Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1946/2025 23.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Ci nayətlər Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əsgərova-Məmmədova Leyla Səyavuş qızı (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət məhkəmə tərkibində) 4 noyabr 2024-cü il tarixli 1(101)-1970/2024 nömrəli hökmü ilə xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, X ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cina yət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 21 fevral 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli 1(101)-1970/2024 nömrəli (hakim: Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi) qərarı ilə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edilmişdir. Həmin tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərardan Məhkum tərəfindən apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədrliyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət məhkəmə tərkibində) 22 may 2025-ci il tarixli 1(103)-1183/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2025-ci il tarixli qə rarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2024cü il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2025-ci il tarixli qərarının ləğv edilməsini və buraxılmış müddətin bərpa olunması barədə daha ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi çıxış edərək, məhkumun hüquqi savadının olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş et di. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yox lamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiə tərəfinin məhkəmə çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. CPM-in 358.1.1-ci m addəsinə əsasən, məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə verməlidir. CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materialında olan sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 4 noyabr 20 24-cü il tarixdə çıxarılmış və hökmün surəti isə Məhkum 20 noyabr 2024-cü il tarixdə məhkəmə qəbzinə imza etdirilməklə təqdim edilmişdir. Lakin, o, məhkəmənin hökmündən yalnız 26 fevral 2025-ci il tarixdə, yəni təqribən 3 (üç) ay müddət keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Həmçinin, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli 1(101)-1970/2024 nömrəli hökmündən görünür ki, hökmün nəticə hissəsində həmin hökmdən apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə qaydası və müddəti, həmçinin məhkəmənin adı dəqiq göstərilmişdir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsinin qərarı elan olunduğu gündən qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilməsi müddətini buraxmaqla apellyasiya şikayəti vermiş və müddətin buraxılması ilə bağlı üzrlü hesab edilə bilən səbəb qeyd etməmişdir. Məhkəmə kollegiyası bunu, həmçinin, birinci instansiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında Məhkum və onun müdafiəçisinin iştirak etməsini də nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğund an dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətin in bərpa olunmasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1946/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1946/2025
23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver