Məhkəmə qərarları › İş №1(102)-1942/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1942/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1942/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4nın, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1( 104)-283/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxx 1982-cı il tarixdə Gəncə şəhərində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi olmadan məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,231 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək həmin metamfetamini iki ədəd bükümdə üzərində saxlamaqla qanunsuz olaraq ünvan 2 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 8 oktyabr 2021-ci il tarixdə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 20:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə gətirilmiş və orada həmin gün saat 21:18-dən keçirilən şəxsi axtarış zamanı əynindəki idman şalvarının sağ yan cibindən qanunsuz olaraq şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümdə ayrılıqda çəkiləri 3,392 qram və 2,839 qram olan ümumilikdə külli miqdarda, yəni 6,231 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür..

3. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(100)-41/2023 nömrəli hökmü ilə (sədrlik edən sədrlik edən D.H.İmanov, hakimlər R.N.Ələkbərli və E.İ.Rüstəmov) Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 8 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində Azərbayca n Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun narkoloji kabinetdə qeydiyyata alınması qərara alınmışdır.

4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(100)-41/2023 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Həmin hökmdən həmçinin birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş Dövlət ittihamçısı2 apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(104)-283/2023 nömrəli qərarı ilə apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(100)41/2023 nömrəli hökmünün dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(104)-283/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi İnqilab oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya prote stinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:

8. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda (6,231 qram) psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda, birinci instansiya məhkəməsi sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələblərini pozmaqla işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir.

9. Dövlət ittiha mçısı birinci instansiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlməsini göstərən hal kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum aşkar olunmuş psixotrop maddə (metamfetamin) bu növ psixotrop maddə üçün qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarından 41 dəfə, külli miqdarından isə 3 dəfədən çox olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(104)-283/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmiş dir.

10. Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət prosessual normaların tələbləri pozulmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqda və daşımaqda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir.

11. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, o, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(104)283/2023 nömrəli qərarının ləğv edilməsini və Məhkum barəsində olan cinayət işinin icr aatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir.

12. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X4 məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək, kassasiya protestini müdafiə edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə etiraz edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər

15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciə tlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

16. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

17. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həm in maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

18. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

19. Məhkum müdafiəçisi Müdafiəçi İnqilab oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda onun əsassız olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla iş üzrə icraata xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

20. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və məhkumun müdafiəçisini n kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(104)283/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə həlledici şəkildə Məhkum aşkar edilmiş psixotrop maddə – metamfetaminin kütləsinin külli miqdar – 6,231 qram təşkil etməklə şəxsi istehlak miqdarından (0,15 qramdan) təxminən 41 dəfə, “külli miqdar”-ın minimal həddindən (2 qramdan) təxminən 3 dəfə çox olması və 2 b ükümə qablaşdırılması səbəb olmuşdur.

22. O, həm də mövqeyini “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plenumun həmin qərarına görə də narkotik vasitəni satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı, çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması da nəzərə alınmalıdır.

23. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində istinad olunan müddəasında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması mü əyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”.

24. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirilmiş həmin iqtibas belə dövlət ittihamçısının irəli sürdüyü dəlillərin onun mövqeyi ilə razılaşmaq üçün kifayət etmədiyini göstərir.

25. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının və bükümlərə ayrılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. 26. “Başqa sübutlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cümlədən cinayə t törətmiş şəxsin özünün narkotiklərdən və psixotrop maddələrdən istifadə edibetməməsinin araşdırılması üzrə sübutlar başa düşülür.

27. Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 5115 nömrəli rəyinə görə Məhkum psixotrop maddə olan metamfetaminin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.

28. Eyni zamanda götürülmüş 6,231 qram psixotrop maddə olan metamfetaminin külli miqdar olduğu müəyyən edilsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, satış üçün narkotik vasitəni xırda bükümlərə qablaşdırması, onda narkotik vasitənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Belə vəziyyətdə birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum psixotrop maddəni məhz satmaq məqsədilə əldə edib saxladığını, daşıdığını söyləmək üçün kifayət qədər faktik əsasların olmaması haqqında nəticəyə gəlmişdir.

29. Birinci instansiya məhkəməsinin həmin halların mövcud olmaması və təqsirkarın hərəkətlərində məhz CM-in 234.1-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaəti hökmdə ətraflı təsvir olunmuş sübutlarla uzlaşır.

30. Belə ki, Məhkum məhkəməyədək icraatda verdiyi ilk ifadəsindən başlayaraq psixotrop maddəni satmaq kimi məqsədinin olmadığını göstərmişdir. 31. “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokola əsasən Məhkum üzərindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək qanuna mü vafiq qaydada götürülmüşdür. Şəxsi axtarışın gedişində Məhkum psixotrop maddəni şəxsi istehlakı üçün əldə edib saxladığını bildirmişdir.

32. İş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 da Məhkum psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmiş, onlar, müstəsna olaraq Məhkum yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişdir.

33. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görünür ki, birinci instansiya məhkəməsi Məhkum cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən, apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə i lə razılaşarkən kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-ci maddələrinə uyğun olaraq yoxlanılıb qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmışlar.

34. Odur ki, kollegiya məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilməməsinə dair dövlət ittihamçısının iddiası ilə razılaşmır, bu səbəbdən də müəyyən edilmiş işin hallarını (Məhkum satış məqsədi olmadan psixotrop maddəni əldə edib saxlaması, daşıması haqqında nəticəni) şübhə altına almaq üçün əsas görmür.

35. Belə olan halda, dövlət ittihamçısının Məhkum əməlinin Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmaması haqqında mülahizəsi də əsaslı sayıla bilməz. Çünki, məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan yuxarıda qeyd olu nan əməlləri (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsini, saxlanmasını və daşınmasını) cinayət olaraq məhz CM-in 234.1-ci maddəsi nəzərdə tutmuşdur.

36. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

37. Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayətində irəli sürülmüş cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinə dair tələbə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələblə də razılaşmaq üçün əsas görmür.

38. Belə ki, Məhkum ona birinci instan siya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni əldə etmə, saxlama, daşıma cinayətinin tərkibinin olması, onun həmin maddə ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir.

39. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər onun və müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayətprosessual qanunun 42.1-ci maddəsinin təsbit e tdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

40. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.

41. Məhkum cəza təyin edilərkən və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qa nununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir.

42. Təsvir olunanlar məhkumun müdafiəçisinin kassasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.

43. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısı X4nın kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin isə təmin edilməməsinə, Məhkum kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(104)-283/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(104)-283/2023 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar