Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-193/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs, Məhkum və onun müdafiəçiləri, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkilləri Cəbrayılov Mehman Hümsi oğlu və X5 iştirakları ilə xx xxxx 1967-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli-himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan və ünvan 1 yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkum və onun müdafiəçisi, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Cəbrayılov Mehman Hümsi oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: Ə.C.Seyidov (sədrlik edən), A.Ə.Məcidov və Z.Q.Ağayev) Məhkum CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (b eş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilmiş, Məhkum 45 min 375 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), Q.X.Babayev və M.Ə.Abbasov) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmiş, hökmlə Məhkum təyin olunmuş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 4.500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nın 69.4cü maddəsinə əsasən, onun xx xxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlanıldığı 2 gün və xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 17 (on yeddi) gün müddəti nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və üzərində 500 (beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmış, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən dərhal azad olunmuş, hökmdən “İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, Məhkum 45 min 375 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin.” kimi cümlə xaric edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: F.A.Kərimov (sədrlik edən), G.L.Rzayeva və İ.T.Hacıqayıbov) dövlət ittihamçısının kassasiya protesti və zərər çəkmiş şəxsin kassasiya şikayəti təmin edilərək Məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: F.A.Qasımov (sədrlik edən), S.A.Mirzəyev və K.H.Əkbərov) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum xx xx xx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlanıldığı 2 (iki) gün və xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 17 (on yeddi) gün müddət Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq Məhkum üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Zəngilan şəhərciyi» adlanan yaşayış kompleksində 3 otaql ı təmirli mənzil verəcəyinə inandırmaqla yalandan vəd verib aldadaraq xx xxxx 2014-cü il tarixdə Bakı şəhəri, ünvan 3 mağazada Zərərçəkmiş şəxs 50 min manat məbləğində pulunu ələ keçirib mənzillə təmin edəcəyi barədə vədini yerinə yetirməyərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkilləri Cəbrayılov Mehman Hümsi oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum haqqında cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələbl ərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında verilən göstərişləri icra etməməklə birinci instansiya məhkəməsinin səhvlərini təkrarlamışdır. Bundan başqa, apellyasiya baxışı zamanı ortaya çıxan ziddiyyətli xüsusatların araşdırılması üçün müdafiə tərəfinin vəsatətləri müzakirəsiz təmin edilməmişdir. O cümlədən Ali Məhkəmənin Cinayət kollegiyasının qərarında Zərərçəkmiş şəxs mənzilinin, qızıl-zinət əşyalarının satılması ilə əlaqədar xüsusatların araşdırılması, habelə borc aldığı şəxslərin dindirilməsinə dair verilən göstərişlər apellyasiya baxışı zamanı icra edilməmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ədalətsiz və əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi dindirilməsi zəruri olan bir sıra şahidləri məhkəmə iclasına çağırıb dindirməmiş, təqsirləndirilən şəxs Məhkum arvadı X3, habelə Zərərçəkmiş şəxs mənzillərinin alqı-satqısına dair sənədlər məhkəmə tədqiqatından kənarda qalmışdır. Məhkum həmçinin qeyd edir ki, o, zərərçəkmiş şəxsdən 50.000 manat deyil, cəmi 15.000 ABŞ dolları məbləğində pul almış və hissə-hissə olmaqla ona 15.500 manat pul qaytarmışdır. Məhkum hesab edir ki, məhkəmələr ona cəza təyin edərkən barəsində olan yüngülləşdirici halları, o cümlədən himayəsində azyaşlı uşağının olmasını, vurulmuş ziyanın tam ödənilməsini, ona qarşı heç bir iddia, tələb və şikayət olmamasını nəzərə almayaraq ağır cəza təyin etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum, müdafiəçilər M.Cəbrayılov və V.Xasayevin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahi yyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyala rı məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur və ona bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkumun kassasiya şikayətində həmçinin təyin edilmiş cəzanın ağır olması bildirilir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... mə hkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X10rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın x arakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə dair kassasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq ke çirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma or qanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, Zərərçəkmiş şəxs və şahidlər X11, X8 və X6 ifadələri, xx xxxxxx 2014-cü il tarixli, Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiq edilmiş müqavilə və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sə nədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulunda n istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə, heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçə kmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma törətdiyi əmələ görə qanunda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən yüksək həddində cəza təyin etmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanın bir hissəsini ödəmişdir, həmçinin onun himayəsində azyaşlı övladı vardır və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və dem okratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəll ə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunveric ilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəblərdən yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kol legiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 5 (beş) ildən 3 (üç) ilə endirilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum xx xxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək şübhəli şəxs qismində müvəqqəti saxlama yerində saxlanıldığı 2 (iki) gün və xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 17 (on yeddi) gün müddət hazırda təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq Məhkum üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası
Məhkəmə qərarları › İş №1(102)-193/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-193/2020
05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver