Məhkəmə qərarları › İş №1(102)-1947/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1947/2025

15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1947/2025 15.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 2024-cü il 28 avqust tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (X10) 2024-cü il 23 may tarixli, 1(008)88/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1992-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2020-ci il tarixli hökmü cinayətlərin məcmusu üzrə cəzalarının toplanması hissəsində dəyişdirilərək, qəti olaraq 2 il 6 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-in 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin 1(032)-62/2023 nömrəli, 4 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi r ejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 4 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs da azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxslər apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X1 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə 2024-cü il 28 avqust tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hökm təqsirləndirilən şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqa məlum olmayan “Rövşən” adlı şəxs və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobildə səyyar qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olan “Poz-Qazan” lotereya biletlərinin satıldığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Yolu şossesində yerləşən “Bolmart” marketin qarşısına gəlmiş, birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, əmlak sahibi və digər şəxslər tərəfindən yaxalanmaqdan sığorta olunmaları üçün avtomobili bir qədər kənarda və mühərriki işlək vəziyyətdə saxlayıb müşahidə aparmış, şə xsiyyəti istintaqa məlum olmayan şəxs isə avtomobildən düşərək səyyar qaydada "xxxx" ASC-yə aid olan “Poz-Qazan” lotereya biletlərini satan Zərərçəkmiş şəxs yaxınlaşaraq guya 50 manatlıq əskinazı olduğunu və iki ədəd «10 manatlıq» nominaldakı biletləri almaq istədiyini bildirərək, Zərərçəkmiş şəxs pulu xırdalamasından ötrü yaxınlıqda yerləşən “Topaz” mərc oyunları ofisinə girməsindən istifadə edərək sonuncunun mülkiyyətində olmaqla xüsusi quraşdırılmış masanın üzərinə müvəqqəti nəzarətsiz qoyduğu 95 ədəd, hər biri 9 manat 40 qəpik, cəmi 893 manat dəyərində «10 manatlıq» nominalındakı lotereya biletlərini götürüb gizli talayaraq oradan uzaqlaşmaq istəyərkən, Zərərçəkmiş şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsin əməllərini görüb, təqib etməklə arxası ilə qaçmasından ifşa olunacaqlarını və planlaşdırdıqları gizli talama cinayətini həyata keçirə bilməyəcəklərini dərk edərək gizli talamaya yönəlmiş hərəkətlərini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən açıq talama cinayətinin törədilməsinə yönəldib, bu hərəkətlərini inadla davam etdirərək əmlakını geri tələb edən Zərərçəkmiş şəxs məhəl qoymayaraq sonuncunun gözü qarşısında ələ keçirdiyi həmin lotereya biletlərini əynində olan gödəkcəsinin sol cibinə qoyub onun, həmçinin cinayət qrupunun digər üzvləri Təqsirləndirilən şəxs və “Rövşən” adlı şəxsin birgə gözlədikləri hadisə yerinin yaxınlığında mühərriki işlək vəziyyətdə olan avtomobilə tərəf qaçarkən, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin təqib olunduğunu görüb avtomobilin arxa sağ qapısını açaraq tez bir zamanda avtomobilə daxil olmasına şərait yaratması və Təqsi rləndirilən şəxs avtomobilini həmin anda hərəkətə gətirməsi ilə özgənin əmlakı olan 95 ədəd, hər biri 9 manat 40 qəpik, cəmi 893 manat dəyərində «10 manatlıq» nominalındakı lotereya biletlərini açıq talayıb ələ keçirərək avtomobillə hadisə yerindən uzaqlaşıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 893 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən soyğunçuluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətində ona təyin edilən cəza ilə razı olmadığını və cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin olunmasını və cəzanın yüngülləşdirilməsinə köməklik göstərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında i ştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 avqust tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının n əticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun kassasiya şikayətinin məzmunundan görünür ki, məhkum ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdir ilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətində məhkumun təqsirsizliyi məsələsi irəli sürülməsə də məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkuma bəraət verilməsi üçün h ər hansı hüquqi və faktiki əsas mövcud deyil və məhkumun CM-in 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir və həmin əsaslandırma apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxs iyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, CM-in 65-ci maddəsinin tələblərinə uyğun olaraq onun təqsirli bilindiyi maddənin sanksiyasının mümkün olan ən aşağı həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28.8.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə, Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Res publikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2024-cü il 23 may tarixli, 1(008)-88/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 avqust tarixli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə, Məhkum aid hissədə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar