Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1931/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlə r Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 1(124)-283/2024 nömrəli hökmündən məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin təmin olunmaması barədə həmin Məhkəmənin 12 fevral 2025-ci il tarixli, 1(124)283/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2025-ci il tarixli, 1(105)-339/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət məhkəmə tərkibində) 28 avqust 2024-cü il tarixli, 1(124)-28 3/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən xx.xx.2024cü il tarixdə hökm qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair yazılı vəsatət 3 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: X5) 12 fevral 2025-ci il tarixli, 1(124)-283/2024 nömrəli qərarı ilə, Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 1(124)-283/2024 nömrəli hökmündən apellya siya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətinin əsassız olduğuna görə təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 1(124)-283/2024 nömrəli tarixli sözügedən qərarından məhkum apellyasiya şikayəti verərək ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət məhkəmə tərkibində) 24 aprel 2025-ci il tarixli, 1(105)339/2025 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 1(124)-283/2024 nömrəli qərarının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, məhkum olunmuş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alın mışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2025-ci il tarixli, 1(105)-339/2025 nömrəli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində qeyd edilmişdir ki, barəsində qəbul edilmiş hökmdən apellyasiya şikayətini Müalicə Müəssisəsində olarkən vermiş, sonradan cəzaçəkmə müəssisəsinə köçürülmüş və apellyasiya şikayətinin nəticəsi ilə maraqlanmış, lakin ona apellyasiya şikayətinin ünvana çatmadığı məlum olmuşdur. Ona görə yenidən apellyasiya şikayəti yazmaqla vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etsə də, vəsatəti təmin edilməmişdir. Həmçinin o, vaxtında verilmiş apelyasiya şikayətinin hansı səbəbdən ünvana çatmaması barədə rəsmi müraciət et miş, cavab olaraq bildirilmişdir ki, müraciəti müəssisədə vaxtında qeydiyyatdan keçirilməmişdir. Qeyd etdiklərinə əsasən məhkəmədən şikayətinin təmin edilməsini xahiş etmişdir. Prosses iştirakçılarının çıxışları: Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi anda n 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 1(124)283/2024 nömrəli hökmündən görünür ki, Məhkum azadlıqdan məhrumetmə ilə bağlı cəzaya məhkum edilmişdir. Belə olan halda ona münasibətdə apellyasiya şikayətinin verilməsi müddətinin axımı CPM-in 384.2-ci maddəsinə uyğun olaraq, yəni hökmün surətinin ona verildiyi andan başlayır. Həmçinin cinayət işinin materiallarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 1(124)-283/2024 nömrəli hökmü məhkum və müdafiəçisinin iştirakı ilə elan edilmiş, hökm elan edilərkən proses iştirakçılarına hökmdən şikayət vermək hüququ və müddəti izah edilmiş, bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmış və hökmün surəti 11 sentyabr 2024-cü il tarixində qəbzə imza edilməklə məhkum tərəfindən qəbul edilmişdir. Məhkum tərəfindən apellyasiya şikayəti isə 3 fevral 2025-ci il tarixdə təqdim edilmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməklə bağlı gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, məhkum edilmiş şəxs Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 1(124)-283/2024 nömrəli hökmü qаnunlа müəyyən еdilmiş müddət ərzində, yəni qərar ona təqdim olunduğu 11 sentyabr 2024-cü il tarixdən 20 gün müddətində аpеllyаsiyа şikаyəti vеrmək hüququ оlmuş, lakin həmin müddəti üzrsüz səbəbdən kеçirməklə 3 aydan çox müddət keçdikdən sonr a, yəni 22 yanvar 2025-ci il tarixində apellyasiya şikayəti verdiyindən və müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı bir sübut vəsatətinə əlavə etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq sonuncunun müddətin bərpasına dair vəsatətini təmin etməmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən 3 aydan çox vaxt keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkum kassasiya şikayətinin dəlilləri qismində müddəti ötürməsi ilə əlaqədar əlavə hər hansı hala istinad etməmiş, istinad etdiyi hala münasibətdə isə təsdiq edici heç bir sübut əlavə etməmişdir. Qanunvericiliyin şərh ol unan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 1(124)-283/2024 nömrəli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökmün elan edildiyi andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüququndan istifadə etməmiş, birinci instansiya məhkəməsi tərəfindən Məhkum tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi onun istinad etdiyi hallar araşdırılaraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, düzgün olaraq onun vəsatətini təmin etməmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri əsaslı və inandırıcı deyil. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən edən sübutlar əlavə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də, məhkuma təqdim olunmuş hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müd dəti bilavasitə göstərilmişdir. Ona görə də, kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün hər hansı əsaslı dəlil göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də, məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahis ələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2025-ci il tarixli, 1(105)-339/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2025-ci il tarixli, 1(105)-339/2025 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin ed
Məhkəmə qərarları › İş №1(102)-1931/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1931/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver