Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1933/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4..3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, X8 və X3 ibarət tərkibdə) 15 dekabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1997-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Cəbrayıl rayonu, Alıkeyxalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətdiyinə görə ona təyin olunmuş 2 il 5 ay 28 gün müddətinə azadlıqdan şərti məhkum etmə ləğv edilmiş və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzasının əvvəlinin tutulduğu gündən, yəni 16 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində xüsu si müsadirə tətbiq edilməməsi, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməsi, onun ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmlə digər şəxs-Təqsirləndirilən şəxs da məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə) 3 may 2023-cü il tarixli qərarı ilə müdafiəçinin apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 1(101)-1235/202 saylı hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilm iş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il müddətə endirilmişdir. Hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti istintaqa məlum olmayan «Mehdi» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz ar alarında cinayət rollarını bölüşdürüb, internet sosial şəbəkə vasitəsi ilə «Mehdi» adlı şəxslə əlaqə saxlayıb istintaqa məlum olmayan vaxt və tarixdə sonuncunun göndərdiyi külli miqdarda 38,713 qram çəkidə narkotik vasitə heroini Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2021 -ci il tarixdə həmin narkotik vasitə heroinin bir qismini, yəni 4,679 qramını sataraq Təqsirləndirilən şəxs vermiş, 9,229 qram çəkidə hissəsini üzərində, qalan 24,805 qram çəkidə hissəsini isə yaşadığı evində saxlamış və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16:20-də o, Təqsirləndi rilən şəxslə birlikdə ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 2a yerləşən DİN-nin BNMİ-nin inzibati binasına aparılmış, orada həmin gün saat 17:55-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən siqaret qutusunun içərisindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,229 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs isə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,679 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra həmin tarixdə saat 19:25-də Məhkum yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Söyüdlər qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə axtarış keçirilərkən, evin girişinin sol tərəfində yerləşən üçüncü otaqda olan çarpayının üzərindəki döşəyin alt hissəsindən içrisində bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 24,805 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, müdafiəçi tərəfindən irəli sürülən vəsatətlərə baxılmamış və irəli sürülən təkliflərə, əlavə şahidlərin ifadələrinə hüquqi qiymət verilməmiş, bundan əlavə olaraq məhkəmə istintaqı zamanı şahidlərin ifadələrində çoxlu ziddiyyətlər olduğundan, istintaqda verilən ifadələrində qeyd olunan halların və məhkəmə i stintaqı zamanı verilən ifadələr arasında çoxlu fərqlər və ziddiyyətlər yarandığından təqdim olunan vəsatətlər təmin edilməmişdir. Məhkəmə tərəfindən müdafiəçinin vəsatətləri tam və obyektiv araşdırılsaydı, şəxsin təqsirsizliyi sübuta yetirilərdi. Bununla da, zəruri materialların əldə edilməsində və müdafiə etdiyi şəxsin əməlində 234.4.1 və 234.4.3-cü maddələrin tərkibinin olub-olmamasının tam və obyektiv araşdırılmasında şərait yaradılmamışdır. Belə ki, cinayət işinin materiallarında, yəni cəlb etmə qərarlarda, hüququn izah edilməsi haqda protokollarda, dindirilmə protokollarında və digər sənədlərdə qeydiyyat nömrələri yoxdur. Cinayət işinin materiallarından görünür ki,evə baxış saat 19:25-də başlamış,19:37-də isə qurtarmışdır. Halbukı,əməliyyatçılar Məhkum yaşadığı ünvanına birinci dəfə olaraq saat 19 radələrındə Tural ilə birlikdə vəkilin iştirakı olmadan daxil olub baxış keçirmiş və heç nə aşkar etmədikləri üçün protokollaşdırılmadan çıxıb getmişlər.Turalın anası dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmin şikayət Binəqədi rayon 6-cı polis bölməsində araşdırılmışdır (bu məsələ ilə bağlı vəkil sorğusu göndərilmişdir). Bundan sonra istintaq orqanının işçiləri vəkilin iştirakını təmin edib 23 radələrində Turalın evinə ikinci dəfə olaraq baxış keçirilmişdir. Lakin ailə üzvlərinin evdə olmasına baxmayaraq, onların narazılıqlarına məhəl qoymayaraq,onları kənarlaşdırıb baxış keçirmişlər. Ancaq cinayət işinin materiallarından görünür ki, Məhkum yaşadığı evinə vəkilin iştirakı ilə baxış saat 19:25-də keçirilmiş və protokollaşdırılmışdır. Halbuki, bütün bu hərəkətlər saat 23 radələrində evə ikinci dəfə baxışa gələn zaman aparılmışdır. Cinayət işinin materiallarından görünür kı, Məhkum evinə baxış və goturulmə haqqında protokol kompyuter vasitəsi ilə tərtib olunmuşdur, lakin protokol tərtib olunan vasitənin markası və modeli, həmçinin vıdeoçəkılış aparılan video kameranın markası və modeli qeyd edilməmiş və protokolun dəqiq harda tərtib olunması göstərilməmişdir. Cinayət işinin materiallarından görunur kı,mənzilə baxış protokolu təhqiqatçı tərəfindən saat 20:15-də başlanılmış və 20:35-də bitmişdir Belə olan halda 20 dəqiqə ərzində təhqıqatçı protokolu kompyuter vasitəsi ilə evdə baxış zamanı tərtib etməsi, yoxsa kənarda başqa yerdə tərtib etməsi sual doğurur. Cinayət işinin materiallarından və məhkəmə istintaqı zamanı şahidlər, yəni əməliyyatçılar tərəfindən verdiyi ifadələrindən görünür ki, Sənan və Tural onlar tərəfindən Nərimanov rayonun ərazisində piyada hərəkət edən zaman saxlanılıblar, lakin əlverişli şərait olmadığına görə öz xidməti maşınla idarəyə aparıb üzərində axtarış aparmışlar, amma bunu həm Sənan, həm də Tural təkzib edərək,onların dediyinin düz olmadığını və cinayət işinin materiallarında əlavə edilən sənədlərdə əks olunan qeydlərin saxtalaşdırdığını, həqiqətə uyğun olmadığını dəfələrlə bildirmişlər. Evə baxış müdafiəçisinin iştirakı olmadan keçirilmişdir, bununla da şəxsin müdafiə hüquqları pozulmuşdur. Cinayət işi uzrə şəxsi axtarış və götürmə aparılması haqqında protokolda şəxsi axtarışın başlanıldığı vaxtı saat 17:55-də şəxsi axtarışın bitdiyi vaxt isə saat 18:14-də müəyyən edilmişdir, mənzilə baxı ş keçirilməsi və götürmə haqqında protokolda baxışın başlanma vaxtı saat 19:25-də, baxışın bitdiyi vaxt isə saat 19:37-də müəyyən edılmişdir. Lakin DVD diskə baxış zamanı şəxsi axtarışın və mənzilə baxışın aparılması vaxtı, yəni tarix və saat konkret olaraq göstərilməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən nöqsanlar aradan qaldırılmamış, verilmiş vəsatətlər təmin olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müdafiə tərəfinin verdiyi vəsatətlər əsasən təmin olunmuş, istifadə olunmuş telefon anten əhatə dairə məlumatlarının götürülməsi ilə bağlı qərar qəbul edilərək icra olunması ilə bağlı aidiyyəti üzrə müvafiq mobil operatorlara göndərilmiş, məhkum olunmuş şəxsin qohumları məhkəməyə dəvət edərək ifadələri alınmışdır. Anten əhatə dairəsinin müəyyənləşdirilməsi ilə bağ lı mobil operatorlardan daxil olmuş məlumatdan görünür ki, texniki imkanın olmaması səbəbindən istifadə olunmuş mobil telefonda anten əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi bu halların yenidən araşdırılmasında maraqlı olmamışdır. Taksi sürücüsü olan Şahid4 istifadəsində olan ********** nömrəni göstərilməklə 16 dekabr 2021-ci il tarixdə saat 15:00 dan saat 19:25-dək, 16 dekabr 2021-ci il tarixdə saat 19:25-dən saat 20:35 dək,16 dekabr 2021-ci il tarixdə saat 22:00-dan 23:59-dək olan müddət ərzində istifadəsində olan nömrənin dəqiq əhatə dairəsi(LOK) barədə AZERFON MMC-dən arayışın götürülməsini təmin edilməsi xahiş olunmuşdur, lakin Azerfon MMC-dən cavab olaraq,istifadədə olmuş ********** mobil nömrənin əhat ə dairəsini müəyyən edərək həmin ərazidə mövcud olmadığını bildirmişdir. Halbuki, söhbət ********** mobil nömrədən gedir, amma səhvən ********** mobil nömrənin əhatə dairəsini müəyyən etmişlər. Ona gorə də hesab edir ki, bütün yuxanda qeyd olunanlar aradan qaldırılmalıdır. Məhkum hərəkətlərində ona elan olunmuş hökm üzrə hər hansı sübut və ya mötəbər fakt ittiham tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu isə o anlama gəlməlidir ki, Məhkum barəsində elan olunmuş hökm mötəbər sübutlara söykənməmişdir. Qəbul edilən hökmdə təqsirləndirilən şəxsin hərəkətlərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunması ilə bağlı heç bir sübut əhəmiyyətli fakt göstərilməmişdir. Təqsirləndirilən şəxsin hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası müşayiət olunmamış və onun barəsində yalnız bəraət hökmü çıxarılmalıdır. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2023-cü il tarixli qərarının ləğv olunması və apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli dir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qey d olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətl ərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəi nki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq mü əyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslı lığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum unun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərb aycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətl əndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsinin tədqiq etdiyi: Şahid qismində ifadə vermiş DİN-in BNMİ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrindən məlum olur ki, xx.xx.2021 -ci il tarixdə xidmətdə olduqları zaman Məhkum qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi ilə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə idarənin rəhbərliyinə müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat ətrafında BNMİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradıl mışdır. xx.xx.2021 -ci il tarixdə saat 16 radələrində Məhkum olduğu ehtimal olunan ünvan 1 ünvanının qarşısına getmişlər. Orada onlar qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Məhkum və onunla birlikdə piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, Məhkum satış məqsədi ilə narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, onlara birlikdə xidmət göstərdikləri idarəyə getmələrini təklif etmişlər. Həmin şəxslər onlarla birlikdə DİN-nin BNMİ-nin inzibati binasına getmişlər. İdarədə videoçəkiliş vasitəsi ilə onların və müdafiəçilərin iştirakı ilə Məhkum və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən onlara hüquq vəzifələri izah olunmuş, üzərlərində qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin olduğu halda könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Məhkum əynində olan şalvarının sol yan cibindən siqaret qutusunun içərisində bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə əynində olan şalvarının sol yan cibindən bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslərin təqdim etdikləri bükümlərə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin büküm açılaraq və içərisində olan maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Məhkum həmin bükümdəki kütləni hardan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi barədə sual verildikdə o, həmin bükümdə olan heroini şəxsi istifadəsi üçün və satış məqsədi ilə internet sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan «Mehdi» adlı şəxsdən aldığını həmçinin yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki kütləni hardan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi barədə sual verildikdə o, həmin bükümdə olan heroini şəxsi istifadəsi üçün xx.xx.2021-ci il tarixdə Məhkum aldığını bildirmişdir; Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qonşu olmuşdur. 16 dekabr 2021-ci il tarixdə Təqsir ləndirilən şəxs zəng edib şəhərə Bakı İcra və Probasiya Şöbəsinə gedecəyini bildirəndə o da telofonu düzəltdirmək üçün şəhərə gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs “Hyundai” marakalı taksi çağırmış və onlar birlikdə şəhərə getmişlər. Taksini Cavid adlı şəxs idarə etmişdir. Daha sonra o, Bakı İcra və Probasiya idarəsindən çıxan zaman ona 2 nəfər polis əməkdaşı yaxınlaşmış və onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Onlar orada saxlanılan zaman 5-6 nəfər polis əməkdaşı olmuşdur. Sənan və onu ayrı-ayrı maşınlarda, Sənanı polis əməkdaşları şəxsi maşınları ilə, onu isə taksi ilə polis idarəsinə aparmışlar. Daha sonra idarədə Polis əməkdaşları fiziki təzyiq altında ona ittihamla razılaşmasını və imza etməsini məcbur etmişlər. Ona təyin edilmiş müdafiəçini isə videoçəkiliş olanda n sonra otağa dəvət etmişlər. Bundan sonra idarənin maşını ilə evə baxış keçirməyə getmişlər. Evə baxış 2 dəfə keçirimiş, 1 -ci dəfə heç nə aşkar olunmamış və onu idarəyə aparıb 2-ci dəfə evə gətirmişlər. Evdə yaşayan ata və anasını aşağı düşürdüb, daha sonra polis əməkdaşları narkotik vasitəni otaqda yastığın altına qoymuşlar. Evə baxış keçirilən zaman vəkil və əməliyyatçılar da iştirak etmişdir. Evdə protokollaşdırma aparılmamış, videoçəkiliş olmuş və daha sonra onu idarəyə gətirmişlər. Bundan başqa onun Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə məlumatı olmamışdır. Telofonuna gələn smslər ilə tam tanış olmamış, ancaq narkotik narkotikadan ilə bağlı mesajların istifadə etmə ilə əlaqədar olmuş, satış məqsədilə olmamışdır; Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, dekabr ayının 15-i axşam radələrində Tural ilə qonşu kimi qapının ağzında rastlaşmışdır. Tural ona demişdir ki, 3 ay olar ki, Probasiya idarəsinə imza çəkməyə getmir. O isə Turala bele şey etməməsini və gedib imza etməsini demişdir. Daha sonra Tural ona idarənin Nərimanovda yerləşdiyini demiş, o da ona sabah Nərimanova uşaqların telofonunu düzətməyə aparacağını bildirmiş və sabah oraya bir yerdə gedə biləcəklərini söyləmişdir. Onlar səhər saat 11-12 radələrində görüşmüşlər və Binəqədi rayonundan Yasamal rayonuna getmişlər. Orada tanıdığı taksi sürücüsü Cavid onları Nərimanov rayonuna, oradan da Binəqədi rayonun aparacaqmış. Daha sonra Cavidin taksisindən Nərimanov metrostansiyası yanında düşüb telefonu ustaya vermişdir. Bundan sonra həmin taksiyə minib Probasiya idarəsinə getmişlər və Tural düşüb idarəyə girmiş, onlar isə maşında gözləmişlər. İdarənin qabağında gözləyəndə onlara 3 nəfər polis əməkdaşı yaxınlaşmış və daha sonra maşının içində bir nəfər polis əməkdaşı onu boğma vəziyyətində saxlayanda digər polis əməkdaşı üstünü yoxlamışdır. Həmin vaxt üstündə heç nə aşkar olunmamışdır. Ona “sakit dur, bizə Tural lazımdı demişlər” və bu vaxt Tural idarədən çıxan zaman 2 nəfər polis əməkdaşı Turala yaxınlaşmışdır. Daha sonra onu arxa tərəfə aparmışlar nə olduğunu görməmişdir. Bundan sonra Şirəli adlı polis əməkdaşı maşının qapısının sağ tərəfindən ona aid olan pul kisəsini görmüş və kimin olduğunu soruşanda o, pul kisəsinin ona aid olduğunu demişdir. İçində nə olduğunu soruşanda isə 5-6 manat pul və təxminən 2-3 qr. qurudulmuş marixuana olduğunu demişdir. Bundan sonra Məhkum Cavidin maşınında, onu isə öz maşınlarında polis idarəsinə aparmışlar. Cavidi də idarəyə aparmışlar, ancaq tutulduqları yerdə Cavidin üzərinə baxış keçirməmişlər. İdarənin qarşısında təxminən 4050 dəqiqə onları orda saxlamışlar. Daha sonra idarədə onları ayrı-ayrı yerlərə aparmışlar. İdarədə onun üzərinə baxış keçirilməmiş və videoçəkiliş zamanı narkotik vasitəni onun cibinə qoymuşlar. Daha sonra ona pisxoloji təsir edərək ittiham ilə razılaşmağını və imza etməyə məcbur etmişlər. İdarədə videoçəkilş zamanı vəkili iştirak etmişdir. Turalın evinə baxış keçirilməmişdən əvvəl idarədə polis əməkdaşları "qrupu hazırla yın gedirik Turalın evindən kilo ilə narkotik vasitə çıxartmağa” sözlərini dediklərini eşitmişdir. Polis əməkdaşları təxminən saat 19-20 radələrində evə baxış keçirmək üçün idarədən getmişlər. O, Turaldan narkotik vasitə almamış, narkotik vasitə istifadə etməyi Turala təklif etməmişdir; 16 dekabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması barədə» protokoldan görünür ki, DİN-nin BMİ-də baş ə/m, polis polkovnik-leytenantı Şahid1, DİN-nin BNMİ-nin baş ə/m polis polkovnik-leytenantı Şahid2, DİN-nin BNMİ-nin ə/m polis baş leytenantı Şahid3 Cəmiyət oğlu, müdafiəçilər X9 və X6 iştirakları ilə DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən özünü Məhkum və Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslərin üzərinə şəxsi axtarış keçirilmişdir. Məh kum və Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduğu, üzərlərində qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin olduğu halda könüllü təqdim olunmasının təklif edilir, təklifdən sonra Turla Əhmədov əynində olan şalvarının sol yan cibindən siqaret qutusunun içərsində bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, Təqsirləndirilən şəxs isə əynində olan şalvarının sol yan cibindən bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişlər. Məhkum həmin bükümdəki kütləni hardan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi barədə sual verildikdə sonuncu həmin bükümdə olan heroini şəxsi istifadəsi üçün və satış məqsədi ilə internet sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasının və təndaşı olan «Mehdi» adlı şəxsdən aldığını həmçinin yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki kütləni hardan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi barədə sual verildikdə sonuncu həmin bükümdə olan heroini şəxsi istifadəsi üçün 3 gün öncə Məhkum aldığını bildirmişdir; 16 dekabr 2021-ci il tarixli "mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, DİN-nin BNMİ-də baş ə/m, polis polkovnik-leytenantı Şahid1, DİNnin BNMİ-nin baş ə/m polis polkovnik-leytenantı Şahid2 və müdafiəçi X7 iştirakları ilə DİNnin BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən Məhkum yaşadığı evinə baxış keçirilmişdir. Məhkum çarpayının üzərindəki döşəyin alt hissəsindən içərisində bir ədəd bükümdə qəhvəyi rəngli maddəni və 01 ədəd elektron tərəzini təqdim edərək, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Məhkum təqdim etdiyi bükümə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin büküm açılaraq və içərisində olan maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Məhkum həmin bükümdəki kütləni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi barədə sual verildikdə sonuncu həmin bükümdə olan heroini şəxsi istifadəsi üçün və satış məqsədi ilə internet sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan «Mehdi» adlı şəxsdən aldığını bildirmişdir; Məhkum istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu v ə anten dairəsi barədə məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd «CD» diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Məhkum mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, anten dairəsi və zəng edən abunəçilərin anket məlumatlarının qeyd olunduğu müəyyən edilmiş, baxış zamanı həmin fayllarda olan mesajların məzmunlarından görünür ki, Məhkum narkotik vasitənin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, h ərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında Məhkum, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab edən kassasiya məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop m addələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərm ə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci m addəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması, üzərində və evində saxlaması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların m üqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması,həmçinin elektron tərəzinin aşkar olunması əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessal Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkumun əsassız məhkum edilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlill ərinə apellyasiya instansiyası məhkəməsi qiymət vermiş və düzgün olaraq qeyd etmişdir ki: - birinci instansiya məhkəməsi tərəfindən müdafiə tərəfinin verdiyi vəsatətlər əsasən təmin olunmuş, istifadə olunmuş telefon anten əhatə dairə məlumatlarının götürülməsi ilə bağlı qərar qəbul edilərək icra olunması ilə bağlı aidiyyəti üzrə müvafiq mobil operatorlara göndərilmiş, məhkum olunmuş şəxsin qohumları məhkəməyə dəvət olunaraq ifadələri alınmışdır. Anten əhatə dairəsinin müəyyənləşdirilməsi ilə bağlı mobil operatordan daxil olmuş məlumatdan görünür ki, texniki imkanı olmaması səbəbindən istifadə olunmuş mobil telefonda anten əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır; - Məhkum yaşadığı mənzildə bir dəfə deyil, iki dəfə axtarış aparılması cinayət işinin materialları ilə təkzib olunur. Həm in halı məhkum olunmuş şəxsin qohumları məhkəmədə verdiyi ifadələrində təsdiq etsələr də bu şəxsin yaxın qohumları olmaqla işin nəticəsində maraqlı olan şəxslər olduqlarından onların ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin kassasiya şikayətində Məhkum tərəfindən narkotik vasitənin satışının təsdiq edilmədiyi iddia olunsa da, onun bu barədə dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmır, müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri, ekspert rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilərək onun müd afiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətindən yaxa qurtarmağa, cinayət məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uz laşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə ə sasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq ma ddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün ki fayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzə rdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməl inin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kolleg iyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1933/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1933/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver