Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1942/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X7 və onun müdafiəçiləri, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Fərzəliyev Mədail Hüseyn oğlunun və Məmmədov Davud Samir oğlunun iştirakları ilə xx xxxx 1981-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 2024-cü il tarixli 1(103)-926/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli 1(001)-65/2024 nömrəli hökmü ilə (hakim E.Ağayev) X8 - Azə rbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 2024-cü il tarixli 1(103)-926/2024 nömrəli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), S.X.Bəhrəmzadə və M.A.Məmmədov) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4 mart 2024-cü il tarixli 1(001)-65/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxt və şəraitdə Yardımlı rayonu ərazisindən istintaqa məlum olmayan mənbədən 30 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,652 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhərinə daşımış, 06 aprel 2023-cü il tarixdə Binəqədi RPİ-in 7ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:00-da Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 55 saylı binanın arxasında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-in 7-ci PB-in inzibati binasına aparılmış, orada həmin tarixdə saat 13:40-da üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli şalvarın sağ yan cibindən «Sobranie» markalı siqaret qutusunun içəri sində qızılı rəngli kağızlara bükülmüş 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,201 qram, 0,247 və 0,204 qram, ümumi təmiz çəkisi isə 0,652 qram təşkil edən qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilmədiyindən və bunun nəti cəsi olaraq bəraət almış şəxsa CM-in 234.1-ci maddəsi ilə əsassız olaraq verilmiş bəraət hökmü qüvvədə saxlanmışdır. Belə ki, məhkəmələr X7, əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxs X7 tanışı X2 və X5 məhkəmədəki ifadələrinə əsaslanmaqla belə qənaətə gəlmişlər ki, bəraət almış şəxsun istintaqda göstərildiyi şəraitdə deyil, saxlanılan zaman yanında tanışı X10nın olması, onun “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobillə olması, onların birlikdə polis bölməsinə gətirilmələri polis əməkdaşları tərəfindən gizlədilməsi ciddi şübhələrdir və bununla da əsassız olaraq bəraət almış şəxsun barəsində bəraət hökmü çıxarılmışdır. Lakin məhkəmələr bəraət almış şəxsun özünün müdafiəsi üçün belə ifadə verməsinə tənqidi yanaşmamaqla bərabər, onun göstərdiyi dəlilləri dig ər sübutlarla müqayisəli tədqiq etməmişlərr. Belə ki, X11 oğlu ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilərək bildirmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir, 06 aprel 2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 55 saylı binanın arxası ilə yolla piyada gedən zaman, iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 7ci PB-nə dəvət etdiklərini, özünün razılığı ilə polis əməkdaşları ilə birlikdə polis bölməsinə getdiyini, orada hü quq və vəzifələri izah edildikdən sonra yenə özünün razılığı ilə video çəkiliş vasitəsiə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda, o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisndə olmaqla içərisində olan qızılı rəngli kağızlara bükülmüş 03 ədəd bükümləri çıxarıb masanın üzərinə qoymuş və həmin bükümlərin narkotik vasitə olan heroin olduğunu, saxlanılmazdan 2-3 gün əvvəl Yardımlı rayonunda əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Bundan başqa, məhkəmələr bəraət almış şəxsun istintaqda göstərildiyi şəraitdə deyil, saxlanılan zaman yanında tanışı X10nın olmasını, onun “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avto mobillə olması, onların birlikdə polis bölməsinə gətirilmələrini şübhəli məqam kimi qiymətləndirsələr də, nəzərə almamışlar ki, narkotik vasitə olan heroin bəraət almış şəxsun istifadəsində olmuş “Ravon R3 minik” markalı **PN-*** dövlət nömrə nişanlı avtomobildə deyil, onun üzərində aşkar edilmişdir. Dövlət ittihamçısı hesab edir ki, hər iki məhkəmə instansiyası tərəfindən iş üzrə toplanmış sübutlar təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuna hüquqi qiymət verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin ed ilməməsi barədə bəraət almış şəxs bəraət almış şəxsun və müdafiəçilər – M.Fərzəliyevin və D.Məmmədovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansi yası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxsun əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikas ı Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qald ırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq bəraət almış şəxsa bəraət vermiş, bu vaxt cin ayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqan tərəfindən X8 ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlu m olmayan vaxt və şəraitdə Yardımlı rayonu ərazisindən istintaqa məlum olmayan mənbədən 30 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,652 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhərinə daşımış, 06 aprel 2023-cü il tarixdə Binəqədi RPİ-in 7-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:00-da Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 55 saylı binanın arxasında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-in 7-ci PB-in inzibati binasına aparılmış, orada həmin tarixdə saat 13:40-da üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli şalvarın sağ yan cibindən «Sobranie» markalı siqaret qutusunun içərisində qızılı rəngl i kağızlara bükülmüş 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,201 qram, 0,247 və 0,204 qram, ümumi təmiz çəkisi isə 0,652 qram təşkil edən qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X11 ifadəsində göstərmişdir ki, əvvəllər polis nəfəri kimi daxili işlər orqanlarında xidmətdə olmuş, sonradan öz istəyi ilə həmin işdən ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasından mənzil kirayələmiş, orada yaşayaraq parfüm məhsullarının səyyar satışı ilə məşğul olmuşdur. Bu məqsədlə özünə "xxxx" MMC-dən “Ravon R3 minik” markalı **-PN-*** dö vlət nömrə nişanlı avtomobil də icarəyə götürmüşdür. 06 aprel 2023-cü il tarixdə saat təxminən 12 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən mənzildən tanışı X6 ilə birlikdə çıxıb həyətdə park etdiyi “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobilə əyləşmişlər. Qəflətən dövlət nömrə nişanını xatırlamadığı “Mercedes E klass” markalı avtomobil yolunu kəsmişcəsinə qarşısında dayanmış, 2 nəfər mülki geyimli, sonradan polis əməkdaşları olduqlarını bildiyi şəxslər həmin avtomobildən düşərək ona yaxınlaşıb, onu avtomobildən düşürmüş, səbəbini izah etmədən küçədə, avtomobilin yanında üzərində axtarış aparmağa başlamışlar. Lakin üzərindən qeyri-qanuni heç bir əşya tapılmamışdır. Bundan sonra onlar avtomobildə axtarış a parmış, lakin idarə etdiyi avtomobilin nə salonunda və nədə ki, baqaj hissəsində qeyri-qanuni heç bir əşya tapmamışlar. Daha sonra tanışı X10nın üzərini axtarsalar da, ondan da qeyri-qanuni əşya tapmamışlar. Bu zaman polis əməkdaşlarından biri kənara çəkilərək, məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş konteynerlərin yanından guya yerdən tapdığı bir ədəd siqaret qutusunu göstərərək içərisində narkotik vasitə heroin olduğunu bildirib, ona nümayiş etdirmiş və qutunu yerə atdığını demişdir. Siqaret qutusunun və içərisindəki maddənin ona aid olmadığını demişdir. Bundan sonra polis əməkdaşları onu və tanışı Şəbnəmi “Mercedes E klass” markalı avtomobilə əyləşdirərək 7-ci PB-yə gətirmişlər. İdarə etdiyi “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobili isə polis əməkd aşlarından biri sürərək 7-ci PB-yə aparmışdır. 7-ci PB-də olarkən əməliyyatçı Şahid1 yanına gələrək narkotik vasitə olan heroini üzərinə götürməsini tələb etmişdir. Əks halda X4 da cinayət məsuliyyətinə cəlb edəcəklərini demişdir. Ona kimi X10nın mobil telefonuna azyaşlı övladından zənglər gəlsə də, ona telefonu açmağa icazə verməmişlər. Şəbnəmin azad edilməsi üçün törətmədiyi cinayəti etiraf etməyə məcbur qalmışdır. Bundan sonra X1 buraxmışlar. “Ravon R3 minik” markalı 99- PN822 dövlət nömrə nişanlı avtomobili isə "xxxx" MMC-in işçiləri gəlib 7-ci PBin həyətindən aparmışlar. 7-ci PB-də üzərinə heç bir baxış keçirilməmiş, öncədən planlaşdırılmış şəkildə şəxsi axtarış görüntüsü yaradılaraq videoçəkiliş aparılmış, obyektiv istintaqın aparılmayacağını anlayaraq polis əməkdaşlarının dediklərin i yerinə yetirmişdir. Həmin gün ondan şübhəli şəxs qismində ifadə alınmış və o, ifadəsində guya üzərində üç ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Yardımlı rayonu ərazisində 30 manat pul müqabilində aldığı kimi həqiqətə uyğun olmayan məlumatlar yazmışdır. İbtidai istintaq zamanı verdiyi izahat və ifadələri məcburiyyət qarşısında, obyektiv istintaqın aparılmayacağını görərək vermişdir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi bütün izahat və ifadələrindən imtina etmiş və heç bir cinayət törətmədiyini nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 7-ci PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili v əzifəsində işləyir. 06 aprel 2023-cü il tarixdə xidmətdə olduğu zaman ona ünvan 4 ünvanda yaşayan X7 qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə bölmənin rəhbərliyinə raportla müraciət etmişdir. Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-in NMB-in əməliyyat müvəkkili, polis mayoru Şahid2, Binəqədi RPİ-in 7-ci PB-in əməliyyat müvəkkili, polis mayoru Şahid3 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Sözügedən əməkdaşlarla birlikdə 06 aprel 2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 55 saylı binanın yaxınlığına getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə m əlumatlı olduqları bəraət almış şəxsun piyada və tək hərəkət etdiyini görüb ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-in 7-ci PB-yə getməsini təklif etmişlər. Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirib onlarla birlikdə Binəqədi RPİ-in 7-ci PB-yə getmişdir. Yolboyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması təhqiqatçı Surəc Niyazova həvalə olunmuşdur. Videoçəkiliş vasitəsi ilə bəraət almış şəxsun üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq və vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra bəraət almış şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən «Sobranie» markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra «Sobranie» markalı siqaret qutusunun içərisinə baxış keçirilmiş, oradan qızılı rəngli kağıza bükülmüş 03 ədəd bükümlər aşkar olunmuşdur. bəraət almış şəxs həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra həmin bükümlərə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin bükümlər açılaraq və içərisində olan qəhvəyi rəngli maddə kütlələri qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. bəraət a lmış şəxsdan həmin bükümlərdəki narkotik vasitəyə oxşar kütlələri haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda o, həmin bükümlərdə olan heroini 2-3 gün öncə Yardımlı rayonunda əvvəllər tanımadığı şəxsdən 30 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. bəraət almış şəxsun üzərinə şəxsi axtarış keçirilməsi, üzərindən narkotik vasitəyə bənzər kütlələrin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, X7 06 aprel 2023-cü ildə günorta saat 12 radələrində Mir Cəlal küçəsi 55 ilə Adil Məmmədov küçələrinin kəsişməsində məişət tullantılarının atılması üçün nəzərdə tutulm uş konteynerlərin yanında idarə etdiyi “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobili saxlayıb zibil atmaq üçün maşından düşən tanışı X4 gözləyərkən saxlanılması, üç büküm narkotik vasitə olan heroini üzərinə götürməsini ondan tələb etməsi, əks halda onunla birlikdə polis bölməsinə gətirilmiş tanışı X4 da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə rəsmiləşdirəcəklərini bildirməsi, bəraət almış şəxsun razılaşdıqdan sonra X2 polis bölməsindən buraxılması barədə bildirdikləri doğru deyil. bəraət almış şəxs 06 aprel 2023-cü ildə saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 55 saylı binanın arxasında piyada və tək hərəkət edərkən saxlanılmış, bu zaman onun yanında X6 adlı şəxs olmamış, o tək olmuş və “Ravon R3 minik” markalı ** -PN-*** dövlət nömrə nişanlı avtomobildə olmamışdır. Nədə ki, həmin avtomobil 7-ci PB-yə gətirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 7-ci PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə oxşar məzmunda ifadə verməklə yanaşı, verilmiş suallara cavab olaraq bildirmişdir ki, X11 06 aprel 2023-cü ildə günorta saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən 55 saylı binanın arxasında piyada hərəkət edərkən saxlanılmış, bu zaman onun yanında X6 adlı şəxs olmamış, o tək və avtomobilsiz olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in NMB-in əməliyyat müvəkkili vəzifəsində işləmiş polis mayoru Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermiş, verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, bəraət almış şəxsun üzərinə və idarə etdiyi avtomobilə küçədə baxış keçirilməmiş, onun yanında kiminsə olduğunu və avtomobildə olmasını xatırlamır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, bəraət almış şəxsun tanışıdır. Birlikdə səyyar qaydada parfüm məhsullarının satışı ilə məşğul olmuşlar. 06 aprel 2023-cü ildə bəraət almış şəxsin kirayədə yaşadığı Bakı şəhəri Binəqədi rayonu 9- cu mikrorayon M.Cəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzildə olmuşdur. Saat 12 radələrində birlikdə evdən çıxmış, bəraət almış şəxsin həyətdə saxladığı “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobilə əyləşmişlər. Evdən çıxarkən özləri ilə evin məişət tullantılarını topladığı torbanı da götürmüşlər ki, yolüstü zibil qutusuna atsınlar. Avtomobillə qısa məsafə getdikdən sonra bəraət almış şəxs məişət tullantılarının atılması üçün yolda qoyulmuş qutuların yanında avtomobili saxlamış, o, zibili atmaq üçün avtomobildən düşmüşdür. bəraət almış şəxs isə maşında qalıb onu gözləmişdır. Zibili qutuya atıb geri dönərkən dövlət nömrə nişanını xatırlamadığı avtomobil bəraət almış şəxsin idarə etdiyi avtomobilin qarşısını kəsmiş, 2 nəfər mülki geyimli şəxslər həmin avtomobildən düşərək bəraət almış şəxsə yaxınlaşıb, onu avtomobildən düşürmüşlər. O, isə yaxında dayanıb onları müşahidə etmişdir. Həmin şəxslər küçədə bəraət almış şəxsin üzərini, daha sonra isə avtomobilin salonunu və baqaj hissəsini axtarmışlar. Lakin heçnə tapmamışlar. Sonra həmin şəxslərdən biri onun üzərini axtarsa da, ondan da qeyri-qanuni əşya tapılmamışdır. Bu zaman polis əməkdaşlarından kənarda olanı zibil qutularının yanından bir ədəd siqaret qutusu tapdığını deyərək, içində narkotik vasitə heroin olduğunu bildirib, onlara nümayiş etdirmiş və bəraət almış şəxsin qutunu yerə atdığını demişdir. Halbuki, bəraət almış şəxs idarə etdiyi avtomobildən yerə ümumiyyətlə düşməmiş, avtomobil ilə zibil qutularının arasında xeyli məsafə olmuşdur. bəraət almış şəxs siqaret qutusunun və içərisindəki maddənin ona aid olmadığını desə də, polis əməkdaşları onları gəldikləri avtomobilə əyləşdirərək 7-ci PB-yə gətirmişlər. 7-ci PB-də olarkən yaxınları mobil telefonuna zənglər etsə də, polis əməkdaşları telefona cavab verməsinə icazə verməmişlər. Bir neçə saat sonra onu polis bölməsindən sərbəst buraxmışlar. bəraət a lmış şəxsi isə orada saxlamışlar. Bir neçə gün sonra bəraət almış şəxs də azad edilmişdir. bəraət almış şəxsin sonradan ona dediyinə görə saxlanıldıqları gün polis bölməsində narkotik vasitə olan heroini üzərinə götürməsini bəraət almış şəxsdən tələb etmişlər, əks halda onu da narkotik vasitə olan heroinlə rəsmiləşdirəcəklərini bildirmişlər. bəraət almış şəxs onun buraxılması üçün razılaşmış, bundan sonra onu polis bölməsindən sərbəst buraxmışlar. bəraət almış şəxsi uzun müddətdir ki, tanıyır, onun narkotik vasitələrdən istifadə etdiyini heç vaxt görməmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-in direktorudur. Həmin cəmiyyət Badamdar maşın bazarında minik avtomobillərinin fiziki və hüquqi şəxslərə icarəyə verilməsi fəaliyyəti ilə məşğul olur. X11 ilə bağlanmış 18 mart 2023-cü il tarixli icarə müqaviləsinə əsasən cəmiyyət “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobili bəraət almış şəxsə icarəyə vermişdir. GPS izləmə qurğusu vasitəsilə icarəyə verilmiş avtomobillərə nəzarət edərkən bəraət almış şəxsə icarəyə verilmiş “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobilin 06 aprel 2023-cü il tarixdə 7-ci PB-in inzibati binasının həyətində uzun müddət hərəkətsiz dayandığını aşkar etmişlər. Bu barədə cəmiyyətin işçiləri tərəfindən ona məlumat verildikdən sonra hansısa hadisənin baş verməsindən şübhələndiyi üçün 7-ci PB-yə getmişdir. Orada ona məlumat vermişlər ki, X11 06 aprel 2023-cü ildə günorta saatlarında “Ravon R3 minik” markalı 99- P N-822 dövlət nömrə nişanlı avtomobili idarə edərkən saxlanılmış, 7-ci PB-yə gətirilib üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə aşkar edilmişdir. “Ravon R3 minik” markalı **PN-*** dövlət nömrə nişanlı avtomobildə axtarış aparılsa da, avtomobildən qeyri-qanuni əşya aşkar edilməmişdir. Həmin avtomobilə dair hüquq müəyyənedici sənədləri təqdim edərək avtomobili 7-ci PB-in həyətindən şəxsən təhvil alıb aparmışdır. İş materiallarında olan Binəqədi RPİ-in 7-ci PB-in CA üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən 06 aprel 2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, həmin tarixdə polis bölməsinə daxil olmuş məlumatda 24 iyul 1981-ci ildə Yardımlı rayonunda anadan olmuş X7 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilmişdir. ünvan 5 ünvanda kirayədə yaşay an X7 cinayət əməllərinin ifşa olunması, narkotik vasitələrin aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan Binəqədi RPİ-in 7-ci PB-in rəisi Tuncay Abbasov tərəfindən 06 aprel 2023-cü il tarixdə təsdiq edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, 24 iyul 1981-ci ildə Yardımlı rayonunda anadan olmuş X7 qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla “müvafiq” əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında ola n Binəqədi RPİ-in 7-ci PB-in CA üzrə əməliyyat müvəkkili,Şahid1 tərəfindən 06 aprel 2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, 06 aprel 2023-cü il tarixdə polis bölməsinə daxil olmuş məlumata əsasən 24 iyul 1981-ci ildə Yardımlı rayonunda anadan olmuş, ünvan 6 ünvanda kirayədə yaşayan X9 ünvan 7 ünvanda yerləşən binanın arxasında əlverişli şərait yarandığından saxlamış və Binəqədi RPİ-in 7-ci PB-yə gətirmişlər. İş materiallarında olan Binəqədi RPİ-in 7-ci PB-in təhqiqatçısı X13 tərəfindən tərtib edilmiş 06 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, X11 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Binəqədi RPİ-in 7-ci PB-in əməkdaşları tərəfindən 06 aprel 2023-cü il tarixdə saat 12:00-da ünvan 7 ünvanda yerləşən binanın arxasında saxlanılmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək Binəqədi RPİ-in 7-ci PB-yə gətirilmiş, orada üzərinə baxış keçirilərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən «Sobranie» markalı siqaret qutusunun içərisində qızılı rəngli kağızlara bükülmüş 03 ədəd bükümlərdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Baxış 06 aprel 2023-cü il tarixdə saat 13:40-dan həmin gün saat 14:00-dək davam etmiş və videoçəkiliş ilə qeydə alınmışdır. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsinə görə əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbi q edə bilərlər: vətəndaşların sorğusu; soraqlaşma; telefon danışıqlarına qulaqasma; poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; məhkumların məktublarının yoxlanılması; nəqliyyat vasitələrinə baxış keçirilməsi; binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; insanların güdülməsi; şəxsiyyətin eyniləşdirilməsi; nəzarət qaydasında mal alınması; əşya və sənədlərin tədqiqi; müqayisəli tədqiq üçün nümunələrin toplanılması; nəzarətli göndəriş; cinayətkar qrup lara və ya kriminogen obyektlərə daxil edilməsi; hüquqi şəxsin yaradılması və əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. Məhkəmə kollegiyası qeyd edir ki, qanunda əməliyyat-axtarış tədbirlərinin dairəsi konkret olaraq göstərilsə də, Binəqədi RPİ-in 7-ci PB-in rəisi tərəfindən 06 aprel 2023-cü il tarixdə təsdiq edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarda X7 ətrafında həyata keçiriləcək əməliyyat-axtarış tədbirlərinin üsulu konkret olaraq göstərilməmiş, “müvafiq əməliyyat-axtarış tədbirləri” kimi qeyd edilmişdir. Bundan başqa, məhkəmədə təqsirləndirilən şəxs X11 06 aprel 2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 55 saylı binanın arxasında piyada h ərəkət edərkən deyil, tamamilə ayrı şəraitdə, yəni həmin tarixdə saat 12 radələrində tanışı X6 ilə birlikdə olarkən "xxxx" MMC-dən icarəyə götürdüyü “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobildə Mir Cəlal küçəsi 55 ilə Adil Məmmədov küçələrinin kəsişməsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş konteynerlərin yanında saxlanıldığını bildirmiş, onun qeyd edilən yerdə və şəraitdə saxlanılması məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 tərəfindən təsdiq edilmiş, eyni zamanda X7 həmin vaxt idarə etdiyi avtomobilin 7-ci PB-yə aparıldığını və oradan təhvil alındığını həmin nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-in direktoru X10 məhkəmədə təsdiq etmişdir. İş materiallarından müəyyən edilir ki, bəraət almış şəxsun saxlanılma şəraiti ilə bağlı bildirdiklərin in digər üsullarla da yoxlanılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 ilə Adil Məmmədov küçələrinin kəsişdiyi ərazini əhatə edən təhlükəsiz şəhər müşahidə kameralarının 06 aprel 2023-cü il tarixdə saat 11:30-dan 13:00-a qədər olan dövrü qeydə aldığı görüntülərin təqdim edilməsi üçün sorğu göndərilmiş, lakin arxivlərin saxlanılma müddətinin bitdiyi bildirilməklə məlumat məhkəməyə təqdim edilməmişdir. 7-ci Polis Bölməsi isə göndərilmiş sorğuya cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-yə məxsus “Ravon R3 minik” markalı **-PN-*** dövlət nömrə nişanlı avtomobil 7-ci Polis Bölməsinə gətirilməmişdir. X2 06 aprel 2023-cü ildə 7-ci Polis Bölməsinə gətirilməsinin yoxlanılması üçün “polis bö lməsinə gətirilmiş şəxslərin qeydiyyatı kitabı” dəfələrlə tələb edilsə də, məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq 6 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin), polis əməkdaşlarından ibarət şahidlərin ifadələrinin mötəbərliyini şübhə altına almış və həmin sübutlar X8 elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, bəraət almış şəxsun tutulması üçün cinayət törətməsinə bilavasitə şübhə yaranması ilə bağlı cinayət-prosessual qanunvericilikdə sad alanan əsaslar olmamışdır. O cümlədən, onun barəsində narkotik vasitə əldə etməsi, saxlaması, daşıması barədə, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən hər hansı əməliyyat məlumatı əldə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət müh akimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Mə cəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübu tlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X8 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X7 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsun özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmal ıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsun əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsun əməlində həqiqətən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsi rləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən m üdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq norm alarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irə li sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X11 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1942/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1942/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver