Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-193/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 20 22-ci il tarixli hökmünə əsasən Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) 14 iyun 2022-ci il tarixli hökmü ilə 8 dekabr 1991-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətə ndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Xndə qeydiyyatda olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 9 fevral 2022- ci il tarixdən hesablanması, seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, CM-in 93.1.2-ci maddəsinnin tələbinə əsasən barəsində toksikomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. xx xxxxxxxx 1986-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respubl ikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 9 fevral 2022-ci il tarixdən hesablanması, seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, CM-in 93.1.2-ci maddəsinnin tələbinə əsasən barəsində toksikomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 29 avqust 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 Ərastun oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(099)-393/2022 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı «Seyid» adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu, «Çaylı-Əsgərabad» dairəvi yolunun kənarında, üzərində «Biləsuvar-İran sərhədi-Bəhramtəpə-Şuşa» sözləri yazılmış lövhəsinin yanında gizlədilmiş külli miqdarda, 2115,0 qram narkotik vasitə heroini əldə etmək məqsədilə əvvəlcədən razılaşdıqları kimi 09 fevral 2022-ci il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi "Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək qeyd edilən narkotik vasitə heroini gizlədildiyi yerdən gö türüb, avtomobilin qabaq sağ oturacağının alt hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 111 -ci kilometrliyində, "Azpetrol” yanacaqdoldurma məntəsinin yaxınlığında, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, avtomobilə baxış keçirilərkən qeyd edilən külli miqdarda, 2115,0 qram narkotik vasitə heroin ayrıayrılıqda 555,0 qram, 545,0 qram, 510,0 qram, və 505,0 qram olmaqla 1 (bir) ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində 4 (dörd) ədəd bükümdə olmaqla avtomobilin qabaq sağ oturacağının alt hissəsindən aşkar edilər ək götürülmüşdür. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair tanışı Məhkum və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı « Seyid » adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu, «Çaylı-Əsgərabad» dairəvi yolunun kənarında, üzərində «Biləsuvar-İran sərhədi-Bəhramtəpə-Şuşa» sözləri yazılmış lövhəsinin yanında gizlədilmiş külli miqdarda, 2115,0 qram narkotik vasitə heroini əldə etmək məqsədilə əvvəlcədən razılaşdıqları k imi 09 fevral 2022-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi "Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəldikdən sonra, Məhkum qeyd edilən narkotik vasitə heroini gizlədildiyi yerdən götürüb, avtomobilin qabaq sağ oturacağının alt hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat- axtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun Biləsvar rayonu ərazisindən keçən 111 -ci kilometrliyində, "Azpetrol” yanacaqdoldurma məntəsinin yaxınlığında, Bakı şəhəri istiqamətində hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, avtomobilə baxış keçirilərkən qeyd edilən külli miqdarda, 2115,0 qram narkotik vasi tə heroin ayrı- ayrılıqda 555,0 qram, 545,0 qram, 510,0 qram, və 505,0 qram olmaqla 1 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində 4 ədəd bükümdə olmaqla avtomobilin qabaq sağ oturacağının alt hissəsindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, cinayət işinin ibtidai istintaqı zamanı toplanmış “sübutlar” birinci instansiya məhkəməsində tədqiq edilməmiş və onlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslrin ifadələrini araşdırmaq əvəzinə onları “özünü müdafiə” kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsi tərəfindən sübutların tədqiq edilərək düzgün hüquqi qiymət verilməsi barədə əsassız qənaətə gəlmişdir. Təqsirləndirilən şəxs “əməlinin” CM-in 234.4.1 və 234.4.3-cti maddələri ilə tövsif edilməsi tam absurd olmuşdur. Təqsirləndirilən şəxs təqsirsiz olması barədə dəlillər deməyə əsas verir ki, ibtidai istintaq orqanı az da olsa ədalətli və qanuna hörmət etmiş olsaydı, “statistika” xatirinə onun əməlini CM-nin 234-1.1-ci maddəsi ilə də tövsif edə bilərdi. Sürücü kimi hansı məqsədlə rayona getməsi, habelə sərnişinin avtomobildə daşıdığının nədən ibarət olması barədə məlumatlı olmaması aşkar ikən, onu qabaqcadan əlbir olan bir qrup şəxs və külli miqdarda narkotiok vasitə daşıma əməli ilə ittiham etmək qanunsuzdur. Təqsirləndirilən şəxs məxsus avtomobildə “axtarış aparılarkən” narkotik vasitə olan heroin tapıla bilərdi, ancaq əsas məsələ k ülli miqdarda heroinin bu avtomobildə necə peyda olmasıdır. Birinci instansiya məhkəmə işin bu halına dair “axtarışda” iştirak edən hal şahidlərini dindirməmiş, habelə təqsirləndirilən şəxslərin ifadələrini yox, işdə maraqlı olan əməliyyatçıların ifadələrini daha mötəbər sübut kimi qiymətləndirməsini heç bir ağlabatan dəlillə əsaslandırmamışdır. Təqsirləndirilən şəxslərin hər ikisi birinci instansiya məhkəməsində ifadələrində göstərmişlər ki, polis əməkdaşları tərəfindən tutulandan sonra onların müdafiə hüququ pozulmuş, YPX-nin saxla göstərişindən sonra avtomobildə olan narkoliok vasitənin Elman tərəfindən yolun kənarına səpilməsinin qisası olaraq gecə sabaha qədər onlara fiziki və psixoloji işgəncələr verilmiş, izahatları və ifadaləri müdafiəçi olmadan alınmış, bundan sonra isə onlara pol islə dostluq münasibətində olan adam bu vaxta qədər də bilmədikləri vəkil təqdim edilmiş, həmin vəkil də onlara müstəntiqin dedikləri ilə razılaşmağı məsləhət görmüşdür ki, əks təqdirdə daha ağır maddələrlə ittiham veriləcək. Təqsirləndirilən şəxs təqsirsizdir, ancaq şərti olaraq onu təqsirli hesab olunsa belə təyin edilən cəza ədalətsizdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməl üzrə qanunda 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu, habelə işdə hər hansı bir ağırlaşdıran hal olmadığı halda məhkəmə ona 9 il müddətinə azadlqıdan məhrum etmə cəzasə təyin etmişdir. Təyin edilmiş cəzanın Təqsirləndirilən şəxs ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs arvadı heç vaxt işləməmiş və hazırda da işləmir, azyaşlı uşağı və arv adı işsiz ata və anasının himayəsindədir. Böyük bir ailə Təqsirləndirilən şəxs pensiya yaşına çatmış atasının fəhlə kimi müvəqqəti işlərdən əldə etdiyi gəlirlə dolanmaq, başqa sözlə acından ölməmək məcburiyyətində qalmaqdadır. Hüquqlarının müdafiə etdiyi Təqsirləndirilən şəxs Biləsuvar RPİ-nin əməkdaşları tərəfindən 9 fevral 2022-ci il tarixdə gecə saat 22:20 radələrində tutularkən müdafiəçinin köməyindən istifadə etmək hüququ pozulmuş, sabaha qədər əməliyyatçı Şahid2 kabinetində işgəncə altında olduğundan narkotik vasitənin avtomobilində olması və bunun ona və Elmana aid olması barədə izahatı imzalamışdır. Başqa sözlə Təqsirləndirilən şəxs ona aid olmayan cinayəti etiraf etdikdən sonra əməliyyatçılar ondan əl çəkmiş və yalnız səhəri günü, yəni 10 fevral 2022-ci il tarixində günortaya yaxı n avtomobilinə “baxış” keçirildiyi zaman tanımadığı bir nəfər ona vəkili olduğunu bildirmişdir. Hər iki məhkəmə istansiyasında Təqsirləndirilən şəxs təqsirsizliyi və “təqsirliliyi” üzrə olan sübutlar, o cümlədən əvvəldən onun xeyrinə ifadə verən, barəsində əməliyyat işi qurulan Məhkum ifadəsi, Təqsirləndirilən şəxs öz ifadələri, əməliyyatçıların maraqlı ifadələri, üzləşdirmə, avtomobilə baxış, maddi sübut və sair sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmamış, yeni sübutlar toplanılmamış, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməmişdir. Ona görə də məhkəmələr Təqsirləndirilən şəxs birinci instansiya məhkəmə istintaqında verdiyi ifadəsini, habelə bu ifadəni təsdiq edən digər təqsirləndirilən şəxs Məhkum həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi i fadələrini ağlabatan əsasla təkzib edə bilməmiş, habelə aradan qaldırılması mümkün olmayan şübhəni, yəni Təqsirləndirilən şəxs Məhkumlə birgə narkotik vasitənin daşınması üzrə qabaqcadan əlbir olub-olmamasının şübhəli qalmasını onun xeyrinə təfsir etməmişdir. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2022-ci il tarixli qərarının Təqsirləndirilən şəxs aid hissədə ləğv edilməsi, cinayət işinə həmin hissədə xitam verilməsi xahiş olunmuşdur. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə qeyd edilir ki, 9 fevral 2022-ci il tarixdə saat 22:00 radələrində X7 və Məhkum əməliyyat qrupu tərəfindən izlənilir, saat 22:20 radələrində N.Manafovun avtomobili idarəetmədə olarkən ona saxla göstərişi verilir, bu zaman Məhkum ona saxlamamağı deyir və özündə olan (torpaq adlandırdığı) əşyanı avtomobilin pəncərəsindən küçəyə atır və bundan sonra Nicat avtomobili saxlayır və onları Biləsuvar RPİ-nə gətirirlər. N.Manafov xx.xx.2022-ci il saat 23.00 radələrində Bilasuvar RPİ-də olarkən ona guya müdafiəçi təqdim olunsa da, müdafiəçinin orderində tarix göstərilbsə də, müstəntiqin hansı tarixli və nömrəli qərarının olması göstərilməmişdir. N.Manafovun barəsində xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması protokolu tərtib edilibsə də, tutulma saatı qeyd edilməmişdir. N.Manafov artıq şübhəli şəxs olduğu halda 10 fevral 2022-ci il tarixdə ona CM-in 296cı maddəsinin tələbi barədə məsuliyyət elan edilməklə izahatı alınmış və Nicat ilk izahatında göstərmişdir ki, avtomobilindən tapılan narkotik vasitə ona məxsus deyildir və onun bundan məlumat ı olmamışdır. xx.xx.2022-ci il tarixdə eyni üsulla izahatı alman Məhkum isə ilkin izahatında göstərir ki, avtomobildə “tapılan” narkotik vasitə ona məxsusdur və Nicat Manafovun bundan məlumatı olmamışdır. Ancaq eyni gündə, təhqiqatçının deyil, müstəntiq Ş.Həsənlinin şübhəli şəxs qismində dindirməsi zamanı Məhkum göstərir ki, Biləsuvar ərazisində əldə etdiyi təxminən 200 qrama yaxın narkotik vasitəni o, polisin onları izləməsini görəndən sonra avtomobilin pencərəsindən küçəyə atmışdır. Avtomobildə tapılan narkotik vasitənin Məhkum məxsus olub-olmaması bu ifadə ilə aydınlaşdırılmamışdır. Eyni gündə şübhəli şəxs qismində ifadə verən N.Manafov da E. Babayevin ifadəsində göstərdiyi xüsusatı təsdiq edib göstərir ki, Məhkum Biləsuvar ərazisində əldə etdiyi təxminən 200 qrama yaxın narkotik vasi təni polisin onları izləməsini görəndən sonra avtomobilin pencərəsindən küçəyə atmışdır. Avtomobildə tapılan narkotik vasitənin ona və ya Məhkum məxsus olub- olmaması bu ifadə ilə aydınlaşdırılmamışdır. Hər iki şəxsin şübhəli şəxs qismində verdikləri ifadələri eynilə təqsirləndirilən şəxs qismində verilən ifadələrə köçürülmüşdür. Biləsuvar Rayon Məhkəməsinin 5(022)-44/2022 saylı, 11 fevral 2022-ci il tarixli qərarmda Məhkum barəsində (ətrafında) Biləsuvar RPİ-nin əməliyyat müvəkkli Şahid2 09 fevral 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi qərarı qanun hesab edilmişdirsə də, hansı əməliyyat-axtarış tədbirinin keçirilməsi qeyri-müəyyən qalmış, bu da həmin tədbirin əsassız və qanunsuz olmasına dəlalət edir. Ona görə ki, 10 fevral 2022-ci il tarixdə N.Manafovun idarə etdiyi “avtomobilə baxış keçirilməsi və götürmə haqqında” hərəkət də əməliyyat- axtarış tədbiri olmuş, lakin bu tədbirin keçirilməsi barədə əməliyyatçının və məhkəmənin qərarı olmamışdır. 10 fevral 2022-ci il tarixdə hamısı maraqlı şəxslər olan - xx.xx.2022-cü il tarixli qərarla yaradılmış əməliyyat qrupunun üzvlərinin işrirak etdiyi avtomobildə axtarış aparılması və sonradan sag qabaq oturacağın altından tapılan narkotik vasitəsinin götürülməsini rəsmiləşdirmək üçün axtarış yox, baxış və götürmə adlandırılsa da, CPM-də bu adda istintaq və ya əməliyyat hərəkəti yoxdur. Bu halda isə həmin maddi sübut qanunsuz yolla əldə edilmiş hesab edilməlidir. Beləliklə cinayət işinin ibtidai araşdırılması zamanı N.Manafovu təqsirli hesab etmək üçün toplanan sübutlar, o cümlədən xx.xx.2022-ci il tarixli avtomob ilə baxış keçirilməsi və götürmə qanunsuz olmuş, N.Manavov şübhəli şəxs kimi xx.xx.2022-ci il tarixdə verdiyi izahatında idarə etdiyi avtomobildə tapılan narkotik vasitədən məlumatsız olduğunu demiş, digər şübhəli Məhkum həmin gün verdiyi izahatında N.Manafovun verdiyi izahatı təsdiq etmiş, xx.xx.2022-ci il tarixdə hər iki şübhəli şəxsdən bu dəfə ifadə alarkən avtomobildən tapılan narkotik vasitənin kimə məxsusluğu açıq qalmış, hər iki təqsirləndirilən şəxsin ifadələri şübhəli şəxs kimi verdikləri ifadələrlə eyni olmuşdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, məhkəmələr tərəfindən ona ağır cəza təyin edilmişdir. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2022-ci il tarixli qərarını ləğv edərək cəzasının minimum həddə en dirilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin olunması barədə məhkum və müdafiəçinin, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətlərinin məzmunundan görünür ki, müdafiəçi tərəfindən cinayət işi üzrə sübutların düzgün araşdırılmaması, məhkum Təqsirləndirilən şəxs istinad edi lən əməl və təyin edilmiş cəza mübahisələndirilərək ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini, Məhkum isə ona təyin edilmiş cəzanın həddinin azaldılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini və kassasiya şikayətinə əlavəni CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyası nın 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməl i; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasın a səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqı nda tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlunun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olun muş sübutlara, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs vəkillərinin iştirakı ilə ibtidai istintaq zamanı verdikləri ifadələri, şahidlər Şahid2, Şahid1 ifadələri, üzləşdirmədə istintaq hərəkəti protokol, «Baxış keçirilməsi və maddi sübutun götürülməsi» barədə protokol, məhkəmə kimyəvi ekspertizasının 10 fevral 2022-ci il tarixli 19/176 №-li rəyi, Məhkum məxsus olan «Redmi-6» markalı telefona baxış keçirilməsi haqqında protokol, ambulator məcburi narkoloji tibbi yoxlamanın 2 mart və 5 may 2022-ci il tarixli 256, 548 nömrəli rəyləri və işdə olan istintaq hərəkətlərinə dair protokollar və digər sənədlərlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, həmin əməll ərin cinayət olmasını aradan qaldıran halların, həmçinin məhkum edilmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddələr ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair əsaslı yekun nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlə dən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olm a deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən madd ələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh ed ilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 4 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyə t kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə apellyasiya instansiyası tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Belə ki, Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs “Onun sürücü olaraq Bolt şirkətinin göndərişi əsasında hadisə yerinə getməsi barədə dəlilləri ilə bağl ı qeyd etmişdir ki, Məhkum məxsus olan qara rəngli, «Redmi-6» markalı, üzərində ***-***-**-** mobil nömrəsi olan telefonda olan “WhatsApp” proqramında “İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********21 saylı mobil nömrəsindən 9 fevral 2022-ci il tarixdə qarşılıqlı olaraq narkotik vasitələnin qoyulması barədə səs yazılarını və mesajları göndərmələri müəyyən olunmuş, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı oxşar məzmunlu verdikləri ifadələri birinci instansiya məhkəməsində tədqiq edilmiş və müəyyən edilmişdir ki, onlar narkotik vasitəni birlikdə əldə etdikdən sonra bölməyi planlaş dırsalar da, həmin narkotik vasitəni heç kimə satmaq niyyətlərinin olmadığını etiraf etmişlər. Apellyasiya məhkəməsi həmçinin düzgün olaraq qeyd etmişdir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları təmin edilmiş və hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə araşdırılmış sübutlarla düzgün, qanuni və əsaslı olaraq müəyyən edilməsi və həmin halın cinayət işinin materialları ilə Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə öz təsdiqini tapması barədə əsaslı nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan qrup halında satış məqsədi ilə qanunsu z olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkum Təqsirləndirilən şəxs bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 14 3-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkum un CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayəti və kassasiya şikyətinə əlavədə iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nət icələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, tə qsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkum və Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiyası məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən hali (Təqsirləndirilən şəxs münasibətdə) və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitlərinə təsirini kifayət qədər nəzərə almış və onlara Cinayət Məcəlləsinin təqsirli bilindikləri maddələrinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri məhkumla törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum cəzasının həddinin azaldılması barədə dəlillərin əsassız sayaraq hesab edir ki, onun barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmələr törədilmiş cinayətin xarakterini, ictimai təhl ükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edil sin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi ha llarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməl i, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxslərə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarların şəxsiyyətlərinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın həddinin azaldılmasını məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək məhkum edilmiş şəxslərə təyin olunmuş cəzanın həddinin azaldılması üçün qanuni əsas kimi qəbul edilə bilmə z. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, Məhkum və Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində və kassasiya şikayətinə əlavədə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmü vafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-193/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-193/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver