Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-194/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 av qust 2024-cü il tarixli 1(103)-718/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İlham Mahmudov (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və Samir Əliyev) 07 yanvar 2022-ci il tarixli 1(101)-434/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.3-cü maddəsi təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 71.5-ci maddəsinə əsasən ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il sınaq müddəti ləğv edilmiş və ona həmin hökmlə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 67-ci maddəsinə əsasən hazırkı hökmlə təyin o lunmuş cəza ilə qismən birləşdirməklə qəti olaraq ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2021-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Zəki Babayev) 31 mart 2022-ci il tarixli 1(103)-718/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli 1(101)-434/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. 05 iyul 2024-cü il tarixdə Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli 1(103)-718/2022 nömrəli qərarından kassasiya şikayətini n verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zaur Hüseynov (sədrlik edən və məruzəçi), Əfqan Ələkbərov və Həsən Əhmədov) 21 avqust 2024-cü il tarixli 1(103)-718/2022 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2024-cü il tarixli 1(103)-718/2022 nömrəli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun səhhətində yaranan ağır xəstəliklə bağlı üzrlü səbəbdə n vaxtında kassasiya şikayəti verə bilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2024-cü il tarixli 1(103)-718/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin başlıca dəlili onun tərəfindən kassasiya şikayətinin verilməsi barədə buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətinin əsassız olaraq təmin olunmamasıdır. Cinayət işinin materiallarından görünür ki, məhkum barəsində olan apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. Belə ki, cinayət işində olan sənədlərdən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin ) 31 mart 2022-ci il tarixli 1(103)-718/2022 nömrəli qərarı pros es iştirakçılarının, o cümlədən məhkum və onun müdafiəçisinin iştirakları ilə elan edilmiş, qərarın surəti 1 aprel 2022-ci il tarixdə məhkuma təqdim edilməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə göndərilmişdir. Bundan sonra məhkumun kassasiya şikayəti 05 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına daxil olmuşdur. Yəni məhkum, qərarın ona rəsmi qaydada göndərildiyi gündən 2 il 3 ay sonra kassasiya şikayəti vermiş, bununla da kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdən 1 il 3 aydan artıq bir müddət keçmişdir. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilir. Məhkum Akif Həsənov barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyun 2021-ci il tarixli qərarından kassasiya şikayəti 05 aprel 2023-cü il tarixdə vermişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqq ında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə raz ılaşaraq qeyd edir ki, hazırkı iş üzrə məhkum tərəfindən kassasiya şikayətinin qanunla müəyyən edilmiş 12 ay ərzində verilməsinə mane olan üzrlü səbəblər müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2024-cü il tarixli 1(103)-718/2022 nömrəli qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli 1(103)-718/2022 nömrəli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun məhkəmə qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə koll egiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2024-cü il tarixli 1(103)-718/2022 nömrəli tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2024-cü il tarixli 1(103)-718/2022 nömrəli tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-194/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-194/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver