Məhkəmə qərarları › İş №1(102)-1931/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1931/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1931/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 14 iyun 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (məruzəçi), Cavid Hüseynov (sədrlik edən) və Eldar İsmayılov) 1(101)-263/2022 nömrəli 16 mart 2022-ci il tarixli hökmü ilə 24 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 10, mənzil 12-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, ev 2942A, mənzil 126-da yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsir li bilinib, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 5 ( beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəza çəkmə müddətinin əvvəli 28 may 2021ci tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum1 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər məhkum olunmuşdur ona görə ki, Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma, satma v ə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs, Məhkum1 və başqası ilə əvvəlcədən razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Əli” adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda - 9,249 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda - 13,971 qram çəkidə narkotik vasitə heroini əldə edib aralarında bölməklə Məhkum2 külli miqdarda - 2,313 qram çəkidə psixotrop maddə metamfetamini, başqası-1,932 qram çəkidə narkotik vasitə heroini üzərilərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığına, Məhkum1 isə külli miqdarda - 6,936 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda - 12,039 qram çəkidə narkotik vasitə heroini üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 may 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum2 və başqası həmin gün saat 16.30-da, Məhkum1 isə həmin gün saat 18.45-də göstərilən ünvanlarda saxlanıl araq ünvan 2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Məhkum2 əlindəki əl çantasından bir ədəd bükümdə külli miqdarda 2,313 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, başqasının əl çantasından üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,380 qram, 0,281 qram və 0,271 qram olmaqla ümumilikdə 1,932 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, Məhkum1 əynindəki şalvarının sol yan cibindən iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,837 qram və 2,099 qram olmaqla ümumilikdə külli miqdarda 6,936 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, altı ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəki ləri 0,680 qram, 0,592 qram, 0,650 qram, 0,051 qram, 7,111 qram və 2,955 qram olmaqla ümumilikdə külli miqdarda 12,039 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin İzləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), hakimlər Vaqif Mursaqulov və Habil Məmmədov) 1(103)1009/2022 nömrəli 14 iyun 2022-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü Məhkum2 aid hissədə qismən ləğv olunmuş, yeni hökmlə Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş və Məhkum2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi il ə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı3 kasasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır instansiyası məhkəməsinin hökmü qanunsuz və əsassızdır. ki, apellyasiya Belə ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə bəraət verərkən və onun əməlini CM-in 234.1-ci maddəsi ilə təqsirli hesab edərkə n, cinayət və cinayət prosessual qanunvericiliyini maddələrini pozmuş, onun tərəfindən törədilən CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayətlər olmasını, Məhkum2 tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitənin külli miqdar təşkil etməsini, bu halın özözlüyündə onun tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, aşkar olunmayacağı təqdirdə ondan istifadə edəcək əksəriyyəti gənc olmaqla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almayaraq təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsinin səbəblərini nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi öz yekun qərarlarında əsaslandırmamışlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum2 təqsirli bilindiyi CM-in 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilməsinin və əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməklə onu həmin maddə ilə təqsirli bilinməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinin tələblərinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.1-cü maddəsinin dispozisiyasına əsasən həmin maddə ilə əməl satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi və saxlaması, habelə narkotik vasitələrin satılması qabaqcadan əlbir olan bir qrup şəxs halında və ya mütəşəkkil dəstə tərəfindən törədildiyi halda tövsif edilir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsi üçün müəyyən edilməlidir ki, onun tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə etməsi və ya saxlaması satış məqsədi ilə törədilmiş, yaxud qanunsuz olaraq külli miqdarda narkotik vasitə onun tərəfindən satılmışdır. Azərbaycan Respublikası CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə ic raat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin maddənin cinayət-hüquqi mahiyyəti ondan ibarətdir ki, burada cinayətkar qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunması tələb olunur. Təqsirləndirilən şəxs Məhkum2 birinci instansiya məhkəməsində verdiyi ifadələrində göstərmişdir ki, o, 27 may 2021-ci il tarixdə tanışı Veronikanı onun xahişi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "Neftçilər” metrosunun yaxınlığına aparmış, orada o motosikletin yanında gözləmiş və Veronika harasa gedib, qayıtmışdır. O nlar saxlanıldıqdan sonra ona məlum olmuşdur ki, həmin gün Veronika narkotik vasitə almışdır. Bundan sonra 28 may 2021-ci il tarixində o, Veronika ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, R.Rüstəmov küçəsində yerləşən "Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşərkən polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onlardan Dəryanur adlı şəxs barəsində soruşduqda, o həmin şəxsi tanımadığını demişdir. Polis əməkdaşları onları müxtəlif avtomobillərdə əyləşdirməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada videoçəkilişlə Veronikanın üzərinə şəxsi axtarış keçirilərkən onun üzərində narkotik vasitələr aşkar edilmişdir. Həmin vaxt polis əməkdaşları videoçəkilişi dayandırmışlar. Polis əməkdaşları Veronika və ona təzyiq göstərmişlər. Veronika x anım olduğu üçün onun üzərində aşkar edilmiş narkotik vasitələrin guya onun olduğunu etiraf etməyə hazır olduğunu polis əməkdaşlarına bildirmişdir. Lakin polis əməkdaşları yükün təkcə onun üzərinə düşməməyi üçün Veronikanın üzərində aşkar edilən narkotik vasitələri bölüşdürməyi təklif etmişlər. Bundan sonra polis əməkdaşları üzərinə 1 büküm yerləşdirmişlər. Bu vaxt Veronika həmin bükümün ona məxsus olmadığını, onun həcminin böyük olduğunu ona demişdir. Bundan sonra videoçəkiliş davam etdirilmiş və şəxsi axtarış zamanı üzərində bir büküm aşkar edilmişdir. Özü də narkotik vasitə istifadəçisidir və Veronika ilə birgə narkotik vasitə qəbul edibmiş. Veronika ilə birgə narkotik vasitə istifadə edərkən hər biri ayrı-ayrılıqda özlərinə məxsus olan narkotik vasitəni istifadə edibmişlər, bir-birləri nə verməmiş, videoçəkiliş zamanı ondan üzərində aşkar edilən bir bükümü kimdən aldığı soruşulmamış, amma Veronikadan soruşmuşlar. Narkotik vasitədən istifadə etdiyi üçün peşmandır. Digər təqsirləndirilən şəxslər Məhkum1 Ələsgər oğlu və X2 ibtidai istintaq zamanı verdiyi ifadələrdə təqsirləndirilən şəxs Məhkum2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Göründüyü kimi təqsirləndirilən şəxslərin ifadələrinə əsasən onların ittihamda göstərilən cinayəti birgə törətmələrini müəyyən olunmur. Həmin halın müəyyən edilməsi üçün istintaq orqanı tərəfindən hər hansı bir digər sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə baxışı zamanı da məhkumların cinayəti törətmək üçün qabaqcadan əlbir olması və cinayəti birgə törətməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə dindirilmiş ş ahidlərin ifadələri ilə, həm də tədqiq olunmuş digər sübutlarla Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini (CM-nin 234.4.1-ci maddəsi ilə) digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olmaqla törətməsi təsdiq olunmamışdır. Məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna əsaslanaraq qeyd edir ki, Məhkum2 psixotrop maddəni satması və ya məhz bu məqsədlə psixotrop maddəni əldə etməsi sübuta yetirilmir. Bununla əlaqədar qeyd olunmalıdır ki, ibtidai istintaq orqanın və birinci instansiya məhkəməsinin hansı sübutlara və dəlillərə əsaslanaraq onun psixotrop maddəni və narkotik vasitəni satmaq məqsədi olması qənaətə gəldikləri müvafiq olaraq ittiham aktında və hökmdə göstərilməmişdir. İş materiallarında olan sübut larda da belə bir məlumat yoxdur ki, narkotik vasitə və psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin. Əksinə, Məhkum2 psixotrop maddə onda aşkar edilərkən həmin maddəni özünün istifadəsi üçün əldə etdiyini bildirmiş, ibtidai istintaq və məhkəmədə də belə ifadə vermişdir (müvafiq protokollardan göründüyü kimi). Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkumların qabaqcadan əlbir olaraq cinayət törətmələrini təsdiq edən sübutların mövcud olmamasına baxmayaraq istintaq orqanı tərəfindən əsassız olaraq Məhkum2 əməli CM-in 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı məhkumların qabaqcadan əlbir olaraq cinayət törətmələri öz təsdiqini tapmamışdır. Apellya siya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən Məhkum2 tərəfindən 2,313 qram miqdarında psixotrop maddə olan metamfetaminin qanunsuz olaraq əldə edilməsi və saxlanılması müəyyən etsə də, nəticəyə gəlmişdir ki, həmin sübutlarla psixotrop maddənin satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi təsdiq olunmur. Məhkəmənin gəldiyi nəticə Məhkum2 məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş digər məhkumun və şahidlərin ifadələri ilə, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam uyğunluq təşkil edir və həmin sübutlarla təkzib olunmur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların p rekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Məhkum2 onlarda aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkumda aşkar edilmiş psixotrop maddənin miqdarı da (2,313 qram) onun məhz satış məqsəd i ilə əldə edilməsi barədə nəticəyə gəlmək əsas vermir. Bununla da məhkum edilmiş şəxs Məhkum2 psixotrop maddəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi müəyyən edilməmiş və bunun üçün Məhkum2 hər hansı avadanlıq aşkar edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşımasına dair istintaq materiallarında mötəbər sübut olmadığından apellyasiya instansiyası məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası apellyas iya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Məhkum2 qaçaqmalçılıq cinyətinin törədilməsində köməkçi qismində iştirak etməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsində qeyd olunmuşdur ki, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Lakin Məhkum2 digər şəxslərə qaçaqmalçılıqla əlaqədar CM-in 32.5-ci maddəsində göstərilən halların yerinə yetirilməsi üçün yardım etməsi və ya digər hərəkətlərin görüləcəyini vəd etməsi nə onun, nə digər Məhkum1, nə məhkəmədən yayınmış təqsirləndirilən şəxs V.N.Karmakovanın və şahidlərin ifadələri ilə müəyyən olunmur. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla da Məhkum2 qaçaqmalçılıq cinayətin törədilməsinə köməkçilik etməsi təsdiq edilmir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə cinayət törətməsinə dair ittiham sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. H əmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmad ıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum2 qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik etməsinə və psixotrop maddənin onun tərəfindən satış məqsədi ilə əldə edilib saxlanmasına dair heç bir sübut olmadığından apellyasiya instansiyası məhkəməsinin hökmü Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilməsi və onun əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmam ış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı və işə baxan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Məhkum2 qaçaqmalçılıq cinayətinin törədilməsinə köməkçilik etməsi və narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, apellyasiya instansiyası məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə bəraət vermiş, onun əməlini i sə düzgün olaraq Azərbaycan Respublikası CMin 234.4.1-ci və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum2, digər məhkumun və şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib Məhkum2 psixotrop maddəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin psixotrop maddəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nətic əyə gəlmişdir. Apellyasiya məhkəməsinin hökmündən də görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin işə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları haqqında Konvensiyanın 6-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 haqqındakı hökmünün ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlillər i ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 barəsində 14 iyun 2022-ci il tarixli hökmünün kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 haqqındakı 14 iyun 2022-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar