Məhkəmə qərarları › İş №1(102)-1938/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1938/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1938/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Əliyev Fərhad Qurban oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəmə sinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi F.Q.Əliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Mikayılov Eldar Əli oğlu (sədrlik edən və məruzəçi), Ağalarov Mahmud Muradxan oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə) Məhkum, 21 avqust 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, “Qurd dairəsi” yaşayış massivindəki fərdi evdə yaşamış, CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 06 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin həmin hökmlə Təqsirləndirilə n şəxs1 CM-nin 206.3.1, 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşları «Əli», «Əsgər» və «Səccad» adlı şəxslərlə, Təqsirləndirilən şəxs2 ilə, Təqsirləndirilən şəxs1 ilə və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvləri olan İran İslam Respublikasının vətəndaşları «Əli», «Əsgər» və «Səccad» adlı şəxslərin istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə qanunsuz keçirməklə Məhkum və Təqsirləndirilən şəxs2 göndərdikləri külli miqdarda 5025,114 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 89,482 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfet amini, külli miqdarda təsiredici maddəsi metadonun ümumi miqdarı 30 qram təşkil edən, üzərilərində “F/M40” yazısı olan 750 ədəd həblərdən ibarət narkotik vasitə metadon dərman preparatını, xaş-xaş bitkisindən kustar üsulla alınmış külli miqdarda 365 qram təmiz çəkidə narkotik vasitə tiryəki Məhkum və Təqsirləndirilən şəxs2 naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra Təqsirləndirilən şəxs2 tanışı Məhkum təlimatı əsasında həmin narkotik vasitələri və psixotrop maddəni 05 aprel 2020-ci il tarixdə axşam saatlarında özü ilə sellofan bağlamalarda Bakı şəhərindən Sumqayıt şəhərinə daşıyaraq Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Grandmarket” ticarət mağazasının qarşısında Təqsirləndirilən şəxs1 təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1 həmi n narkotik vasitələri və psixotrop maddəni özü ilə daşıyaraq narkotik vasitə heroinin bir hissəsini öz üzərində, qalan narkotik vasitələri və psixotrop maddəni isə faktiki yaşadığı ünvan 3 ünvanda gizlədərək satış məqsədi ilə qanunsuz saxlamışdır. Təqsirləndirilən şəxs1 bu qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 06 aprel 2020-ci il tarixdə saat 21:30-da ünvan 3 ünvanın qarşısında saxlanılarkən polis əməkdaşlarının təklifinə əsasən onun əynindəki boz rəngli gödəkçəsinin sol yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 49,884 qr am və 87,230 qram olmaqla külli miqdarda ümumilikdə 137,114 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin bundan dərhal sonra saat 21:40-dan etibarən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvana onun öz iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 mənzilin qonaq otağında yerləşən açıq qəhvəyi rəngli divanın oturacaq hissəsinin altındakı saxlanc yerindən çıxarıb təqdim etdiyi bir ədəd polietilen bağlamada külli miqdarda 2215 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd polietilen bağlamada külli miqdarda 2673 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda 89,482 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda 284 ədəd, 236 ədəd və 230 ədəd həblərdən ibarət olmaqla külli miqdarda təsiredici maddəsi metadonun ümumi miqdarı 30 qram təşkil edən, üzərilərində “F/M40” yazısı olan ümumilikdə 750 ədəd həblərdən ibarət narkotik vasitə metadon dərman preparatı, bir ədəd polietilen bağlamada xaş-xaş bitkisindən kustar üsulla alınmış külli miqdarda 365 qram təmiz çəkidə narkotik vasitə tiryək, üzərilərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzilər və bir ədəd qaşıq, üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd qaşıq aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa o, təkrarən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respubl ikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, həmçinin təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və göndərmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə, şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşları «Əsgər», «Səccad» adlı şəxslərlə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş üzvləri olan İran İslam Respublikasının vətəndaşları «Əsgər» və «Səccad» adlı şəxslərin istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitd ə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə qanunsuz keçirməklə göndərdikləri külli miqdarda 15,949 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 0,349 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, təsiredici maddəsi metadonun ümumi miqdarı 0,72 qram təşkil edən, üzərilərində “F/M40” yazısı olan 18 ədəd həblərdən ibarət narkotik vasitə metadon dərman preparatını tanışı Təqsirləndirilən şəxs2 ilə birgə satış məqsədi ilə əldə edib aralarında bölməklə bir hissəsini üzərilərində, qalan hissəsini isə Təqsirləndirilən şəxs2 öz yaşadığı ünvan 4 ünvanda gizlədərək saxlamışdır. Təqsirləndirilən şəxs2 və Məhkum qanunsuz əməlləri b arədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Məhkum 09 aprel 2020-ci il tarixdə saat 18-00-da ünvan 6 ünvanın qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada həmin gün saat 20:15-dən etibarən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman həmin psixotrop maddənin bir hissəsi olan 0,228 qram təmiz çəkidə kustar üsulla hazırlanmış metamfetamin onun əynindəki göy rəngli cins şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan dərhal sonra saat 20-55-dən etibarən Təqsi rləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanına onun öz iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 evin yataq otağında güzgülü mebelin aşağı hissəsindəki ağ rəngli dolabın içərisində 1 ədəd siqaret qutusunda saxladığı bir ədəd gümüşi kağız bükümün içərisindən həmin psixotrop maddənin qalan hissəsi olan 0,121 qram təmiz çəkidə kustar üsulla hazırlanmış metamfetamin, təsiredici maddəsi metadonun ümumi miqdarı 0,72 qram təşkil edən, üzərilərində “F/M40” yazısı olan 18 ədəd həblərdən ibarət həmin narkotik vasitə metadon dərman preparatı, bir ədəd bükümdə həmin narkotik vasitənin bir hissəsi olan 0,163 qram təmiz çəkidə kustar üsulla hazırlanmış heroin, həmçinin dolabın içərisindən bir ədəd polietilen məişət torbasındakı cırılmış vəziyyətdə olan polietilen torbaların içərilərində səpələnmiş formada qalan 7,315 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və səthlərində narkotik vasitə heroinin izləri olan 02 ədəd elektron tərəzilər aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüş, eləcə də həmin gün saat 22:36-dən etibarən Məhkum üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitənin digər hissəsi olan 8,471 qram təmiz çəkidə kustar üsulla hazırlanmış heroin onun əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd sellofan bükümdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Hökmdən Məhkum müdafiəçiləri F.Q.Əliyev və Məmmədov Adəm Məhərrəm oğlu, digər məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxa n Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Qasımov Fəxri Vidadi oğlundan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü Məhkum CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə təqsirli bilinməsinə dair hissədə dəyişdirilmiş, Məhkum CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 32.5, 206.2ci maddəsinə tövsif edilmiş, ona CM-nin 32.5, 206.2-ci maddəsi ilə 03 (üç) il müddətə, CMnin 66.3-cü maddəsinə əsasən isə CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il 06 (altı) altı ay müddətə azadlıqdan məhrum etmə cəza sı CM-nin 32.5, 206.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla adı çəkilən məhkuma qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, eyni qaydada hökm məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissələrdə də dəyişdirilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi F.Q.Əliyev kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara və Məhkum və onunla birlikdə məhkum olunmuş digər şəxslərin barələrindəki yekun məhkəmə aktlarına istinad edəərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi F.Q.Əliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum digər təqsirləndirilən şəxslərlə birlikdə CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işinin materialları ilə təsdiq edilmir, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi marağa görə yayılmasına yönəlmiş hərəkətlər etməsi toplanmış sübutlarla müəyyən olunmamış və sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmaması onun şübhəli və təqsirləndirilən şəxs kimi dindirilməsinə dair protokollarla, digər təqsirləndirilən şəxslərin ifadələri ilə, cinayət işinin materiallarına əlavə edilmiş telefon məlumatları, 13 iyul 2020-ci il tarixli 1946 nömrəli ekspertiza rəyi, yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə dair 09 aprel 2020-ci il tarixli protokolla, avtomatlaşdırılmış məlumat-axtarış sistemində qeydə alınmış sərhərkeçməyə dair məlumatlarla təsdiq edilmişdir. Məhkum niyyəti şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək olmuşdur. Şikayət müəllifi həmçinin bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı qismən istintaqla aparılmış, məhkum edilmiş şəxslərin ifadələri alınmış, Məhkum şəxsi axtarışı zamanı aparılmış video görüntülərə baxış ke çirilmiş, eləcə də ona məxsus telefon Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsindən tələb edilmişdir. Lakin məhkəmə öz qərarında qeyd edilən sübutların araşdırılması və qiymətləndirilməsinə dair heç bir qeyd aparmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq müdafiəçi kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarın qəbul olunmasını xahiş edir. Cinayət prosesinin digər iştirakçıları ilə yanaşı Məhkum də kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq o, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu h aqda Ali Məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi F.Q.Əliyevin kassasiya şikayətinin məzmunun dan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş və Məhkum əsassız və qanunsuz olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm v ə ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi F.Q.Əliyevin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyy əti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq və kassasiya şikayətində irəli sürülmüş tələbə cavab verərək onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib yeni hökm deyil, CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilm əsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin ma ddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, ş ərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə k ollegiyası daha sonra vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitsiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsəd lərinə nail olunmasını, cinayətkarlığın qarşısınnı alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araş dırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dö vlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ə dalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri ara sında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırıla rkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət pros esinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin q ərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılması ndan və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağır laşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən q iymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkə mənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutla ra əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu i lə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblə rə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əh əmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblər inə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də göstərilənlərin əksinə, həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə qismən razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılmış sübutlara əsasən Məhkum təqsirliliyinin müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum qismən etirafedici ifadələri ilə yanaşı hazırki iş üzrə digər məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə, o cümlədən telefon yazışmalarının aparılması barədə məlumatlarla tam təsdiq edilir. İş üzrə toplanmış və araşdırılmış sübutlarla təkzibolunmaz şəkildə müəyyən edilmişdir ki, Məhkum qanunsuz olaraq külli miqdarda narko tik vasitələrin və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşları «Əli», «Əsgər» və «Səccad» adlı şəxslərlə, Təqsirləndirilən şəxs2 ilə, Təqsirləndirilən şəxs1 ilə və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvləri olan İran İslam Respublikasının vətəndaşları «Əli», «Əsgər» və «Səccad» adlı şəxslərin i stintaqa məlum olmayan qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə qanunsuz keçirməklə Məhkum və Təqsirləndirilən şəxs2 göndərdikləri külli miqdarda 5025,114 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 89,482 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda təsiredici maddəsi metadonun ümumi miqdarı 30 qram təşkil edən, üzərilərində “F/M40” yazısı olan 750 ədəd həblərdən ibarət narkotik vasitə metadon dərman preparatını, xaş-xaş bitkisindən kustar üsulla alınmış külli miqdarda 365 qram təmiz çəkidə narkotik vasitə tiryəki Məhkum və Təqsirlənd irilən şəxs2 naməlum tarixdə, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz əldə etdikdən sonra Təqsirləndirilən şəxs2 tanışı Məhkum təlimatı əsasında həmin narkotik vasitələri və psixotrop maddəni 05 aprel 2020-ci il tarixdə axşam saatlarında özü ilə sellofan bağlamalarda Bakı şəhərindən Sumqayıt şəhərinə daşıyaraq Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Grandmarket” ticarət mağazasının qarşısında Təqsirləndirilən şəxs1 təqdim etdikdən sonra Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri və psixotrop maddəni özü ilə daşıyaraq narkotik vasitə heroinin bir hissəsini öz üzərində, qalan narkotik vasitələri və psixotrop maddəni isə faktiki yaşadığı ünvan 3 ünvanda gizlədərək satış məqsədi ilə qanunsuz saxlamışdır. Bundan başqa o, təkrarən qanunsuz olaraq külli miqdarda narkot ik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, həmçinin təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və göndərmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə, şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşları «Əsgər», «Səccad» adlı şəxslərlə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyətləri istintaq zamanı müəyyən edilməmiş üzvləri olan İran İslam Respublikasının vətəndaşları «Əsgər» və «Səccad» adlı şəxslərin istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə qanunsuz keçirməklə göndərdikləri külli miqdarda 15,949 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 0,349 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, təsiredici maddəsi metadonun ümumi miqdarı 0,72 qram təşkil edən, üzərilərində “F/M40” yazısı olan 18 ədəd həblərdən ibarət narkotik vasitə metadon dərman preparatını tanışı Təqsirləndirilən şəxs2 ilə birgə satış məqsədi ilə əldə edib aralarında bölməklə bir hissəsini üzərilərində, qalan hissəsini isə Təqsirləndirilən şəxs2 öz yaşadığı ünvan 4 ün vanda gizlədərək saxlamışdır. İş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən Məhkum qabaqcadan əlbir olduğu bir qrup şəxslə külli miqdarda narkotik vasitələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, eləcə də həmin narkotik vasitələrin İİR-dan gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinədək, yəni həmin vasitələri Azərbaycan Respublikasının ərazisində gizlədilmiş yerdən götürəcəyini əvvəlcədən vəd etməklə, qaçaqmalçılıq cinayətinin törədilməsinə kömək etməsi kimi hallar və bu halların arxasında duran sübutlar birinci instansiya məhkəməsində tədqiq edilmiş, araşdırılmış sübutlara isə sübutlara apellyasiya instansiyası məhkəməsinin yekun qərarında bir daha qiymət verilərək eyni xüsusatlar dəyərləndirilmiş və Məhkum qaçaqmalçılıq cinayətində oynadığı rolunun ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilməməsi müəyyən edilmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum məhz qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıqda icraçı qismində iştirak etməsi işin faktiki hallarından görünmür. Yəni onun qəsdinin qabaqcadan əlbir olan qrup şəxs tərəfindən t örədilən (ən azından iki nəfər icraçısı olan) qaçaqmalçılıq etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar birinci instansiya məhkəməsinin hökmündə göstərilməmiş və faktiki olaraq da işin sübut olunmuş hallarına görə narkotik vasitələrin qaçaqmalçılığını şəxsiyyəti istintaqa məlum olmayan üzvləri olan İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs və qeyriləri icra etmişlər (hətta ittihamda və birinci insansiya məhkəməsinin müəyyən edilmiş saydıqları cinayətin təsvirində belə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini istintaqa məlum olmayan üzvləri olan İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsin və qeyrilərinin yerinə yetirməsi, onlar tərəfindən narkotik vasitələrin naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilərək Azərbaycan Respublikasının ərazisində gizlədilməsi göstərilmişdir). Məhkəmə kollegiyası hesab edir ki, Məhkum narkotik vasitələrin və psixotrop maddənin qaçaqmalçılığında məhz köməkçi qismində iştirak etməsi barədə, eyni zamanda onun külli miqdarlarda həmin vasitələri və maddəni satış məqsədi ilə əldə edərək saxlaması və daşıması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, çünki bu nəticənin arxasında duran sübutların (həmin sübutlar birinci instansiyası məhkəməsinin hökmündə ətraflı təsvir edilərək onlara qanuna müvafiq qiymət verilmişdir), o cümlədən məhkum olunmuş şəxslərin ibtidai araşdırma zamanı verdikləri etirafedici ifadələrin qanunsuz yolla əldə edilməsi, yəni ibtidai aradırma orqanı tərəfindən CPM-nin 125.2 -ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə sübutların əldə edilməsi iş materialları ilə müəyyən edilmir. Bununla bağlı məhkəmə kollegiyası CPM-nin 349.5-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, həmin maddədə “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdikləri ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlar la təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. İşin müəyyən edilmiş faktiki hallarından çıxış edərək məhkəmə kollegiyası Məhkum narkotik vasitənin qaçaqmalıçılığının törədilməsində köməkçi qismində iştirakı ilə bağlı (bu məsələ kassasiya şikayətində də mübahisələndirilir) CM-nin aşağıdakı nolrmalarının tələblərinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə müraciət etməyi zəruri sayır. CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin i zlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-nin 206.2-ci maddəsində narkotik vasitəlrin qaçaqmalçılığına, CM-nin 206.3.2-ci maddəsində isə həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 32.5 və 206.3.2-ci maddələrinin dispozitiv əlamətlərini müqayisəli şəkildə təhlil edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şəxs CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri icra etməsə də, yəni həmin cinayət əməllərini bilavasitə törətməsə də, digər tərəfd ən isə bu əməllər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş şəxslər tərəfindən törədildikdə, təqsirkar isə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş həmin maddədə sadalanan əşyaları, o cümlədən narkotik vasitələri qəbul etməyi qabaqcadan vəd etdikdə, sonradan isə bu vədinə uyğun olaraq həqiqətən həmin əşyaları artıq Azərbaycan Respublikasının ərazisində əldə etdikdə, sonuncunun belə əməlləri CM-nin 32.5 və 206.3.2-ci maddələri ilə tövsif edilməlidir. Məhkum hərəkətlərini xarakterizə edən hallar ondan ibarətdir ki, o, hazırki cinayət işinin predmeti olan narkotik vasitələri və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsinə kömək etmiş, yəni istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiriləcək həmin vasitələri və maddəni qəbul etmək barədə İİR-nın vətəndaşları ilə əvvəlcədən razılaşmış və bu razılığa uyğun olaraq hazırki işin predmeti olan əşyaları əldə edib onlar barəsində sərəncam verməyi nəzərdə tutmuşdur. İşin bu hallarına başqa cür qiymət verilməsinə əsas görməyən məhkəmə kollegiyası Məhkum narkotik vasitənin qaçaqmalçılığı ilə bağlı heç bir cinayət əməli törətməməsi barədə kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin onun təhlil olunan cinayət əməlini törətməsi barədə gəldiyi nəticə və bu nəticəyə əsasən onun həmin əməlinin CM-nin 32.5, 206.2-ci maddələri ilə tövsif edilməsi qanuni və əsaslıdır, digər tərəfdən isə belə nəticə kassasiya şikayətində d ə istinad olunan “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrə də uyğundur. Belə ki, göstərilən Qərarın 19-cu bəndində məhkəmələrə təqsirkarın əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaları tövsiyə edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsif edici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Şərh olunanlara və iş üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq məhkəmə kollegiyası Məhkum CM-nin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi barədə qənaətə gəlir, apellyasiya instansiyası məhkəməsinin də bu haqda gəldiyi qənaəti qanuni və əsaslı hesab edir və bu baxımdan onun barəsindəki cinayət işinin icraatına hər hansı, o cümlədən CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş bəraətverici əsaslarla xitam verilməsini, bununla da kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilməsini mümkün bilmir. Hazırki cinayət işinin materiallarından apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1-ci maddəsində nəzərdə tutulmuş nöqsanlara yol verilməsi müəyyən edilmədiyindən, digər tərəfdən isə müdafiəçi F.Q.Əliyev Məhkum bəraət verilməsi ilə bağlı kassasiya şikayətində heç bir əsaslandırma aparmadığından məhkəmə kollegiyası təhlili edilən məsələ ilə bağlı da apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün sayır və buna görə kassasiya şikayətinin hər hansı hissədə təmin edilməsi üçün əsaslar görmür. Kassasiya şikayətində müdafiəçi F.Q.Əliyev Məhkum təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaların yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı da maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzaları qanuni və ədalətli hesab edərək həmin cəzaların hər hansı şəkildə yüngülləşdirilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi F.Q.Əliyevin kassasiya şika yətinin dəlillərini nəzərdən keçirərək və onun həmin şikayətin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 32,5, 206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə və Məhkum aid olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5, 206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarı müdafiəçi F.Q.Əliyevin kassasiya şikayətinə münasibətdə və Məhkum aid olan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar