Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1929/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlunun və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barə də cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 aprel tarixli 1(103)-394/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər A.Məcidov (sədrlik edən), Z.Ağayev və S.Hüseynovdan ibarət tərkibdə) 2022-ci il 29 iyul tarixli hökmü ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Məhkum1 və 1990-cı il 9 avqust tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, B akı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Gənclər küçəsi,ev 5 ünvanında qeydiyyatda olmaqla yaşamış, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzalarının əvvəli 2022-ci il 1 mart tarixdən hesablanmış, həmçinin CM-in 93-1 -ci maddəsinə əsasən, onlara narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilmişdir. Həmin hökmdən məhkumlar tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər İ.Murquzov (sədrlik edən), H.Əhmədov və H.Məmmədovdan ibarət tərkibdə) 2022-ci il 21 dekabr tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayət Məhkəməsinin 2022-ci il 29 iyul tarixli hökmü dəyişdirilmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il endirilməklə, 5 (beş) il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 21 dekabr tarixli qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Şahin Yusifov və Ələsgər Novruzovdan ibarət tərkibdə) 2023-cü il 2 4 oktyabr tarixli, 1(102)-2228/2023 nömrəli qərarı ilə Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 21 dekabr tarixli 1(103)-2072/2022 nömrəli qərarı ləğv edilmiş, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Fərid Əyyubovdan ibarət tərkibdə) 2024-cü il 18 aprel tarixli, 1(103)-394/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 29 iyul tarixli, 1(101)-1244/2022 saylı hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirlən dirilən şəxs Məhkum1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs Məhkum2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Məhkum1 tanışı Məhkum2lə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən naməlum tarixdə Bakı şəhəri Xəzər rayonunun Türkan qəsəbəsinin Xanlar küçəsində yerləşən kanalın yaxınlığında olan ağacın altından qanunsuz olaraq satış məqsədilə 4 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 6,005 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini əldə edib 3 ədəd bükümlərdə olan hissəsini üzərində saxlamaqla daşımış və 1 mart 2022-ci ildə saat 14:55 dəqiqədə Bakı şəhəri Xəzər rayon polis idarəsinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şə həri Xəzər rayonu Türkan qəsəbəsi Gənclər küçəsində saxlanılaraq, həmin polis idarəsinə gətirilmiş və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan cins şalvarının sağ yan cibindən 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri-1,138 qarm, 0,976 qram və 1,258 qram olmaqla, ümumilikdə təmiz çəkisi 3,372 qram təşkil edən külli miqdarda, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmçinin Məhkum2 tanışı Məhkum1lə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən naməlum tarixdə Bakı şəhəri Xəzər rayonunun Türkan qəsəbəsinin Xanlar küçəsində yerləşən kanalın yax ınlığında olan ağacın altından qanunsuz olaraq satış məqsədilə 4 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 6,005 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini əldə edib 01 ədəd bükümdə olan hissəsini üzərində saxlamaqla daşımış, 1 mart 2022-ci ildə saat 14:55 dəqiqədə, Bakı şəhəri Xəzər rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu Türkan qəsəbəsi Gənclər küçəsində saxlanılaraq, polis idarəsinə gətirilmiş və orada videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə və təmiz çəkisi 2,633 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə həm Məhkum1, həm də Məhkum2 əməlininin tövsifində onların hər birindən ayrı-ayrılıqda götürülmüş narkotik vasitə olan heroinin çəkisinin külli miqdar təşkil etməsini nəzərə almamışdır. Belə ki, Məhkum1 əldə etdiyi heroin 3 bükümdə olmuş və çəkisi 3,372 qram, Məhkum2 əldə etdiyi heroin isə 1 bükümdə, 2,633 qram təşkil etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Siyahıdan görünür ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitə heroinin şəxsi istehlak miqdarı 0.15 qramdan artıq, külli miqdarının minimal həddi isə 2 qram müəyyən olunmuşdur. Göründüyü kimi, Məhkum1 aid heroinin miqdarı həmin vasitənin şəxsi istehlak miqdarından təxminən 22 dəfədən, külli miqdarın aşağı həddindən 1.6 dəfədən, Məhkum2 olan heroinin miqdarı isə, şəxsi istehlak miqdarından 17 dəfədən, külli miqdarın aşağı həddindən 1.3 dəfədən, yəni bir şəxsin bioloji tələbatı üçün gündəlik istifadə həcmindən dəfələrlə çox olmuşdur ki, bu hal da onların hər birinin həmin narkotik maddələri şəxsi istifadələrindən daha çox satış məqsədi ilə əldə etmələrini (inkar edilmir ki, bir qismini də özləri isifadə edə bilərdilər) təsdiqləmişdir. Dövlət ittihamçısı qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırki qərarı çıxararkən Məhkum1 və Məhkum2 əməlinin tövsifi ilə bağlı hissədə cinayət-pr osessual qanunvericiliyin tələblərinə müvafiq olaraq ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etməmiş və törədilmiş əməllərin tövsifində səhvə yol vermişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya protestinin təmin olunmasını və Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 aprel tarixli qərarın ləğv edilməsini və yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı məhkumların cinayət əməlinin düzgün tövsif edilmədiyini mübahisələndirərək apellyasiya instansiyası m əhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət p rosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qəna ətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, məhkumlara qarşı ittiham orqanı tərəfindən irəli sürülmüş ittiham əsasən onlar qabacadan əlbir olan bir qrup şəxs halında birləşərək külli miqdarda narkotik vasitə heroini əldə edərək daşımışlar. Məhkumlar bu narkotik vasitəni satış məqsədi ilə əldə etmişlər. Məlumdur ki, şəxs narkotik vasitəni satarkən və ya satdıqdan sonra tutulmamışdırsa, şəxsə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülməsi üçün şəxsi narkotik vasitəni satış məqsədi ilə əldə etməsi sübut edilməlidir. CPM sübutetmə vəzifəsini ittiham tərəfinin üzərinə qoymuşdur. Yəni ittiham tərəfi məhkəməyə elə sübutlar təqdim etməlidir ki, bu sübutlar şəxsi ittiham tərəfinin təqdim etdiyi maddə ilə təqsirli bilmək mümkün, qanuni və əsaslı olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il, 2 nömrəli qərarının 9-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niy yətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkumların satış məqsədini təsdiq edən ittiham tərəfinin yeganə sübutu narkotik vasitənin külli miqdarda olmasıdır. Ali Məhkəmənin qeyd edilən Plenum qərarında da narkotik vasitənin miqdarı ilə yanaşı digər halların da nəzərə alınmalı olması vurğulanmışdır. Cinayət işinin materiallarından da görünür ki, hər iki məhkum narkomaniya xəstəliyindən əziyyət çəkir və narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Cinayət işinin materiallarına məhkumların istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olmasına dair də ittiham tərəfinin heç bir sübutu əlavə edilməmişdir. Dövlət ittihamçısı kassasiya protestində məhkumların qabaqcadan əlbir olan bir qrup şəxs halında fəaliyyət göstərdiklərini göstərərək iştirakçılığın bu növünün geniş şərhini vermişdir. Lakin apellyasiya instansiyası məhkəməsi məhkumların əməlində satış məqsədinin sübuta yetirilməməsi əsası ilə məhkumların əməlini tövsif etmişdir. Yəni şəxslərin satış məqsədinin sübuta yetiriləcəyi təqdirdə cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup halında törədilməsi müzakirə mövcusu ola bilər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin həmin dəlili əsassızdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyaisya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 29 iyul tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024cü il 18 aprel tarixli 1(103)-394/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1929/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1929/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver