Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1934/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Rəşad Məhərrəm oğlu Abdulovdan dan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Səbuhi Hüseynov, hakimlər Azad Məcidov və Əhməd Quliyevdən ibarət tərkibdə) 07 mart 2023-cü il tarixli, 1(101)586/2023 nömrəli hökmü ilə xx xxxxxx 1970-ci il tarixdə xxx şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, xxxx rayonu, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirli bilinərək ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əv vəlinin 10 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum narkotik vasitələri satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əziz” adlı şəxslə internet informasiya ehtiyatlarından istifadə etməklə əvvəlcədən гаzılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəklində sonuncudan qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 3 ədəd bükümdə kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 18,278 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanın qarşısında həmin narkotik vasitə olan heroindən 1 ədəd bükümdə 1,246 qram çəkidə olan hissəsini Şahid1 20 manat müqabilində satmış, 10 sentyabr 2022-ci il ta rixdə Şahid1 Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı Məhkum həmin gün saat 20:15-də Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov 6 ünvanının qarşısında saxlanılıb ünvan 4İ-nin 35-ci PB-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindəki qara rəngli pul qabının içərisində külli miqdarda 2 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 5,823 qram və 11,209 qram olmaqla, ümumi təmiz çəkisi 17,022 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroi n aşkar edilərək gütürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elbəy Allahverdiyev (sədrlik edən və məruzəçi) Cavid Hüseyn və Habil Məmmədov) 24 may 2023-cü il tarixli 1(103)-1032/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(101)-586/2023 nömrəli hökmü dəyişdirilmiş, hökmlə təqsirləndirilən şəxs Məhkum CM-in 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilə endirilmiş, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2023-cü il tarixli qərarının dəyişdirilməsini, ona təyin edilmiş cəza müddətinin endirilməsini və ya a lternativ cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə qismən razı deyil. Kassator şikayətdə qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi ona cəza təyin edərkən ilk dəfə cinayət törətməsi, törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirməsi, qadın olması, ailə vəziyyəti, ürək və yüksək təzyiq xəstəliklərindən əziyyət çəkməsi, yeganə övladının hərbi xidmətdə olmasını, həmçinin narkotik vasitənin miqdarını nəzərə alaraq daha yüngül cəza təyin edə bilərdi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə ə sasən kassasiya şikayəti qismən təmin olunmalı və apellyasiya məhkəməsinin qərarı aşağıda göstərilən səbəblərə görə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, ona təyin olunmuş cəza ağır olduğundan yüngülləşdirilməli və y a alternativ cəza ilə əvəz olunmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin cəza ilə əlaqədar dəlilinə münasibət bildirməkdən öncə əməlin tövsifi məsələsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, işdən göründüyü kimi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirli bilinərək baxılması üçün məhkəməyə verilmişdir. Hər iki instansiya məhkəmələri də Məhkum yuxarıda qeyd edilən maddələr ilə təqsirli bilərək onun barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərindən kənara çıxaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Qanunun yuxarıda qeyd edilən normalarına görə Məhkum təqsirli bilindiyi cinayət tərkibinin bütün əlamətləri məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutlarla təsdiq edilməlidir. İbtidai istintaqın ittihamı ilə razılaşan birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlləri şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əziz” adlı şəxslə əvvəlcədən rаzılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəklində internet informasiya ehtiyatlarından istifadə etməklə törətmişdir. Azərbaycan Respublikası CPM-in 34-cü maddəsinə görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət dedikdə bu cinayətin qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə işt irakı ilə törədilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənə dək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqc adan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə Azərbaycan Respublikası CM-in 234.4.4-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə əmələ gəlir. Yəni, maddənin mənasına görə şəxs o halda CM-in 234.4.4-cü maddəsi ilə təqsirli hesab edilir ki, o, mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə satış etməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Vüsalə Balayevə özünü Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitələrin satışını həyata keçirməmişdir. O, İran vətəndaşından öz şəxsi istifadəsi üçün heroin almışdır. O, Bakıda yaşayan İran vətəndaşından heroin almış, narkotik vasitəni internet vasitəsilə əldə etmiş, narkotik vasitəni aldığı İran vətəndaşı ilə necə tanış olduğunu bilməmişdir. Şəxsi istifadəsi üçün aldığı narkotik vasitəni yaşadığı evdə istifadə etmişdir. Bir ədəd bükümdə narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində sax lamışdır. Narkotik vasitə heroini satmaq və ya kiməsə pay vermək niyyəti olmamışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutlara nəzər salaraq müəyyən etmişdir ki, Məhkum cinayət əməlini başqa şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup halında törətməsi və onun narkotik vasitələri mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə satış etməsi işdə olan hər hansı bir sübutla təsdiq olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.4-cü maddələri ilə əsassız tövsif etmişlər. Belə ki, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqla müəyyən olunmayan şəxsdə n alanadək həmin şəxslə və ya hər hansı bir digər şəxslə həmin narkotik vasitəni satması, gəlirin əldə etməsi və bölməsi və ya narkotik vasitə barədə hər hansı bir razılığa və ya sövdələşməyə gəlməsi və onun narkotik maddələri internet və ya sosial şəbəkələrdə satması müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-in 234.4.1 və 234.4.4-cü maddələri üzrə verilmiş ittiham qanunsuz və əsassız olmuşdur. Məhkum CM-in 234.4.1 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmir. Qeyd olunanlardan belə nəticə çıxır ki, ibtidai istintaq orqanı təqsirləndirilən Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.4-cü maddələri ilə tövsif edərkən onun tərəfindən cinayətin qabaqcadan əlbir olan b ir qrup şəxs halında törədilməsi və mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə satış etməsi barədə nəticəyə gələrkən hər hansı bir sübutu deyil, ancaq ibtidai istintaqın fərziyyəsini əsas götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə o lmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edilməsi və saxlaması barədə gəldiyi nəticə həmin sübutlara və işin hallarına uyğun gəlir, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.4-cü maddələri ilə verilmiş ittiham üzrə ittiham hökmü çıxarmaqda haqlı olmamış, apellyasiya instansi yası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq qeyd edilmiş hökmün qüvvədə saxlanılması barədə nəticəyə gələrkən qanunun yuxarıda qeyd edilən normaların tələblərini yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında və mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törətməmiş, ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.4-cü maddələri ilə düzgün ittiham verilməmiş, işə baxan məhkəmələr də Məhkum əməlinin tövsifində səhvə yol vermişlər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum üzərindən aşkar olunmuş narkotik maddəni məhz satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilir, lakin onun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə satış etməsi təsdiq edilmədiyindən onun əməli yalnız Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə ona cəza təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasın ı nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldır ılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da kassasiya kollegiyası işə baxan məhkəmələrin təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifi ilə bağlı mövqeyini əsaslı hesab etmir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Beləliklə, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2023-cü il tarixli qərarı dəyişdirilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(101)-586/2023 nömrəli hökmü CM-in 234.4.1 və 23 4.4.4-cü maddələrinə dair hissədə ləğv edilməli, Məhkum CM-in 234.4.1 və 234.4.4-cü maddələri onun ittihamından xaric edilməli, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2023-cü il tarixli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 0 7 mart 2023-cü il tarixli, 1(101)-586/2023 nömrəli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.4-cü maddələri ilə təqsirli bilinməsi və həmin maddələrlə ona cəza təyin edilməsinə dair hissədə ləğv edilsin. Məhkum ittihamdan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.4-cü maddələri xaric edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1934/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1934/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver