Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1948/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cin ayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əliyev Fikrət Hüseyn oğlu (sədrlik edən), X18 oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə) 16 dekabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1976-cı ildə Quba rayonu, Xaroşa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikasının Zərərçəkmiş şəxs "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində "Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 311.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4cü maddələrinə əsasən ona təyin olunmuş cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılmış və ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəza çəkmə müddətinin əvvəlinin 19 oktyabr 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə işin icraatına xitam verilməsi, xx.xx.2022-ci il tarixli BP M**********28 №-li ödəniş tapşırığına əsasən həmin tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 12.874,15 manat (on iki min səkkiz yüz yetmiş dörd manat on beş qəpik) məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Zərərçəkmiş şəxs hesabına keçirilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), İsmayılov Azər İbrahim oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) 3 may 2023-cü il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-334/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-334/2022 saylı, 16 dekabr 2022-ci il ta rixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. Hökmdən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinməsi, ona Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə cəza təyin edilməsi və Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən həmin cəzanın Azərbaycan Respublikası CMin 311.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəzanın müəyyən edilməsi barədə müddəalar çıxarılmışdır. Məhkum verilmiş ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə olan hissəsi ittihamdan xaric edilmişdir. Məhkum üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 311.1-ci maddələri irəli sürülmüş ittihama əsasən, o, Azərbaycan Respublikasının Zərərçəkmiş şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə 31 yanvar 2020-ci il tarixli 18 nömrəli əmrlə “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilərək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilməklə Zərərçəkmiş şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin tabeliyindəki tibb müəssisələrində qüv vədə olan “Tibb müəssisəsinin rəhbərinin nümunəvi vəzifə Təlimatı”na və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin İdarə Heyətinin 31 yanvar 2020-ci il tarixli 01 nömrəli iclas protokolu ilə təsdiq edilərək 25 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** nömrə (VÖEN) ilə dövlət qeydiyyatına alınmış “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Nizamnaməsinə əsasən, tibb müəssisəsinin işini, inzibati-təsərrüfat fəaliyyətini təşkil etmək, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini, o cümlədən, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək, işçilərin, şöbələrin və bütövlükdə tibb müəssisəsinin keyfiyyət göstəricilərinin artı rılması üçün müvafiq tədbirlər görmək kimi səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi tibb müəssisəsinin gəlirlərinin artırılması, dövlət büdcəsindən və ya yerli büdcədən ayrılmış vəsaitlərin təyinatı üzrə və səmərəli xərclənməsi, Zərərçəkmiş şəxs tərəfindən müəyyən edilmiş qaydada işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardımın və mükafatların verilməsinin təmininə cavabdeh şəxs olmaqla, xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikasının Zərərçəkmiş şəxsnə məxsus olmaqla ona etibar edilmiş əmlakın hüquqazidd və əvəzsiz olaraq başqa şəxslər in xeyrinə yönəldilməklə israf etmə yolu ilə talanmasından ibarət cinayətkar niyyətini həyata keçirməkdən ötrü müəssisənin saxlanılması və fəaliyyət istiqamətləri üzrə funksiyalarının icra edilməsi məqsədilə dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına formalaşan maliyyə vəsaitləri üzərində malik olduğu sərəncam vermək səlahiyyətlərini həyata keçirərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarının 1.1-ci bəndində nəzərdə tutulmuş yeni növ koronavirus (Covid-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan tibbi profila ktik tədbirləri həyata keçirən işçilərin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavənin müəyyən olunması qaydasından irəli gələn məsələlərin həll edilməsi üçün “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2019-cu il tarixli 877 nömrəli Fərmanının 1.12.4.2.7-ci “İslahatlarla bağlı xərclər” yarımbəndinə və “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2020-ci il tarixli 1975 nömrəli Sərəncamına uyğun olaraq, Azərbay can Respublikasının dövlət büdcəsindən və Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Zərərçəkmiş şəxsnə ayrılmaqla “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən aylar üzrə Agentliyə təqdim edilən sifarişlər əsasında aidiyyəti üzrə həmin tibb müəssisəsinin "xxxx" ASC-in Qusar rayon filialında mövcud olan AZ06AİİB******************** saylı hesablaşma hesabına köçürülərək təyinatı üzrə sərf olunması ona etibar edilmiş maliyyə vəsaitləri barəsində qanunsuz sərəncam verib, xəstəxana üzrə qəbul etdiyi 01 mart 2020-ci il tarixli, 29 nömrəli əmrlə yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunmuş işçilərin əməyinin ödənilməsi haqqında 01 aprel 2020-ci il tarixli 45 nömrəli əmrə əsasən, 2020-ci ilin mart ayı üzrə tərtib olunmuş qrafik əsasında şəxslərin işlədikləri günə görə hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında vəsait əvəzinə, artıq -5 misli miqdarında olmaqla, müxtəlif məbləğdə, o cümlədən, Yoluxucu xəstəliklər şöbəsinin təsərrüfat bacısı Şahid3 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 663,27 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.105,44 manat olmaqla, 442,17 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xadiməsi Şahid4 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 663,27 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.105,44 manat olmaqla, 442,17 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xadiməsi Şahid5 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 663,27 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.105,44 manat olmaqla, 442,17 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xadiməsi Şahid6 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 663,27 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.105,44 manat olmaqla, 442,17 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xadiməsi Şahid7 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 663,27 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.105,44 manat olmaqla, 442,17 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin bufetçisi Şahid8 işlədiyi 16 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 637,39 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.062,32 manat olmaqla, 424,93 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xəstələrə qulluq edən kiçik tibb bacısı Şah id9 Talib qızının işlədiyi 10 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 414,54 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 690,90 manat olmaqla, 276,36 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, xəstəxana üzrə qəbul etdiyi 31 may 2020-ci il tarixli 104 nömrəli əmrə əsasən, 2020-ci ilin aprel ayı üzrə tərtib olunmuş qrafik əsasında Yoluxucu xəstəliklər şöbəsinin xadiməsi Şahid4 işlədiyi 26 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.036,35 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.727,25 manat olmaqla, 690,90 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xadiməsi Şahid5 işlədiyi 26 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.036,35 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.727,25 manat olmaqla, 690,90 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xadiməsi Şahid6 işlədiyi 26 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.036,35 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.727,25 manat olmaqla, 690,90 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xadiməsi Şahid7 işlədiyi 26 gün üçün hes ablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.036,35 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.727,25 manat olmaqla, 690,90 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid9 Talib qızının işlədiyi 26 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.036,35 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.727,25 manat olmaqla, 690,90 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, xəstəxana üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli, 85 nömrəli əmrə əsasən, 2020-ci ilin aprel ayı üzrə tərtib o lunmuş qrafik əsasında Təcili və X6 şöbəsinin xadiməsi X1 işlədiyi 14 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 135,82 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında - cəmi 181,10 manat olmaqla, 45,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Təcili və X6 şöbəsinin xadiməsi Şahid11 işlədiyi 14 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 135,82 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında - cəmi 181,10 manat olmaqla, 45,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Təcili və X6 şöbəsinin xadiməsi Şahid12 işlədiyi 14 gün üçün hesablanmalı olan aylıq vəzifə (t arif) maaşının 3 misli miqdarında, yəni cəmi 113,19 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında - cəmi 150,92 manat olmaqla, 37,73 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Təcili və X6 şöbəsinin xadiməsi Şahid13 işlədiyi 14 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 158,47 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında - cəmi 211,29 manat olmaqla, 52,82 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Təcili və X6 şöbəsinin xadiməsi Şahid14 işlədiyi 14 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 135,82 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 4 misli miqdarında - cəmi 181,10 manat olmaqla, 45,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, xəstəxana üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli, 120 nömrəli əmrə əsasən, 2020-ci ilin may ayı üzrə tərtib olunmuş qrafik əsasında Yoluxucu xəstəliklər şöbəsinin xadiməsi Şahid5 işlədiyi 19 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.005,41 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi675,69 manat olmaqla, 670,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xadiməsi Şahid6 işlədiyi 19 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.005,41 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.675,69 manat olmaqla, 670,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xadiməsi Şahid7 işlədiyi 19 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.005,41 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.675,69 manat olmaqla, 670,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid9 Talib qızının işlədiyi 19 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.005,41 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə ( tarif) maaşının 5 misli miqdarında - cəmi 1.675,69 manat olmaqla, 670,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid15 işlədiyi 19 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 1.005,41 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 1.675,69 manat olmaqla, 670,28 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, xəstəxana üzrə qəbul etdiyi 06.2020-ci il tarixli 125 nömrəli əmrə əsasən, 2020-ci ilin iyun ayı üzrə tərtib olunmuş qrafik əsasında Yoluxucu xəstəliklər şöbəsinin təsərrüfat bacısı Şahid3 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqd arında, yəni cəmi 561,36 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 935,60 manat olmaqla, 374,24 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xadiməsi Şahid5 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 591,94 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 988,55 manat olmaqla, 396,61 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xadiməsi Şahid6 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 591,94 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşı nın 5 misli miqdarında - cəmi 988,55 manat olmaqla, 396,61 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xadiməsi Şahid7 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 546,40 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 912,51 manat olmaqla, 366,11 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin bufetçisi Şahid8 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 539,38 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında cəmi 899,10 manat olmaqla, 359,72 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid9 Talib qızının işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 546,40 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında cəmi 912,51 manat olmaqla, 366,11 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyni niyyətlə, Yoluxucu xəstəliklər şöbəsinin xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid15 işlədiyi 13 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 669,98 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında cəmi 1.118,92 manat olmaqla, 448,94 manat artıq əmək haqqı ödənişi üzrə vəsait, həmçinin, eyn i niyyətlə, xəstəxana üzrə qəbul etdiyi xx.xx.2020-cİ il tarixli 203 nömrəli əmrə əsasən, 2020-ci ilin iyul ayı üzrə tərtib olunmuş qrafik əsasında Yoluxucu xəstəliklər şöbəsinin xəstələrə qulluq edən kiçik tibb bacısı Şahid15 işlədiyi 8 gün üçün hesablanmalı olan aylıq vəzifə (tarif) maaşının 3 misli miqdarında, yəni cəmi 331,34 manat əmək haqqı ödənişi üzrə vəsait əvəzinə aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında - cəmi 552,72 manat olmaqla 221,38 manat artıq əmək haqqı ödənişi üzrə vəsaitin, ümumilikdə üzrə qeyd edilən qaydada cəmi 12.874,15 manat (on iki min səkkiz yüz yetmiş dörd manat on beş qəpik) məbləğində pul vəsaitinin hesablanaraq həmin şəxslərin adına "xxxx" ASC-in Qusar filialında açılmış kart hesablarına köçürülüb qeyd edilən şəxslər tərəfindən Qusar rayonu ərazisində olan ayrı-ayrı bankomatlardan çıxarılaraq şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, Azərbaycan Respublikasının Zərərçəkmiş şəxsnə məxsus olmaqla ona etibar edilmiş cəmi 12.874,15 manat (on iki min səkkiz yüz yetmiş dörd manat on beş qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə dövlətin pandemiya ilə əlaqəli əmək şəraitində çalışan işçilərin sosial müdafiəsini gücləndirməklə pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən əksepidemik tədbirlərin səmərəliliyinin artırılması istiqamətində dayanıqlılığın təmin edilməsi üçün ayrılmış vəsaitlərin düzgün istifadəsinin zəruriliyində ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi Azərbaycan Respublikasının Zərərçəkmiş şəxs ilə “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs arasında bağlanmış “Tibbi xidmətlərin göstərilməsi haqqında” 15 may 2020-ci il tarixli 017/TXM nömrəli müqaviləyə əsasən, xəstəxana tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olmayan ödənişli tibbi xidmətlərin göstərilməsi müqabilində toplanan pul vəsaitlərinin "Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxslə “Azərbaycan Beynəlxalq Bankı" ASC-in Quba filialı arasında bağlanmış “Hüquqi şəxslərə bank hesablarının açılması və xidmət göstərilməsi üzrə” 13 dekabr 2019-cu il tarixli BPM**********89 nömrəli müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş bank tərəfindən müştəriyə hesablaşma-kassa xidmətlərinin göstərilməsi haqqında razılaşmaya görə, xəstəxanaya məxsus olmaqla "xxxx" ASC-nin Quba filialında açılmış AZİİBAZ******************** nömrəli hesablaşma hesabına mədaxil olunmasını təmin etməli olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, xəstəxana tərəfindən ayrı-ayrı şəxslərə ödənişli tibbi xidmətlərin göstərilməsi ilə əlaqədar xəstəxananın xəzinəsinə daxil olan, Az ərbaycan Respublikası Zərərçəkmiş şəxsnə məxsus olmaqla səlahiyyətləri daxilində ona etibar edilmiş maliyyə vəsaitlərini vahid niyyətlə mənimsəyərək tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq götürüb öz mülkiyyətinə keçirməyi qərara alaraq, “Tibb müəssisəsinin rəhbərinin nümunəvi vəzifə Təlimatı”na və "Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Nizamnaməsinə əsasən, tibb müəssisəsinin rəhbəri qismində tabeliyində çalışan şəxslər üçün icrası məcburi olan əmr, sərəncam və göstərişlər vermək hüququndan cinayətkar niyyətinin icrasını asanlıqla başa çatdırmaqdan ötrü istifadə edib, ölkə ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının geniş yayılması ilə əlaqədar tətbiq edilmiş sanitar-karantin tədbirləri çərçivəsində bilavasitə bank tərəfindən hesablaşma-kassa xidmətlər inin göstərilməsinin müvəqqəti dayandırıldığı 18 iyun 2020-ci il tarixdən 23 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ödənişli tibbi xidmətlərin göstərilməsinə görə ayrı-ayrı şəxslər tərəfindən ödənilən pul vəsaitlərini qəbul edən cinayətdən xəbərsiz “Qusar rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin Maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı Şahid16 və sonuncunun üzrlü səbəblərdən işdə olmadığı dövrlərdə xəzinədar funksiyalarını müvəqqəti icra etmiş Xəstə xidmətləri şöbəsinin xəstə qəbulu bölməsinin cinayətdən xəbərsiz qeydiyyatçısı Şahid17 xəzinəyə daxil olan pul vəsaitlərinin bankdakı hesablaşma hesabına köçürülməsinin təmin olunması məqsədilə bütün vəsaitləri gündəlik heç bir rəsmiləşdirmə olmadan özünə təqdim etmələrinə dair bildirməsi ilə əlaqədar, həmin niyyətlə s onunculardan aldığı müxtəlif məbləğdə, o cümlədən, 2020-ci ilin iyun ayı ərzində 92 ədəd qəbz əsasında ödənilmiş cəmi 1.571 (bir min beş yüz yetmiş bir) manat, iyul ayı ərzində 316 ədəd qəbz əsasında ödənilmiş 6.672 (altı min altı yüz yetmiş iki) manat, avqust ayı ərzində 627 ədəd qəbz əsasında ödənilmiş 11.216,7 manat (on bir min iki yüz on altı manat yetmiş qəpik), sentyabr ayı ərzində 1.259 ədəd qəbz əsasında ödənilmiş 16.954,47 manat (on altı min doqquz yüz əlli dörd manat qırx yeddi qəpik), oktyabr ayı ərzində 626 ədəd qəbz əsasında ödənilmiş 9.129,74 manat (doqquz min bir yüz iyirmi doqquz manat yetmiş dörd qəpik), noyabr ayı ərzində 353 ədəd qəbz əsasında ödənilmiş 4.915 (dörd min doqquz yüz on beş) manat, dekabr ayı ərzində 171 ədəd qəbz əsasında ödənilmiş 3.368 (üç min üç yüz altm ış səkkiz) manat olmaqla, 2020-ci ilin iyun-dekabr ayları ərzində hər gün yenilənməsi nəzərə alınmaqla ‘T-dən başlayaraq müxtəlif nömrələri ehtiva edən cəmi 3.444 ədəd qəbz əsasında ödənilmiş 53.826,91 manat (əlli üç min səkkiz yüz iyirmi altı manat doxsan bir qəpik) məbləğində ödənişli tibbi xidmətlərin göstərilməsinə görə ayrı-ayrı şəxslər tərəfindən ödənilən pul vəsaitini ünvan 2 ünvanında yerləşən "Qusar rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin inzibati binasındakı xidməti otaqda təhvil alıb, cinayət əməlinin ifşa olunmasının qarşısını almaq və məsuliyyətdən yayınmaq məqsədilə həmin vəsaitdən xəstəxananın "xxxx" ASC-in Quba filialındakı AZİ İBAZ******************** nömrəli hesablaşma hesabına terminal vasitəsilə 24 avqust 2020-ci il tarixdə 19,7 manat (on doqquz manat yetmiş qəp ik), 2 sentyabr 2020-ci il tarixdə 19,7 manat (on doqquz manat yetmiş qəpik), 17 sentyabr 2020-ci il tarixdə 14,77 manat (on dörd manat yetmiş yeddi qəpik), 22 oktyabr 2020-ci il tarixdə 1,97 manat (bir manat doxsan yeddi qəpik), 26 oktyabr 2020-ci il tarixdə 14,77 manat (on dörd manat yetmiş yeddi qəpik) olmaqla, cəmi 70,91 manat (yetmiş manat doxsan bir qəpik) vəsaiti mədaxil edərək, qalan 53.756 (əlli üç min yeddi yüz əlli altı) manat məbləğində pul vəsaitini isə həmin hesaba mədaxil etməyib özünün şəxsi ehtiyaclarına sərf etməklə, Azərbaycan Respublikası Zərərçəkmiş şəxsnə məxsus olmaqla ona etibar edilmiş 53.756 (əlli üç min yeddi yüz əlli altı) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talam ış, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Zərərçəkmiş şəxs büdcəsinin düzgün icrasına nəzarət etməklə gəlir və xərclərinin mütənasib bölünməsi nəticəsində maliyyə planlaşdırmasının effektivliyinə nail olunmasının vacibliyi ilə əlaqədar qanunla qorunan mənafelərinə və publik hüquqi şəxs qismində malik olduğu əmlak hüquqlarına vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi tibb müəssisəsinin şöbə, bölmə və digər struktur qurumlarının işçilərinin əmək funksiyalarının vaxtında, tam həcmdə və keyfiyyətlə icra edilməsi üçün satınalan təşkila tın rəhbəri qismində malların (işlərin və xidmətlərin) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında dövlət vəsaiti hesabına satın alınmasını təşkil etməli olduğu halda, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət, yəni “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsinin stomatoloji kabinetinin xüsusi təyinatlı 5 (beş) çıxışlı stomatoloji kreslo ilə təchiz edilməsi üçün 4 oktyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasında özünə müraciət etmiş həkim-stomatoloq Şahid1 tibbi avadanlığın 2021-ci il üzrə kotirovka sorğusu üsulu ilə d övlət büdcəsinin vəsaiti hesabına satın alınması nəzərdə tutulan malların siyahısına daxil edilməsi müqabilində özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib Şahid1 razılığını aldıqdan sonra vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə 11 oktyabr 2021-ci il tarixdə cinayətdən xəbərsiz “Qusar rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin satınalma şöbəsinin müdiri Şahid2 xəstəxananın tender komissiyasının təxmini qiymətləndirməsinə görə, ehtimal olunan qiyməti 4.000 (dörd min) manat olan xüsusi təyinatlı 5 (beş) çıxışlı stomatoloji kreslonun Zərərçəkmiş şəxs İdarə Heyətinin sədri tərəfindən 1 iyun 2021- ci il tarixdə təsdiq edilmiş “Qusar rayon mərkəzi xəstəxanası üzrə 2021-ci ilin xərclər smetas fnda nəzərdə tutulmuş “311150 - Maşın və avadanlıqların alınması” maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət büdcəsindən xəstəxanaya ayrılmış ümumilikdə 49.000 (qırx doqquz min) manat məbləğində maliyyə vəsaiti hesabına satın alınacaq maşın və avadanlıqların siyahısına daxil edilməsi barədə tapşırıq verməklə kotirovka sorğusu elanının ‘‘www.etender.gov.az" portalına yerləşdirilməsini təmin edib, bunun müqabilində Şahid1 tələb olunan vəsaitin məbləğinin azaldılması barədə təklifini qəbul etməyərək, sonuncudan həmin gün, yəni 11 oktyabr 2021-ci il tarixdə "Qusar rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin inzibati binasında 1.000 (bir min) manat, 19 oktyabr 2021 -ci il tarixdə eyni ünvanda 1.000 (bir min) manat olmaqla, vahid niyyətlə maddi nemət olan cəmi 2.000 (iki min) m anat məbləğində pul vəsaitini özü üçün şəxsən birbaşa yolla rüşvət qismində almışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiya məhkəməsinin yekun qərarı ilə razı deyil. Həmin qərarda iş üzrə toplanılmış və araşdırılmış sübutlara, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərinə tam, obyektiv hüquqi qiymət verilməmişdir. Hesab edir ki, Məhkum əməli CM-nin 311.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə hökmündə araşdırılan sübutlarla təqsirləndirilən şəxsin hərəkətlərində rüşvət alma cinayətinin tərkib əlamətləri yoxdur. İş materiallarından məlum olur ki, həkim-stomatoloq Şahid1 “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin rəhbəri Məhkum müraciət edərək sözügedən tibbi avadanlığın alınmasının vacibliyini və istismarda olan avadanlığn artıq istismara yararsız olduğunu bildirmişdir. Məhkum vəzifə borcunu yerinə yetirərək tender komissiyasına stomatoloji kabinetin xüsusi təyinatlı 5 (beş) çıxışlı stomatoloji kreslo ilə təchiz edilməsi üçün tibbi avadanlıqların alınması siyahısına əlavə edilməsini xahiş etmişdir. Məhkum sözügedən tibbi avadanlığın alınmasını sifariş verərkən həkim-stomatoloq Şahid1la onun arasında avadanlığın alınması məqsədilə hər hansı bir razılıq və ya sövdələşmə olmamışdır. Bu xüsusat onların arasında aparılan danışıqlar yazılan videoçəkiliş də təsdiq edir. Videoçəkiliş zamanı onların arasında aparılan dialoqlarda stomatoloji kreslonun alınması üçün pul tələb olunması və ya təklif olunması və s. bu kimi ifadələr olmamışdır. Bundan başqa, birinci in stansiyada məhkəmə istintaqı zamanı həkim-stomatoloq Şahid1 sərbəst ifadəsində 2.000 (iki min) manatı yeni tibbi avadanlığın alınması üçün vermədiyini, əksinə yenisi alınanadək köhnə tibbi avadanlığın təmiri üçün verdiyini bildirmişdir. Lakin birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də onun ifadəsinin bu hissəsinə qiymət verməmişdir. Şahid1 ibtidai istintaq ifadələrindən və məhkəmə iclasında verdiyi ifadəsindən bəlli olur ki, Məhkum ondan yeni tibbi avadanlığın alınması üçün pul tələb etməmişdir. Belə olan halda Məhkum hərəkətlərini rüşvət cinayəti kimi qiymətləndirmək mümkün deyildir. Buna görə də. videoçəkilişlərə baxış protokolu da, özlüyündə Məhkum CM-in 311.1ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və onun yalnız bu protokola əsasən CM-i n 311.1-ci maddəsi ilə təqsirli bilinməsinə gətirib çıxara bilməz. Vəzifəli şəxsə pul verilməsi, hətta pulun verilməsi əməliyyat-axtarış tədbiri çərçivəsində və videoçəkiliş aparılmaqla verilsə və yayımlanmaqla mənfi ictimai fikir yaradılsa belə, rüşvət alma kimi qiymətləndirilməməlidir. Odur ki, Məhkum Şahid1 pul almasına dair faktlar rüşvət alma kimi qiymətləndirilməsi yolverilməzdir. Bundan başqa, Məhkum CM-in 179.3.2 və 308.2-ci maddələri ilə verilmiş ittihama görə Məhkum vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq publik hüquqi şəxs qismində malik olduğu əmlak hüquqlarına vahid niyyətlə mühüm və ağır nəticələrə səbəb olan zərər vurmaqla təkrarən vəzifə səlahiy yətlərindən sui-istifadə etmişdir. Bu ittihamlarla da razılaşmır, Məhkum hər hansı şəxslər üçün qanunsuz üstünlük əldə etməmiş, rəhbəri olduğu publik hüquqi şəxsin əmlak hüquqlarına mühüm və ağır nəticələrə səbəb olan zərər vurmamış, bu məqsədlə də vəzifə səlahiyyətlərindən suiistifadəyə yol verməmişdir. Belə ki, Məhkum pandemiya ilə əlaqədar qapanma dövründə publik hüquqi şəxsin fəaliyyət göstərdiyi rayonda deyil qonşu rayonda yerləşən bank hesabına əsaslı səbəblər üzündən vətəndaşlar tərəfindən ödənilmiş məbləğləri vaxtında ödəyə bilməmişdir. Lakin Maliyyə Nazirliyinin apardığı yoxlama nəticəsində həmin xüsusat aşkar göründüyündən Məhkum 2021-ci ilin əvvəllərində özünün seyfində saxladığ məbləği publik hüquqi şəxsin hesabına ödəmişdir. Bu hal cinayət işi başlanılmamışdan əvvəl baş vermiş dir. Ona görə də hesab edir ki, Məhkum əməllərində CM-in 179.3.2 və 308.2-ci maddələrinin də tərkib əlamətləri yoxdur. Lakin, apellyasiya instansiyası şikayəti qismən təmin edərək CM-in 308.2-ci maddəsi ilə olan ittihamı Məhkum ümumi ittihamından xaric olunması barədə qərar qəbul etmişdir. Bununla da qismən də olsa obyektiv qərar qəbul etmişdir. Bu obyektiv qərar həmin hissədə qane etsə də hesab edir ki, ümumilikdə yekun qərar tam obyektivliyi əks etdirmir. Məhkum elan edilən ittihamlar əsaslı şübhələr yaradır, yəni Məhkum verilmiş ittihamlar sübutlara deyil, fərziyələrə və ehtimallara söykənir. Buna görə də hesab edirik ki, əsaslı şübhələr olan və təsdiqini tapmayan ittihamlar üzrə Məhkumr təqsirsizlik prezumpsiyası pozulmaqla hərəkət və ya hərəkətsizliyinə tam, obyektiv hüquqi qiymət ver ilmədən qanunsuz olaraq məhkum olunmuşdur. Bununla da Məhkum fundamental azadlıq hüququ və ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Məhkəmələr işə baxarkən prosessual hüquq normalarını pozmaqla əsaslandırılmadan yekun nəticəyə gəlmişlər. Məhkəmə hökmü cəza ilə əlaqədar ədalətsiz olmaqla bu mövqeyini qanunda nəzərdə tutulan meyarlarla əsaslandırılmamışdır. Məhkəmə aktlarında cəza ilə əlaqədar qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Məhkum cəzasını yüngülləşdirən hallardır. Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Məhkum cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəli lik dərəcəsini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Məhkəmələr Məhkum cəza təyin edərkən CM-nin 41 və 58-ci maddələrinin tələblərinə zidd hərəkət edərək cəza təyin etmənin prinsiplərini pozmuşlar. Məhkum müsbət xarakterizə olunan, nümunəvi davranışı ilə cəmiyyətdə sayılıb-seçilən bir şəxsdir. Həmçinin, Məhkum əvvəllər məhkum olunmaması, onun bir vətəndaş kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaq xarakterli ümumi davranış qaydalarına vicdanlı münasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meyilli olmadığından xəbər verir və bunlar onun şəxsiyyətinin gerçək, diqqət əlayiq cizgiləridir. Məhkəmələr Məhkum təqsirli bilindiyi cinayət qanununun normalarına uyğun cəza təyin etməmiş, bununla əlaqədar cəza təyin etmənin ümumi prinsirlərinə əməl etməmişdir. Müdafiəçi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2023-cü il tarixli yekun qərarının ləğv edilməsi və Məhkum verilmiş ittihamlara bəraətverici əsaslarla xitam verilməsi barədə xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qə naətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə v ə ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayə tini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığını n şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirin i müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Müdafiəçinin kassasiya şikayətində Məhkum Cinayət Məcəlləsinin 311.1 və 179.3.2ci maddələri ilə təqsirlilik məsələsi, həmçinin təyin edilmiş cəza mübahisələndirilir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 311.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübut lara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum Cinayət Məcəlləsinin 311.1 və 179.3.2ci maddələri ilə təqsirli bilinməsi şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 311.1 və 179.3.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya məhkəməsinin göstərilən mövqeyini əsaslı sayan kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlill ərinə münasibətdə aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Məhkum maddi məsul vəzifəli şəxs kimi ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf edərək talamış, təkrarən ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin və hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafeləri nə mühüm zərər və ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində özü üçün şəxsən birbaşa yolla vahid niyyətlə maddi neməti rüşvət qismində istəməklə almışdır ki, onun bu hərəkətləri CM-in 311.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib hissəsini yaradır. Cinayət Məcəlləsinin 311.1-ci maddəsi rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə tək lif və ya vədi qəbul etməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur. Cinayət Qanununun mənasına görə rüşvət alma dedikdə, vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi üçüncü şəxsin xeyrinə göstərdiyi “xidmət” müqabilində ona verilən pulu, qiymətli kağızı, əmlakı və ya əmlak mənfəətini istəməsi, alması və ya maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsi başa düşülür. Rüşvət vəzifəli şəxsin səlahiyyətlərinə daxil olan, yaxud xidmət üzrə ümumi himayədarlıq və laqeydliyə görə verilir. Vəzifəli şəxsin səlahiyyətlərinin icrası ilə əlaqədar hər hansı hərəkəti (hərəkətsizlik) dedikdə, qanunla və ya əmək müqaviləsinə əsasən vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilmiş hərəkət və ya hərəkətsizlik başa düşülür. Beləliklə, r üşvət almaya CM-in 311-ci maddəsində verilən anlayışdan görünür ki, o, aşağıdakı əlamətlərlə xarakterizə olunur: -xidməti vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətlərinə aid hesab edilən hərəkətlərin (hərəkətsizliyin) yerinə yetirilməsinə görə rüşvət alma; -xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi himayədarlıq və laqeydliyə görə rüşvət alma; Ümumiyyətlə vəzifəli şəxsin rüşvət verənin mənafeyi üçün hərəkət etdiyi hərəkət (hərəkətsizlik) həm qanuni, həm də qanunsuz ola bilər. Qanunsuz hərəkət dedikdə, vəzifəli şəxsin öz qulluq səlahiyyətlərinə aid olmayan və ya xeyrinə iş görülən şəxs barəsində edilə bilməyən, yaxud qanunvericiliyə zidd olan fəaliyyəti nəzərdə tutulur.(CM-in 311.2-ci mad.). Cinayət işi üzrə müəyyən edilən hallara və toplanmış sübutların, o cümlədən şahid ifadələrin in müqayisəli təhlilinə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikasının CPM-nin 143146-cı maddələrinin tələblərinə əməl edərək, sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, yekun məhkəmə qərarı qəbul etməklə, Məhkum CM-in 311.1-ci maddəsi ilə təqsirli bilməklə yanaşı, CM-nin 179.3.2-ci maddəsi üzrə törətmiş əməl nəticəsində dəymiş zərərin ödəməklə zərərçəkmiş şəxslə barışmasına, dövlət büdcəsinə vurulmuş zərərin müvafiq hissəsi üzrə ödəniş etməsinə görə cinayət məsuliyyətindən azad etməklə həmin hissə üzrə işin icraatına xitam verilməsi qənaətinin əsaslı olması, eyni zamanda məhkum edilmiş şəxsin ittiham üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı təqsirli bilinmə si nəticəsi üzrə cinayət qanunu normasını səhv təfsir etməklə tətbiq edilməsi nəticəsinə gəlmişdir. Buna görə də şəxsin öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə tövsif edilməli olduğundan əməlin əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə tövsif edilməsinə zərurət aradan qalxdığından məhkəmə kollegiyası hesab edir ki, ittiham hökmü dəyişdirilməklə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinməsi, ona Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə cəza təyin edilməsi və Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən həmin cəzanın Azərbaycan Respublikası CM-nin 3 11.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəzanın müəyyən edilməsi barədə müddəalar hökmdən çıxarılmaqla, Məhkum verilmiş ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə olan hissəsi ittihamdan xaric edilmişdir. Məhkum edilmiş şəxsə qarşı irəli sürülmüş ittihamın əsassızlığı və bəraət verilməli olması ilə bağlı dəlillər üzrə məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin göstəridiyi xüsusatlar iş materialları üzrə toplanmış sübutların müqayisəli təhlil edilməklə əlaqəli şərh edilmiş, onların müqayisəli təhlili nəticəsində cinayətin törədilməsində təqsiri istisna edilən halların olmadığından, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum bəraət verilməsi üçün əsaslar olmadığı qənaətinə gəlmişdir. Bütün qeyd edilənlər kassa siya məhkəmə kollegiyasına belə bir nəticəyə gəlməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirliliyinə dair işin faktiki hallarına uyğun olan düzgün hüquqi nəticəyə gəlmiş və kassasiya şikayətində iddia edildiyi kimi əsassız məhkum edilməmişdir. Belə ki, işin müəyyən edilmiş halları ilə ziddiyyət, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri, işdə olan sənədlərlə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilərək onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətindən yaxa qurtarmağa, cinayət məsuliyyətlərini yüngülləşdirməyə yönə lmiş cəhdləri kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum CM-in 311.1 və 179.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma CM-in 311.1 və 179.3.2-ci maddələri ilə bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin CM-in 311.1 və 179.3.2-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun təqsirsiz olması barədə kassasiya şikayətində iddia olunanların əksinə olaraq göstərilən nəticə apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yox lama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsi rləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkə mə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməli dir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənədd ə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətl əri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdə n göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların (zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi) və cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq CM-in 311.1-ci maddəsi ilə təyin edilmiş cəzanı əsaslı saymış, ittih am hökmünü dəyişdirilməklə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinməsi, ona həmin maddə ilə cəza təyin edilməsi və Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən həmin cəzanın Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti cəzanın müəyyən edilməsi barədə müddəaları hökmdən çıxarılmaqla, Məhkum verilmiş ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə olan hissəsini ittihamdan xaric etmişdir. Kassasiya məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddini islah təsiri baxımından mütənasib saymaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsi nin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçiril məsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə c əzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını kifayət qədər nəzərə almışlar. Kassasiya şi kayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində yüngülləşdirilməsi zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun. Belə olan halda məhkəmə kollegiyası Məhkum təyin olunmuş cəzanın ağır olması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və kassasiya şikayətinin təmin edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqları nın pozulması halları müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün CPM-in 416- cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respub likası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1948/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1948/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver