Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1949/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bunda n sonra mətndə CMnin) 178.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs CM-in 178.4-cü maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli, 1(103)-264/2023 nömrəli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 3 yanvar 1968-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Şahid7 küçəsi ev 16, mənzil 14-də pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə əvvəldən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə tanışı Təqsirləndirilən şəxs ailə sürücüsü olduğu Zərərçəkmiş şəxs inam və etibarını qazandıqdan sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq Zərərçəkmiş şəxs bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyi şmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, Azərbaycan Respublikasının bütün banklarında onu təmsil etməyi, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyi şdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, onun adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyin etibar edilməsi səlahiyyətləri üzrə 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda Zərərçəkmiş şəxs tərəfindənöz adına 20 illik müddətə etibarnamə sənədinin rəsmiləşdirilməsinə nail olduqdan sonra Məhkum və Təqsirləndirilən şəxs sonuncuya Zərərçəkmiş şəxs etibar etdiyi həmin səlahiyyətlərdən özlərinin xeyrinə sui-istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək barədə aralarındakı cinayətkar razılaşmadan irəli gələrək həmin et ibarnamə əsasında Zərərçəkmiş şəxs gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edən Təqsirləndirilən şəxslə birlikdə Zərərçəkmiş şəxs məxsus, "Kapitol” firmasının ünvan 2 ünvanında İnşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Zərərçəkmiş şəxs adına alınmış, həmin binanın 2-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 137.4 kvadratmetr ümumi sahəyə malik, 2019-cu ilin fevral ayına orta bazar qiyməti ilə dəyəri 232.714 manat 40 qəpik təşkil edən üç otaqlı 105 nömrəli mənzili “Kapitol” firmasında 04 fevral 2019-cu il tarixdə Zərərçəkmiş şəxs adından əvvəlcə müqavilə sənədi üzrə öz adına satılmasının rəsmiləşdiriiməsinə nail olmuş, bundan sonra Məhkum öz adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 08 a prel 2019-cu il tarixdə **********39-05301-093109 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi əldə etməklə həmin mənzili Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 avqust 2019-cu il tarixdə Bakı şəhəri 53 saylı Notariat ofisində rəsmiləşdirilmiş alqısatqı müqaviləsi əsasında Şahid6 sataraq Təqsirləndirilən şəxslə birlikdə əldə etdikləri pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 232.714 manat 40 qəpik məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 1(101)-175/2022 nömrəli hökmü ilə (hakimlər Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər X5 və X2 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalında həbsə alınması, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 28 oktyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, iş üzrə mülki iddiaçı X3 mülki iddiasının baxılmamış saxlanılması və ona gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi hökm edilmiş, hökmlə həmçinin digər məhkumun təqsirlilik məsələsi və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Hökmdən narazı qalan məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X8, məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin və eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayətləri verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli, 1(103)-264/2023 nömrəli qərarı ilə (hakimlər X9 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə) məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X8, məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin və eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apel lyasiya şikayətlərinin təmin edilməməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 1(101)-175/2022 nömrəli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Qərardan Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
7. Məhkum kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik aktlarına istinadlar edərək göstərmişdir ki, o, ittiham üzrə özünü təqsirli bilmir, Təqsirləndiri lən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməmiş, kimisə, o cümlədən, Zərərçəkmiş şəxs aldatmaq niyyəti olmamış və aldatmamışdır.
8. Həmçinin, kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən işin bütün faktiki hallarının araşdırlmasına lazımi diqqət yetirilməmiş, cinayəti həqiqətən törətmiş şəxslər məsuliyyətə cəlb edilməmiş, faktiki eyni mənzili ikinci dəfə ona satan Kapitol firmasının əməkdaşı Şahid2 əməlinə düzgün hüquqi qiymət verilməmiş, həmçinin, mülki mühakimə icraatı qaydasında həll edilməli olan mübahisə dələduzluq kimi qiymətləndirilərək əsassız və qanunsuz ittiham hökmü çıxarılmışdır.
9. Bununla da, Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416. 1.2, 416.1.3 və 416.1.6-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli, 1(103)-264/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya baxışına qaytarılması və barəsində bəraət hökmü çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Həmçinin, Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin dəlilləri qismində göstərmişdir ki, Məhkum həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ona AR CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, Təqsirləndirilən şəxs 2018-2019-cu illərdə 25.000 manat borc verdiyini, 20.500-nü aldığını, qalanının isə hələ də Şahində qaldığını bildirmiş, istintaq zamanı Təqs irləndirilən şəxs onun barəsində verdiyi ifadənin düzgün olmadığını, adına sənədləşdirilib satılmış mənzilin pulundan ona verilmədiyini, həmin mənzilin Şahinin dediyinə görə dayısına məxsus olduğunu göstərmişdir. Eyni zamanda, məhkəmə istintaqı zamanı ifadəsində və sənədlərin tədqiqi zamanı verilən suallara cavabında Təqsirləndirilən şəxs həqiqətən də Məhkum barəsində ibtidai istintaqda verdiyi ifadələrin onun sözləri olmadığını, onları müstəntiqin yazdığını, ifadələrini oxumadığını, müstəntiqin istədiyi vəkili dəvət etdiyini, ona isə zərərçəkmişlərin yüksək vəzifəli şəxslər tərəfindən tapşırıldıqlarını, buna görə də ona vəkil lazım olmadığını, mənzilin satışında əldə edilən puldan Məhkum vermədiyini, əldə edilən pulları Zərərçəkmiş şəxs verdiyini göstərmişdir.
11. Kassasiya şikayətinin müəllifi həmçinin qeyd edir ki, istintaq zamanı Məhkum ailə üzvləri, ona elan edilmiş ittihamın saxta olmasını sübut edəcək şahidlər, o cümlədən, mənzilin satış pulundan 180.000 manat pulu notariusun depozit hesabından bilavasitə götürmüş Əliyeva Nigarın dindirilməmiş, birinci instansiya məhkəməsi onların vəsatətinə baxmamışdır.
12. Kassasiya şikayətində göstərilmişdir ki, baxılan işdə birinci instansiya məhkəməsi maddi və prosessual cinayət hüquq normalarını və mövcud məhkəmə praktikasını nəzərə almamış, toplanmış sübutlar ayrı-ayrılıqda və məcmu halında təhlil edilməmiş, istintaqın gəldiyi səhv nəticəni olduğu kimi hökmə, apellyasiya məhkəməsi isə qərara köçürərək, prosessual pozuntulara yol verərək, Məhkum ifadələrini yoxlamadan, verilmiş vəsatətlər əsaslandırılmadan təmin edilməyərək, ədalətsiz və qanunsuz olaraq hesab etmişdir ki, gua Məhkum qəsdən AR CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Hesab edir ki, Məhkum əməlində nəinki cinayət tərkibinin, hətta inzibati məsuliyyət yarada biləcək xətanın belə əlamətləri yoxdur.
13. Belə ki, Məhkum elan edilmiş ittiham qeyri-dəqiq, qərəzli, həm istintaq materialları ilə təsdiq olunmayan, həm də həqiqiliyi məhkəmə istintaqı zamanı dindirilən şəxslərin ifadələri və elan edilən işdəki sənədlərlə tam təkzib olunan söz yığınından ibarətdir. Həmin söz yığınının təsdiqi ilə bağlı istintaqın heç bir sübutu olmamışdır, yoxdur və qeyd olunduğu kimi məhkəmə istintaqında da dindirilən şəxslərin ifadələri və elan edilmiş sənədlər bunu bir daha sübut edir. Bundan əlavə, apellyasiya məh kəməsinin qərarında məhkumların əməllərinin cinayət olmasını aradan qaldıran halların olmaması qeyd edilsə də, eyni fakt üzrə müstəntiqin 21 yanvar 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərarı olmuşdur.
14. Bununla da, Məhkum müdafiəçisi də kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.6-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli, 1(103)-264/2023 nömrəli qərarının Məhkum aid hissədə ləğv edilərək ona bəraət verilməsini xahiş etmişdir.
15. Verilmiş kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.
16. Qərardan dövlət ittihamçısı t ərəfindən kassasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayətləri verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 ayrı-ayrılıqda kassasiya şikayətlərini müdafiə edərək, onların dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətlərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər
19. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət Prosessual Mə cəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
20. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
21. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
22. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
22. Məhkum və onun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətlərində birinci instansiya məhkəməsinin hökmü ilə məhkum barəsində qanunsuz və əsassız ol araq ittiham hökmü çıxarılmasına, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Məhkum təqsirsizliyini təsdiq edən halların nəzərə alınmadığını, nəticədə haqsız olaraq barəsində ittiham hökmünün çıxarılmasına məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum qarşı irəli sürülmüş ittiham üzrə cinayət hadisəsi olmadığından barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbi t olunmuş hallarla əlaqələndirmişdir.
23. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi qəbul edib və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli, 1(103)-264/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
24. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
25. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməkl ə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
26. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
27. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin ci nayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
28. Cinayət Prosessual Məcəllənin 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
29. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair Məhkum və onun müdafiəçisinin arqumentləriini əsassız hesab edir.
30. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
31. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
32. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsi nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
33. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdi q olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
34. Kollegiya qeyd edir ki, Məhkum və onun müdafiəçisinin kassasiya şikayətlərinin dəlilləri qismində Məhkum ittiham oldunduğu cinayət əməlində cinayət hadisəsinin mövcud olmaması, eyni zamanda eyni fakt üzrə xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar olması, lakin məhkəmələr tərəfindən həmin məsələlərə hüquqi qiymət verilməməsi qeyd edilsə də, istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də, həmin hökm ilə gəlinmiş nəticələrin doğruluğunu və mötəbərliyini təsdiq edən apellyasiya instansiyası məhkəməsinin qərarında həmin məsələlərə cinayət işi materia llarında öz əksini tapan sübutların hərtərəfli, tam və obyektiv tədqiqinə əsasən hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri belə söyləməyə əsas verir ki, müdafiə tərəfi fikri daha çox Məhkum təqsirsizliyinə, onların cinayət təqibini istisna edən inandırıcı və “ağlabatan” hallara deyil, prosessual məsələlərə yönəltməklə ittihamı şübhə altına almağa çalışmışdır. 35 Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr Məhkum müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərind ə isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
36. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
37. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmi n edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli, 1(103)-264/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs CM-in 178.4-cü maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli, 1(103)-264/2023 nömrəli qərarı Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.