Məhkəmə qərarları › İş №1(102)-1940/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1940/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1940/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan son ra CM-in) 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)-21/2023 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları

1. Məhkum xx xxxxxx 1981-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Balakən rayonu, Mahamalar kəndin də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır.

2. İttiham aktına əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əməlakını ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid1 tanışı Zərərçəkmiş şəxs İndoneziya Respublikasının Bali adalarına 9 gün müddətinə istirahətə getdiyi üçün sonuncuya məxsus “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etmək üçün etibarnamə istəmiş, Zərərçəkmiş şəxs Şahid1la birlikdə 20 iyul 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən 9 saylı notariat ofisinə gəlib orada onun adına mülki etibarnamə vermiş, 26 iyul 2019-cu il tarixdə o, Şahid1l a Bakı şəhəri ərazisində görüşüb sonuncunun idarə etdiyi “Chevrolet Camaro” markalı, **RV-*** dövlət qeydiyyat nişanlı avtomobili ailəsini aparmaq adı ilə götürüb vəd verib aldadaraq həmin gün avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4 ünvanında yerləşən Azərbaycan Respublikası Baş X23 İdarəsində 55000 manat dəyərində “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid2 adına rəsmiləşdirərək sonuncunun işlətdiyi lombarda girov qoyub 16500 ABŞ dolları və 3000 manat pul götürməklə Zərərçəkmiş şəxs 55000 manat dəyərində külli miqdarda ziyan vuraraq etibarından sui-istifadə etməklə dələduzluq etmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 1(101)-1380/2023 nömrəli hökmü ilə (hakimlər X3 (sədrlik edən), X7 və X8 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum həbsdə saxlanıldığı 1 (bir) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 25 noyabr 2021-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tə dbirinin ləğv edilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi onun dərhal məhkəmə iclas zalından həbsə alınması və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olmasının izah edilməsi, “Chevrolet Camaro” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi hökm edilmiş, hökmlə həmçinin, məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Hökmdən Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103) 21/2023 nömrəli qərarı ilə (hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X4 ibarət tərkibdə) təqsirləndirilən şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1380/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunduğu əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunması və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Məhkum tutulub dövlət nəfinə keçirilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərar alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)21/2023 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti, Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən birgə qaydada kassasiya şikayəti verilmişdir. İİ. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin cinayət kollegiyası Məhkum dələduzluq cinayətini törətməsi ilə razılaşsa da, onun ələ keçirtdiyi ə mlakın dəyərinin heç bir əsas olmadan 50000 manatdan aşağı olması qənaətinə gəlmişdir. Məhkəmə heç bir əsaslandırma aparmadan, nədənsə tədqiqat obyekti işin predmeti olmayan ekspertiza rəyini əsas sübut kimi qəbul edərək vurulmuş ziyanın 50000 manatdan aşağı olması qənaətinə gəlmişdir ki, məhkəmənin bu mövqeyi tam qanunsuz olmaqla vətəndaşın mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Hansı ki, zərərçəkmiş şəxsin özü tərəfindən də “turbo.az” internet səhifəsind müxtəlif illərdə satışa qoyulmuş 2012-ci il buraxışlı, mühərrik tutumlu 6200 sm “Chevrolet Camaro” markalı avtomobillərlə bağlı məhkəməyə təqdim edilmiş videolardan görünür ki, qeyd edilən avtomobilin dəyəri 50000 manatdan yuxarıdır. Məhkəmənin digər istinad etdiyi hansısa tanınmayan “Azərekspertiza” Birliyinin 19 may 2022-ci il tarixli, 87 saylı ekspert rəyi isə heç bir hüquqi əhəmiyyətə malik deyildir. Sonda qeyd etmək lazımdır ki, məhkəmə qərarında vurulmuş mülki ziyanın 50000 manatdan aşağı olduğunu qeyd etsə də, konkret məbləğ müəyyən etməmişdir. Belə ki, “50000 manatdan aşağı” anlayışına çox məbləğlər məsələn 300 manat da daxildir ki, bu məbləğdə əmlakın etibardan sui-istifadə nəticəsində ələ keçirilməsi ümumiyyətlə cinayət məsuliyyəti yaratmır.

8. Bununla da, Bakı Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğ un tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2023cü il tarixli, 1(103)-21/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

9. Həmçinin Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinin dəlilləri qismində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyası bu və ya digər vasitələlərlə tərəfindən Məhkəmə Kollegiyasına təqdim olunan vəsatət və sübutları araşdırmadan, qanuniliyi və əsaslılığı şübhə doğuran Azərekspertiza Birliyinin 19 may 2022-ci il tarixli, 87 saylı ekspert rəyi və iş materiallarında olan digər ekspertiza rəyləri reallığı əks etdirmir, bir sözlə Məhkum daha yüngül maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə yönəlib. Əsas mübahisəli məsələ qeyri-mötəbər və şübhəli ekspert rəylərinə əsaslanıb, tövsifin səhv tətbiq olunmasıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ibtidai istintaq zamanı həyata keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2021-ci il tarixli 9/1472 saylı ekspert rəyində və Azərekspertiza Birliyinin 19 may 2022-ci il tarixli, 87 saylı ekspert rəyində 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı qiymət fərqi olduğundan təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-ci il tarixli 9/4407 saylı ekspert rəyində 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı orta bazar dəyəri şərti olaraq 45000 (qırx beş min) manat müəyyən edilmişdir. 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro 6.2 SS markalı, mühərrik tutumu 6200 sm3 olması xüsusi olaraq Anniversary Editon 45 Th yubuley buraxılış komplektasiyasında olması və dünya üzrə yubuley buraxılışlı, bu markalı maşından cəmi 45 ədəd buraxılışın olması iş materiallarında və bütün ekspertiza rəylərində öz əksini tapm ayıb. Avtomobili kənar təsirlərdən qorumaq üçün bahalı qiyməti 6000 manat məbləğində Azart şirkəti tərəfindən avtomobilə vınil çəkdirməyim qiymətləndirilməyib və nəzərə alınmayıb. Məhkəmə iclaslarında bu abzasla və bu abzasdan əvvəlki abzasda göstərdiyi hallarla bağlı o, cümlədən məhkəmə iclasına şahid kimi dəvət olunan ekspertlərə bu faktlara münasibət bildirmələrini xahiş etmişəm, lakin məhkəmə qərarında və ekspert rəylərində bu hal öz əksini tapmayıb.

10. Bununla da, Bakı Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş v ə bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)-21/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edirlər.

11. Qərardan məhkum tərəfindən kassasiya şikayəti verilməmişdir.

12. Kassasiya protestinə və zərərçəkmiş şəxsin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protestini müdafiə edərək, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin kassasiya şikayətinə isə etiraz etməyərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkili) Nümayəndə hər biri ayrı-ayrılıqda kassasiya şikayətini müdafiə edərək, dövlət ittihamçısının kassasiya protestinə isə etiraz etməyərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından t əmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər

16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilibedilməməsi yoxlanılır.

18. Qa nunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilə r.

20. Dövlət ittihamçısı kassasiya protestində, zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkili) isə kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən 178.2.4-cü maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15ci maddəsində nəzərdə tutulmuş hallarla əlaq ələndirmişlər.

21. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini, həmçinin zərərçəkmiş şəxsin və onun nümayəndəsinin (vəkili) kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)-21/2023 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Cinayət işinin materiallarına əsasən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əməlakını ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid1 tanışı Z ərərçəkmiş şəxs İndoneziya Respublikasının Bali adalarına 9 gün müddətinə istirahətə getdiyi üçün sonuncuya məxsus “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etmək üçün etibarnamə istəmiş, Zərərçəkmiş şəxs Şahid1la birlikdə 20 iyul 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən 9 saylı notariat ofisinə gəlib orada onun adına mülki etibarnamə vermiş, 26 iyul 2019-cu il tarixdə o, Şahid1la Bakı şəhəri ərazisində görüşüb sonuncunun idarə etdiyi “Chevrolet Camaro” markalı, 10-RV400 dövlət qeydiyyat nişanlı avtomobili ailəsini aparmaq adı ilə götürüb vəd verib aldadaraq həmin gün avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4 ünvanında yerləşən Azərbaycan Respublikası Baş X23 İdarə sində 55000 manat dəyərində “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid2 adına rəsmiləşdirərək sonuncunun işlətdiyi lombarda girov qoyub 16500 ABŞ dolları və 3000 manat pul götürməklə Zərərçəkmiş şəxs 55000 manat dəyərində külli miqdarda ziyan vuraraq etibarından sui-istifadə etməklə dələduzluq etmiş, bununla da ona qarşı hazırkı ittiham irəli sürülmüşdür.

23. Məhkum verilmiş qeyd edilən ittiham üzrə cinayət işi materiallarında öz əksini tapan sübutları tədqiq edən apellyasiya insyasiya məhkəməsi belə hesab etmişdir ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178-ci maddəsi ilə düzgün tövsif olunmuşdur.

24. Bununla yanaşı, apellyasiya instansiya məhkəməsi dəymiş zərərin məbləğinə münasibətdə müvafiq araşdırma apararaq, həm mövcud sübutları, həm də qismən məhkəmə istintaqı keçirməklə apellyasiya instansiyasındakı icraat zamanı əldə edilmiş sübutları tədqiq edərək hesab etmişdir ki, cinayətin predmeti olan buraxılış ili 2012-ci il, mühərrik həcmi 6200 sm3, göy qara parıltısız rəngli, sürətlər qutusu avtomat, yanacaq növü benzin, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, zədəsiz vəziyyətdə olan "Chevrolet Camaro" minik markalı avtomobilin dəyərinin 50000 manatdan yuxarı olması iş materialları və ekspert rəyi ilə öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə deyil, 178.2.4-cü maddəsi ilə, yəni xeyli miqdarda ziyan vurmaya görə tövsif edilməlidir. Göründüyü kimi, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs qarşı dələduzluq əməlini törətməsi öz təsdiqini tapsa da, ona külli miqdarda, yəni 50000 manatdan yuxarı məbləğdə ziyan vurulması hissəsində sübuta yetirilməmişdir.

25. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin qeyd edilən mövqeyləri ilə razılaşaraq, ittiham tərəfindən dövlət ittihamçısının, həmçinin zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkili) tərəfindən birgə verilmiş kassasiya şikayətinin dəlilləri qismində qeyd edilən “Azərekspertiza Birliyinin 19 may 2022-ci il tarixli, 87 saylı ekspert rəyinin qanuniliyi və əsaslılığının şübhə doğurması, məhkəmənin əsassız olaraq həmin rəy əsasında məhkumun əməlinin AR CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməsi” dəlillərinə münasibətdə qeyd edir ki, cinayət işi material larından göründüyü kimi “Azərekspertiza” Birliyinin 19 may 2022-ci il tarixli, 87 saylı ekspert rəyi müdafiə tərəfinin vəsatətinə əsasən təqdim edilmiş, apellyasiya instansiya məhkəməsi də həmin rəy ilə ibtidai istintaq zamanı həyata keçirilmiş məhkəmə-əmtəəşünasliq ekspertizasının rəyini tədqiq edərək belə hesab etmişdir ki, ibtidai istintaq zamanı alınan ekspert rəyi ilə müstəqil ekspert rəyinin müəyyən etdiyi qiymətlər arasında kəskin fərq olmuş, bu da özlüyündə məhkəmə kollegiyasında şübhə yaratmışdır. Məhkəmə kollegiyası da, iş üzrə hərtərəfli, tam və obyektiv, habelə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədi ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini qərara almışdır.

26. Qeyd edilən qərar əsasında verilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022- ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan avtomobilin maksimal orta bazar dəyəri 2019-cu il üzrə 45000 manat məbləğində müəyyən edilmişdir. Daha sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə metodik vəsaitdən istifadə edilməməsi, ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqat metodikasından istifadə edilməsi səbəbindən ekspert rəyinin əsaslı olmasına dair məhkəmə kollegiyasında şübhələr yaranmış və təkrar ekspertiza təyin edilmişdir.

27. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, mübahisə predmeti olan avtomobilin maksimal orta bazar dəyəri 2019-cu il üzrə 45000 manat məbləğində müəyyən edilmişdir. Bununla yanaşı, işə baxılan zaman apellyasiya icraatı zamanı məhkəmə prosesinə rəy vermiş ekspertlər X1 və X13 dəvət olunmuş və kollegiyanın verilmiş rəyə dair yaranmış suallarını cavablandırmışlar.

28. Dəymiş zərərin məbləğinin dəqiqləşdirilməsi istiqamətində müvafiq araşdırma aparan apellyasiya instansiya məhkəməsi qeyd edilən rəylərin cinayət işi materiallarında olan sübutlarla qarşılıqlı tədqiqi nəticəsində də belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs qarşı dələduzluq əməlini törətməsi öz təsdiqini tapsa da, ona külli miqdarda, yəni 50000 manatdan yuxarı məbləğdə ziyan vurulması hissəsində sübuta yetirilməmişdir.

29. Göründüyü kimi apellyasiya instansiya məhkəməsinin Məhkum əməlini tövsif edərkən əsaslandığı ittiham tərəfinin protest və şikayətlərinin dəlilləri qismində qeyd etdikləri Azərekspertiza Birliyinin rəyi deyil, məhz apellyasiya icraatı zamanı qismən m əhkəmə istintaqı keçirməklə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyləri olmuşdur.

30. Bundan əlavə kassasiya kollegiyası qeyd edir ki, ittiham tərəfi apellyasiya instansiya məhkəməsi tərəfindən əməlin tövsif edilməsini və təyin edilmiş müvafiq qərarlar əsasında verilmiş ekspert rəylərini mübahisələndirsə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli əlavə-təkrar komisyon məhkəmə-əmtəəşünaslıq ekspertizası zərərçəkmiş şəxsin vəsatəti əsasında keçirilmiş, məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı da buna etiraz etmədiyini bildirmişdir.

31. Kassasiya məhkəməsi qeyd edir ki, apellyasiya məhkəməsi iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verərək, məhkumun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilməsi üçün sübutların kifayət etməməsi qənaətinə gəlməsi qanuni və əsaslı olmuşdur.

32. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

33. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

34. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

36. Məhkəmə kollegiyası dövlət ittihamçısının, həmçinin zərərçəkmiş şəxsin və onun nümayəndəsinin (vəkilinin) Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

37. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində və kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

38. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

39. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mö vcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

40. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir.

41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələb lərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

42. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)-21/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)-21/2023 nömrəli qərarı dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar