçilərin ona qarşı qərəzli mövqedən çıxış etməsini göstərir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs Vaqif Şəfiyevə qarşı istifadə olunan sübutların - video çəkilişin onun ziyanına montaj edilməsi kobud qanun pozuntusu olmaqla ən azından təhqiqatçının işdə maraqlı olması və təqsirləndirilən şəxsə qarşı qərəzli olmasını təsdiq edir. Bu öz növbəsində Vaqif Şəfiyevin üzərində axtarış aparılarkən evə qoyulmuş narkotik vasitə ilə eyni tərkibli və eyni bükümlü olan narkotik vasitənin də onun üzərinə qoyula bilməsi ilə bağlı əsaslı şübhələr yaradır, bu şübhələr də təqsirsizlik prezumpsiyas ına müvafiq olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Ona görə də məhkəmələr tərəfindən polis əməkdaşlarının Vaqif Şəfiyavin üzərində və onun yaşayış yerində narkotik vasitənin aşkar edilməsi barədə ifadələri də mötəbər sübut kimi qiymətləndirməmişdir. Yuxarıda qeyd olunan bütün halları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, “Şəxsi axtarışın keçirilməsi barədə” və “Baxış keçirilməsi barədə” 12 oktyabr 2021-ci il tarixli həmin protokolların şübhə altına aldığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən digər sübutların mümkün və mötəbər olmadığı səbəbindən sübut kimi qəbul oluna bilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bundan başqa, təqsirləndirilən şəxs Vaqif Şəfiyevin ibtidai istintaq zamanı verdiyi ifadələrdən g örünür ki, o, həm yarım tikili evdə, həm də üzərində aşkar olunması iddia olunan ümumilikdə 5 bükümdə olan narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Lakin məhkəmə istintaqı zamanı bu ifadələri təzyiq altında verməsini, nə üzərində, nə də ki, yarım tikili evdə narkotik vasitə heroinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işin hallarını, xüsusilə də iş üzrə sübutun videomontaj edilməklə dəyişdirilməsini, Vaqif Şəfiyevin video çəkilişdə olmayan halları da ifadəsində etiraf etməsini əsas götürərək hesab edir ki, Vaqif Şəfiyevin şübhəli və ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi 14 oktyabr 2021-ci il tarixli ifadələrin aldatma və təzyiq nəticəsində alına bilməsinə əsaslı ehtimallar mövcuddur. Bu da öz növbəsində ittiham tərəfinin həmi n sübutlarının da Cinayət-Prosessual Məcəlləsinin 125.2ci maddəsinə əsasən mümkünlüyünü şübhə altına alır. Məhkəmə kollegiyası Vaqif Şəfiyevin ibtidai istintaqın ilkin mərhələsində özünə qarşı verdiyi etirafedici ifadələrinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Ekspertiza rəyi ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitələrin təqsirləndirilən şəxsə məxsus olması ilə bağlı şübhələrin olduğu təqdirdə, həmin rəy narkotik vasitənin növünü, tərkibini və miqdarını müəyyən etsə də, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmas ını təsdiq edə bilməz. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanının X6 CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən əsaslandığı sübutlardan biri də telefon danışıqlarına dair məlumatlardır. Lakin həmin məlumatlarda X4 onda aşkar edilmiş narkotik vasitənin hər hansı şəxsə satmaq istəməsini təsdiq edən mesajlar yoxdur. X7 tərəfindən hər hansı şəxsə həmin narkotik vasitənin satılması ilə bağlı hər hansı mesajın yazılması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası işin hallarını və qanunun yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, X5 qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən şəxsi axtarış keçirilməsi barədə və yaşayış e vinə baxış keçirilməsi barədə protokolları, şahidlər Şahid1, V.Məmmədov, Ə.Hacılı və Şahid4 ifadələri şübhə doğurur və mötəbər sübutlar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə və Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdı r. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X4 təqsirinin süb uta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X7 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxla mış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X7 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar