Məhkəmə qərarları › İş №1(102)-1944/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1944/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1944/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 315-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (sədrlik edən C.İmanov) 26 aprel 2022-ci il tarixli, 1(075)-14/2022 nömrəli hökmü ilə xx.xx.1986-cı il tarixdə Şəki rayonu, Baş Şabalıd kəndində anadan olmuş, evli, himayəsində 2 azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Baş Şabalıd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) ay müddə tinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən Məhkum2 təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə onun üzərində qəti olaraq 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Məhkum2 şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəlinin şübhəli şəxs kimi tutulduğu 25 sentyabr 2021-ci il tarixdən hesablanması, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi hökm edilmişdir. xx.xx.1995-ci il tarixdə Şəki rayonu, Baş Şabalıd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətə ndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Baş Şabalıd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz( ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Məhkum1 təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə onun üzərində qəti olaraq 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Məhkum1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə zalından dərhal həbs edilməsi, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin i 26 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı Fətəliyev Mazan Məsim oğlu tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Məhkum2 müdafiəçisi Sarıyev Musa Kahov oğlu və Məhkum1 müdafiəçisi Əliyev Fərid Mehdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), X9 və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə) 28 iyun 2022- ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 26 aprel 2022.-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Şəki Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmünə əsasən, Məhkum2 təqsirli bilinib məhkum edilmişdir ondan ötrü ki, o qəsdən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və sağlamlığa yüngül zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, o, Şəki rayonu Baş Şabalıd kənd sakini X2 21 sentyabr 2021-ci il tar ixdə saat 19:16-da DİN-nin 102 xidmət mərkəzinə zəng edib Məhkum2 tərəfindən döyülməsi, təhqir edilməsi və öldürülməklə hədələnməsi barədə məlumatı əsasında Şəki şəhər-rayon X7-İstintaq qrupunun üzvləri, Növbətçi Hissənin sürücüsü, polis baş serjantı Zərərçəkmiş şəxs1, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Zərərçəkmiş şəxs2 və Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Zərərçəkmiş şəxs3 həmin gün saat 20:00 radələrində Şəki rayonu, Baş Şabalıd kəndinə gələrək ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra barəsində daxil olmuş şikayət xarakterli məlumatı elan etdikdə, habelə onu müraciətin araşdırılması ilə bağlı Şəki şəhər-rayon polis şöbəsinə dəvət etdikdə, sonuncu, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Tamellan Ququşovun və polis əməkdaşla rının ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt polis əməkdaşları ona nalayiq ifadələrə son qoyması barədə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq o, qərəzli olaraq hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq ictimai qaydanın pozulması ilə müşayiət olunan öz qanunsuz hərəkətlərini davam etdirdiyinə görə onun bu qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədilə polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirmək istəyərkən xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri hesab edilən polis əməkdaşlarına qəsdən yumruq və təpik zərbələri atmaqla, habelə onları itələməklə fəal qanunazidd hərəkətlər etməklə, həmçinin qəsdən Şəki ŞRPŞ-nin Növbətçi Hissənin sürücüsü, polis baş serjantı Zərərçəkmiş şəxs1 sol qolundan dişləmək lə zor tətbiq edərək ona sol saidin yuxarı 1/3-nin birincili cərrahi işlənmiş dişlənmiş-əzilmiş-cırılmış yarası, yumşaq toxumaların əzilməsi, hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin sağ əl arxasının əzilmiş-sıyrılmış yaraları və sol saidin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək müqavimət göstərmiş, həmin vaxt Məhkum2 polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirilməsinin və Şəki rayon-şəhər polis şöbəsinə aparılmasının qarşısını almaq məqsədilə Məhkum1 onlara yaxınlaşıb Məhkum2 ilə bir qrup şəxs halında birləşərək birlikdə qanunazidd hərəkətləri davam etdirməklə Məhkum2 qolundan tutub dartmasına baxmayaraq onu oradan çıx ara bilməyəcəyini başa düşərək həmin vaxt orada olan, hakimiyyət nümayəndəsi hesab edilən və xidməti vəzifələrini yerinə yetirən Zərərçəkmiş şəxs3 qarşı fəal qanunazidd hərəkətlər edərək onun yaxasından qəsdən tutub dartmaqla əynindəki polis köynəyinin ön hissəsini dartıb cırmış və 04 ədəd düyməsini qoparmış, bununla da Zərərçəkmiş şəxs3 27.50 manat məbləğində maddi ziyan vurmuş, bundan sonra isə sonuncunun sinəsinə yumruqla və bədəninin müxtəlif nahiyələrinə təpiklə vuraraq, habelə qollarından tutub dartaraq yerə yıxmaqla zor tətbiq edib ona “sağ çiyin qurşağının travmatik şişkinliyi, hematoması, yumşaq toxumaların əzilməsi, sağ bazu oynağında ağrı hesabına hərəkət məhdudluğu, sağ döş əzələsinin əzilməsi kimi dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər və hər iki s aidin çoxsaylı sıyrılmış yaraları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmin vaxt orada olan hakimiyyət nümayəndəsi hesab edilən və xidməti vəzifələrini yerinə yetirən Zərərçəkmiş şəxs2 qollarından qəsdən tutub dartaraq ona hər iki saidin çoxsaylı sıyrılmış yaraları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən, hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkum1 təqsirli bilinib məhkum edilmişdir ondan ötrü ki, o qəsdən, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və sağlamlığa yüngül zərər vurma cinayət əməllərini tö rətmişdir. Belə ki, o, Şəki rayonu Baş Şabalıd kənd sakini X2 21 sentyabr 2021-ci il tarixdə saat 19:16-da DİN-nin 102 xidmət mərkəzinə zəng edib Məhkum2 tərəfindən döyülməsi, təhqir edilməsi və öldürülməklə hədələnməsi barədə məlumatı əsasında Şəki şəhər-rayon X7-İstintaq qrupunun üzvləri, Növbətçi Hissənin sürücüsü, polis baş serjantı Zərərçəkmiş şəxs1, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Zərərçəkmiş şəxs2 və Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Zərərçəkmiş şəxs3 həmin gün saat 20:00 radələrində Şəki rayonu, Baş Şabalıd kəndinə gələrək Məhkum2 yaxınlaşıb özlərini təqdim etdikdən sonra barəsində daxil olmuş şikayət xarakterli məlumatı elan etdikdə, habelə Məhkum2 müraciətin araşdırılması ilə bağlı Şəki şəhər-rayon polis şöbəsinə dəvət etdikdə, sonuncu, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Tamellan Ququşovun və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt polis əməkdaşları Məhkum2 nalayiq ifadələrə son qoyması barədə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq sonuncu qərəzli olaraq hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq ictimai qaydanın pozulması ilə müşayiət olunan öz qanunsuz hərəkətlərini davam etdirdiyinə görə Məhkum2 bu qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədilə polis əməkdaşları sonuncunu xidməti avtomobilə əyləşdirmək istəyərkən xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri hesab edilən polis əməkdaşlarına qəsdən yumruq və təpik zərbələri atmaqla, habelə onları itələməklə fəal qanunazidd hərəkətlər etməklə, hə mçinin qəsdən Şəki ŞRPŞ-nin Növbətçi Hissənin sürücüsü, polis baş serjantı Zərərçəkmiş şəxs1 sol qolundan dişləməklə zor tətbiq edərək ona sol saidin yuxarı 1/3-nin birincili cərrahi işlənmiş dişlənmiş-əzilmiş-cırılmış yarası, yumşaq toxumaların əzilməsi, hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin sağ əl arxasının əzilmiş-sıyrılmış yaraları və sol saidin sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək müqavimət göstərmiş, həmin vaxt o, Məhkum2 polis əməkdaşları tərəfindən avtomobilə əyləşdirilməsinin və Şəki rayon-şəhər polis şöbəsinə aparılmasının qarşısını almaq məqsədilə onlara yaxınlaşıb Məhkum2 ilə bir qrup şəxs halında birləşərək birlikdə qanunazidd hərəkətləri davam etdirməklə Məhkum2 qolundan tutub dartmasına baxmayaraq onu oradan çıxara bilməyəcəyini başa düşərək həmin vaxt orada olan, hakimiyyət nümayəndəsi hesab edilən və xidməti vəzifələrini yerinə yetirən Zərərçəkmiş şəxs3 qarşı fəal qanunazidd hərəkətlər edərək onun qəsdən tutub dartmaqla əynindəki polis köynəyinin ön hissəsini dartıb cırmış və 04 ədəd düyməsini qoparmış, bununla da Zərərçəkmiş şəxs3 27.50 manat məbləğində maddi ziyan vurmuş, bundan sonra isə sonuncunun sinəsinə yumruqla və bədəninin müxtəlif nahiyələrinə təpiklə vuraraq, habelə qollarından tutub dartaraq yerə yıxmaqla zor tətbiq edib ona “sağ çiyin qurşağının travmatik şişkinliyi, hematoması, yumşaq toxumaların əzilməsi, sağ bazu oynağında ağrı hesabına hərəkət məhdudluğu, sağ döş əzələsi nin əzilməsi kimi dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər və hər iki saidin çoxsaylı sıyrılmış yaraları kimi dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmin vaxt orada olan hakimiyyət nümayəndəsi hesab edilən və xidməti vəzifələrini yerinə yetirən Zərərçəkmiş şəxs2 də qollarından qəsdən tutub dartaraq ona hər iki saidin çoxsaylı sıyrılmış yaraları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qəsdən, hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum2 cəza təyin edərkən CM-nin 59cu maddəsində nəzərdə tutulmamış, yəni təqsirini boynuna almaqla peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal örnək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməlidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirlən dirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkum2 isə dövlət orqanlarına könüllü gəlib təqsirini boynuna almamış, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlarla ifşa olunmuş və belə halda məhkəmə səmimi peşmançılığı cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Həmçinin məhkəmə Məhkum1 cəza təyin edərkən CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış, yəni yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirici hal kimi qəbul etmişdir. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir və məhkəmə CM-in 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə Məhkum1 müsbət xarakterizə olunmasını yalnız cəzasını yüngülləşdirən halların siyahısında göstərməklə kifayətlənmiş, lakin, bunun nədə ifadə olunmasını və nəhayət onun şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını hökmdə göstərməmişdir. Odur ki, məhkəmə Məhkum1 yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Bundan başqa, məhkəmə Məhkum1 barəsində cəza təyin edərkən sonuncunun təqsirini boynuna almaqla peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkum1 isə dövlət orqanlarına könüllü gəlib təqsirini boynuna almamış, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlarla ifşa olunmuş və belə halda Azərbaycan Respublikası CM-in 72.1-ci maddəsinini tələbləri baxımından məhkəmə səmimi peşmançılığı cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum2 və Məhkum1 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bi r daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti he sab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2022ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum2 və Məhkum1 v erilmiş hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etmə, müqavimət göstərmə və sağlamlığa yüngül zərər vurma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi isə haqlı olaraq bunlara dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxslərin törətmiş olduğu əməlin ədalətli nətic əsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edil məsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə veril məli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Dövlət ittihamçısı kassasiya protestində məhkumların əməlindən səmimi peşimançılıq çəkmələrinin cəzanı yüngülləşdirən hal kimi məhkəmələr tərəfindən düzgün nəzərə alınmadığı qənaətinə gələrək bunu CM-nin 72.1-ci maddəsinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Əvvəla prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edi lir. Məhkəmə kollegiyası hesab edir ki, “məhkum edilmiş şəxsin əməlini tam etiraf edərək peşimançılıq çəkməsi” məhkum edilmiş şəxsin öz ifadəsi ilə təsdiq olunur ki, bu da, iclas protokolu ilə sübut olunur. Bundan əlavə ümumiyyətlə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hala istinad olunmasının CM-nin 72-ci maddəsinə istinadən şübhə altına alınması yol verilməzdir. Belə ki, Cinayət Məcəlləsinin 72-ci madəsində nəzərdə tutulmuş əsaslar cəzanın yüngülləşdirilməsini deyil, səmimi peşmanşılıqla bağlı ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsi cinayət məsuliyyətndən azad etməni özündə ehtiva edir və cinayət məsuliyyətindən azad etmə törədilən cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və cəza təbiq etməkdən imtina etməsidir. Başqa sözlə cinayət məsuliyyə tindən azad etmə törədilən cinayətə görə azad etmədir. Məhkumlar Məhkum2 və Məhkum1 isə cinayət məsuliyyətindən azad olunmamış, onlar, törətdiyi cinayət əməlinə görə təqsirli bilinərək cinayət qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cəzalandırılmışdır. Ümumiyyətlə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüqu qi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalara əsaslanmaqla və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum2 və Məhkum1 cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM-70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Lakin, müəyyən olunur ki, cəza təyini zamanı formalaşmış səhf məhkəmə təcrübəsi nəticəsində məhkəmələr yalnız yüngül cəza təyin etdikdə niyə məhz yüngül cəza təyin etməsini əsaslandırmağa çalışır, belə əsaslandırma dövlət ittihamçısı tərəfi ndən qənaətbəxş olmadıqda həmin qərardan (və ya hökmdən) protest verilir. Bunun əksinə olaraq əksər hallarda cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddində cəza təyin edilirkən qeyd edilən normanın tələblərinə zidd olaraq heç bir əsaslandırılma aparılmır. Halbuki bunun əksinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayətə görə nəzərdə tutulmuş az ciddi cəza növü və ya həddində cəza təyin edilərkən əsaslandırılma aparılmasını tələb edən hər hansı bir norma yoxdur. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən nor maların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkumlara təyin olunmuş azadlıqdan məhrumetmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəzanın təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Bundan əlavə CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayə t Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkumlar Məhkum2 və Məhkum1 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzalarını yüngülləşdirən hallar, cəzalarını ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum2 və Məhkum1 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci m addəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməs i məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 315-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar