Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1947/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rasim Sadıxov (sədrlik edən və məruzəçi), Azər Paşayev və Novruz Kərimov) 31 yanvar 2023-cü il tarixli 1(101)-111/2023 nömrəli hökmü ilə, xx xxxxxx 1962-ci ildə Qubadlı rayonu, Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2mış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 144-1.2.1, 1441.2.2 və 144-1.2.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, CM-in 6 2-ci maddəsi tətbiq olunmaqla 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 24 may 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, Məhkum tamah məqsədi ilə şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Belə ki, Məhkum 2019-cu ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi tikilidə yaşayan Zərərçəkmiş şəxs2 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Aksaray şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 15 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Aksaray şəhərinə getmiş, Məhkum onu qarşıladıqdan sonra kirayə yaşadığı mənzildə yerləşdirməklə 17 noyabr 2019-cu il tarixdən 2020-ci ilin fevral ayının əvvəllərinədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Məhkum təkrarən 2020-ci ilin yanvar ayının əvvəllərində Sumqayıt şəhəri, İnşaat çılar qəsəbəsi, Betonzavod ərazisində məcburi köçkünlər üçün yataqxanada yaşayan Zərərçəkmiş şəxs3 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Aksaray şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra 17 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Aksaray şəhərinə getmiş, Məhkum onu qarşıladıqdan sonra kirayə yaşadığı mənzildə yerləşdirməklə 19 yanvar 2020-ci il tarixdən 2020-ci ilin fevral ayının əvvəllərinədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müq abilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Həmçinin, Məhkum təkrarən 2020-ci ilin yanvar ayının ortalarında ünvan 3 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Aksaray şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra 17 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Aksaray şəhərinə getmiş, Məhkum onu qarşıladıqdan sonra kirayə yaşadığı mənzildə yerləşdirməklə 19 yanvar 2020-ci il tarixdən 2020-ci ilin fevral ayının əvvəllərinədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Fərid Əyyubov və Emin Mehdiyev) 19 aprel 2023-cü il tarixli 1(103)-793/2023 nömrəli qərarı ilə Müdafiəçi3 apellyasiya şikayəti təmin edilməmiş, Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1,144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağ ır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum barəsində tətbiq olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin müddəaları hökmdən xaric edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1,144-1.2.2 və 144-1.2.41-ci maddələri ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qaldırılmış, cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2022-ci il tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı toplanmış və məhkəmədə araşdırılmış sübutlar təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1441.2.1, 144-1.2.2. və 144-1.2.4-1 maddələri ilə təqsirliliyini təsdiq etmir. Bundan əlavə zərərçəkmişlərin yenidən ifadələrinin alınması, eləcə də onlara məxsus mobil telefon nömrələrindən Türkiyə Respublikasına getməmişdən əvvəl və ya orada olduqları müddətdə məhkum edilmiş şəxsə edilmiş zəng, göndərilmiş SMS və digər məlumatların çıxarılması barədə vəsatətlərimiz məhkəmə tərəfindən təmin edilmədi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəinki zərərçəkmiş şəxslərin ziddiyyətli ifa dələri, ümumiyyətlə, müdafiə tərəfinin təqdim edilmiş sübutları qiymətləndirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılarkən məhkum edilmiş şəxsin təqsirsiz olmasına dair dəlillərə faktiki olaraq münasibət bildirilməmişdir. Qərarın məzmunundan məlum olur ki, məhkəmə yalnız ittiham tərəfinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin guya qanunsuz tətbiq edilməsindən verdiyi apellyasiya protestinə baxmışdır. Protestin təmin edilməsinə dair məhkəmənin dəlilləri əsassızdır. Belə ki, Məhkum yaşlıdır, xx xxxxxx 1962-ci ildə anadan olub, ağır ürək xəstəliyindən əziyyət çəkir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ay rı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni süb utlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır, qərar mümkün olmayan sübutlara əsaslanır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutu lmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 144-1-ci maddəsində insan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi hərəkətləri başa düşülür. Həmin hərəkətlərin iki və ya daha çox şəxs barəsində, təkrar və insan alveri qurb anları Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədilməsi ağırlaşdırıcı tövsifedici əlamətlər qismində çıxış edir və əməlin Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə tövsif edilməsinə səbəb olur. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək insan alveri məqsədi ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təsdiq olunur. Bundan başqa nəzərə alınmalıdır ki, cinayət-prosessual qanunvericiliyin (CPM-in 349.5.12-ci mad.) tələblərinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolundan isə görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəx s3 məhkəmə iclasında dindirilmiş və məhkəmələr məhkumun ona qarşı sürülmüş ittihamda təqsirli olmasına dair nəticəyə gələrkən məhz həmin zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri əsas götürmüşlər. Məhkəmə iclasında zərərçəkmiş şəxslərin dindirilməsi cinayət-prosessual qanunvericiliyinin tələlərinə uyğun keçirilmiş, hər hansı bir qanunun pozuntusuna yol verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdikləri ifadələri mötəbər və mümkün olmayan sübutlar kimi qiymətləndirilməsi barədə kassasiya şikayətinin dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası Məhkum əməlinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticənin iş materiallarına, o cümlədən sübutlar ın məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. İş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutl ara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsas lanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin digər dəlili məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətlərinin təmin olunmaması və əsassız rədd olunmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız o lmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 144-1.2.1, 1441.2.2 və 144-1.2.4-1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Mə hkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2023-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 19 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1947/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1947/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver