Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-194/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3- cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Əfəndizadə Tural Qurbanəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim B.Məmmədov), xx xxxxxxx 1984-cü ildə Bərdə rayonu Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, məhkum olunmamış, “xxxx” MMC-də komendant işləmiş, Bərdə rayonu, Cəyirli kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib, 04 il müddətə nəqli yyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 03 mart 2019-cu il tarixdə saat 1638 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanının) tələblərinə riayət etməyərək 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 124 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Hyundaı Accent» markalı AZ**-LR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhədi yo lunun Ucar rayonunun Küçəkənd kəndi ərazisindən keçən 228-ci kilometrliyində Bakı istiqamətində hərəkətdə olarkən həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla hərəkət üçün təhlükə üçün mümkün olan tədbirləri görməli, yolda piyadaların olmasını nəzərə alaraq vaxtında tormozlama əməliyyatı aparmaqla nəqliyyat vasitəsini dayandırmağa, yaxud da hərəkətin təhlükəsizliyini təmin etməklə piyadaların yanından təhlükəsiz ötüb keçməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib avtomobilin qabaq hissəsi ilə yolun solundan sağına keçən 1988-ci il təvəllüdlü X2 və onun 05.03.2014-cü il təvəllüdlü qızı X4 vurmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox ş əxsin, X12 açıq kəllə beyin travması, baş beyinin yumşaq qişası altına geniş qansızma ilə müşayiət olunan alın sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sol qaşüstü nahiyənin, sol qulaq seyvanının və sağ baldırın yuxarı ⅓-nin ön səthinin yaraları ilə müşayiət edilən dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almaqla zərər çəkmiş şəxsin ölümünə, X4 açıq kəllə beyin travması, baş beyinin yumşaq qişası altına geniş qansızma ilə müşayiət olunan alın sümüyünün basılmış sınığı, kəllə əsası sümüklərinin xətti sınığı, sağ alın təpə nahiyəsinin yarası, sağ üst göz qapağının qançırı ilə müşayiət edilən dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almaqla zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Hökmdən məhkum verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim İ.Şükürov, hakimlər A.Eyvazov və R.Əliyevdən ibarət tərkibdə) 26 sentyabr 2019-cu il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətlkəri təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Əfəndizadə Tural Qurbanəli oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində cəza çəkən Məhkum ərizəsi daxil olmuş, ərizədə o, verilmiş kassasiya şikayətinin geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib (digər proses iştirtakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Əfəndizadə Tural Qurbanəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-194/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-194/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver