Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1930/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Nurlan Sahibi oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 28 aprel 2025-ci il tarixli, 1(106)-397/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin (sədrlik edən hakim Orxan Mahmud) 06 fevral 2025-ci il tarixli 1(036)-11/2025 nömrəli hökmü ilə xx xxxxxx 1994-cü ildə İmişli rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, H.Cavid küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 01 m ay 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə 0,788 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımış və saxlamış, 1 may 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı İmişli şəhəri, H.Cavid küçəsi 3 ünvanda yerləşən evinin yaxınlığında bir ədəd bükümdə 0,788 qram çəkidə psixotrop maddə olan metafetamini 40 manat məbləğində pul vəsaiti müqabilində tanışı Şahid4 qanunsuz olaraq satmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Cavid Sultanov və Pərviz Hacıyev) 28 aprel 2025-ci il tarixli, 1(106)-397/2025 nömrəli qərarı ilə İmişli Rayon Məhkəməsinin 6 fevral 2025-ci il tarixli 1(036)-11/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2025-ci il tarixli 1(106)-397/2025 nömrəli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkumun CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinməsi və ittih am tərəfin təqdim etdiyi sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına aşkar şübhələr mövcuddur. Bu baxımdan da həmin sübutların hüquqi qüvvəsi olmadığından həmin sübutlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz, Məhkum iş üzrə verdiyi ifadələrdə özünün təqsirsiz olması barədə təqdim etdiyi sübutlar başqa mötəbər sübutlarla təkzib olunmayıb. Müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-in 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlinin tərkib əlamətlərinin mövcudluğu, narkotik vasitələrin satış məqsədi ilə əldə edərək satması ittiham tərəfindən təqdim olunmuş sübutlarla öz təsdiqini tapmır. Göründüyü kimi, istintaqda və məhkəmədə istinad olunan yuxarıdakı sübutların heç birində təqsirləndirilə n şəxsin evində, üzərində narkotik və psixotrop vasitə, o cümlədən narkotik və psixotrop maddələri ölçmək, çəkmək üçün xüsusi, həssas tərəzi aşkar olunmamışdır. Təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərir ki, onu saxlayarkən polislər ona təzyiq göstərmiş, onu döymüş, ona xəsarət yetirmişlər və hədələmişlər ki, əgər narkotik vasitə satdığını boynuna almasa onun başına oyun açacaqlar. Məhkum dedikləri 3 saylı İstintaq Təcridxanasının rəisinin İmişli rayon prokuroruna ünvanladığı xx.xx.2024-cü il tarixli xidməti məlumatla da təsdiq olunur. Belə ki, həmin məlumatda göstərilmişdir ki, 3 saylı İstintaq Təcridxanasının tibbi sanitar hissəsində Məhkum baxış keçirilmiş və sol bazu nahiyəsinin bayır səthində bənövşəyi rəngli qançır aşkar edilmişdir. Təqsirləndirilən şəxs Məhkum da qorxusundan g uya Şahid4 metafetamin satmasını ifadəsində yazmışdır. Halbuki, o, bunu yazmağa məcbur olmuşdur. Əslində, heç kimə psixotrop maddə satmamışdır. Həmçinin Məhkum ifadə verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən təxminən bir ay əvvəl Şahid4 ilə onun arasında münaqişə olmuş, Əhliman Şahid4 müvəqqəti olaraq kirayədə yaşadığı evdə nalayiq hərəkətlər etməsini ona irad tutmuş, ertəsi gün Şahid4 Əhlimanın yaşadığı evə gəlmiş və Əhlimanın atası Ərzumana oğlu Əhliman barədə şikayət etmiş, mübahisə etmiş və Əhlimanı hədələmişdir. Ona görə də Şahid4 aralarında yaranan münaqişə zəminində Məhkum qəsdən böhtan ataraq guya Əhlimanın ona narkotik maddə satması barədə bilərəkdən yalan və böhtan xarakterli izahat və ifadə vermişdir. İbtidai araşdırma orqanı yuxarıda qeyd olunan məlumatların həqiqəti ö zündə əks etdirdiyinə əmin olduğu halda müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirməklə Məhkum narkotik vasitələrindən istifadə edən, yaxud ondan narkotik vasitəsi alan şəxsləri müəyyən etməklə Məhkumı bilavasitə "iş başında” yaxalaya bilərdi. İş materiallarından isə görünür ki, həmin istiqamətdə hər hansı bir tədbir həyata keçirilməmiş, ümumiyyətlə hər hansı bir təşəbbüs belə göstərilməmişdir. Çünki belə bir fakt mövcud deyildi, əgər Məhkum narkotik vasitələrin satışı ilə məşğul olsaydı polis orqanı müvafiq əməliyyat axtarış tədbiri həyata keçirməklə onu ifşa edə bilərdi. Lakin belə bir hal olmamışdır, çünki Məhkum narkotik vasitələrin dövriyyəsi ilə məşğul deyildir. Yuxarıda qeyd olunan hallar isə bir daha belə qənaətə gəlməyə əsas verir ki, Məhkum qarşı CM-in 234.2-ci maddəsi i lə irəli sürülmüş ittiham onun təqsirli olmasını təsdiq edən biri-birini tamamlayan mötəbər sübutların məcmusu ilə deyil, mülahizə və ehtimallarla əsaslandırılmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmi ş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilməmiş, barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birin ci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmadan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinay ət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mə nbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid1, Şahid3, Şahid2 və Şahid4 ifadələri, məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, Məhkum birinci instansiya məhkəməsində Şahid4 psixotrop maddəni 40 manata satılmasını etiraf etməsə də, ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, Şahid4 xahişi ilə sonuncuya 40 manata metafetamin satmışdır. Hazırkı iş üzrə şahid qismində dindirilmiş Şahid4 həm ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində, eləcədə təqsirləndirilən şəxslə aralarında olan üzləşdirmə protokolunda verdiyi ifadəsində, şəxsi axtarış protokolunda verdiyi izahatında, onun barəsində olan cinayət işinə İmişli Rayon Məhkəməsində baxılarkən və hazırki cinayət işi üzrə birinci instansiya məhkəməsində şahid qismində verilmiş ifadəsində onda aşkar edilmiş narkotik vasitəni Məhkum aldığını etiraf etmişdir. Həm birinci instansiya, həm apellyasiya instansiyası məhkəmələri Məhkum ibtidai istintaq və məhkəmə iclasında verdiyi ifadələrin arasında ziddiyyətlərin olmasını nəzərə alıb, Məhkum ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr digər sübutlarla təsdiq edildiyindən onları düzgün və həqiqətə uyğun olan, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə həqiqətə uyğun olmayan özünü müdafiə etmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutların məcmusuna və işin hallarına nəzər salaraq məhkəmələrin bu mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə a lıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbayc an Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2025-ci il tarixli 1(106)-397/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2025-ci il tarixli 1(106)-397/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1930/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1930/2025
05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver