Məhkəmə qərarları › İş №1(102)-1941/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1941/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1941/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi, “Femida” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə 6 may 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında q eydiyyatda olmaqla yaşamış və hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 126.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi, “Kredo” Vəkil Bürosunun vəkili Rəşidov Rövşən Xudaşirin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: İ.A.Mahmudov (sədrlik edən), F.Ə.Qəniyev və M.H.Əkbərov) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay ona təyin olunmuş 10 (on) il azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq Təqsirləndirilən şəxs 9 (doqquz) il 5 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 noyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və A.F.İbrahimov) apellyasiya şikayəti təmin edilməmiş, Bak ı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-cı il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında 70 manat borcunu qaytarmaması səbəbindən tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun başına və bədəninə yumruq və təpiklə zərbələr vurub döyərək baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi və ödemi kimi sağlamlığa ağır zərərvurmaya aid olan, döş qəfəsinin sol yan səthində İİ və İİİ qabırğaların yerdəyişən qapalı sınıqları və həmin səviyyədə yumşaq toxumanın irinləmiş hematoması kimi sağlamlığa az ağır zərərvurmaya aid olan, döş qəfəsinin sağ yan səthində İX qabırğanın yerdəyişməyə n qapalı sınığı və həmin səviyyədə yumşaq toxumanın qançırı kimi sağlamlığa yüngül zərərvurmaya aid olan, habelə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid sol bazunun, sol budun və sol ayaqarxası nahiyənin qançırları xəsarətləri yetirmiş, onun qəsdən yetirdiyi ağır bədən xəsarətləri nəticəsində sonuncunun həyatı üçün təhlükəli olan baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma ilə müşayiət olunan baş beyinin əzilməsi və ödemi xəsarətindən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 22 radələrində 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüş, bununla da o, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olan sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiə çisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan məhkəmə qərarları kifayət qədər araşdırma aparılmadan qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə mübahisə etdiyi və ona bir yumruq vurandan sonra zərərçəkmişin sağlam vəziyyətdə bir neçə gün gəzməsi şahidlər tərəfindən təsdiqlənir və şübhə yaratmır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə cəmi bir yumruq zərbəsi vurmasının şahidi olan onun elə həmin vaxt Təqsirləndirilən şəxs mərhuma dərəcəsinə görə bir neçə ağır, bir neçə az ağır və bir neçə yüngül dərəcəli bədən xəsarətləri yetirdiyni görmür. Şahid ifadəsindən də görünür ki, həmin görüşdən sonra onlar birlikdə xeyli məsafə gedəndən sonra Zərərçəkmiş şəxs tanışı ilə görüşmək üçün onlardan ayrılmışdır. İbtidai istintaq zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Hüseynin anası Aybəniz 02-03 sentyabr 2021-ci il tarixlərdə ona whatsapp vasitəsi ilə yazıb demişdir ki, Həsən adlı şəxs Hüseyni incidir, onu sillə ilə vurub, ondan ya narkotik, ya da pul tələb etmişdir. Hüseynin deməsinə görə hətta əvvəllər Həsən onu bir necə dəfə vurmuşdur. Təxminin 05-06 sentyabrda saat 19 radələrində o, Həsənlə H.Aslanov metrosu yanında görüşmüş, Həsən Hüseynin 70 manat borcunu qaytarmadığını demişdir. Həsənin yanından Hüseynə zəng etmiş, zəng çatmadığı üçün anası Aybənizə zəng edib Hüseyni soruşmuş, anası Hüseynin onların yanına gələcəyini demişdir. Hüseyn gəldikdə isə Həsənə borcunu yaxın günlərdə qaytaracağını demiş, Hüseynin bədəni üzərində heç bir xəsarət görməmişdir. Hüseyn ona Həsən tərəfindən döyülməsi barədə heç nə deməmişdir. Həmin gün axşam Hüseyn Whatsappda ona demişdir kı, Həsənə borcu yoxdur, o da Hüseynə bunu Həsənin yanında niyə bildirmədiyini demişdir. Həsən Hüseyni onların görüşündən əvvəl döymüşdür. Lakin müstəntiq Mahmud Mehdiyev müdafiəçinin cinayət işinin materialları ilə tanış olaraq surətlərini çıxarmasından sonra cinayət işi üzrə sübutları saxtalaşdırmaqla vəzifəsindən sui-istifadə edərək Təqsirləndirilən şəxs qarşı qanunsuz və əsassız ittihamı hər nəyin bahasına sübuta yetirmək üçün "əvvəl" sözünü qələmlə "sonra" sözü ilə dəyişərək Həsənin Hüseyni yumruqla vurduğu günü mərhumun istintaqa məlum olmayan şəxslər tərəfindən ölümcül xəsarətlər yetirildiyi günə yaxınlaşdırmağa cəhd etmişdir. Bir sözlə, proses iştirakçıları cinayət işinin materialları ilə tanış olduqdan sonra Şahid3 ifadəsinə özbaşına texniki dəyişiklik edərək saxtalaşdırılmış ifadəni ittiham aktina daxil etmişdir. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri bütün yazılışın üslub növü, durğu işarələri və müstəntiqin buraxdığı səhvlərlə hökmə köçürülmüş, lakin məhkəmə səsləndirilmiş ifadələr hökmdə qeyd olunmamışdır. Bütün bunlar Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməlinin faktiki hallarının müəyyən edilməsinə dair məhkəmənin gəldiyi nəticənin ibtidai istintaq orqanın tapşırığı və mövqeyi ilə ə vvəlcədən müəyyən edildiyini və məhkəmədə sübutların tədqiqi ilə bağlı olmadığını düşünməyə əsas verir. Məhkəmə zərərçəkmiş şəxsin bədən xəsarətlərinin əmələ gəlmə müddəti ilə bağlı aşkar edilmiş ziddiyyətləri ittihamın əsası kimi qəbul edə bilməz, çünki onlar fərqli ekspertlərin rəyləri əsasında müəyyən edilmişdir. Cinayət işi üzrə sübut kimi yalnız ekspertiza rəyləridir. Halbuki bu rəylər müdafiə tərəfindən kobud prosessual pozuntular göstərildikdən sonra alınmışdır. Lakin təkrar ekspertiza daha kobud pozuntulara yol vermişdir. Buna görə də ittihamın əsasını təşkil edən sonuncu məhkəmə-tibbi ekspertizasının rəyi cinayət işi üzrə mötəbər sübut kimi qəbul edilə və cinayət təqibi üçün əsas ola bilməz. Ekspert prokurorluğun göstərişinə əsasən ibtidai istintaqın sifarişini yerinə yetirərək, x əsarətlərin yetirilmə müddəti barədə saxta rəy verərək cinayət işinin materiallarına zidd nəticələrə gəlmişdir. Xəsarətlərin mərhumun bədəni üzərində yerləşdiyi bədən hissələri onların sayının l (bir) deyil, 5 (beş) deyil, 10 (on) zərbə ilə yetirilməsinə dəlalət edir. İstintaq orqanı məhkəməyə Təqsirləndirilən şəxs təqsirli olmasına dair hər hansı sübut təqdim etmək imkanından məhrum olmuşdur. Məhz buna görə də ilk dəfə ifadə verən şahidlər sonradan ifadələrini müstəntiqin təzyiqi altında dəyişmişlər. Hadisə yerinə, o cümlədən mərhum Zərərçəkmiş şəxs meyiti üzərinə baxış keçirərək üzərindəki xəsarətləri şəxsən müəyyən edib məhkəmə-tibbi ekspertizasının 2021-ci il tarixli 86 saylı rəyini hazırlamış məhkəmə-tibbi eksperti Ariz Quliyev rəydə qeyd etmişdir ki, mərhumun bədəni üzərində aşkar ed ilən xəsarətlər bərk küt əşyanın təsirindən törənməklə meyitin xx.xx.2021-cİ il tarixli müayinəsindən 4-8 gün əvvəl yetirilməyə uyğundur, həmçinin mərhumun sidik nümunəsində narkotik tərkibli preparatlar aşkar edilmişdir. Xəsarətlərin hər birinin əmələ gəlmə müddətlərini və digər zəruri xüsusatları aydınlaşdırmaq üçün müstəntiq tərəfindən xx.xx.2022-ci il tarixdə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş və alınmış 02/86 saylı rəydən məlum olmuşdur ki, mərhum Hüseynovun meyiti üzərində aşkar edilmiş sağlamlığa ağır zərərvurmanın əlamətlərini malik olan baş beyin əzilməsi və ödemi mərhumun meyitxanada müayinəsindən 4 sutka əvvəl, sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin sağ yan səthində İX qabırğanın yerdəyişməyən qapalı sınığı və həmin səviyyədə yumşaq toxumanın qançırı, sol bazunun, sol budun, sol ayaqarası nahiyənin qançırları mərhumun meyitxanada müayinəsindən 4-6 sutka əvvəl, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid döş qəfəsinin sol yan səthində İİ və İİİ qabırğaların yerdəyişən qapalı sınıqları və həmin səviyyədə yumşaq toxumanın irinlənmiş hematoması mərhumun meyitxanada müayinəsindən 8 sutka əvvəl törənmişdir. İstintaq materiallarına istinadən nəzərə alsaq ki, mərhum Zərərçəkmiş şəxs cəsədi meyitxanada xx.xx.2021-cİ il tarixdə saat 08:50 dəqiqədən saat 09:50 dəqiqəyədək müayinə olunub, o zaman belə bir nəticəyə gəlmək olar ki, mərhumun bədəni üzərində aşkar edilmiş ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər xx.xx.2021-ci il tarixdə, sağ lamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər 10-12 sentyabr 2021-ci il tarixdə, sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər İsə xx.xx.2021-ci il tarixlərdə yetirilmişdir. Lakin müstəntiq əlavə məhkəmə-tibbi ekspertizasının rəyinin də Təqsirləndirilən şəxs elan edilmiş saxta və əsassız ittihamına uyğun gəlmədiyini görüb ona verilmiş ittihamı qüvvədə saxlamaq üçün, heç bir zərurətin olduğunu əsaslandırmadan xx.xx.2022-ci il tarixdə növbəti, təkrar məhkəmə-tibb ekspertizası təyin etmişdir. Belə ki, müstəntiq təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərarda əvvəlki qərarlarla qoyularaq ətraflı cavabını aldıqları sualları bir daha ekspertlər qarşısında qoymaqla, həmin qərarı əvvəlki qərarlardan fərqləndirmək üçün cinayət işi üzrə həqiqətin müəyyən edilməsi və işin tam, hərtərəfli və obyektiv aparılmasına heç aidiyyəti olmayan suallar qoymuş, hansıların ki heç bir birinə ekspertlər cavab verməmişlər. Təyin edilmiş hər üç məhkəmətibbi ekspertiza qərarlarında müəyyən edilməli müzakirə predmeti xəsarətlərin yetirilmə müddəti və aləti olduğu halda, müstəntiq ekspertlər qarşısında həmçinin iş üçün heç bir əhəmiyyət kəsb etməyən müalicə və əməliyyatın qoyulmuş diaqnoza uyğun aparılması, cərrahi əməliyyatının metodunun və taktikasının düzgün seçilməsi və onların baş vermiş ölüm ilə arasında səbəbli əlaqələrin olmasını müəyyən etməyə çalışmışdır. Əgər ibtidai istintaq orqanı həmin xüsusatların aşkarlanmasını işin tam, obyektiv və hərtərəfli araşdırılması üçün zəruri hesab etmişdirsə, qeyd olunan sualların cavabsız qalması mərhumun ölümünün təkcə aldığı xəsarətl ərdən deyil, hələ xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 3 saylı kliniki xəstəxanasına daxil olarkən qoyulmuş diaqnozun düzgünlüyünə və müalicəsinin diaqnoza uyğun aparılmasına şübhə ilə yanaşmağa əsaslı şübhələr yaradır. Lakin natamam ekspertiza rəyində bütün xəsarətlərin xx.xx.2021-ci il tarixdə yarana bilməsi qeydi ibtidai istintaq orqanına Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş saxta ittihamı qüvvədə saxlamaq üçün kifayət etmişdir. Meyiti əyani şəkildə müayinə edərək üzərində olan xəsarətləri aşkar edərək qarşısına qoyulmuş suallara həm ilkin, həm də əlavə məhkəmə-tibbi ekspertizası zamanı ətraflı və obyektiv rəy verərək aydınlıq gətirmiş MTE və PA Birliyinin eksperti Ariz Quliyevin rəyini şübhə altına qoyaraq, meyitinin müayinəsindən 8 ay sonra, üstəlik də xəstəlik tarixçəsi olmadan, heç bir elmi-metodiki üsullara əsaslanmadan, yalnız özünün ehtimalları və fərziyyəsinə görə xəsarətlərin yetirilməsini yalnız xx.xx.2021-ci il tarixdə əmələ gəlməsinə aid edən MTE və PA Birliyinin Təkrar ekspertizalar şöbəsinin T 159/2022-ci il tarixli rəyini daha mötəbər hesab etmək ibtidai istintaqın qərəzli, birtərəfli, qeyri-obyektiv aparılması ilə yanaşı Təqsirləndirilən şəxs bilə-bilə qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə cəhd kimi qiymətləndirilməlidir. Təkrar məhkəmə-tibb ekspertizasının rəyinin tədqiqi hissəsində mərhum Zərərçəkmiş şəxs xəsarətlərin yetirilmə müddətinin konkret olaraq xx.xx.2021-ci il tarixə uyğun gəlməsi qeyd olunsa da, rəyin nəticə hissəsində həmin müddətin konkret deyil, 08-xx.xx.2021-ci il tarixi kimi göstərilməsi də bir daha sübut edir ki, h əmin ekspertiza rəyi ibtidai istintaq orqanının sifarişi ilə hazırlanmışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin, zərərçəkmiş şəxsin hüquqi varisi N.Hüseynovanın və nümayəndə S.Mürşüdovun çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündə n həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini n geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar