Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1932/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və müdafiəçisi Hümbətov Pərviz Şakir oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-36/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Hümbətov Pərviz Şakir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxxx xxxx-cı il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Dəliquşçu kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 20 aprel 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 10 may 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin o lunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncuya tanışına məxsus bağlanmaqda olan mağazanın maya dəyərindən aşağı qiymətə satışa çıxardığı pərdə və lüstr məhsullarını ucuz qiymətə alaraq baha qiymətə satıb qazanc əldə etmək barədə yalan vəd verib aldadaraq inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən “Ər-Riyad” ticarət mərkəzindəki öz pərdə-tül mağazasında 15 iyun 2020-ci il və 18 iyun 2020-ci il tarixlərdə hər dəfə 5000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 10.000 (on min) manat məbləğində pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməy ib zərərçəkmiş Zərərçəkmiş şəxs 10.000 (on min) manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 1(012)-56/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM- nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddətin həbsdə saxlamanın 01 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablamaqla, qəti olaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəli nin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Hümbətov Pərviz Şakir oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-36/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-56/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətində münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Hümbətov Pərviz Şakir oğlu kassasiy a şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində müdafiəçi apellyasiya şikayətində göstərilənlərlə eyni dəlillər irəli sürərək bildirmişdir ki, məhkum edilmiş şəxs heç vaxt zərərçəkmiş şəxsdən pul vəsaiti almamışdır. Onun zərərçəkmiş şəxsdən pul vəsaitini almasını təsdiq edən heç bir sübut yoxdur. Pul vəsaitinin alınmasını zərərçəkmiş şəxsdən başqa heç kim təsdiq etməmişdir. İş üzrə dindirilmiş şahidlərin hər biri ayrı-ayrılıqda zərərçəkmiş şəxsin məhkum edilmiş şəxsə pul verməsinin şahidi olmadıqlarını, bu barədə məlumatı yalnız zərərçəkmiş şəxsin özündən eşitdiklərini bildirmişlər. Əlavə olaraq, 04 oktyabr 2024-cü il tarixdə baş tutmuş məhkəmə iclasında işə yeni qoşulan Məhkum müdafiəçisi Hümbətov Pərviz Şakir oğlunun məhkəmə istintaqının tə zələnməsi, zərərçəkmiş şəxsin, şahidlərin və məhkumun onun iştirakı ilə yenidən dindirilməsi və proses iştirakçılarına təkrar suallar vermək imkanının yaradılması barədə verdiyi vəsatəti təmin edilməmişdir. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-36/2025 nömrəli, 30 aprel 2025ci il tarixli qərarının ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsi və barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya in stansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçi kassasiya şikayətində cinayət hadisəsi olmadığı əsası ilə Məhkum bəraət verilməli oldu ğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-36/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləş dirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
18. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən q əbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
19. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsə dlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
20. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində bildirilənlərdən fərqlənmir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həll i vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırmış cavablandırma verilmişdir.
21. Kassasiya şikayətinin məhkumun müdafiəçisinin işə sonradan qoşulduğu üçün əvvəllər dindirilmiş şəxslərin yenidən məhkəmə iclasına çağırılaraq onun iştirakı ilə dindirilmələri barədə vəsatətinin təmin edilmədiyi, bununla da məhkum edilmiş şəxsin keyfiyyətli hüquqi yardım almaq imkanından məhrum olunması barədə dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
22. Cinayət işinin materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsi ndə hüquqlarının müdafiə edilməsi üçün Xırdalan şəhər Vəkil Bürosunun vəkili dövlət büdcəsi hesabına müdafiəçi təyin edilsə də, lakin məhkum özü seçdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Məhərrəmli Əhməd Nizami oğlu ilə müqavilə bağlayaraq, dövlət hesabına təyin edilmiş müdafiəçinin hüquqi yardımından imtina etmişdir. Müdafiəçi Məhərrəmli Əhməd Nizami oğlu birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak edərək, məhkumun müdafiəsini təmin etmişdir. 23. 24 sentyabr 2024-cü il tarixdə Məhkum yeni müdafiəçi - Hümbətov Pərviz Şakir oğlu ilə müqavilə bağlamış və sonuncu işə qoşulmuş, bununla da digər müdafiəçinin hüquqi yardımına xitam verilmiş və məhkəmə istintaqının sonrakı mərhələlərində məhkumun müdafiəsini vəkil P.Ş.Hümbətov təmin etmişdir.
24. Kassasiya şikayətinin m üvafiq dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 92.5-ci maddəsinə əsasən müdafiəçidən imtina etmiş şübhəli və ya təqsirləndirilən şəxsə bu Məcəllənin 92.3.1-ci maddəsinə əsasən sonradan müdafiəçi təyin edilməsi həmin vaxtadək aparılmış prosessual hərəkətlərin təkrarlanmasını məcburi edən hal deyil.
25. Göründüyü kimi, qanunverici təqsirləndirilən şəxsin məhkəmə istintaqının sonrakı mərhələlərində yeni müdafiəçinin hüquqi yardımından istifadə edərək, əvvəlki müdafiəçinin hüquqi yardımından imtina etməsini, həmin vaxtadək aparılmış prosessual hərəkətlərin təkrarlanması üçün əsas kimi müəyyən etmir.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış hüquqi mövqeyinə görə də “İnsan Hüquqlarının və Əsas Azad lıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (d) paraqrafında qeyd edilən - cinayət törətməkdə ittiham olunan hər kəsin onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququ, həmin şəxsin müdafiəsini həyata keçirən və ya onu təmsil edən vəkilinə yox, onun özünə məxsusdur. Avropa Məhkəməsinin çoxsaylı, o cümlədən Azərbaycana qarşı verilmiş şikayətlərlə bağlı qəbul etdiyi qərarlarında dəfələrlə qeyd edilmişdir ki, hüquqşünas peşəsi dövlətdən müstəqildir, bu da onunla nəticələnir ki, hüquqi yardım göstərilməsi hesabına yaxud öz seçimi ilə təyin edilməsindən asılı olmayaraq, müdafiənin təşkili və həyata keçirilməsi müdafiə edilən şəxsin və onun vəkili arasında tənzimlənən məsələdir, dövlətin müdafiənin təşkilinə qarışması yaxud müdafiəçinin buraxdığı nöqsanlara görə cavabdehlik daşıması yolverilməzdir (məsələn, Faiq Məmmədov Azərbaycana qarşı, № 60802/09, § 32, 26 yanvar 2017-ci il).
27. Yekunlaşaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətində qaldırılmış məsələlərə aid gəldiyi nəticəsi şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-n in 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
28. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-36/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılm alıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Hümbətov Pərviz Şakir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-36/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.