Məhkəmə qərarları › İş №1(102)-1936/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1936/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1936/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.1, 180.2.2, 180.2.5, 182.2.1, 182.2.2, 182.2.4, 144.2.3 və 144.2.6-cı maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Kərimov Novruz Ağakərim oğlunun sədrliyi ilə, hakimlər X4 və X5 ibarət tərkibdə) 9 mart 2022-ci il tarixli hökmü ilə 7 mart 1990-cı ildə Qazax rayonu, Tatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, Ağstafa rayonu, Tatlı kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.1, 180.2.2, 180.2.5, 182.2.1, 182.2.2, 182.2.4, 144.2.3, 144.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CMin Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.5-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.6-cı maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə q əti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 dəymiş zərərin tam ödənilməsi nəzərə alınmış, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 dəymiş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında şikayət etmək hüquqları olması onlara izah edilmişdir. Təyin edilmiş cəzanın çəkilməsinin əvvəlinin 07 mart 2020-ci il tarixdən hesab edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin digər şəxs- Təqsirləndirilən şəxs da məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə) 26 may 2022-ci il tarixli qərarı ilə məhkum olunmuş şəxs Məhkum və məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.1, 180.2.2, 180.2.5, 182.2.1, 182.2.2, 182.2.4, 144.2.3 və 144.2.6-cı maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Gəncə Hərbi Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmədən və ya götürülmədən başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaq məqsədilə 03 yanvar 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Bravo” marketin qarşısında Zərərçəkmiş şəxs3 ilə görüşüb "İnstagram” sosial şəbəkəsində söyüş söyməsi ilə bağlı söhbət etmək istədiyini bildirərək onu başqa şəxsin idarə etdiyi markası və dövlət qeydiyyat nişanı müəyyən edilməmiş avtomobilə dəvət etmiş, sonuncu avtomobilə əyləşdikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Dendra” parkın qarşısına gələrək A bşeron rayonu, Masazır kəndindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə gəlməyə 150 manat xərci çıxdığını bildirib, Zərərçəkmiş şəxs3 gödəkçəsinin sağ yan cibindən 160 manat dəyərində "Samsung A10” markalı mobil telefonu götürüb açıq talayaraq Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq etmişdir. Bundan başqa, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə təkrarən soyğunçuluq və zərərçəkmiş şəxsin xeyli miqdarda əmlakını təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirmək üçün tamah məqsədilə adam oğurluğu cinayətini törətmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş razılaşmaya uyğun olaraq qrupun üzvü Təqsirləndirilən şəxs 02 fevral 2020-ci il tarixdə ta nışı Zərərçəkmiş şəxs4 sonuncunun ona borcu olması ilə əlaqədar söhbət etmək bəhanəsi ilə Biləsuvar şəhərində yerləşən "Biləsuvar” restoranının qarşısında qrupun digər üzvü Məhkum idarə etdiyi dövlət qeydiyyat nişanı çıxarılmış "Hyundai Sonata” markalı avtomobilə dəvət etmiş, Zərərçəkmiş şəxs4 avtomobilə əyləşdikdən sonra qapıları kilidləyərək sonuncunun avtomobildən enməsinə imkan verməyib onu iradəsinə zidd şəkildə faktiki olduğu yerdən Bakı şəhərinə aparıb avtomobilin salonunda saxlayaraq Zərərçəkmiş şəxs4 üzərində olan 700 manat pulu açıq talayıb sonuncuya qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən soyğunçuluq və qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə adam oğurluğu cinayətini törətmiş, həmçinin, Məhkum və Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçək miş şəxs4 özü və ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstəriləcəyi ilə hədələyib əlavə pul verməsini hədə-qorxu ilə tələb etdiklərindən sonuncu tanışı X8 ilə telefon vasitəsilə əlaqə saxlayıb ondan 15.000 manat məbləğində pul istədikdən sonra görüş yeri olaraq təyin olunmuş Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 80 ünvanının qarşısına, yəni "Şamaxinka” adlanan əraziyə gedib hədə-qorxu ilə tələb etdikləri 15.000 manat pul vəsaitini həmin yerdə həmin gün saat 23:00 radələrində ələ keçirib Zərərçəkmiş şəxs4 sərbəst buraxıb sonuncuya qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etməklə təkrar hədə-qorxu ilə tələb etmə cinayətini törətmişlər. Bundan başqa, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirmək barəd ə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq qrupun üzvü Məhkum Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən avtomobillərin kirayəsi ilə məşğul olan «Rentacar-008» ofisində işləyən Şahid5 etibarından sui-istifadə edərək xx.xx.2020-ci il tarixdə sonuncuya bir günü 55 manat olmaqla beş günə 275 manat kirayə haqqı ödəməklə X3 məxsus dəyəri 19.500 manat olan «Hyundai Elantra» markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili beş günlük icarəyə götürüb xx.xx.2020-ci il tarixdə təhvil verəcəyinə dair yalandan vəd verərək həmin avtomobili Təqsirləndirilən şəxs vermiş, sonuncu avtomobili ələ keçirdikdən sonra onu qaytarmayaraq zərərçəkmiş şəxs X3 19.500 m anat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişlər. Bundan başqa, Məhkum zərərçəkmiş şəxsin əmlakını təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə "Körpü-Bina Tikinti” MMC-də sahə rəisi işləyən Zərərçəkmiş şəxs6 ilə 26 fevral 2020-ci il tarixdə mobil telefon vasitəsilə əlaqə saxlayıb özünü cinayətkar aləmdə "avara Emin” kimi tanınan nüfuzlu şəxs kimi təqdim edərək fəhlələrin haqqını yediyi üçün özü və ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstəriləcəyini, həmçinin, onunla bu barədə söhbət etmək üçün arxasınca çoxsaylı adam gəldiyini, bu söhbətin onun üçün yaxşı nəticələnməyəcəyini bildirərək həmin şəxslərin geri qaytarılmasına nail olmaq üçün 500 manat məbləğində pul verməsini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs6 sonuncuya tanışı Şahid3 vasitəsilə göndərdiyi 500 manat məbləğində pul vəsaitini Məhkum həmin gün saat 19:30-da Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən "Karvan” ticarət mərkəzinin qarşısında Şahid3 alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 qarşı təkrar hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Bundan başqa, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsə qarşı xeyli miqdarda ziyan vurmaqla təkrarən soyğunçuluq və zərərçəkmiş şəxsin əmlakını təkrar hədə-qorxu ilə tələb edib ələ keçirmək üçün tamah məqsədilə təkrar adam oğurluğu cinayətini törətmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq qrupun üzvü Məhkum "Körpü-Bina Tikinti” MMC-də sa hə rəisi işləyən Zərərçəkmiş şəxs6 ilə əlaqə saxlayıb bir gün əvvəl ondan aldığı 500 manat pulu qaytarmaq bəhanəsi ilə onunla görüşmək istədiyini bildirərək 27 fevral 2020-ci il tarixdə qrupun digər üzvü Təqsirləndirilən şəxsla birlikdə Ucar rayonuna gedib "dörd yol” adlanan ərazidə Zərərçəkmiş şəxs6la görüşüb çayxanada söhbət etmək adı ilə onu idarə etdiyi dövlət qeydiyyat nişanı üzərində olmayan "Hyundai” markalı avtomobilə dəvət etmiş, sonuncu avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs qapıları kilidləyərək Zərərçəkmiş şəxs6 avtomobildən enməsinə imkan verməyib onu iradəsinə zidd şəkildə faktiki olduğu yerdən Bakı şəhərinə aparıb avtomobilin salonunda saxlayaraq sonuncunun üzərində olan 5.400 manat nağd pulu açıq talayaraq ona qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında xe yli miqdarda ziyan vurmaqla təkrarən soyğunçuluq və qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə təkrar adam oğurluğu cinayətini törətmiş, həmçinin, Məhkum və Təqsirləndirilən şəxs fəhlələrin haqqını yediyini, bunun üçün cəzaçəkmə müəssisələrinə haqq ödəməli olduğunu, əks təqdirdə özü və ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstəriləcəyini bildirib əlavə pul verməsini hədə-qorxu ilə tələb etdiklərindən Zərərçəkmiş şəxs6 tanışı Zərərçəkmiş şəxs7 ilə telefon vasitəsilə əlaqə saxlayıb ondan 2000 manat məbləğində pul istəmiş, sonuncu qeyd edilən məbləğdə pulu 27 fevral 2020-ci il tarixdə saat 23:00 radələrində Ağdaş rayonu, Yuxarı Ləki qəsəbəsində yerləşən «Ləki» marketdə quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus plastik kart hesabına k öçürmüş, bundan başqa Bakı şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 məxsus olan plastik kartdan Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 80 ünvanının qarşısında, yəni "Şamaxinka” adlanan ərazidə yerləşən ATM vasitəsilə 1.500 manat pulu da nağdlaşdıraraq ələ keçirib Zərərçəkmiş şəxs6 qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar hədə-qorxu ilə tələb etmə cinayətini törətmişlər. Bundan başqa, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin əmlakını təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirmək üçün tamah məqsədilə təkrarən adam oğurluğu cinayətini törətmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq qrupun üzvü Məhkum "Kö rpü-Bina Tikinti” MMC-də nəzarətçi işləyən Zərərçəkmiş şəxs7 ilə əlaqə saxlayıb fəhlələrin haqqını yediyini bildirərək onunla söhbət etmək istədiyini qeyd etmiş, sonuncu 29 fevral 2020-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhərinin girişində olan dairənin yanına gələrək həmin yerdə onu gözləyən qrupun digər üzvü olan Təqsirləndirilən şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı üzərində olmayan "Hyundai” markalı avtomobilə əyləşdikdən sonra sonuncu qapıları kilidləyərək Zərərçəkmiş şəxs7 avtomobildən enməsinə imkan verməyib onu iradəsinə zidd şəkildə faktiki olduğu yerdən Şamaxı rayonu istiqamətində aparmaqla avtomobilin salonunda saxlayaraq özü və ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstəriləcəyini bildirib 4000 manat məbləğində pul verməsini hədə- qorxu ilə tələb etmiş, Zərərçəkmi ş şəxs7 mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs6la əlaqə saxlayıb baş verənləri ona bildirdikdən sonra sonuncu 29 fevral 2020-ci il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən "Ordubad” marketdə quraşdırılmış «E-manat» ödəmə terminalı vasitəsilə 4.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs məxsus plastik kart hesabına köçürmüş, bundan sonra qrup üzvləri Məhkum və Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etdikləri həmin pulu ələ keçirib Zərərçəkmiş şəxs7 sərbəst buraxaraq Zərərçəkmiş şəxs6 4.000 manat məbləğində maddi ziyan vurmaqla Zərərçəkmiş şəxs7 qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədə-qorxu ilə tələb etmə və qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə təkrarən adam oğurluğu cinayətini törətmişlər. Bundan başqa, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə özgənin əmlakını təkrarən ələ keçirmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq qrupun üzvü Məhkum tanışı Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək özünü avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib ilkin ödəniş adı ilə 5.000 manat pul alıb yerdə qalan məbləği isə aylıq ödəmək şərti ilə “Chevrolet Cruze” markalı avtomobil satacağına dair yalandan vəd verərək onu inandırmış, bunun üçün 04 mart 2020-ci il tarixdə saat 13 radələrində qrup üzvləri Məhkum və Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İdarəsinin inzibati b inasının qarşısında Zərərçəkmiş şəxs8la görüşmüş və görüş əsnasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 5.000 manat məbləğində pulu alaraq sənədləşmə işlərinin aparılması bəhanəsi ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İdarəsinin inzibati binasına daxil olub həmin yerdən naməlum şəraitdə yayınaraq Zərərçəkmiş şəxs8 5.000 manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, Apellyasiya məhkəməsində zərərçəkmiş şəxslər ona məlum olmayan səbəbdən iştirak etməmiş, bu isə onun hüquqlarının və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması deməkdir. Məhkum kassasiya şikayətində cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 26 may 2022-ci il tarixli qərarını ləğv edərək işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya ins tansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifay ətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulmasını iddia edərək bunu həmçinin zərərçəkmiş şəxsləri n apellyasiya baxışında iştirak etməməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məh kəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məh kəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cina yət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.1, 180.2.2, 180.2.5, 182.2.1, 182.2.2, 182.2.4, 144.2.3, 144.2.6-cı maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmiş, sübutların araşdırılmasında qanun pozuntus una yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 178.2.1, 178.2.2, 178.2.4, 180.2.1, 180.2.2, 180.2.5, 182.2.1, 182.2.2, 182.2.4, 144.2.3, 144.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməllərini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin zərərçəkmiş şəxslərin apellyasiya baxışında iştirak etməməsi ilə bağlı dəlillərinə mün asibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır; 315.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Bu zaman o, xüsusi ittihamçı kimi həmçinin bu Məcəllənin 88.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edir; 315.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimaixüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhk əmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir; 392.2-ci maddəsinə əsasən apellyasiya şikayətində və ya apellyasiya protestində məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsi barədə məsələ qoyulduqda, yaxud məhkəmə istintaqının aparılması apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri hesab edildikdə, məhkum edilmiş və ya bəraət almış şəxs, onların qanuni nümayəndələri apellyasiya instansiyası məhkəməsinin iclasına mütləq çağırılmalıdırl ar. Belə hallarda dövlət ittihamçısı və cinayət prosesində iştirakı məcburi olan müdafiəçilər də çağırılırlar. Apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxsin, habelə apellyasiya instansiyası məhkəməsinin iclasına mütləq çağırılan digər şəxslərin məhkəmə baxışında iştirakı və onların gəlməməsinin nəticələri bu Məcəllənin 311-316-cı maddələrinin tələblərinə müvafiq olaraq müəyyən olunur. Sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, zərərçəkmiş şəxsin məhkəmə baxışında iştirakı onun hüququdur və o, məhkəmə baxışına gəlmədikdə onun iştirakının zəruri olub-olmaması haqqında məsələ cinayət prosesi tərəflərinin mülahizəsinə əsasən onun iştirakının işin bütün hallarının tam, hərtərəfli və obyektiv həllinə, habelə iş üzrə icraatın yekununda əsaslı və qanuni qərarın çıxarı lmasına təsirindən asılı olaraq müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı iştirak edərək sərbəst ifadə vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 17 may 2022-ci il tarixli qərarına əsasən məhkəmə baxışının məhkəmə istintaqı keçirilmədən aparılması qərara alınmış və zərərçəkmiş şəxslərin apellyasiya baxışında iştirakını mütləq edən hallar müəyyən edilməmişdir. Həmçinin apellyasiya baxışının yeri və vaxtı barədə zərərçəkmiş şəxslərə qanunla müəyyən edilmiş qaydada məlumat verilmişdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 apellyasiya baxışında iştirak edə bilməmələri barədə məhkəməyə məlumat vermiş, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışını zərərçəkmiş şəxslərin iştirakı olmadan keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericiliyi məhkəmə istintaqı aparılmadan keçirilən apellyasiya baxışında zərərçəkmiş şəxslərin iştirakını mütləq hal kimi müəyyən etməmiş və apellyasiya baxışının qeyd edilən şəxslərin iştirakı olmadan keçirilməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin bu barədə dəlilləri hər hansı hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılarkən cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmamış, kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.1, 180.2.2, 180.2.5, 182.2.1, 182.2.2, 182.2.4, 144.2.3 və 144.2.6-cı maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar