Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1941/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakilmlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumlar Məhkum1 və Məhkum2, Məhkum2 müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şəki Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli 1(107)-47/2024 nömrəli qərarından Məhkum1, Məhkum2 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən), Bilal Məmmədov (məruzəçi) və Nahid Mirzəyevdən ibarət tərkibdə) 1(091)-33/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli hökmü ilə, xx xxx 1997-ci ildə Ağdaş rayonu, Aşağı Ləki kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağdaş rayonu Aşağı Ləki kəndində qeydiyyatda olan və yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2 və 182.2.3-ci maddələri ilə nəzərdə tutulmuş c inayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1, 182.2.2 və 182.2.3cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 22 dekabr 2021-ci il tarixdən hesablanmış, xx xxxxxx 1981-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağdaş rayonu Ləki qəsəbəsi M.Məmmədov küçəsi 17-də qeydiyyatda olan və yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 22 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 təqsirli bilinib məhkum olunmuşdur ona görə k i, o, tanışı Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 16 may 2021-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» adlanan ərazidə Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında yaşayan Dönməz adlı şəxsə 800 manat borclu olmasını bəhanə gətirərək zərərçəkmiş şəxsin özünün və onun yaxın qohumlarının üzərində zor göstərəcəklərini bildirib hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək o və Məhkum2 1100 manat pul verməli olmasını bildirib hədəqorxu ilə tələb etməklə, cinayətkar əməllərini davam etdirib, həmi n niyyətlə 20 may 2021-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» adlanan ərazidə Zərərçəkmiş şəxs2 Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində cəmi 1100 (bir min yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən tanışı Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin may ayının sonlarından 2021-ci ilin sentyabr ayınadək olan müddət ərzində Aşağı Ləki kəndində yerləşən çayxanada və Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» adl anan ərazidə Zərərçəkmiş şəxs2 özünün və onun yaxın qohumlarının üzərində zor göstərəcəklərini bildirib hədələrinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək sonuncudan ayrı-ayrı vaxtlarda 5 dəfə 20 manat, 4 dəfə 50 manat, 3 dəfə 100 manat olmaqla ümumilikdə vahid niyyətlə 600 manat pul vəsaitini hədə-qorxu ilə tələb etməklə, cinayətkar əməllərini davam etdirib, həmin niyyətlə qeyd olunan müddət ərzində Aşağı Ləki kəndində yerləşən çayxanada və Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» adlanan ərazidə Zərərçəkmiş şəxs2 Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində cəmi 600 (altı yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, 2021-ci ilin sentyabr ayının ortalarında Ağdaş rayonu Aşağı Ləki k əndi ərazisində yerləşən çayxanada Zərərçəkmiş şəxs2 ona xəsarət yetirəcəyi və onun yaxın qohumlarının üzərində zor göstərəcəyini bildirib hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirmək məqsədilə sonuncunun sifətinin sol qaş nahiyyəsindən yumruqla vuraraq xəsarət yetirməklə zor tətbiq edib 1000 (bir min) manat pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən tanışı Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin noyabr və dekabr ayları ərzində Məhkum2la birlikdə bir neçə dəfə mobil telefon vasitəsi ilə Zərə rçəkmiş şəxs2 istifadəsində olan mobil telefonla əlaqə saxlayıb Zərərçəkmiş şəxs2 özünün və onun yaxın qohumlarının üzərində zor göstərib əmlakını tələf edəcəklərini, yəni sonuncuya xəsarət yetirib evini qumbara ilə partladaraq ailə üzvlərini öldürəcəklərini bildirib hədələrinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək sonuncudan 3000 (üç min) manat pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən tanışı Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 onların hədə-qorxu ilə tələb etdikləri 3000 manat pulu vermədiyini görüb sonuncunun əmlakını ələ keçirmək məqsədilə 06 noyabr 2021-ci il tarixdə təxminən saat 21-22 radələrində X1 Aşağı Ləki kəndində yerləşən evinin həyətində təşkil olunmu ş toy məclisində Zərərçəkmiş şəxs2 üstünə gələrək əlində olan istintaqa məlum olmayan bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etmiş, həmin vaxt orada olan şəxslərin müdaxiləsi nəticəsində zərərçəkmiş şəxs oradan qaçaraq qonşuluqda yaşayan Şahid12 həyətindən keçərək evlərinə getmək istəyən zaman həmin həyətdə Məhkum2la onu tutub saxlayaraq Məhkum2la birlikdə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vuraraq sonuncuya sağ əlin iç səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra o, cinayətkar niyyətlərinə uyğun olaraq zərərçəkmişin əynində olan pencəyinin sol yan cibindən 400 manat dəyərində bir ədəd Samsung A 51 m arkalı mobil telefonunu, Məhkum2 isə zərərçəkmiş şəxsin əynində olan şalvarın sağ yan cibindən 1830 manat pulunu götürməklə quldurluq, yəni Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək Zərərçəkmiş şəxs2 2230 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, tanışı Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin oktyabr ayının ortaları nda Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində Zərərçəkmiş şəxs3 Şaban oğlunun özünün və onun yaxın qohumlarının üzərində zor göstərəcəyini bildirib hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək sonuncudan 1000 manat pul vəsaitini hədə-qorxu ilə tələb etməklə, cinayətkar əməllərini davam etdirib, həmin niyyətlə 2021-ci ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs3 Ağdaş rayonu Aşağı Ləki kəndində yerləşən evinin həyətinə gələrək Məhkum2 əlində olan istintaqa məlum olmayan bıçağı, özü isə əlində olan dəhrəni nümayiş etdirməklə sonuncunun arvadı Zərərçəkmiş şəxs1 nalayiq ifadələr işlətməklə əri Zərərçəkmiş şəxs3 onlara 1000 manat pul vəsaitini çatdırmayacağı təqdirdə ailə üzvlərinin üzərində zor göstərəcəyi və əmlaklarını tələf edəcəkləri, yəni evlərini yandıracağı ilə hədə ləmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, tanışı Məhkum1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 16 may 2021-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» adlanan ərazidə Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında yaşayan Dönməz adlı şəxsə 800 manat borclu olmasını bəhanə gətirərək zərərçəkmiş şəxsin özünün və onun yaxın qohumlarının üzərində zor göstərəcəklərini bildirib hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək o və Məhkum1 1 100 manat pul verməli olmasını bildirib hədə- qorxu ilə tələb etməklə, cinayətkar əməllərini davam etdirib, həmin niyyətlə 20 may 2021-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» adlanan ərazidə Zərərçəkmiş şəxs2 Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cəmi 1100 (bir min yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən tanışı Məhkum1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin may ayının sonlarından 2021-ci ilin sentyabr ayınadək olan müddə t ərzində Aşağı Ləki kəndində yerləşən çayxanada və Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» deyilən ərazidə Zərərçəkmiş şəxs2 özünün və onun yaxın qohumlarının üzərində zor göstərəcəklərini bildirib hədələrinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək sonuncudan ayrı-ayrı vaxtlarda 5 dəfə 20 manat, 4 dəfə 50 manat, 3 dəfə 100 manat olmaqla ümumilikdə vahid niyyətlə 600 manat pul vəsaitini hədə-qorxu ilə tələb etməklə, cinayətkar əməllərini davam etdirib, həmin niyyətlə qeyd olunan müddət ərzində Aşağı Ləki kəndində yerləşən çayxanada və Ləki qəsəbəsi C.Məmmədov küçəsində yerləşən «Pambıq Zavod» deyilən ərazidə Zərərçəkmiş şəxs2 Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cəmi 600 (altı yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə təl əb etməklə almışdır. Bundan başqa, o, təkrarən tanışı Məhkum1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin noyabr və dekabr ayları ərzində Məhkum1lə birlikdə bir neçə dəfə mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefonla əlaqə saxlayıb Zərərçəkmiş şəxs2 özünün və onun yaxın qohumlarının üzərində zor göstərib əmlakını tələf edəcəklərini, yəni sonuncuya xəsarət yetirib evini qumbara ilə partladaraq ailə üzvlərini öldürəcəklərini bildirib hədələrinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək sonuncudan 3000 (üç min) manat pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən tanışı Məhkum1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 onların hədə-qorxu ilə tələb etdikləri 3000 manat pulu vermədiyini görüb sonuncunun əmlakını ələ keçirmək məqsədilə 06 noyabr 2021-ci il tarixdə təxminən saat 21-22 radələrində X1 Aşağı Ləki kəndində yerləşən evinin həyətində təşkil olunmuş toy məclisində Məhkum1 Zərərçəkmiş şəxs2 üstünə gələrək əlində olan istintaqa məlum olmayan bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etmiş, həmin vaxt orada olan şəxslərin müdaxiləsi nəticəsində zərərçəkmiş şəxs oradan qaçaraq qonşuluqda yaşayan Şahid12 həyətindən keçərək evlərinə get mək istəyən zaman həmin həyətdə Məhkum1lə onu tutub saxlayaraq Məhkum1lə birlikdə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vuraraq sonuncuya sağ əlin üst səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra Məhkum1, cinayətkar niyyətlərinə uyğun olaraq zərərçəkmişin əynində olan pencəyinin sol yan cibindən 400 manat dəyərində bir ədəd Samsung A 51 markalı mobil telefonunu, o isə zərərçəkmiş şəxsin əynində olan şalvarın sağ yan cibindən 1830 manat pulunu götürməklə quldurluq, yəni Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün tə hlükəli zorakılıqla bağlı olan basqın edərək Zərərçəkmiş şəxs2 2230 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, tanışı Məhkum1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının üzərində zor göstərmə hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin oktyabr ayının ortalarında Ağdaş rayonu Aşağı Ləki kəndi ərazisində Zərərçəkmiş şəxs3 Şaban oğlunun özünün və onun yaxın qohumlarının üzərində zor göstərəcəyini bildirib hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək sonuncudan 1000 manat pul vəsaitini hədə-qorxu ilə tələb etməklə, cinayətkar əməllərini davam etdirib, həmin niyyətlə 2021-ci ilin n oyabr ayının ortalarında Zərərçəkmiş şəxs3 Ağdaş rayonu Aşağı Ləki kəndində yerləşən evinin həyətinə gələrək o, əlində olan istintaqa məlum olmayan bıçağı, Məhkum1 isə əlində olan dəhrəni nümayiş etdirməklə sonuncunun arvadı Zərərçəkmiş şəxs1 nalayiq ifadələr işlətməklə əri Zərərçəkmiş şəxs3 onlara 1000 manat pul vəsaitini çatdırmayacağı təqdirdə ailə üzvlərinin üzərində zor göstərəcəyi və əmlaklarını tələf edəcəkləri, yəni evlərini yandıracağı ilə hədələmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Xəqani Səmədov sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) 1(107)-47/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 1(091)-33/2023 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-47/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarının ləğv edilərək barəsində bəraət verilməsini xahiş etmişdir. Məhkum1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-47/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarının ləğv edilərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi2 Rəhimovna kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-47/2024 nömrəli, 30 may 2024cü il tarixli qərarının ləğv edilməsi və Məhkum 2 barəsində bəraətverici qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o cinayət əməli törətməmişdir. Apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli, obyektiv araşdırmamış, həqiqətin üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb edəcək iki şahidin ifadəsini dinləməkdən imtina etmişdir. Cinayət baş verən gün orada olub-olmamasını sübut edəcək üzərində gəzdirdiyi elektron nəzarət vasitəsinin anten dairəsinin çıxarılmasından məhkəmə imtina etmişdir. İttiham aktında onun 16 may 2021-ci il və 20 may 2021-ci il tarixdə Ağdaş rayon Aşağı Ləki kəndində, C.Məmmədov küçəsində yerləşən “Pambıq Zavod” adlanan ərazidə Məhkum1lə birlikdə Zərərçəkmiş şəxs2 hədə-qorxu gələrək 1100 manat pul tələb etdiyinin göstərilmiş, laki n sözü gedən cinayət hadisəsi zamanı onun iştirakı olmamışdır. Belə ki, cinayət hadisəsi Aşağı Ləki kəndində baş vermiş, o isə həmin gün 4-cü Ləki qəsəbəsində olmuşdur. Bunu məhkəmə qərarı ilə onun üzərində quraşdırılmış elektron nəzarət cihazının anten dairələrinin məlumatları sübut edə bilər. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmündə qanuna zidd hallar olduğuna baxmayaraq onlara Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən diqqət yetirilməmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri başqa mötəbər sübut olmadan tək zərərçəkmişlərin ifadələrini əsas götürərək Məhkum2 barəsində ittihamedici hökm çıxarmışlar. Lakin hər hansı pul vəsaitinin kimnənsə tələb edilməsi və ümumiyyətlə hadisə ye rində olmağına rəğmən, həmin cinayət işində ona münasib cinayət tərkibinin olmamasına baxmayaraq Məhkum2 tamamilə qanunsuz olaraq təqsirli bilinmişdir. Məhkum həm istintaq gedən zaman, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində bu barədə ifadə versə də, nə istintaq orqanı, nə məhkəmələr bunu nəzərə almamışlar. İşin araşdırılmasına qərəzli olaraq birtərəfli yanaşmışlar. Həmin fakt isə bir mənalı səhv qərar çıxarılmasına gətirib çıxarmışdır. Məhkum1 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, cinayət törətdiyi vaxt onun sol əli qipsdə olmuş, həmin gün o, qonşu Arazbağı Mustafayevin yaşadığı evində təşkil edilmiş toy şənliyində iştirak etmişdir. Lakin bu hallar nə istintaq, nə məhkəmələr araşdırmamışlar. Onun Azərbaycan Respublikası CPM-in 285-c i maddəsi ilə nəzərdə tutulmuş hüquqları pozulmuş, bu səbəbdən o, həmin Məcəllənin 287-ci maddəsinin tələblərində irəli gələn hüququndan məhrum olunmuşdir. Məhkəmələr həmin qanun pozuntularına baxmayaraq, onun vəsatətlərini əsassız təmin etmədən barəsində qərar qəbul etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, məhkumların və müdafiəçinin kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət pros essual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumlar Məhkum1, Məhkum2 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, məhkumlara elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş mötəbər s übutlarla təsdiq edilməmiş, lakin birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, işin halların tam və hərtərəfli araşdırılması barədə müdafiə tərəfinin vəsatətləri təmin etmədən, mümkün olmayan sübutlara əsaslanıb Məhkum1 əməli əsassız olaraq CM-in 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2 və 182.2.3-ci maddələri ilə, Məhkum2 əməli isə 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1 və 182.2.2-ci maddələri ilə tövsif etmiş və barəsində ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiya məhkəməsi isə müdafiə tərəfinin yuxarıda göstərilən pozuntular barədə apellyasiya şikayətində irəli sürülmüş dəlilləri araşdırmadan hökmü qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təq ibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İstintaq orqanı məhkumlar Məhkum1 və Məhkum2 onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmalarını təsdiq etmək üçün məhkəməyə məhkumların özlərinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizalarının rəyləri və digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutlar araşdıraraq onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum1 və Məhkum2 özlərini elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, onların həmin ittihamda təqsirli olması zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizalarının rəyləri, istintaq hərəkətlərin protokolları və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum1 və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxıb, məhkumların əməllərinin tövsifi və onların elan edilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayət inin dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən iş üzrə sübutların tədqiqi zamanı CPMin 144-145-ci maddələrinin tələblərinin icra edilməsini yoxlayarkən cinayət işinin materiallarını, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keçirərək belə nəticəyə gəlir ki, məhkəmələr sübutlara düzgün qiymət vermişlər. Həmin sübutlar cinayət hadisələrinin baş verməsi faktını və hallarını, habelə məhkumlar Məhkum1 və Məhkum2 cinayət hadisələri ilə əlaqəsini təsdiqləyir və onların ittihamda təsvir edilmiş əməlləri törətmələri barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının qənaətinə görə, ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş, məhkumların təqsirini təsdiq edən sübutların etibarlığını şübhə altına almaq üçün əsaslar yoxdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq cinayət hadisəsinin baş verməsini və məhkumların təqsirini təsdiq edən sübutların mötəbər və qəbul edilə bilən olması barədə nəticəyə gəlmişdir. Həmin sübutlar hökmdə ətraflı təsvir olunmuş, məhkəmə kollegiyası onların mahiyyətinin yenidən təsvir edilməsinə zərurət görmür. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri məhkumla rın hökmün təsviri hissəsində göstərilən əməlləri törətmələri barədə yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmiş, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə is tintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkumlar Məhkum1 və Məhkum2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollıegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq məhkumların onlara istinad edilən cinayət əməllərinin törətməmələri, Məhkum2 isə ümumiyyətlə hadisə baş verən günlərdə orada olmadığı barədə ifadələrinə tənqidi yanaşmışlar. Kassasiya şikayətinin bu dəlilləri də hər hansı bir mötəbər sübuta əsaslanmır və zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri təkzib olunur. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətlərinin dəlillərini əsassız olduğu qənaətinə gəlir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, şikayətlərə Azərbaycan Respublikası CPM-in normalarının tələblərinə riayət edilməklə baxılmış, ciddi qanun pozuntusuna yol verilməmişdir. Kassasiya kollegiyası şikayətlərin bu barədə dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhkum1 əməlləri CM-in 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2 və 182.2.3-ci maddələri ilə, Məhkum2 əməlləri isə CM-in 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1 və 182.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı b irinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Məhkum2 üzərində olan elektron nəzarət vasitəsinin məlumatlarının əldə edilməsi barədə müdafiə tərəfinin vəsatətinin əsassız olaraq təmin edilməməsinə dair kassasiya şikayətində irəli sürülmüş dəlil iş materialları ilə uzlaşmır. Belə ki, məhkəmə iclasının protokolundan göründüyü kimi, müdafiəçinin həmin vəsatəti birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş və məhkəmə tərəfindən Azərbayca n Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq Xidmətinə müvafiq sorğu göndərilmişdir. Məhkəməyə daxil olan və cinayət işinin materiallarına əlavə edilmiş cavab məktubundan məlum olur ki, texniki səbəblərdən məhkum Z.Z. Mirhəsənovun üzərində olan elektron nəzarət vasitəsinin məlumatlarının təqdim edilməsi mümkün olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq orqanı sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbayca n Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum1 və Məhkum2 barələrində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 30 may 2024-cü il tarixli 1(107)-47/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkumlar Məhkum1 və Məhkum2 barələrindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli 1(107)-47/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1941/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1941/2025
05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver