Məhkəmə qərarları › İş №1(102)-194/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-194/2019

13.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-194/2019 13.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 194/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "13" fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 noyabr 2017-c i il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mayılov Samir Talıb oğlu) xx xxxxx 1982-ci il tarixdə Lerik rayonu, Hamarat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Hamarat kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 263.1.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə nəqliyyat vasitələrini id arə etmək hüququndan məhrum еdilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 01 il 09 ay müddətə аzаdlıqdаn məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X12 da təqsirli bilinib məhkum olunmuşdur. İŞİN HALLARİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına dərəcələrinə görə az ağır və ağır zərərin vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Məhkum Talib oğlu 25 oktyabr 2016-cı il tarixdə, saat 2200 radələrində texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi «Vaz 21074» markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtom aşınla Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı-Qala avtoyolunun 17-ci kilometrliyində 70 km/saat sürətlə yolun sol hərəkət zolağı ilə Qala qəsəbəsi istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı tələbinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu qaydalara əməl etməmiş və hərəkətini davam etdirməklə əks istiqamətdə saatda 110 km sürətlə hərəkətdə olan X6 idarə etdiyi «Lada-Granta» 21901-112-41 minik markalı AZ**-PU-*** döv lət qeydiyyat nişanlı avtomaşınla toqquşması nəticəsində sonuncu avtomaşının sürücüsü X10 həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid xəsarət, həmin avtomaşında sərnişin X11 sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aid xəsarət, digər sərnişin X3 həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid xəsarət, həmçinin onun idarə etdiyi «Vaz 21074» markalı AZ**-SJ-*** dövlət qeydiyyat nişanlı avtomaşında sərnişin olan X7 həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid xəsarət, həmin avtomaşında digər sərnişin X1 AĞİR dərəcəli zərərvurmaya aid xəsarət yetirməklə o, özü də həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarət almaqla ehtiyatsızlıqdan yol nə qliyyat hadisəsi törətmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Məmmədov Namiq Eyyub oğlu, hakimlər Bayramov Əmir Novruz oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə) 16 aprel 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisə X6 təqsiri üzündən baş verdiyi halda, o da, X6 eyni cəzaya məhkum olmuş, lakin o, cinayət hadisəsində özünü təqsirli bilmir, belə ki, 25 oktyabr 2016-cı il tarixdə saat 22 radələrində idarə etdiyi “VAZ-21074” markalı AZ**-SJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Pirallahı rayonunda “Damba” deyilən yerdən çıxan zaman hərəkət zolağının bağlandığını görüb, istiqamətləndirici işarələrlə yolun əks hərəkət hissəsinə keçmiş və 60 km/saat sürətlə hərəkət etmiş, təxminən 200-300 metr gedəndən sonra 200 metr məsafədən hərəkət zolağı ilə “Lada Qranta” markalı avtomaşının üstünə gəldiyini görüb, avtomaşını sağda olan dəmir arakəsməyə tərəf çəkib, avtomaşını saxlamış və həmin avtomaşın yüksək sürətlə onun avtomobilinin ön hissəsinə çırpılmışdır. Hadisə nəticəsində o, huşunu itirmiş, hadisədən sonra “La da Qranta” markalı avtomaşının sürətinin əqrəbinin 110 km sürət göstəricisində qırılıb qaldığını bilmişdir. Hadisə baş verən zaman onun avtomobilində qardaşı X2ın, qonşusu X1 və X1in bibisi qızı X7 olmuşdur. Hadisə nəticəsində hər üçü xəsarət almış, zərərçəkmişlər ondan heç bir şikayətləri olmadığını bildirmişlər. Həmçinin məhkəmə iclasında X12 özünü təqsirli bilməyərək göstərmişdir ki, 25 oktyabr 2016-cı il tarixdə axşam vaxtı X3 ilə işdən çıxıb, yaşadığı Pirallahı qəsəbəsinə gedən zaman, “Ulduz” metrosundan bir nəfər tanımadığı müştəri götürmüş, “Lada Qranta” markalı AZ**-PU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla QalaPirallahı yolu ilə hərəkətdə olan zaman, Zirə qəsəbəsinin yaxınlığında yola daşlar düzülmüş və yol nişanları qoyulduğu üçün, göstərilən yola çıxaraq 110 km/saat sürətlə hə rəkətini davam etdirmiş, təxminən 100-150 metr məsafədən, qarşıdan, əks istiqamətdə avtomaşının gəldiyi görüb, yolundan çəkilməsi üçün maşının işığı ilə həmin avtomaşına bir neçə dəfə işarə etmişdir. Aralarında 25-30 metr məsafə qalan vaxt sol zolağa keçmiş və həmin zaman qarşıdan gələn maşın da sağa çəkmişdir. Nəticədə toqquşmuşlar və hadisə nəticəsində onun avtomobilində və digər avtomobildə olan sərnişinlər xəsarət almışlar. Şikayətdə qeyd edilmişdir ki, məhkum X6 ifadələri düz deyil və özünü müdafiə etmək məqsədi ilə belə ifadə vermiş, iş üzrə eksperiment keçirilsə bu müəyyən olunacaq. Qeyd olunanları nəzərə alaraq məhkum apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin material larını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qanunun bu tələblərinə riayət etməklə apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin də dəlillərini nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi onun gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, ittihamın sübut edilməsində yaranmış şübhələrin aradan qaldırılması, müdafiə tərəfinin irəli sürdüyü dəlillərin ətraflı yoxlaması üçün müvafiq tədbirləri görməmişdir. İttihamın məzmunundan göründüyü kimi, ittiham tərəfi belə mövqedədir ki, Məhkum “Yol hərəkəti haqqında” qanunun 36-cə maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanını olduğu halda, qaydalara əməl etməmiş və hərəkətlərini davam etməklə yol nəqliyyat hadisəsini törətmişdir. İttihamın məzmunundan həm də görünür ki, toqquşmanın, yəni yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb təkcə Məhkum deyil, həm də, qarşıdan saatda 110 km sürətlə hərəkətdə olan digər avtomaşını idarə edən X6 da hərəkətləri olmuşdur. Belə olan halda Məhkum təhlükənin yarandığını hansı məsafədən gördüyünün müəyyən edilməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Bu məsafənin müəyyən edilməsinin vacibliyi həm də ondan irəli gəlir ki, ekspert rəyinə görə, həmin məsafə 119 metrdən az olmuşsa, Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Birinci instansiya məhkəməsi isə özünün gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bu halın dəqiq müəyyən edilməsi üçün müvafiq tədbir görməmiş, bu istiqamətdə kifayət qədər hərtərəfli araşdırma a parmamış, hətta müdafiə tərəfinin bunun müəyyən edilməsi üçün məhkəmə eksperimenti keçirilməli olduğuna dair vəsatəti rədd etmiş, özünün bu mövqeyini (eksperimentin keçirilməsinə ehtiyac olmadığına dair) faktiki olaraq əsaslandırmamışdır. Qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılsa da, bu hərəkəti əks etdirən protokolda ziddiyyətli məlumatlar göstərilmişdir: Məhkum bildirmişdir ki, “Lada Qranta” markalı avtomaşın onun hərəkət zolağında olmasını təxminən 190 metr məsafədən görmüş və işarə verməsinə baxmayaraq toqquşmuşlar. Toqquşma yerindən Məhkum “Qranta” avtomaşının gördüyü yerə təxminən 100 metr, toqquşma yerindən Lada Qranta avtomaşının peyda olduğu yerə təxminən 90 metr məsafə olması müəyyən edilmişdir”. Protokol da göstərilən həmin fikrin təhlili göstərir ki, eyni vaxt kəsiyində Məhkum saatda 70 km sürətlə idarə etdiyi avtomaşın toqquşmaya qədər 100 metr məsafə, X6 saatda 110 km idarə etdiyi avtomaşını isə cəmi 90 metr məsafə qət edir. Mübahisəsizdir ki, belə ziddiyyətli məlumatlar həqiqətə uyğun hesab oluna bilməz. Odur ki, iş üzrə sübutlar yerində tədqiq edilməli və təhlükə yarandığı anda maşınların arasında məsafə müəyyən edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən bunlar edilməmişdir. Apellyasiya məhkəməsi də bu çatışmazlıqları aradan qaldırmamış, işin düzgün həlli, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırmamış, müdafiə tərəfinin apellyasiya şikayətinin bir sıra dəlillərinə münasibət bildirməmiş, digər dəlillərinə isə səthi yanaşmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə apellyasiya məhkəməsinin səthi yanaşması ilə əlaqədar xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin istintaq eksperimentinin keçirilməsi ilə bağlı dəlilləri ilə razılaşmadığının səbəbini aşağıdakılar kimi göstərmişdir: “...İstintaq eksperimentinin keçirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətlərinin təmin edilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Talib oğlu şahid qismində müstəntiq tərəfindən nümayəndəsi X8 iştirakı ilə dindirilərkən (cild 01, iş vər. 238-240), həmçinin istintaqın sonrakı mərhələsində təqsirləndirilən şəxs qismində ifadə verərkən “ hərəkətdə olduğu zolaqla avtomobilini idarə etdiyi zaman 200-300 metr məsafədən onun hərəkət zolağında “Lada Qranta” markalı avtomobilin əks istiqamətdə onun idarə etdiyi avtomobilin üzərinə gəldiyini gördüyünü ” bildirmiş və ifadəsini əvvəllər verdiyi formada davam etdirmişdir. Bunu qeyd edərək məhkəmə kollegiyası bildirmək istəyir ki, onsuzda Məhkum ifadələrində qarşıdan onun zolağı ilə gələn avtomobili 200-300 metr məsafədən gördüyünü bildirmiş, iş materiallarında mövcud olan məhkəmə trasoloji ekspertizasının 12 aprel 2017-ci il tarixli 5794 nömrəli rəyi ilə də həmin məsafənin artıq onun baş vermiş hadisənin qarşısını almağa texniki imkanının olması müəyyən olunmuşdur...”. Qərarda göstərilən bu fikirlə əlaqədar qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi qərarda istinad etdiyi həmin ekspert rəyində avtomaşınlar arasında məsafənin 200-300 metr olması barədə, ümumiyyətlə, heç bir məlumat yoxdur. Həmin rəydə ş ərh edilir ki, istintaq orqanı tərəfindən avtomaşınlar arasında hansı məsafənin olduğunun müəyyən edilməsindən asılı olaraq Məhkum hadisənin qarşısını almağa imkanın olub-olmadığı mələsi həll edilməlidir. Bu məsafə isə dəqiq müəyyən edilməmişdir (ekspertizanın təyin edilməsi qərarında həmin məsafənin hətta 100 metr ola bilməsi göstərilir). Bundan başqa, Məhkum ifadələrinə istinad edilməsi ilə əlaqədar (apellyasiya məhkəməsinin qərarında) qeyd olunmalıdır ki, o, bununla bağlı bir-birindən fərqli ifadələr vermişdir. Məhkum ifadələri ilə bağlı bu da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin mənasına görə onun ifadələrində özünün əleyhinə olan hər hansı bir məlumat yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qə bul edilə bilər. Məhkum avtomaşını saatda 70 km sürətlə idarə etməsi barədə ifadəsinə də həmin normanın tələbləri baxımından yanaşılmalıdır. Odur ki, apellyasiya şikayətinin həmin dəlillərinin əsassız olduğuna dair nəticənin apellyasiya məhkəməsinin qərarında əsaslandırılması barədə fikir söylənilə bilməz. Qərarda həm də göstərilmişdir ki, “... cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, Məhkum avtomobili ilə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı-Qala avtoyolunda hərəkətdə olarkən avtomobili həmin vaxt üçün həmin yolda ən yüksək idarə etmə həddi kimi müəyyən edilən 60 km/saat sürətlə idarə etmək əvəzinə, 70 km/saat sürətlə hərəkət etdirməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət İştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı tələbinə əməl etməmiş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu qaydalara əməl etməyərək hərəkətini davam etdirməklə qeyd edilən yol nəqliyyat hadisəsini törətmiş və həmin hadisə nəticəsində zərərçəkmiş şəxslərin sağlamlıqlarına dərəcələrinə görə az ağır və ağır zərər vurulmuşdur...”. Göründüyü kimi, apellyasiya məhkəməsi nəqliyyat vasitələrinin toqquşmasının səbəbi kimi həmdə Məhkum yolda ən yüksək idarə etmə həddindən (60 km/saat) artıq sürətlə hərəkət etməsinə də istinad etmişdir. Lakin Məhkum belə məzmunda ittiham verilməmiş, onun hadisənin qarşısını almaq imkanı yolda müəyyən edilmiş ən yüksək sürət həddinə riayət edib-etməməsi ilə əlaqələndirməmişdir (bununla əlaqədar qeyd olunmalıdır ki, sürət həddinə riayət edilmədiyi ilə bağlı o vaxt ittiham verilə bilər ki, belə pozuntu ilə baş vermiş yol nəqliyyat hadisəsi arasında səbəbli əlaqənin olduğu müəyyən edilsin). Mübahisəsizdir ki, bu cür çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 28.5, 145.3, 146.1, 331.3, 351.2, 392.3 və 397.2-ci maddələrinin tələblərini, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin mü ddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya t əqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edil məli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 331.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, ekspertin rəyi tədqiq edildikdən sonra məhkəmə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinləməklə cinayət prosesi tərəflərinin vəsatəti əsasında və ya öz təşəbbüsü ilə təkrar və ya əlavə ekspertiza təyin etmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər, məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir ç ox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torix a İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir e dilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqın da Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və qanunun normalarının tələblərinə əsaslanaraq qeyd edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı isə ləğv edilməlidir (Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsində göstərilən əsaslarla). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yen idən baxılması təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar