Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1929/2025 23.09.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə xx.xx.1991-ci il tarixdə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib, 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edil miş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, X qeydiyyatda olmaqla, X yaşayan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2025-ci il tarixli, 1(106)-152/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Saatlı Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli 1(055)-24/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim: İ.Ə.Abuşov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Xəlilov Fərid Aqil oğlu tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2025-ci il tarixli qərarı ilə, (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), P.V.Hacıyev və P.T.Əhmədov) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2025-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti v erilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən müəyyən edilmişdir ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,074 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 0,096 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş və üstündə saxlamış, 09 yanvar 2024-cü il tarixdə həmin narkotik vasitəni və psixotrop maddəni Şahid1 yaşadığı ünvan 1 ünvanına satış məqsədilə qanunsuz olaraq daşıyıb, orada saat 22 radələrində qazanc əldə etmək məqsədilə narkotik vasitənin və psixotrop maddənin yayılmasına yönəlmiş hərəkət edərək 0,074 qram çəkidə narkotik vasitə olan heroini və 0,096 qram çəkidə psixotrop maddə olan metamfetamini əməliyyat tədbirinin iştirakçısı Şahid1 10 manata q anunsuz olaraq satmış, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni satmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ibtidai istintaq zamanı özünü 234.2-ci maddəsi ilə təqsirli bilməmiş, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, sübutlar müqayisəli formada təhlil edilməmiş, yalnız formal mülahizələrə əsaslanan ittiham irəli sürülmüş, nəticədə o əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, məhkum edilmişdir. Məhkum kassasiya şikayətində iddia edir ki, sonuncu dəfə saxlanılmazdan b ir həftə əvvəl o, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən tutulmuş, polis şöbəsinə gətirilmiş, üstü yoxlanılmış, lakin onda narkotik vasitə aşkar olunmadığından sərbəst buraxılmışdır. O, birinci dəfə tutularkən polis əməkdaşları tərəfindən döyülmüş və xəsarətlər almışdır. Bununla bağlı atasının müxtəlif instansiyalara şikayətləri də olmuşdur. Əməliyyat müvəkkilləri onun üstündə narkotik vasitə aşkar edə bilmədiyindən guya Şahid1 narkotik vasitə satması barədə saxta plan qurmuşlar. Halbuki, o, heç kəsə narkotik satmamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsini, onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılmasın ı xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudl arını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə onun təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında lə ğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-prosessual qanunun 137-ci maddəsinə əsasən “əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqın da” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cina yət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və hökmü dəyişdirilmədən saxlamış, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmasında yaranan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Birinci instansiya məhkəməsinin hökm ündən və onunla razılaşmış apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, Məhkum həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində dindirilərkən Şahid1 narkotik vasitə satmasını inkar etmiş, ittihamın qanunsuz yolla əldə olunmuş və həqiqəti əks etdirməyən sübutlar üzərində qurulduğunu, işgəncəyə məruz qaldığını iddia etmişdir. Məhkumun iddiaları ilə razılaşmayan məhkəmələr Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın ibtidai istintaq zamanı toplanaraq məhkəmədə tədqiq edilmiş sübutlar, o cümlədən şahidlər - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Saatlı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid5, X5, X11, Şahid4, Şahid3 və şərti alıcı Şahid1 ifadələri, həmçinin 09 yanvar 2024-cü il tarixli “Məhkum cinayət əməl ini ifşa etmək məqsədilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş Şahid1 üstünə baxış keçirilməsi və əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının ona verilməsi barədə” protokol ilə, 09 yanvar 2024-cü il tarixli "Şəxsi axtarış, baxış və götürmə aparılması barədə” protokol ilə, 10 yanvar 2024-cü il tarixli “pul əskinaslarına baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol ilə təsdiq olunması haqqında nəticəyə gəlmişlər. İlk olaraq qeyd olunmalıdır ki, iş üzrə dindirilmiş – Məhkum əleyhinə ifadə vermiş şəxslər (şahidlər Şahid5, X14, Şahid4, Şahid3) əməliyyat-axtarış tədbirində və şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları olmaqla, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətin nə cür baş verməsi haqqında deyil, müstəsna olaraq Məhkum 09 y anvar 2024-cü il tarixdə saxlanılıb Saatlı Rayon Polis Şöbəsinə gətirilməsinin detalları, habelə şəxsi axtarış və götürmənin gedişində baş verənlər barədə məlumatlar verən şəxslərdir. Digər tərəfdən Məhkum həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə diqqət etdikdə sonuncu ifadəsində 28 dekabr 2023-cü il tarixdə axşam saat 20:00-21:00 radələrində X qonaq olarkən, polis əməkdaşları tərəfindən oğurluq etməsi şübhəsi ilə saxlanılması, polis əməkdaşları tərəfindən X, daha sonra isə polis şöbəsində hədə-qorxu gəlinərək döyülməsi, onu buraxmaqları müqabilində rayondan çıxmağını tələb edilməsi, olanları atasına danışması, atasının da Baş Prokurorluğun qaynar xəttinə zəng edib polis əməkdaşlarından şikayət etməsi, səhəri günü Saatlı Rayon Prokurorluğundan çağır ılması, oraya gedib izahat verməsi, barəsində ekspertiza təyin edilməsi, X ona zəng edərək şikayətini geri götürməsini tələb etməsi, onun da atasından şikayəti geri götürməyi xahiş etməsi, X ona zəng edərək narkotik çəkməyi təklif etməsi, 08 yanvar 2024-cü il tarixdə saat 8-9 radələrində evdən çıxıb özünə siqaret almaq üçün mağazaya getməsi, X yenə ona zəng vuraraq onlara gəlməyini təkid etməsi, onun imtina etməsi, həmin zəngdən bir az keçmiş arxadan polis əməkdaşlarının onu təpiklə vuraraq yerə yıxması, polis şöbəsinə gətirilməsi, sonra X müəllimin onun Baş Prokurorluğa verdiyi şikayətə görə təhdid etməsi, onun ikinci mərtəbəyə qaldırılması, vəkildən imtina etməsi, X həmin otağa gələrək onun üzünə durması, X ona 2 ədəd beş manat verməsi və X narkotik vasitə satmasını inkar edərkən döyülər ək X müəllimin otağına aparılması, onun cibində guya polis əməkdaşlarının əvvəlcədən çap elədiyi 10 manat pulun olması barədə məlumatlar vermişdir. Başqa sözlə, Məhkum işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmasını bildirməklə yanaşı, 09 yanvar 2024-cü il tarixli "Şəxsi axtarış, baxış və götürmə aparılması barədə” və 10 yanvar 2024-cü il tarixli “pul əskinaslarına baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolları, əməliyyat-axtarış tədbirini keçirmiş polis əməkdaşlarının ifadələrini, ümumiyyətlə işdə olan sübutların həqiqəti əks etdirmədiyini, ittihamın saxtalaşdırılmış sübutlar üzərində qurulduğunu iddia etmişdir. Belə vəziyyətdə (nə qədər ki, Məhkum ona isnad edilən cinayətin necə baş verməsi barədə məlumat yükü daşıyan əsas sübutların saxtalaşdırıld ığını iddia etmişdir), ittihamın düzgün həlli üçün həmin sübutların mümkünlüyünün, mötəbərliyinin araşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, məhkəmələr araşdırmalı idilər ki, Məhkum barəsində hansı əməliyyat-axtarış tədbiri həyata keçirilmiş və bu tədbirin təyin edilməsi və keçirilməsi, o cümlədən pul əskinaslarının götürülməsi zamanı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, Cinayət-Prosessual Məcəllənin tələblərinə əməl olunmuşdurmu, Məhkum işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmışdırmı, o, polis əməkdaşları tərəfindən provokasiyaya uğramışdırmı? Hazırkı işdə isə qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya instansiyası məhkəməsində təmin e dilmədiyindən, Məhkum saxlanılıb polis idarəsinə gətirilməsinin, onun Şahid1 narkotik vasitəni satmasının, üzərindən pul əskinalarının aşkar edilməsinin qanuniliyinə və əsaslılığına ciddi şübhələr yaranır. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 08 oktyabr 2024-cü il tarixli 3-16-20-10/2-107 saylı məktubundan görünür ki, təqsirləndirilən şəxs Məhkum 12 yanvar 2024-cü il tarixində 3 saylı İstintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçirilmişdir. Müayinə zamanı xəsarət aldığını bildirmişdir. Bədən səthinin müayinəsi zamanı sağ göz ətrafı nahiyyədə qərtməkli yara, sol göz ətrafı nahiyyədə bənövşəyi rəngli qançır, sol qulağın arxa nahiyyəsində, sol dirsək n ahiyyəsində, hər iki biləyin bayır səthində, hər iki diz, sol baldırın arxa səthinin aşağı 1/3-də qərtməkli yara aşkar edilmişdir. Həmçinin işdə olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 21 fevral 2024cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Saatlı RPŞ-nin İB-nin icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Məhkum Saatlı RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə atası X oğlunun müraciəti əsasında X araşdırmalar idarəsində toplanmış 78-C-24 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləs inin 39.1.1-ci maddəsinin tələbinə əsasən rədd olunmuşdur. Həmin qərardan görünür ki, iş üzrə ekspertizalar təyin edilmişdir. Məhkəmə Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsin Sabirabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 386 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Məhkum bədəni üzərində aşkar edilmiş xəsarətsol gözaltı nahiyədə, sol yanaq proyeksiyasında qançırlar bərk küt əşyanın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müxtəlif şəraitdə, o cümlədən özü tərəfindən özünə yetirilə bilərdi. Məhkəmə Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsin Sabirabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 12 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Məhkum bədəni üzərində aşkar edilmiş xəsarət - sol gözaltı nahiyədə sıyrıqlar küt əşyanın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müxtəlif şəraitdə, o cümlədən özü tərəfindən özünə yetirilə bilərdi. Diqqət etdikdə aşağı instansiya məhkəmələrin istinad etdiyi Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 21 fevral 2024-cü il tarixli qərarından görünür ki, müstəntiq həmin qərarda Məhkum verdiyi məlumatları təkzib edən əsaslar kimi zor tətbiq edən şəxslər kimi hərəkətlərindən şikayət edilən polis əməkdaşları X3, Şahid3, Şahid5, X11, Şahid4 və X6 özlərinin izahatlarına, habelə məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-c ü il tarixli 386 nömrəli və xx.xx.2024-cü il tarixli 12 nömrəli rəylərinə əsaslanmışdır. Maraqlı fakt budur ki, adı çəkilən polis əməkdaşlarından Şahid3, Şahid5, X14, X12 və Şahid4 Məhkum həm xx.xx.2023-cü il tarixdə, həmdə 09 yanvar 2024-cü il tarixdə saxlanılmasında bilavasitə iştirak etmiş şəxslər olmaqla, Məhkum qeyd olunan tarixlərdə Saatlı Rayon Polis Şöbəsinə gətirilməsini təsdiq etmişlər. Eyni ilə aşağı instansiya məhkəmələri Məhkum polis şöbəsinə gətirilərkən üzərilərində xəsarətlərin mövcudluğu ilə bağlı hər hansı qeydin olmamasına, əməliyyataxtarış tədbirini keçirmiş polis əməkdaşlarının ifadələrində Məhkum saxlanılanılarkən onda xəsarətlərin olması barədə hər hansı xüsusatı bildirmələrinə, aşkar olunan xəsarətlərin Məhkum məhz polis şöbəsində olduğu müddətə təsadüf etməsinə, Mə hkum isə polis şöbəsində ona qarşı zor tətbiq olunmasını israr etməsinə heç bir əhəmiyyət vermədən məhkəməyədək icraat zamanı istintaq orqanının qəbul etdiyi qərardan özlərini asılı etmişlər. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 25-ci maddəsində təsbit olunmuş hakimlərin müstəqilliyi prinsipinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər (maddə 25.2). Hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər (maddə 25.3). Müdafiə tərəfinin malik olduğu hüquqa uyğun olaraq da cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi (CPM, maddə 28) məhkəmənin üzərinə digər vəzifələrlə yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsini qoymuşdur (maddə 28.4.3). Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinə görə cinayət prosesində heç bir sübutun və ya digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 33.3). Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedura daxilində tədqiq edilənədək sübut və digər materialdan birinə digərinə nisb ətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Göründüyü kimi qanunverici işə mahiyyəti üzrə baxan məhkəmənin üzərinə ibtidai istintaq orqanının ittihama birbaşa təsir göstərən faktlar və bu faktlara aid sübutlar barədə yanlış nəticəsi ilə qane olmayıb, müdafiə tərəfinin şəxsin təqsirsizliyi ilə bağlı irəli sürdüyü dəlillərin (işgəncəyə və pis rəftara məruz qalmaları ilə bağlı) sübutlara əsaslanaraq öz daxili inamı və hüquq düşüncəsi ilə həll etmə vəzifəsini qoyur. Əks yanaşma, cinayət təqibi orqanının sübutların qiymətləndirilməsi, o cümlədən bu və ya digər mühüm əhəmiyyətli faktın mövcud olub-olmaması, təqsirləndirilən şəxsin əməlinin dəyərləndirilməsi, hüquqi tövsifi, təqsirliliyi üzrə qənaəti məhkəmənin nəticələrini əvvəlcədən müəyyən etmiş hal kimi, məhkəmə istintaqını isə xəya li və əhəmiyyətsiz icraat kimi qəbul edilməsi ilə nəticələnər. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başlıca tələb odur ki, tutulmuş şəxsdə onun polisin nəzarəti altında olduğu müddətdə yaranması ehtimal olunan xəsarətlərin müəyyən edilməsi işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfindən araşdırılmasını labüd edir və eyni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara - səmərəli araşdırma mexanizmlərinə malik olmasını ehtiva edir. Avropa Məhkəməsi “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həm in iş üzrə qərarında qeyd etmişdir ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13cü maddə dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, Dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər Dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılmas ı üçün tam əsas yaranır”. Araşdırmanın adekvatlığı və səmərəliliyini təmin etməli olan şərtlər barədə fikirlərini isə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı iş”də belə ifadə etmişdir: “Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir” (qərarın 52-ci bəndi). Qərarın 53-cü bəndində isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdir mək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən, inter alia hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar”. Göründüyü kimi belə bir ziddiyyətlərin fövqündə Məhkum əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və iş üzrə təhqiqatın aparılması zamanı fiziki zorakılığa, işgəncələrə və şərəf və ləyaqətini alçaldan rəftara məruz qalıb-qalmamasının yoxlanılması labüd olduğu halda, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmamış, apellyasiya məhkəməsi isə səthi araşdırma həyata keçirərək müvafiq sübutlara, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 08 oktyabr 2024-cü il tarixli 3-16-20-10/2-107 saylı məktubuna, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 386 nömrəli və xx.xx.2024-cü il tarixli 12 nömrəli rəylərinə, bu materiallarla uzlaşan Məhkum verdiyi məlumatlara, onun polis əməkdaşları tərəfindən saxlanıldığı dövrə təsadüf edən xəsarətlərə heç bir qiymət vermədən, yalnız 21 fevral 2024cü il tarixli tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanmayan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan çıxış etməklə Məhkum saxlanılarkən və bundan sonra işgəncəyə, qəddar, qeyri-insani rəftara yol verilməməmsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə bir araşdırmanın aparılması zərurəti ondan irəli gəlmişdir ki, Məhkum işgəncəyə, q eyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalıb-qalmamasının müəyyən edilməsi bu zaman əldə edilmiş sübutların da qiymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir, digər tərəfdən isə hər hansı şəxsin bu kimi rəftara məruz qalmamaq hüququ, bu hüququn pozulması hallarının səmərəli şəkildə araşdırılması məcburiliyi qanunvericiliyin yuxarıda sadalanmış tələblərindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən irəli gəlir. Bundan başqa öyrənilmiş cinayət işi materiallarından görünür ki, Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin həyata keçirilməsi üçün əsas vətəndaş Şahid1 Saatlı Rayon Polis Şöbəsinə 09 yanvar 2024-cü il tarixdə ünvanlandığı ərizə olmuşdur. Həmin ərizədə vətəndaş Şahid1, Saatlı şəhər sakini X oğlu X Saatlı şəhəri ərazisində narkotik maddələrin satışı ilə məşğul olması, əhalinin cavan təbəqəsini zəhərləməsi, onun cinayət əməlinin ifşa olunması üçün polis əməkdaşlarına kömək etmək istədiyini bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Qeyd olunan müraciətdən sonra 09 yanvar 2024-cü il tarixdə Saatlı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkil Şahid3 raportla həmin idarənin rəisinə müraciət edərək daxil olmuş əməliyyat məlumatına əsasən Məhkum qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirərək həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün Məhkum ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Bundan sonra, 09 yanvar 2024-ci il tarixdə Şahi d3 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuş, lakin həmin qərarda Məhkum ifşa olunması məqsədilə hansı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi dəqiq göstərilməmiş, bunun zəruriliyini isə əməliyyat müvəkkili tərəfindən hər hansı şəkildə əsaslandırmamışdır. Halbuki 09 yanvar 2024-cü tarixdə “Məhkum cinayət əməlini ifşa etmək məqsədilə şərti alıcı qismində iştirak etmək üçün müraciət etmiş Şahid1 üstünə baxış keçirilməsi və əməliyyat tədbirində istifadə ediləcək pul əskinaslarının ona verilməsi barədə” protokol tərtib olunmuş, tərtib olunmuş protokoldan isə Məhkum ifşa olunması məqsədilə “Əməliyyataxtarış fəaliyyəti haqqında” 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 12 bəndi ndə nəzərdə tutulmuş “nəzarət qaydasında mal alınması” haqqında əməliyyat-axtarış tədbirinin keçirilməsi açıq aşkar müəyyən olunur. Nəzərə alınmalıdır ki, nəzarət qaydasında mal alınması tədbirin predmeti kimi, mülki dövriyyədə olan əşya, predmet və maddələr, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış – silah, döyüş sursatı, narkotik vasitələr, psixotrop maddələr, prekursorlar, saxta pul əskinazları və xarici valyuta, radioaktiv maddələr və s. ola bilər. Eyni ilə nəzarət qaydasında mal alınmasında pul və digər ödəmə vasitələri nişanlanır, müvafiq sənədləşmə həyata keçirilməklə (konfidensial əsaslarla köməklik göstərən şəxslərin iştirakı ilə keçirilən hallar istisna olunmaqla), nəticəni əks etdirən prosessual sənədlər cinayət prosesində CPM-in 125-ci maddəsinin və digər normaların ın tələbləri baxımından yolverilənliyi istisna olunmaya sübut kimi dəyərləndirilir. 728-İQ nömrəli Qanunun 15-ci maddəsi əməliyyat-axtarış tədbiri keçirilməli olduqda həmin Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarlar, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin qərarı əsasında əməliyyat qeydiyyat işinin başlanılmasını, bu işin əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmasını, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat qeydiyyat işində əks etdirilməli və sistemləşdirilməli olduğunu təsbit olunmasına baxmayaraq, məhkəmələr tərəfindən əməliyyat-axtarış fəaliyyətinin subyektinin sadalanmış xususatlara riayət edib etməməsini qiymət verməmişlər. Digər tərəfdən müdafiəçi tərəfindən verilmiş apellya siya şikayətində, həmçinin məhkum tərəfindən verilmiş kassasiya şikayətində polis əməkdaşlarının 28 dekabr 2022-ci tarixdə Məhkum üstündən narkotik vasitə aşkar edə bilmədiyindən guya Şahid1 narkotik vasitə satması barədə saxta plan qurulduğu, Şahid1 müntəzəm olaraq polis əməkdaşları ilə əlaqədə olduğu və məhz polisin təhriki ilə hərəkət etdiyi iddia olunur. Lakin məhkəmələr tərəfindən müdafiə tərəfinin Məhkum “tənzimlənən”, kənardan “idarə olunan cinayət”lə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı arqumentlərini ümumiyyətlə araşdırılmadığından aydın deyil ki, Məhkum barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə, onun saxlanılaraq polis idarəsinə gətirilməsinə əsas verən (bəraət qazandıran) hallar gerçəkdən də mövcud olmuşdur yoxasa Şahid1 Məhkum narkotik maddələrin alışı simul yasiyadan və təhrikedici hərəkətlərdən hasil olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, X7 Rusiya Federasiyasına qarşı verdiyi şikayət üzrə 15 dekabr 2005-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vanyanın təqsirli bilinməsi haqqında məhkəmə hökmünün əsasən polisin müdaxiləsi ilə yaradılmış sübutlar vasitəsi ilə əsaslandırılmasını, xüsusilə də məhkəmələrin, o cümlədən işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Prezidiumunun işdə olan polis provakasiyası kimi məsələyə əhəmiyyət verməmələrini və bu provakasiyanın ədalətli məhkəmə araşdırmasına təsirini, həmin təsirin nə dərəcədə olmasını araşdırmamalarını Rusiya məhkəmələrinin yol verdikləri ciddi nöqsan kimi qeyd etmişdir (qərarın 40-cı bəndi). Avropa Məhkəməsi “tənzimlənən”, kənardan “idarə olu nan cinayət”lə (provokasiya) qanuni üsulla keçirilmiş cinayət axtarış fəaliyyətinin ayır edilməsi üçün maddi və prosessual hüquqi meyarlar müəyyən etmişdir. ("Matanoç v. Xorvatiya" işində Avropa Məhkəməsinin 4 aprel 2017-ci il "Bannikova v. Russia" işindəki Qərərinə istinad edir, §§ 37-65). Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxs cinayət törətməyə təhrik edildiyini bəyan edirsə, cinayət işləri üzrə məhkəmə iş materiallarını ehtiyatla yoxlamalıdır, çünki 6-cı maddənin 1-ci bəndi çərçivəsində ədalətli məhkəmə araşdırması üçün polis təhriki nəticəsində əldə edilmiş bütün sübutların istifadəsi istisna edilməlidir. Bu, xüsusən də polis əməliyyatı yetərli hüquqi çərçivə və ya adekvat təminatlar olmadan aparıldıqda keçərlidir (Ramanauskas Litvaya qarşı, § 60). Bənzər şəkildə, agent təxribatçı işlərində Məhkəmə bəyan etmişdir ki, tələyə düşmə ilə bağlı “məqbul və hətta mübahisəli bir iddia ilə qarşılaşdıqda” məhkəmələr “sınaq satınalmalarının nəticələrinin sübut kimi qəbul edilib-edilmədiyini nəzərə almalı, xüsusilə onların təhriklə ləkələnmədiyini müəyyən etməli” (bax: Laqutin və başqaları Rusiyaya qarşı, № 6228/09 və digər 4 iş, § 118, 24 aprel 2014-cü il). Eyni ilə Kuzmina və Digərləri Rusiyaya qarşı 20 aprel 2021 tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, nəzarət qaydasında mal alınması əməliyyat tədbirini həyata keçirildiyi halda istintaq orqanın bunun üçün əsaslı səbəblərin olduğunu sübut etməlidir. Xüsusilə də, onlar şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atması və həmin hərəkətlərin sonr adan şəxs barəsində həyata keçirilən cinayət təqibinin başlanmasına səbəb olduğunu göstərən konkret və obyektiv sübutlara sahib olmadılar. Hazırkı işdə məhkəmə istintaqında şahid qismində dindirilmiş əvvəllər Saatlı Rayon Polis Şöbəsində polis nəfəri işləmiş, hal-hazırda İmişli Rayon Polis Şöbəsində polis nəfəri işləyən X12 ifadəsində göstərmişdir ki, o əməliyyat tədbirlərində iştirak etməklə yanaşı, Saatlı rayonu ərazisində narkotik vasitələrin istifadəsi ilə məşğul olan şəxsləri müəyyən etmək üçün mütəmadi olaraq əvvəllər narkotik istifadəçisi olmuş və narkotik istifadəçilərini tanıyan Şahid1 ilə telefon əlaqəsi saxlamışdır. Hazırda da əməliyyat yolu ilə bəzi məlumatları almaq üçün Şahid1 ilə əlaqə saxlayır. Qeyd olunan ifadə Məhkum Şahid1 özünün narkotik istifadəçisi olmaqla, Saatlı Ray on Polis Şöbəsi tərəfindən gizli əməkdaşlığa cəlb edilməsi, sonuncunun X12 və digər polis əməkdaşları ilə əvvəlcədən tanış olması ilə bağlı verdiyi məlumatların həqiqət olduğunu təsdiq edir. Eyni ilə məhkəmələr tərəfindən araşdırılmış digər sübutlardan müəyyən olunur ki, Məhkum hazırkı cinayət işində ona isnad edilən əməldən (Şahid1 ilə bağlı hadisədən) başqa kiməsə narkotik satması kimi əməlləri müəyyən edilməmişdir. Belə ki, Məhkum adına rəsmiləşdirilmiş mobil nömrə ilə başqa mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, həmin zənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının, nömrələrin anten dairələrinin, həmin nömrələrdən göndərilən və daxil olan SMS-lərin mətnlərinin olmasına dair əldə edilmiş məlumatlarda da Məhkum satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. Hətta müstəntiq X tərəfindən Məhkum Şahid1 satması ehtimal olunan narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin satışı ilə məşğul olmasının yoxlanması barədə əməliyyat tapşırığı verilmiş, həmin əməliyyat tapşırığının cavabında formal olaraq Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması qeyd edilsə də, hər hansı bir mötəbər məlumata istinad edilməmiş, əksinə onun nə vaxt, kimdən, harada və hansı şəraitdə narkotik vasitənin əldə edilməsi, həmin vasitənin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin olması ilə bağlı hər hansı bir müsbət nəticənin əldə edilmədiyi göstərilmişdir. Qeyd olunan halların fonunda məhkəmələrin Saatlı Rayon Polis Şöbəsinin 09 yanvar 2024-cü il tarixdə keçirdiyi Məhkum cinayət başında saxlanılması və ondan Şahid1 narkotikə görə verdiyi pul əskinaslarının götürülməsi üzrə əməliyyat-axtarış tədbirinin nəticələrini (bu nəticələri əks etdirən protokolları), həmçinin Şahid1 və tədbirdə iştirak etmiş şahidlərin ifadələrini mötəbər sübutlar kimi qiymətləndirməsi və bundan çıxış edərək Məhkum polisin (polislə əməkdaşlıqda şübhəli bilinən Şahid1 vasitəsilə) təhriki ilə deyil müstəqil şəkildə ona isnad edilən əməli (“tənzimlənən”, kənardan “idarə olunan cinayət”i) törətməsi haqqında nəticələrinin Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmasında yaranan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Şərh olunanlar məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə nəticəyə gəlməzdən əvvəl, buna əsas olmuş sübutların qanuni yolla əldə edilib-edilməməsini ətraflı araşdırmadığından, bununla bağlı müdafiə tərəfinin qaldırdığı vəsatətlər üzrə müvafiq qərarlar qəbul edərkən həmin qərarları lazımı şəkildə ə saslandırmadığından, iş üçün mühüm əhəmiyyətə malik olan məsələlərə dair sübutların tədqiqindən heç bir əsas olmadan imtina etdiyindən, bütün bunlara görə isə əlavə araşdırmaların aparılması zəruri olduğundan, həmin məhkəmənin qəbul etdiyi 05 fevral 2025-ci il tarixli qərar qüvvədə saxlanıla bilməz və həmin qərar ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Odur ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslarla mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətin in təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 fevral 2025-ci il tarixli, 1(106)-152/2025 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 fevral 2025-ci il tarixli, 1(106)-152/2025 n ömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1929/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1929/2025
23.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver