Məhkəmə qərarları › İş №1(102)-193/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-193/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-193/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Bəraət almış şəxs iştirakları ilə ** ****** 1966-cı ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, Neftçala Elektrik Şəbəkəsinin enerji şöbəsinin rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Bəraət almı ş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 313-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İsmayılov Samir Sabir oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Neftçala Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə (hakim X.Z.Fərhadov) Bəraət almış şəxs - Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qazancından 20 (iyirmi) faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2021-ci il tarixli hökmü ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), R.M.Cəfərov və K.S.Bəşirov) verilmiş apellyasiya şikayəti təmin edilərək, Neftçala Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ləğv edilmiş, X7 əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən Bəraət almış şəxs CMin 313-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Neftçala Elektrik Şəbəkəsinin enerji s atış şöbəsinin rəisi vəzifəsində işləyərkən Neftçala rayonu Həsənəbad qəsəbə sakini X1 məxsus fərdi yaşayış evinə verilən elektrik enerjisi verilişinin qanunsuz dayandırılması və elektrik şəbəkəsinin əməkdaşlarının digər qanunsuz hərəkətləri ilə bağlı X2un şikayəti üzrə Neftçala rayon prokurorluğunda araşdırma aparıldığını bilərək, 09 dekabr 2020-ci il tarixli 371 saylı məktubla həmin məsələ ilə bağlı verilmiş sorğuya cavab verildikdən sonra X2a verilən elektrik enerjisinin müvafiq yazılı bildiriş göndərilmədən 02 dekabr 2020-ci il tarixdə qanunsuz dayandırıldığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279.0.7-ci maddəsinə əsasən inzibati məsuliyyətdən yayınmaq və X2a məxsus mənzilə elektrik enerjisi verilişinin dayandırılmasını Azərbaycan Respublikası Nazirlər Kabinetin in 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın 9.13-cü bəndinin tələblərinə uyğunlaşdırmaq məqsədi ilə sonuncunun mərhum atası X12 adına olan və X2un da istifadə etdiyi sayğacın elektrik enerjisinə görə 3103,54 manat məbləğində borcu olması və həmin borcun 01 dekabr 2020-ci il tarixdə, saat 10:00-a kimi müvafiq poçt və bank şöbəsinə tam ödənilməli olması, əks təqdirdə “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın 9.13-cü bəndinə əsasən mənzilin enerji təchizatının dayandırılacağı və yarana biləcək hallara görə məsuliyyətin onun üzərində qalacağı məzmunlu 09.12.2020-ci il tarixdə şəbəkədə texnik-operator vəzifəsində işləyən X2 bildiriş-xəbərdarlıq tərtib etdirməklə həmin bildiriş-xəbərdarlığa 27 noyabr 2020ci il tarixi və ş tampın üzərinə 373 saylı nömrə qeyd etdirib və şəbəkənin rəisi X8 imza etdirməklə, sonradan isə elektrik şəbəkəsində nəzarətçi mühəndis vəzifəsində işləyən X9 tərəfindən Əli Əsgərovun adından bildirişin üzərinə diyircəkli qələmlə “qol çəkməkdən imtina etdi" 01 dekabr 2020-ci il tarixi yazılmaqla və imza olunmaqla rəsmi sənəd hesab olunan bildiriş-xəbərdarlığa bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2021-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protestdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmadığından hökm ləğv olunmalıdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi tədqiq etdiyi sübutları qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmiş, Bəraət almış şəxs əsassız olaraq bəraət vermişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protes tinin təmin edilməməsi barədə bəraət almış şəxs, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilir ki, bəraət almış şəxs əməlində ittiham edildiyi vəzifə saxtakarlığı cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi həmin süb utları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını və iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin hökmünü kassasiya protestinin dəlillərinə münasibətdə qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 313-cü maddəsində “Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdəmin beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsu si diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsi zə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət v erməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq bəraət almış şəxs bəraət vermiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilən hallarla da əlaqədar bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqi bi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası iş materiallarını qanunvericiliyin yuxarıda şərh olunan normalarının tələblərı, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenumlarının qərarları nəzərə alınmaqla təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, həm birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı, həm də apellyasiya baxışı zamanı bəraət almış şəxs ittihamda onun rəsmi sənəd hesab olunan bildiriş-xəbərdarlığa bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etdiyi qeyd olunsa da, sonuncu qeyd etdiyi əməli nəticəsində vəzif ə təlimatına uyğun olaraq abonentin debitor borcunun ödənilməsi istiqamətində hərəkət etdiyini bildirmişdir. Onun bu hərəkətlərinin hər hansı bir ictimai təhlükəliliyi olmamışdır. Onun bu əməlləri nəticəsində şəxsiyyətə, cəmiyyətə və dövlətə zərər yetirilməmişdir. Bununla yanaşı, bəraət almış şəxsöz ifadəsində göstərdiyi xüsusatlar həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Belə ki, bəraət almış şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Neftçala elektrik şəbəkəsinin satış şöbəsinin rəisi vəzifəsində işlədiyi dövrdə vəzifə təlimatına uyğun olaraq abonentlərin elektrik enerjisi sərfiyyatının vaxtında oxunması, oxunmuş sərfiyyatının yığılması, elektrikdən istifadə qaydalarının pozulması hallarının qarşıs ının alınması və s. bu kimi funksiyalar daxil olmuşdur. Xidməti ərazi üzrə qanunsuz istifadə hallarını müəyyən etmək məqsədi ilə əməkdaşları tərəfindən monitoriq işləri aparılmışdır. Neftçala rayonu, Həsənabad qəsəbəsində X3 abonent olduğu sayğacından onun oğlu X2 fərdi yaşayış evinə elektrik xətti çəkərək istifadə etməkdədir. Həmin ərazi nəzarətçi Vidadi Həsənova təhkim edilmişdir. X20 adına olan sayğacda 2015ci ilə qədər 1886,38 manat "Azərişıq” ASC-yə və 1217,16 manat borcu "xxxx" ASC-yə olmuşdur. Ümumillikdə X20 adına olan sayğacın 3103.54 manat borcu yaranmışdır. Hal hazırda X15 sayğacdan istifadə etdiyindən 2020-ci ilin yanvar ayından aylıq ödənişləri 1520 manat olmaqla enerji haqqı borcu ödəmişdir. Elektrik şəbəkə tərəfindən həmin ərazidə elektrik enerjisi borcu olan abonentlərin xə tti, o cümlədən X2un istifadə etdiyi xətti şəbəkədən 02 dekabr 2020-ci il tarixdə qanuni olaraq dayandırılmışdır. 02 noyabr 2020-ci il tarixdən 08 dekabr 2020-ci il tarixinə kimi operatorları qanuni olaraq məzuniyyətdə olduğu dövrdə “Göndərilən sənədlərin qeydiyyat Kitabı”-da qeydiyyat digər operator tərəfindən aparılmışdır. Abonentə göndərilən bildiriş həmin ərazi üzrə mühəndisə verilmiş və onun tərəfindən itirilmişdir. Sonradan bildiriş tərtib edilərək ştamp vurulmuş və sıra nömrəsini pozulmadan qeydiyyata alınmış, abonentə və rayon prokurorluğuna təqdim edilmişdir. Cinayət işinin faktiki hallarından görünür ki, iş üzrə zərərçəkmiş şəxs olan X14 elektrik enerjisinə görə 3103,54 manat məbləğində borcu olmuşdur. Qeyd edilən borcu ödəmədiyinə görə “Elektrik Enerjisindən İstifadə Qaydaları ”nın 9.13-cü bəndinə əsasən X14 mənzilinin enerji təchizatı dayandırılmışdır. Lakin “Elektrik Enerjisindən İstifadə Qaydaları”na əsasən elektrik enerji təchizatı dayandırılmamışdan əvvəl edilə biləcək prosedurlar pozulmuşdur. Azər Abdullayev tərəfindən isə yol verilmiş pozuntular aradan qaldırılması üçün 09.12.2020-ci il tarixdə şəbəkədə texnik-operator vəzifəsində işləyən X2 bildiriş-xəbərdarlıq tərtib etdirməklə həmin bildiriş-xəbərdarlığa 27 noyabr 2020-ci il tarixi və ştampın üzərinə 373 saylı nömrə qeyd etdirib və şəbəkənin rəisi X8 imza etdirməklə, sonradan isə elektrik şəbəkəsində nəzarətçi mühəndis vəzifəsində işləyən X9 tərəfindən Əli Əsgərovun adından bildirişin üzərinə diyircəkli qələmlə “qol çəkməkdən imtina etdi" 01 dekabr 2020-ci il tarixi yazılmaqla və imza olunmaqla bildiri ş-xəbərdarlığa məlumatlar daxil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunun mənasına görə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayətlərin predmetini təşkil edən rəsmi sənədlər dedikdə, hüquqi əhəmiyyətə malik olan, yəni konkret hüquqi faktların mövcud olmasını təsdiq edən və hüquqi nəticələr doğuran, konkret şəxslərin hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrası zamanı müəyyən üstünlüklər, güzəştlər, imtiyazların verilməsini nəzərdə tutan rəsmi sənədlər təşkil edir. Qeyd edilən əlamətləri özündə əks etdirməyən sənədlər rəsmi sənədlər hesab olunsa da, həmin sənədlərdə əks etdirilən yalan məlumatla qəsdən törədilsə də, şəxsin CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qey d edir ki, X6 CM-nin 313-cü maddəsi ilə ittiham edilməsinin predmeti olan bildiriş-xəbərdarlığın əsas göstəricisi X14 elektrik enerjisinə görə 3103,54 manat məbləğində borcu olmasıdır və sənədin həmin göstəricilərində yanlışlıq və ya qəsdən törədilmiş saxtakarlıq yoxdur. İş materiallarından görünür ki, Neftçala rayonu, Həsənabad qəsəbəsində X3 abonent olduğu sayğacından onun oğlu X2 fərdi yaşayış evinə elektrik xətti çəkərək istifadə etmişdir. Həmin ərazi nəzarətçi X4 təhkim edilmişdir. X20 adına olan sayğacda 2015-ci ilə qədər 1886,38 manat "Azərişıq” ASC-yə və 1217,16 manat borcu "xxxx" ASC-yə olmuşdur. Ümumilikdə X20 adına olan sayğacın 3103.54 manat borcu yaranmışdır. X2 sayğacdan istifadə etdiyindən 2020-ci ilin yanvar ayından aylıq ödənişləri 15-20 manat olmaqla enerji haqqı borcu öd əmişdir. Elektrik şəbəkə tərəfindən həmin ərazidə elektrik enerjisi borcu olan abonentlərin xətti, o cümlədən X2un istifadə etdiyi xətti şəbəkədən 02 dekabr 2020-ci il tarixdə dayandırılmışdır. İbtidai araşdırma orqanı tərəfindən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279.0.7-ci maddəsinə əsasən inzibati məsuliyyətdən yayınmaq və X2a məxsus mənzilə elektrik enerjisi verilişinin dayandırılmasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın 9.13-cü bəndinin tələblərinə uyğunlaşdırmaq məqsədi ilə bildiriş-xəbərdarlığa saxta məlumatların daxil edilməsinə dair gəldiyi nəticə də qanunvericiliyin yuxarıda şərh edilən tələbləri nöqteyi-nəzərindən əsassızdır. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təsfir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayə t prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində q eyd edilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun o laraq düzgün qiymətləndirmiş və haqlı olaraq A.Abdullayevə Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2021-ci il tarixli hökmü əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Ka ssasiya protesti təmin edilməsin Bəraət almış şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2021-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar