Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1937/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-522/2023 nömrəli, 29 mart 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı – Azərbaycan Respub likası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs Məhkum xx xxxxxxx 1994-cü il tarixdə Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2. 14 sentyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən təmiz çəkisi 9,463 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 9,348 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib, özündə saxlamaqla daşımış, 19 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat, 15 radələrində ünvan 3 ünvanında yerləşən “İstanbul Gold” otelinin 209 nömrəli otağının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və üzərində video çəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 bükümdə 9,463 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 bükümdə 9,348 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə-psixotrop maddələrin satışında istifadə etmək məqsədilə üzərində gəzdirdiyi 1 ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. 3. 13 oktyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən təmiz çəkisi 9,463 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini və təmi z çəkisi 9,348 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, özündə saxlamaqla daşımış, 19 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 15 radələrində ünvan 4 ünvanında yerləşən “İstanbul Gold” otelinin 209 nömrəli otağının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 bükümdə 9,463 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 bükümdə 9,348 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixot rop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1669/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 19 aprel 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib hökmün ləğv edilməsi, təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Məhkum bəraət verilməsi barədə hökm q əbul olunmasını xahiş etmişdir.
7. Hökmdən həmçinin dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməklə barəsində yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-439/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1669/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli ləğv edilmiş, cinayət işi üzrə yeni hökm çıxarılaraq Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlu tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)1810/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti və ona əlavə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-439/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-522/2023 nömrəli, 29 mart 2023-cü il tarixli hökmü ilə apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1669/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən Məhkum bəraət verilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
13. Kassasiya protesti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143- 146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etməmiş, nəticədə əsassız bəraət hökmü çıxarmışdır. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-522/2023 nömrəli, 29 mart 2023-cü il hökmünün ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
14. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
16. Kassas iya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edi lmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
20. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
25. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası dövlət ittihamçısının əməlində cinayət tərkibi olmadığına görə Məhkum təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
26. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, hazırki cinayət işi üzrə Müdafiəçi1 tərəfindən əvvəllər verilmiş kassasiya şikayətini araşdıran Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının gəldiyi qənaətinə görə, Məhkum b arəsində çıxarılmış ittiham hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən, onun təqsirliliyinin həmin sübutlar əsasında müəyyən edilməsi sübutların tədqiqinin qaydasını tənzimləyən Cinayət-Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə ziddir.
27. Bu səbəbdən Ali Məhkəmənin baxılan cinayət işi üzrə əvvəllər verdiyi qərarında artıq müəyyən edilmişdir ki, Məhkum cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilməsi səhv nəticə kimi qəbul edilməlidir.
28. Məhz Ali Məhkəmənin əvvəlki qərarında təsvir etdiyi məhkəmə araşdırmasının istiqaməti üzrə göstərişlərinin icrasını təmin edən apellyasiya instansiyası məhkəməsi, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları hazırda mübahisələndirilən qərarında ayrı-ayrılı qda və məcmu halında bir daha araşdırmış və haqlı olaraq hesab etmişdir ki, iş materiallarında olan sübutların məcmusu Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyi şübhə doğurur, cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi isə həmin şübhələrin mövcudluğunu təsdiq edir.
29. Apellyasiya instansiyası məhkəməsi iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verib, Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll, təfsir və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, Məhkum ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir.
30. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni təkzib edə biləcək dəlillər gətirilmədiyindən, kassasiya xahişi isə Ali Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi əvvəlki qərarında artıq bildirdiyi hüquqi mövqeyinə tam zidd olduğundan, məhkəmə kollegiyası Məhkum verilmiş ittiham üzrə təqsirliliyin sübuta yetirilmədiyi, barəsində bəraət hökmünün çıxarılmalı olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
31. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.
32. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs Mə hkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli, 1(103)-522/2023 nömrəli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.