Məhkəmə qərarları › İş №1(102)-1932/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1932/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1932/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsi nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(105)-210/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri Corat qəsəbəsi ev 399-da qeydiyyatda olmaqla yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girdikdən sonra Məhkum 28 iyul 2021-ci il tarixdə Bakı-Quba avtomobil yolunun kənarında şəxsiyyəti istintaqa məlum olmayan "Səbinə” adlı İran İslam Respublikası vətəndaşı ilə görüşərək ona 600 (altı yüz) manat pul verərək sonuncudan xarici görünüş və kimyəvi tərkib komponentlərinə görə eyni olan ümumilikdə 400,0 qram çəkidə külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini alıb, satış məqsədi ilə daşıyaraq Sumqayıt şəhəri ərazisinə gətirmiş, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs ilə görüşdükdə aldığı narkotik vasitənin 110,0 qramını 300 (üç yüz) manat məbləğində pul müqabilində bir ədəd şəffaf rəngli sellof an bükümdə Təqsirləndirilən şəxs satmış, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi ümumilikdə 110,0 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini daşıyaraq üzərində saxlaması səbəbindən 29 iyul 2021-ci il tarixdə, saat 18:15-də ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 110,0 qram olan külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bun dan sonra Məhkum "Səbinə” adlı İran İslam Respublikası vətəndaşından satış məqsədilə qanunsuz olaraq əldə etdiyi qalan 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 290,0 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini daşıyaraq üzərində saxlayan zaman xx.xx.2021-ci il tarixdə, saat 18:15-də Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 290,0 qram təşkil edən külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə hero in aşkar edilərək götürülmüşdür.

3. Bundan əlavə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,289 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 05 iyul 2021-ci il tarixdə, saat 15:05-də Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan ağ rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 qram və 0,180 qram, ümumi təmiz çəkisi 0,289 qram təşkil edən eyni tərkibli, qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

4. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 1(124)-132/2022 nömrəli hökmü ilə (hakimlər X8 (sədrlik edən), X6 və X7) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 il (səkkiz) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm çıxarılanadək həbsdə saxlandığı müddətin cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəlinin 29 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılma sı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin, digər Təqsirləndirilən şəxs da təqsirliliyi məsələsi, həmçiin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

5. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 1(124)-132/2022 nömrəli hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri və Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən apellyasiya protesti verilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(105)-210/2023 nömrəli qərarı ilə (h akim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X3 ibarət tərkibdə) apellyasiya şikayətlərinin təmin edilməməsi, apellyasiya protestinin təmin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-132/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünün apellyasiya protestinə əsasən dəyişdirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş 01 (bir) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının hazırki h ökmlə təyin edilmiş cəza ilə cinayətlərin məcmusu üzrə qismən toplanılması və Məhkum qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum hökm çıxarılanadək həbsdə saxlandığı müddətin cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəlinin 29 iyul 2021-ci il tarixdən hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(105)-210/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti və Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

8. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən qərar qəbul edilərkən cinayət qanununun normasını düzgün tətbiq etməməklə bərabər, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahisliyinin pozulmasına yol verib AR Ali Məhkəməsinin Plenumunun maddi hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyə zidd nəticəyə gəlmişdir.

9. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.22 və 416.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2 023-cü il tarixli, 1(105)-210/2023 nömrəli qərarını cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir.

10. Məhkum və müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərində bir sıra qanunvericilik aktlarına istinadlar edərək şikayətlərini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət prosessual normaların tələbləri pozulmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir.

11. Kassasiya şikayətinin müəllifi şikayətinin dəlilləri qismində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini müzakirə edib qiymət verməmiş, müvafiq araşdırmalar aparsa da, onları təqsirləndirilən şəxsin əməli fonunda tədqiq edərək qiymətləndirməmiş, yalnız birinci instansiya məhkəməsinin məhkumun təqsirliliyi və əməlin tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşdığını qeyd edərək məhkumun qeyd edilən cinayət əməlini törətməsini iş materialları ilə tam sübuta yetirilməsini göstərməklə kifayətlənmişdir.

12. Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən, onlar, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(105)-210/2023 nömrəli qərarının ləğv edilməsini, Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər.

13. Kassasiya protestinə və kassasiya şikayətlərinə qarşı etiraz daxil olm amışdır. İİİ. Proses iştirakçılarının çıxışları:

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum, özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda kassasiya protestinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi İV. Hüquqi məsələlər

16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyə n edir.

17. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası mə hkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

19. Məhkum və müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərində məhkəmələr tərəfindən cinayət prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə cinayət işi materiallarındakı sübutları tədqiq etmədən, hökün əsasını yolverilməz sübutlar təşkil etdiyi halda onun əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və Məhkum barəsində bəraət hökmü çıxarılması haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

20. Dövlət ittihamçısı kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən qərar qəbul edilərkən cinayət qanununun normasının düzgün tətbiq edilmədiyini iddia edərək, mübahisələndirilən qərarın cinayət qanununun normasının düzgün tətbiq edilərək dəyişdirilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.22 və 416.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

21. Odur ki, kollegiya məhkumun, onun müdafiəçisinin kassasiya şikayətlərini və dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciət lərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(105)-210/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Məhkəmə kollegiyası ilk növbədə Məhkum və onun müdafiəçisi tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinin dəlillərinə qiymət verilməsini zəruri hesab edir.

23. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

24. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.

25. Cinayət Prosessual Məcəllənin 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlə r əlavə edilə bilər.

26. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentlərini əsassız hesab edir.

27. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

28. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməs ini tələb edir.

29. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

30. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, h ərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

31. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum təqsirliliyinin və onun cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

32. Həmçinin, məhkəmə kollegiyası kassasiya protestinin cəza təyini zamanı cinayət qanunu normasının düzgün tətbiq edilməməsi barədə dəlilləri ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərini pozaraq səhvə yol vermiş, cəza məsələsinin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 və 66.5-ci maddələrini tətbiq edərkən mövcüd qaydalara düzgün riayət etməmiş, bununla da cinayət qanunu normasını düzgün tətbiq etməmişdir.

33. Belə ki, cinayət işi mater iallarından müəyyən edilir ki, apellyasiya instansiya məhkəməsi Məhkum hazırki hökmlə təyin edilmiş 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını tamamilə və ya qismən toplayıb, yekunda isə CM-in 69.3-cü maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsində baxılmış iş üzrə onun tutulduğu 2 gün müddəti yekun cəzadan çıxamlı olduğu halda səhvən, Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə təyin etdiyi 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını deyil, həmin cəzanın CM-in 69.3-cü maddəsinə əsasən tutulduğu müddəti çıxıldıqdan sonra şəxsin üzərində saxlanılmış 1 il 5 ay 28 günlük hissəsini toplamışdır.

34. Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır.

35. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tari xli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır.

36. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmündən göründüyü kimi, Məhkum 19 mart 2021-ci il tarixdən 21 mart 2021-ci il tarixə kimi şübhəli şəxs qismində saxlanılmışdır.

37. Lakin, apellyasiya məhkəməsi Məhkum münasibətdə cinayət qanununun həmin tələblərini nəzərə almayaraq cəza təyini zamanı cinayət işi materiallarındakı sadalanan sübutları düzgün tədqiq etməmişdir.

38. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

39. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası şikayətl ərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, kassasiya protestinin dəlilləri ilə isə razılaşaraq, həmin protestin təmin edilməsini, Məhkum haqqında Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(105)210/2023 nömrəli qərarının kassasiya protestinin cinayət qanun normasının tətbiqində səhv edilməsi hissəsinə münasibətdə dəyişdirilməsini, qalan hissədə həmin qərarın dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir.

40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(105)-210/2023 nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Məhkum hazırki hökmlə təyin olunan 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, ona Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum 19 mart 2021-ci il tarixdən 21 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, onun üzərində qəti olar aq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli, 1(105)-210/2023 nömrəli qərarı baxılmış kassasiya şikayətlərinə və kassasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin. Kassasiya protesti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar