Məhkəmə qərarları › İş №1(102)-1940/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1940/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1940/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs3, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Bağırov Bilal İsa oğlu nun, Tərcüməçi - Vəliyev Veysəl İsaxan oğlunun iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 1(101)-99/2020 saylı (hakimlər İ.X.Həsənzadənin sədrliyi ilə, A.İ.Paşayev və Ə.Q.Quliyev) hökmü ilə xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhs illi, dediyinə görə müxtəlif restoranlarda aşpaz işləmiş, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2.-ci maddəsi ilə təqsirli bilinib cinayət əməlindən artıq 02 (iki) il ötməklə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmişdir, onun 2018-ci il iyulun 14-dən 2018-ci il iyulun 16-dək tutulduğu 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum1 cə zasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2019-cu il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin, Məhkum2 da təqsirli bilinin məhkum edilmişdir. Hökmdən Məhkum1 tərəfindən apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarı (sədrlik edən İ.X.Həsənzadə) ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair Məhkum1 vəsatətinin rədd edilməsi qərara alınmışdır, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarından Məhkum1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin şikayətə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 13 iyun 2022-ci il tarixli qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, paranoid forma şizofreniya xəstəliyindən əziyyət çəkdiyindən, hüququ biliyinin aşağı olmasından, həmçinin azərbaycan dilini lazımi səv iyyədə bilmədiyndən, dövlət tərəfindən ona təqdim olunmuş vəkillə anlaşılmazlıq mövcud olduğundan apellyasiya şikayətini vermə müddətini buraxmışdır və şikayəti hüququnu itirmişdir. Odur ki, qeyd edilənlərə əsasən, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum1 çıxış edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin rədd edilməsinin əsassız olduğunu, müddətin buraxılması üçün üzrlü səbəblərin nəzərə alınmadığını, həmin dövrdə xəstəliklərdən əziyyət çəkdiyini, o cümlədən hüquqi cəhətdən savadsız olduğunu, necə və hansı formada müraciət etm əli olunduğunu barədə məlumatının olmadığını bildirib, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmasını və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi B.İ.Bağırov çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını və Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs3 çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlilərinin əsassız olduğunu, buraxılmış müddətin bərpası üçün heç bir üzürlü səbəb olmadığını, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 358.1.1-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə verməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmünün surəti 24 iyun 2020-ci il tarixdə Məhkum1 imza edilməklə təqdim edilmiş, lakin həmin hökmdən 28 dekabr 2021-ci il tarixdə, yəni hökmdən qanunla müəyyən edilmiş apellya siya şikayəti vermə müddəti 01 (bir) il 06 (altı) ay 04 (dörd) gün buraxılmaqla apellyasiya şikayəti vermişdir Həmçinin, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmündən görünür ki, hökmün nəticə hissəsində həmin hökmdən apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə qaydası və müddəti, həmçinin məhkəmənin adı dəqiq göstərilmişdir. CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayəti nin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Məhkum1 birinci instansiya məhkəməsinin qərarı elan olunduğu gündən qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilməsi müddətini 01 (bir) il 06 (altı) ay 04 (dörd) gün buraxmaqla apellyasiya şikayəti vermiş və müddətin buraxılması ilə bağlı üzrlü səbəbləri qeyd etməmişdir. Məhkəmə kollegiyası bunu, həmçinin, birinci instansiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında iştirak etmiş Məhkum1 və onun müdafiəçisinin iştirak etməsini də nəzərə alaraq belə qənaətə g əlir ki, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Eyni zamanda, Məhkum1 cinayət təqibi üzrə istintaq və məhkəmə araşdırılması zamanı tam fəaliyyət qabiliyyətli, orta təhsilli olmuş, həmçinin hökmün surətini azərbaycan və rus dillərinə tərcümə olunmuş nüsxədə vaxtında verilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsa sən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar