Məhkəmə qərarları › İş №1(102)-1936/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1936/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1936/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə2, məhkumun müdafiəçisi Dəmirov Ədalət Mirzə oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-11/2024 nömrəli, 15 may 2024-cü il tarixli hökmündən məhkumun müdafiəçisi Dəmirov Ədalət Mirzə oğlu və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1953-cü il tarixdə Quba rayonu Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, X1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 20 dekabr 2019-cu il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM ”) 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, sahibkarlıq funksiyalarını yerinə yetirərək, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 101, 103, 104, 105, 130.1 və 152.1-ci maddələrinin tələblərini pozaraq, qeydiyyatda olduğu vergi orqanına gəlir və xərcləri barədə təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etmək lə, 2016-cı il üzrə 106006,19 manat və 2017-ci illər üzrə 261712,19 manat olmaqla, ümumilikdə, külli miqdar təşkil edən 367718,38 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, hüquqi ünvanı ünvan 1 ödəyicisi kimi qeydiyyata alınmış fiziki şəxs Məhkum sahibkarlıq fəaliyyəti göstərərək, meyvə və tərəvəzin topdan satışı və ixracından əldə etdiyi gəliri 2016-cı il üzrə 3224777,54 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 2687314,61 manat, vergiyə cəlb olunan gəliri 537462,93 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 107492,58 manat olduğu halda, həmin il üzrə gəlir vergisi bəyannaməsində əldə etdiyi gəliri 3224777,54 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 3217345,60 manat, vergiyə cəlb olunan gəliri 7431,94 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisini 1486,39 manat göstərib, 106006,19 manat, 2017-ci il ərzində əldə etdiyi gəliri 7941355,83 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 6617796,52 manat, vergiyə cəlb olunan gəliri 1323559,31 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 264711,86 manat olduğu halda, həmin il üzrə gəlir vergisi bəyannaməsində əldə etdiyi gəliri 7941355,83 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 7926357,47 manat, vergiyə cəlb olunan gəliri 14998,36 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisini 2999,67 manat göstərib, 261712,19 manat hesablamaqla, ümumilikdə, külli miqdar təşkil edən 367718,38 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. 3. 09 yanvar 2020-ci il tar ixdə Quba Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Quba Rayon Məhkəməsinin 1(027)-1/2022 nömrəli, 04 may 2022-ci il tarixli hökmü ilə Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsinə tövsif edilməsi və həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, cəzan ın icrasının əvvəlinin aylıq qazancından tutulmaların başlandığı tarixdən hesablanması, iş üzrə mülki iddianın qismən təmin edilməsi və vurduğu ziyanın əvəzi olaraq ondan 58.486,74 manatın tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, mülki iddianın tam təmin edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

6. Hökmdən həmçinin mülki iddiaçı apellyasi ya şikayəti verib, hökmün mülki iddiaya aid hissədə ləğv edilməsi və mülki iddianın tam təmin olunması barədə hökm çıxarılmasını xahiş etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-327/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə apelyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 1(027)-1/2022 nömrəli, 04 may 2022-ci il tarixli hökmü apelyasiya şikayəti və apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-327/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verib, qərarın ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edil məsini xahiş etmişdir.

9. Həmin qərardan mülki iddiaçı da kassasiya şikayəti verib, qərarın ləğv edilməsi və verilmiş mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)705/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarı ilə kassasiya protesti tam, kassasiya şikayəti isə qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-327/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-11/2024 nömrəli, 15 may 2024-cü il tarixli hökmü ilə apellyasiya protesti tam və apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəmə sinin 1(027)-1/2022 nömrəli, 04 may 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 15 may 2024-cü il tarixə çəkilmiş 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barabər tutulmaqla 04 (dörd) ay 15 (on beş) gün müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılması, üzərində qəti olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 02 (iki) il 07 (yedd i) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 may 2024-cü il tarixdən hesablanması, mülki iddia tələbinin qismən təmin edilməsi, Məhkum vurulmuş ziyanın əvəzi olaraq 337990,58 (üç yüz otuz yeddi min doqquz yüz doxsan manat, əlli səkkiz qəpik) manatın tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi və mülki iddiaçı tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

13. Məhkumun müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iş üzrə araşd ırma apararkən işdə mövcud olan ekspertiza rəylərinə diqqət ayırmamış, yenidən ekspertizalar təyin etməmiş və birbaşa qərar qəbul etmişdir. Halbuki, hökm qəbul edilərkən vergi borcu ilə bağlı yenidən araşdırma aparılmalı idi. Bundan başqa, mülki iddiaçı məhkumdan 367718,3 manat məbləğin tutulmasını tələb etmiş, bu məbləğ işdə olan 12 aprel 2019-cu il tarixli səyyar vergi yoxlaması barəsində qərara əsaslanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli qərarında göstərilənlərə əsasən mülki iddia qismən təmin yox, rədd edilməli idi. Üstəlik, məhkuma ağır cəza təyin edilmişdir. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-11/2024 nömrəli, 15 may 2024-cü il tarixli hökmünün ləğv edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsindən 213.1-ci maddəsinə tövsif edilməsi, barəsində yüngül cəza təyin edilməsi və mülki iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilir.

14. Mülki iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi dövlətə dəymiş maddi ziyanı hesablayarkən ödənilmiş məbləğlərin düzgün müəyyən edilməsində səhvə yol vermiş, nəticədə mülki iddia məbləği ilə bağlı yanlış nəticəyə gəlmişdir. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-11/2024 nömrəli, 15 may 2024-cü il tarixli hökmünün qismən – mülki iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

15. Mülki iddiaçı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə etiraz verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)11/2024 nömrəli, 15 may 2024-cü il tarixli hökmünün məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. III. Hüquqi məsələlər

16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərq li olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

20. Müdafiəçisi kassasiya şikayətində Məhkum törətdiyi əməlin səhv tövsif edildiyini, eləcə də ona təyin edilmiş cəzanın ağır olduğu nu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

21. Mülki iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsində, nəticədə mülki iddia üzrə tələb edilən məbləğdə səhvə yol verildiyini iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

22. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və onların dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-11/2024 nömrəli, 15 may 2024-cü il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

23. Belə ki, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

24. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllər in cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

26. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi üzrə əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

27. Belə ki, hazırki cinayət iş i üzrə dövlət ittihamçısı və mülki iddiaçı tərəfindən verilmiş kassasiya müraciətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl baxılmış, həmin kassasiya müraciətləri üzrə mübahisələndirilən məsələlər sübutların düzgün tədqiq edilməməsi, buna görə də dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergi borcunun məbləğinin yanlış müəyyən edilməsi, əlaqəli olaraq məhkəmələrin məhkumun törətdiyi əməlin tövsifində səhvə yol verilməsi və mülki iddianın düzgün həll edilməməsi ilə bağlı olmuşdur. Həmin halların hərtərəfi, tam və obyektiv araşdırılması üçün qərar ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi yeni apellyasiya baxışının nəticəsi olaraq qəbul etdiyi mübahisələndirilən hökmünü kassasiya instansiyası mə hkəməsinin qeyd edilən qərarında bildirdiyi hüquqi mövqeyini nəzərə almaqla qəbul etmiş, hökmdə hazırda qaldırılan dəlillərə müvafiq əsaslandırma təmin edilməklə bütövlükdə və ətraflı cavablandırma verilmişdir.

29. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya müraciətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmünün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

30. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

31. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinə yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayə ti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

32. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin Məhkum təyin edilmiş cəzanın ağır olmasına dair dəlilləri ilə razılaşmır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma cəza təyin edərkən qəbul etdiyi hökmündə müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına riayət etmişdir.

33. Belə ki, Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsinin sanksiyasında cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya e dilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

34. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq əməlindən səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, yaşlı olmasını, İİ dərəcəli şəkər xəstəsi olmasını, maddi ziyanla bağlı qismən ödəniş etməsini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, həmçinin əlavə cəza təyin etməmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilmişdir.

35. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

36. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırki kassasiya müraciətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya müraciətlərində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən hökmdə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Res publikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaratmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

38. Qey d olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

39. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Dəmirov Ədalət Mirzə oğlu tərəfindən və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-11/2024 nömrəli, 15 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Dəmirov Ədalət Mirzə oğlu tərəfindən və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-11/2024 nömrəli, 15 may 2024-cü il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar