Məhkəmə qərarları › İş №1(102)-1944/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1944/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1944/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2024-cü il tarixli, 1(103)-403/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiə çisi İsgəndərli Könül Teyyub qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 1(101)-1452/2023 nömrəli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), S.A.Məmmədzadə və Ə.İ.Məmmədov) xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2023-cü ildən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Sadıqov Elçin Əli oğlu apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2024-cü il tarixli, 1(103)-403/2024 nömrəli qərarı ilə (hakimlər A.F.İbrahimov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 1(101)-1452/2023 nömrəli hökmü dəyişdirilmiş, Məhkum tərəfindən törədilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti və məhkumun müdafiəçisi kassasiya şikayəti vermişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə naməlum "Baba” adlı şəxslə əvvəlcədən razılaşıb, cinay ət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan cinayətkar razılaşmaya əsasən, satışını həyata keçirmək üçün "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 2,911 qram çəkidə narkotik vasitə heroini və 1,773 qram çəkidə psixotrop maddə metamfetamini naməlum vaxtda, yerdə və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 18 fevral 2023-cü il tarixdə saat 13:00-da Bakı şəhəri, Pirallahı rayonu, "Socar”-ın X3 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin qarşısında saxlanılaraq, ünvan 3 ünvanın da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərək, üzərində şəxsi axtarış keçirilərkən, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 2,911 qram çəkidə narkotik vasitə heroin, 1,773 qram çəkidə psixotrop maddə metamfetamin, içərisində narkotik vasitə heroinin izləri olan 02 ədəd qalın metal borucuq və plastik metal borucuq, psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd nazik metal borucuq əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd plastik qabın içərisindən iki ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və ps ixotrop maddənin qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-1-ci maddəsinə dəyişmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla və birinci instansiya məhkəməsində sübutların araşdırılması zamanı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda apellyasiya instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrindən 234.1-1-ci maddəsinə dəyişmişdır. 234.4.1 və 234.4.3-cü Dövlət ittihamçısı məhkəmələrin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum aşkar olunaraq götürülmüş 1,773 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından 11,82 dəfə çox, 2,911 qram olan narkotik vasitə heroin isə şəxsi istehlak miqdarından 19,4 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədlə əldə etdiyinə dəlalət edən h allardan biridir. Digər tərəfdən apellyasiya məhkəməsi tərəfindən cinayət işinin materialları tam tədqiq edilməmiş, belə ki, cinayət işinin materiallarında olan sənədlərdən də görünür ki, Məhkum məxsus mobil telefon nömrəsindən onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu təsdiq edən çoxsaylı telefon SMS mətnləri aşkar olunmuşdur. Ona məxsus telefondan SMS mətnlərinin aşkar olunması da sonuncunun həmin narkotik vasitəni üzərində məhz satış məqsədilə saxlamasına dəlalət edir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkumun müdafiəçisi İsgəndərli Könül Teyyub qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, Məhkum nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqda və daşımaqda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinmiş və ona həddindən artıq ağır cəza təyin edilmişdir. Müdafiəçi öz kassasiya şikayətində iddia edir ki, Məhkum səhər saatlarında iş yerində öz xidməti vəzifəsini icra edərkən polis əməkdaşları tərə findən saxlanılmış, daha sonra polis idarəsinə aparılmış idarədə üzərinə baxış keçirilmişdir. Kassasiya müraciətində müdafiəçi həmçinin məhkəmələr tərəfindən Məhkum təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsi ilə cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadığını, nəticədə sonuncu şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzaya təyin olunduğu qeyd etmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya inst ansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi İsgəndərli Könül Teyyub qızı kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda onun əsassız olaraq Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla iş üzrə icraata xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas lar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2024-cü il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliy in) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan t ərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Hazırki iş üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş - sonuncunun bir ədəd plastik qabın içərisindən iki ədəd sellofan bükümdə külli miqdarda 2,911 qram çəkidə narkotik vasitə heroinin, külli miqdarda 1,773 qram çəkidə psixotrop maddə metamfetaminin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz əldə edib, üzərində saxlaması və daşıması ilə bağlı ittihamla razılaşmış və Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilib cəzalandırılması ilə bağlı yekun qənaətə gəlmişdi r. Lakin apellyasiya instansiya məhkəməsi fərqli nəticəyə gələrək hesab etmişdir ki, Məhkum külli miqdarda narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz əldə edib, üzərində saxlaması və daşıması təkzibolunmaz sübutlarla öz təsdiqi tapmamışıdr. Həmin məhkəmə qeyd olunan nəticəni hasil edən əsas kimi - ibtidai araşdırma dövründə və məhkəmə istintaqı zamanı aşkar edilmiş narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini, həmçinin hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər halların müəyyən edilməsini təsdiqləyən sübutların təqdim edilməməsini göstərmişdir. Apellyasiya məhkəməsi belə nəticəyə gələrkən məhkəmədə külli miqdarda narkotik vasitənin və psixotrop maddənin satış məqsədi olmadan öz istifad əsi üçün əldə edilməsi barədə Məhkum ifadələrinə və Məhkum istifadəsində olan mobil telefonda narkotik vasitələrin satışı ilə bağlı qarşılıqlı yazışmaların (onun mobil telefon nömrəsinə narkotiklə bağlı daxil olmuş SMS-lər cavablandırılmamış qalmışdır) aşkar edilməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin (natamam araşdırma aparılması nəticəsində) məhkumdan aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin bilavasitə satışına yönəlmiş əməlini təsdiq edən hər hansı sübutun cinayət işi materiallarında olmaması barədə gəlmiş olduğu qənaət yanlışdır. Belə ki, cinayət işinin aşağıdakı mübahisələndirilməyən (birinci və apellyasiya məhkəməsinin razılaşdığı) hallarından göründüyü kimi: _ Azərbaycan Respublika sı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 18 fevral 2023-cü il tarixli raportundan görünür ki, Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. _ 18 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl şübhəli şəxs Məhkum paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Məhkum üstündə "kakos” adı ilə tanıdığı narkot ik vasitə və metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd plastik qabı, gödəkçəsinin sol yan cibindən 01 ədəd "Samsung” markalı və 01 ədəd "İphone” markalı mobil telefonu və əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 2 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim edilmiş 01 ədəd plastik qaba baxış keçirildikdə qabın içərisində 02 ədəd sellofan büküm və 03 ədəd borucuq olması, bükümlərdən birinin içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə oxşar maddə, digərində isə psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Məhkum üstündən aşkar edilmiş maddələri 2-3 gün əvvəl Nasir adlı İİR vətəndaşından ümumilikdə 105 manata aldığını, aşkar edi lmiş borucuqları həmin maddələri istifadə etmək üçün saxladığını bildirmişdir. Aşkar edilmiş bir ədəd plastik qab və içərisindəki bükümlər, 03 ədəd borucuq, 02 ədəd mobil telefon qablaşdırılaraq götürülmüş, iki manat pul isə Məhkum geri qaytarılmışdır. _ İş üzrə ibtidai istintaq zamanı müstəntiq tərəfindən Məhkuma məxsus bir ədəd "İphone” markalı mobil telefona baxış keçirilmiş və bununla bağlı 18 aprel 2023-cü il tarixli protokol tərtib olunmuşdur. _ Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2023-cü il tarixli 6/117 N°-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün N°6” möhür əksi, "Məhkum üzərindən aşkar edilmiş..." və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi - 1,773 qram ağ rəngli, k ristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 2,911 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. _ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 5(005)310/2023 saylı və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 5(094)- 20/2023 saylı qərarlarına əsasən, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 18 fevral 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanunauyğun hesab edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respubli kası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. Adı çəkilən 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”ya (İ siyahıya) əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Həmçinin həmin qərarda göstərilmişdir ki, şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində də istinad olunan müddəasında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının və bükümlərə ayrılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübutlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cümlədən narkotik vasitənin satış məqsədi ilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq və ya təkzib edən mötəbər sübutlar başa düşülür. Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.11-ci maddəsinə dəyişməkdə haqlı olmamışdır. Belə ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 19,4 dəfə və metamfetaminin miqdarı istehlak miqdarından təxminən 11,82 dəfə şəxsi təşkil etməklə 2 ayrı-ayrı bükümlərə bölünüb qablaşdırılmışdır. Bundan başqa cinayət işinin materiallarında olan 18 aprel 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Məhkum mobil telefonunun yaddaş kitabçasında qeyd olunan müvafiq şəxslərin Məhkum narkotik vasitələrin sifarişi barədə “SMS” yazışmaları aşkar edilmişdir (***-***-**-** (X) - 09 fevral 2023-cü il - “Qara kola lazimdı pulu ilə. Duz qoş eliyersen? qaqa”; ***-***-**-** (X) -11 fevral 2023-cü il - "X nolar cox xaiw eliirem m ene 1 cet kola hazir elede X moi denqi krutit lomkadadi. Sene pati verecem, catiram uje gozlemeimde goturub aparim ki onan pulumu goturum. Pojalosta”; ***-***-**-** (X) - 2 fevral 2023-cü il - “X veziyat x.... varindi nese agridayam senol mne bir cavab verda’’; ***-***-**-** (X) - 27 dekabr 2022-ci il - "Tema yaxşıdı qaqam? Yoxsa o donure zəif maldandı. Yayılıb bütün bakıya”; ***-***-**-** (X) - 28 noyabr 2022-ci il - "X qardawmsa. Verin menim malmi belim axryir”; ***-***-**-** (X) - 31 may 2022-ci il - "Men iydim qardawimsan mesaji gorursense cavab verde agriyiram nese belke var sende”; -***-***-**-** - 10 avqust 2022-ci il - “Biraz kola verda aqriniramda biraz verda axrinci”). Həmçinin, Məhkum məxsus bir ədəd "İphone” markalı mobil telefonun “Whatsapp” bölümünə baxış keçirilən zaman İran İslam Respublikasına məxsus Baba adı ilə qeyd edilmiş +98 903 *** **** nömrəsi və +98 930 *** **** nömrəsi ilə çoxlu danışıqların olduğu müəyyən edilmişdir: “...qardaş 50 dənə götürsən aşağısı 8-dən verərəm sənə qramı 8 manata düşər özü də gülü Biləcəriyə atırlar...”; “...salam qardaş necəsən nə ar nə yox vesait lazim olsa narahat olma zakazını ver bağlatdırım...”; “...Vesait ne qeder götürəcəksənsə onu da mənə tez denənə adam çıxır burdan bağlatdırım...'’; “.. mənim gözüm üstə sən hara desən mən ora atdıraram..” və sair. Apellyasiya instansiyası həmin sübutlara qiymət verərək, həmin sms yazışmaların birtərəfli olduğunu, onların Məhkum mobil telefonuna göndərilsə də, onun tərəfindən bu müraciətlərin cavablandırılmamasını əsas gətirərək Məhkum başqa şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı əvvəlcədən razılıq əldə etməsinə və ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmasına yönəlmiş hərəkətlərin sübuta yetirilməməsi barədə nəticəyə gəlmişdir. Halbuki məhkəmələr tərəfindən tədqiq edilmiş 18 aprel 2018-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Məhkum istifadəsində olan mobil nömrəyə narkotik vasitələrin sifarişi barədə göndərilmiş “Sms”lər cavablandırmamış qalsa belə, onları göndərən şəxslərin əksəriyyəti Məhkum tanışları olmaqla (provokasiya olması ehtimalını aradan qaldırır) həmin şəxslərin adları Məhkum məxsus mobil telefonun yaddaş kitabçasında qeydə alınmışdır (həmin hal Məhkum tərəfindən təsdiq edilmiş). Digər tərəfdən İran İslam Respublikasına məxsus Baba adı ilə qeyd edilmiş +98 903 *** **** nömrəsi və +98 930 * ** **** nömrəsi ilə həyata keçirilmiş (wats up) yazışmalar tərəflər arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı uzunmüddətli və etibarlı münasibətlərin olmasına işarə edir. Ümumilikdə sadalanan hallar Məhkum narkotik vasitələrin dövriyyəsi ilə bağlı geniş ətrafının olması barədə, həmçinin sonuncunun ittihamda göstərilmiş narkotik və psixotrop maddələrin qanunsuz yayılmasına yönələn hərəkətlərə yol verməsi ilə bağlı kifayət qədər şəxslərin məlumatlı olmasına dair əsaslı şübhələr yaradır. Lakin apellyasiya icraatına dair sənədlərin öyrənilməsi göstərir ki, məhkəmə Məhkum istifadəsində olan mobil telefon nömrəsinə narkotik maddələrin dövriyyəsi ilə bağlı daxil olan SMS yazışmalara düzgün qiymət verməmiş və iş üzrə həqiqəti, yəni Məhkum narkotik vasitələrin satışı ilə məşğul ol ub-olmamasını araşdırmamış və formal mülahizələrə əsaslanaraq Məhkum külli miqdarda narkotik vasitənin və psixotrop maddənin satış məqsədi olmadan öz istifadəsi üçün əldə etməsi, daşıması və saxlaması barədə erkən nəticəyə gəlmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normaları isə sübutların tədqiqini və qiymətləndirilməsini həmin tələblərə əməl edilməklə aparılmasını, məhkəmə hökmünün (qərarının) qanuni və əsaslı olmasını tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərli yi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1 ); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət-Prosessual Məcəllənin 353.2.2-ci maddəsi məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsinin motivlərinin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində əks etdirilməsini tələb edir. Sübutların tədqiqinə, qərarın əsaslandırılmasına və tərtibatına dair CinayətProsessual Məcəllənin qeyd olunan maddələrinin tələblərinə əməl olunmadığı vəziyyətdə məhkəmənin müəyyən edilmiş saydığı halların onun tədqiq etdiyi sübutlara uyğun gəlməsi, həmin hallara cinayət qanunu normasının düzgün şamil edilməsi, yəni Məhkum 2,911 çəkidə narkotik vasitəni və 1,773 qr am çəkidə psixotrop maddəni “satış məqsədi ilə” əldə edib, daşıması və saxlaması əlamətini xaric edilməklə (qeyd olunan halda çıxış edərək qabaqcadan əlbirlik əlamətinə istisna olunmuş) onun əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən 234.1-1-ci maddəsinə dəyişdirilməsinin əsaslı olması barədə nəticə çıxarmaq mümkün deyil. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Avropa Məhkəməsi bir çox qərarlarında dəfələrlə, o cümlədən “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il t arixli qərarında növbəti dəfə xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Sadalanmış mülahizələrlə apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlində “2,911 çəkidə narkotik vasitəni və 1,773 qram çəkidə psixotrop maddəni satış mə qsədi ilə” əlamətini inkar etməsinə qiymət verdikdə, görünür ki, məhkəmənin həmin əlamətin mövcudluğunu subyektiv meyarlardan çıxış etməklə şərtləndirməsi bu məsələ üzrə Ali Məhkəmənin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarına əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil. Məhkəmənin “satış məqsədi” əlamətinin olmaması haqqında qənaətini – “ibtidai istintaqda və birinci instansiyada məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini sübut edən qanuni yolla əldə edilmiş hər hansı bir sübutun müəyyən edilməməsi” kimi mülahizədən hasil etməsi isə, artıq yuxarıda əsaslandırıldığı kimi sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarının pozulması ilə əldə edilmiş nəticə olduğundan, mötəbər sayıla bilməz. Odur ki, məhkəmə kollegiyası yux arıda təsvir olunanları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, dövlət ittihamçısının kassasiya protestini əsaslı sayır və sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələblərinə riayət edilməklə, Ali Məhkəmənin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının müddəalarını nəzərə almaqla təqsirkarın əməlində “narkotik vasitəni satış məqsədi və qabaqcadan əlbir olan bir qrup şəxs halında” əlamətlərinin olub-olmaması məsələsinin tam, hərtərəfli, obyektiv araşdırılması üçün mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunan, dövlət ittihamçısının kassasiya protesti ilə əlaqədar müəyyən edilmiş hallar müdafiəçi İsgəndərli Könül Teyyub qızının Məhkum təqsirliliyi sübuta yetirilməməsi əsası sonuncu barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini ehtiva edən kassasiya şikayətinin əsassız olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə və kassasiya protestinin təmin edilməməsinə dair müdafiəçinin, kassasiya protestinin təmin edilməsinə və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti isə təmin edilməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2024-cü il tarixli, 1(103)-403/2024 nömrəli qərarı ləğv edilməli, cinayət işi apelly asiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər Qərara aldı: Müdafiəçi İsgəndərli Könül Teyyub qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 aprel 2024-cü il tarixli, 1(103)-403/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar