Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1949/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 fevral 1(103)169/2024 tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 27 oktyabr tarixli, 1(101)-1041/2023 nömrəli hökmü ilə (sədrlik edən C.Hüseynov, hakimlər E.İsmayılov və S.Hüseynovdan ibarət tərkibdə), xx xxxx 1976-cı il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evlihimayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yerilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi hökm edilmişdir. Hökmdən Dövlət ittihamçısı2 apelyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Fərid Əyyubov və Emin Mehdiyevdən ibarət tərkibdə) 2024-cü il 28 fevral tarixli, 1(103)-169/2024 nömrəli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli hökmü ləğv edilmiş, ünvan 1 ünvanında keçirilən baxış və götür mə zamanı evin həyətində olan əl damında ağ və göy rənglərdən ibarət karton qutunun içərisində 1 (bir) ədəd sarı rəngli sellofan bükümdə, 1 (bir) ədəd üzərinə «Winston» yazılmış siqaret qutusunun içərisində 7 (yeddi) ədəd sarı rəngli sellofan bükümdə, ümumilikdə 08 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,721 qram, 0,705 qram, 0,694 qram, 0,410 qram, 0,380 qram, 0,373 qram, 0,303 qram və 15,158 qram olmaqla ümumi təmiz çəkisi 18,744 qram külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 1 (bir) ədəd üzərinə «LD» yazılmış siqaret qutusunun içərisində 1 (bir) ədəd kiçik ölçülü polietilen paketdə təmiz çəkisi 0,815 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 (bir) ədəd ağ və göy rənglərdən ibarət qutunun içərisində səthində narkotik vasitə heroinə məxsus izlər olan gümüşü rəngli elektron tərəzinin aşkar edilməsi” ilə bağlı hissə sübuta yetirilmədiyindən ittihamdan xaric edilməklə, Məhkum həmin hissədə təqsirsiz hesab edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılsın, Məhkum üzərində qəti olaraq 6 (altı) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, t əqsirləndirilən Məhkum barəsində "həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbs edilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və s. əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Məhkum 2022-ci ilin sentyabr ayında naməlum mənbədən və naməlum şəraitdə satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda 18,744 qram çəkidə narkotik vasitə heroini, 73,653 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 0,815 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşımış və yaşadığı ünvanda saxlamış, 04 noyabr 2022-ci il tarixdə, saat 10:20-də ünvan 1 ünvanın yaxınlığında Binəqədi Rpİ 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıldıqdan sonra yaşadığı ünvan 1 ünvanında keçirilən baxış və götürmə zamanı evin həyətində olan əl damında ağ və göy rənglərdən ibarət karton qutunun içərisində 7 ədəd şəffaf sellofan bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 4,083 qram, 4,190 qram, 4,149 qram, 4,168 qram, 4,160 qram, 4,166 qram, 4,089 qram, 01 (bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 1,869 qram və 1 (bir) ədəd göy və qırmızı rənglərdən ibarət polietilen torbada təmiz çəkisi 42,779 qram olmaqla ümumi təmiz çəkisi 73,653 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd sarı rəngli sellofan bükümdə, 1 (bir) ədəd üzərinə «Winston» yazılmış siqaret qutusunun içərisində 7 (yeddi) ədəd sarı rəngli sellofan bükümdə, ümumilikdə 08 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,721 qram, 0,705 qram, 0,694 qram, 0,410 qram, 0,380 qram, 0,373 qram, 0,303 qram və 15,158 qram olmaqla ümumi təmiz çəkisi 18,744 qram külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 1 (bir) ədəd üzərinə «LD» yazılmış siqaret qutusunun içərisində 1 (bir) ədəd kiçik ölçülü polietilen paketdə təmiz çəkisi 0,815 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd ağ və göy rənglərdən ibarət qutunun içərisində səthində narkotik vasitə heroinə məxsus izlər olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hər əkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, MƏHKUMUN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində polisi əməkdaşlarının onun evinə saat 9-a İşləmiş və ya 9-a qalmış gəldiyini qeyd etsə də, müdafiə tərəfinin təşəbbüsü ilə ifadə vermiş, məhkəmənin də gəldiyi nəticənin əsaslandırılmasında istinad etdiyi şahidlərin, X6 və X1 ifadələrində polis əməkdaşlarının Məhkum evinə hansı tarixdə gəlməsi ilə bağlı hər hansı bir müddəaya rast gəlinmir. (İİ cild (məhkəmədə açılan cild) 5 may 2023-cü İl tarixlij protokol). Habelə təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşlarının onun evinə gəldiyi vaxt tək olmasını, həyat yoldaşının işə, övladlarının isə məktəbə getdiyini bildirsə də, iş üzrə müdafiə tərəfinin təşəbbüsü ilə ifadə vermiş, məhkəmənin də gəldiyi nəticənin əsaslandırılmasında istinad etdiyi şahid, X6 ifadəsində "özünün polis əməkdaşlarına yaxınlaşmasını, Məhkum həyat yoldaşının işdə olması və Məhkum aparacaqları təqdirdə uşaqlarının evdə tək qalacaqlarını deməsini, axşam həyat yoldaşı gəldikdən sonra Məhkum aparmalarını xahiş etməsini” qeyd etmişdir ki, həmin xüsusat Məhkum tutulma şəraiti ilə bağlı (evdə hər hansı bir şəxsin olmaması şəraitində polis əməkdaşlarının onun evinə daxil olması) ifadəsində qeyd etdiklərinə tənqidi yanaşılmasını tələb edən xüsusat idi. (İİ cild (məhkəmədə açılan cild) 5 may və 6 oktyabr 2023-cü il tarix li protokollar). Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsində "polis əməkdaşlarının onun boynuna narkotik vasitə qoymaq istəməsi, boynuna almağı tələb etməsi" şəraitində məcbur qalıb “evində saxladığı narkotik vasitəni onlara verə biləcəyini deməsi" ilə bağlı xüsusatlar üzrə qeyd edilməlidir ki, həmin ifadədə qeyd edilən hallar özü bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, ifadəni nəzərdən keçirdikdə müəyyən edilir ki, təqsirləndirilən şəxs bir halda polis əməkdaşları tərəfindən ona işgəncə verilərək ona aid olmayan narkotik vasitənin ona aid olması ilə bağlı etirafedici məzmunlu izahat və ifadə verməsini tələb edilməsini bildirmiş, digər halda isə işgəncələrin təsiri altında özünün evində saxladığı narkotik vasitəni polis əməkdaşlarına verə biləcəyini qeyd etmişdir ki, həmin hal özülüyündə ziddiyyətlidir. Həmçinin təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən evdən çıxarılması zamanı qonşuların onun başından qan axmasını gördüyünü qeyd etsə də, qeyd edilən xüsusatın təsdiq edilməsi zərurəti ilə bağlı müdafiə tərəfinin təşəbbüsü ilə ifadə vermiş şahid X2 ifadəsi qeyd edilən xüsusat ilə bağlı hər hansı bir məlumat yükü daşımır. (İİ cild (məhkəmədə açılan cild) 5 may və 6 oktyabr 2023-cü il tarixli protokollar) Habelə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ilk ifadələrində hadisəni görmüş şəxslərin dairəsini yalnız ailə üzvləri və kirayəşini ilə məhdudlaşdırsa da, Sədəf Mirzəliyeva və Xazangül Rüstəmova barəsində sonradan xx.xx.2023-cü il tarixli məhkəmə iclasında məlumat vermiş, həmin şahidlərin poli slərin onu döyən zaman gördüyünü bildirmiş və məhkəmə tərəfindən həmin hal özünü müdafiə taktikası kimi qiymətləndirilməmiş, təqsirləndirilən şəxsin səmimi ifadələri kimi qiymətləndirilmişdir. Qeyd edilən hüquqi nəticə ağlabatanlıqdan xeyli uzaq olmaqla, qeyd edilən halın təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə birlikdə, qarşılıqlı təhlil edilməsini tələb edirdi. Ümid edir ki, qeyd edilən hal yuxarı məhkəmənin diqqətindən yayınmayacaqdır. Bundan əlavə, məhkəmənin təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmalı olduğu hallardan biri də ondan ibarət olmalı idi ki, təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində əldə etdiyi narkotik vasitəni evində saxlaması barədə məlumatın özü tərəfindən polis əməkdaşlarına verildikdən sonra polis əməkdaşlarının evinə baxış keçirildiyini bildirsə də, ifadəsinin davamında “sanki əvvəlcəğən narkotikin yerini bilirmişlər kimi «yuxarını aç, orada narkotik vasitə var, onu götürək çıxıb gedək» məzmunlu fikirlər səsləndirmişdir. Beiə ki, narkotik vasitənin yeri barədə təqsirləndirilən şəxs tərəfindən bu barədə məlumatı olmayan polis əməkdaşlarına verilmiş informasiya əsasında həyata keçirilmiş baxış zamanı narkotik vasitənin aşkar edilməsi şəraitində həmin narkotik vasitənin yeri barədə polis əməkdaşlarının əvvəldən hansı məlumata sahib ola biləcəyi sual doğurmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən bir daha nəzərdən keçirilməli hal olması ehtimalı yüksəkdir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında verdiyi ifadəsinin həm də ona görə mötəbər (o cümlədən səmimi) q əbul edilməsi yolverilməzdir ki, özünün ifadəsində o, narkotik vasitənin avtomobilinə müştəri kimi əyləşmiş şəxsə məxsus olmasını qeyd etsə də, həmin müştəri barədə məlumatlar ona məlum olmalı olsa da, həmin müştəri barədə məlumatları məhkəməyə təqdim etməmişdir. Qeyd edilən hal təqsirləndirilən şəxsin təqsirsizliyinin sübuta yetirilməsində əhəmiyyətli xüsusat olsa da, təqsirləndirilən şəxs tərəfindən həmin məlumatların məhkəmə istintaqına təqdim edilməməsi, həmin xüsusatın araşdırılması ilə bağlı hər hansı bir cəhd edilməməsi özlüyündə belə bir müştərinin olmaması ilə bağlı qənaətə gəlməyə əsas idi və məhkəmə tərəfindən təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi qeyri-səmimi ifadələri həmin xüsusatların ağlabatanlılıqla təqsirləndirilən şəxs tərəfindən özünün müdafiəsi ilə bağl ı onun dəlilləri kimi nəzərdən keçirilməsini tələb edirdi. Təqsirləndirilən şəxsin işgəncələrə məruz qalması ilə bağlı məhkəmənin gəldiyi nəticənin əsaslandırılmasında sübut kimi istinad edilmiş şahidlərin - X6 və X1 ifadələri ilə bağlı qeyd edilməlidir ki, əvvəla, həmin şəxslər maraqlı şəxslər, yəni təqsirləndirilən şəxsin qonşuları, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin mənafeləri lehinə qərar qəbulunda bu və ya digər formada maraqlı şəxs olmuşlar ki, onların ifadələri iş üzrə mötəbər sübut mənbəyi kimi qəbul edilə bilməz, CPM-in şahidlə bağlı normalarının ruhu ondan İbarətdir ki, şahid iş üzrə marağı olmayan şəxs olmalı, tərəf olmamalıdır ki, hazırki iş üzrə həmin şahidlər şahidə məxsus olan bu əlamətlərdən məhrumdur. {İİ cild (məhkəmədə açılan cild) 6 oktyabr 2023-cü il tarixli pr otokol) Həmçinin qeyd edilən şəxslərin şahid qismində verdiyi ifadələri ona görə sübut kimi istisna edilə bilməz ki, həmin ifadələr hadisədən uzun zaman, təxminən 1 ilə yaxın müddət sonra verilmiş, bu zaman məhkəmə tərəfindən şahidlərin yaşı nəzərə alınmaqla, hadisədən uzun müddət keçdikdən sonra iş üzrə əhəmiyyət kəsb edən hallardan xəbərdar olması vəziyyəti təhlil edilməli idi. Bununla yanaşı məhkəmə baxışı zamanı dindirilmiş X3 ifadəsində polisi əməkdaşlarının Məhkum aparılması zamanı ona xəsarət yetirilməsi, o cümlədən Məhkum həminj vaxt üzündən qan gəlməsi ilə bağlı hər hansı bir ifadə verməmişdir ki, əgər belə bir hal baş vermiş olsa idi, bu hal insanın şüurunda psixoloji olaraq həkk olunmalı və məhkəmə baxışı zamanı Sədəf Mİrzəliyeva tərəfindən qeyd edilməli olan hal olmalı idi ki, belə bir ifadənin olmaması özlüyündə reallıqda Məhkum qarşı poliş əməkdaşlarının zorakılıq etməməsinin göstəricisidir. (İİ cild (məhkəmədə açılan cild) 6 oktyabr 2023-cü il tarixli protokol) O cümlədən qeyd edilməli olan haldır ki, şahid qismində məhkəmə istintaqına dəvət edilmiş Sədəf Mİrzəliyeva və Xazangül Rüstəmovanın dindirilməsi haqqında qərar qəbul edərkən məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur ki, belə vəziyyətdə əldə edilmiş sübutlar özü-özülüyündə etibarsız olmaqla bərabər məhkəmənin çıxardığı yekun qərarında əsasında duran təməl arqumentlərdən ola bilməzdi. Belə ki, təqsirləndirilən şəxsin müdafiəçisinin təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasını bilavasitə təsdiq edən şahidlər Sədəf Mİrzə liyeva, Xazangül Rüstəmova, Aşafatma Kazımovanın məhkəmə iclasına əlavə şahid qismində dəvət edilib dindirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli vəsatəti məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında müzakirə edilmiş, məhkəmə vəsatətin əsassız olması ilə bağlı nəticəyə gələrək həmin vəsatətin rədd edilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmənin həmin nəticənin əsaslandırılmasında motivi ondan ibarət olmuşdur ki, təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində qeyd edilən şəxslərin adlarını çəkməmişdir. (İİ cild (məhkəmədə açılan cild) 7 iyul 2023-cü il tarixli protokol) Buna baxmayaraq xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında müdafiə tərəfi eyni şəxslərin, eyni əsaslarla məhkəmə iclasına dəvət edilməsi ilə bağlı yenidən vəsatət vermiş, vəsatət verə rkən hər hansı bir yeni dəlil gətirməmiş, məhkəmə isə hər hansı bir əsaslandırma həyata keçirmədən, həmin vəsatətin təmin edilməsi barədə nəticəyə gəlmişdir. (İİ cild (məhkəmədə açılan cild) 15 sentyabr 2023-cü il tarixli protokol) Məhkəmə öz hökmündə cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə təqsirləndirilən şəxs Məhkum ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı sənədlərlə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri arasında ziddiyyətli məqamlar olmasını, əməliyyat məlumatının Şahid2 daxil olmasını, bu barədə rəsmiləşdirmənin sonuncu tərəfindən tərtib edildiyini, lakin məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində Məhkum barədə əməliyyat məlumatının xatırlamadığı vaxtda Şahid1 daxi l olduğunun göstərilməsini qeyd etmişdir. Tədqiq edilən sənədlərdən görünür ki, əməliyyat məlumatı Binəqədi RPİ-nin 7-ci PBin CA xəti üzrə əməliyyat müvəkkili Şahid2 daxil olmuş, bu barədə 4 noyabr 2022-ci il tarixli raport sonuncu tərəfindən tərtib edilmiş, «əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında» eyni tarixii qərar əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş, «əməliyyat qrupunun yaradılması haqqında» eyni tarixli protokol, Məhkum saxlanılıb Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilməsi haqqında raport yenə də əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib edilmişdir. İş üzrə əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilməmiş, lakin bu vəzifə ona həvalə edilmədiyi vəziyyətdə, əməliyyat müvəkkili Şahid2 tərəfindən protokol tərtib edilməklə əməliyyat qrupu təşkil edil miş və Binəqədi RPİ-in 7-ci PB-nin sahə inspektoru Şahid1 təşkil olunan həmin qrupa daxil edilmişdir. (İ cild iş vərəqəsi 3-54) Dövlət ittihamçısı göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 fevral tarixli, 1(103)-169/2024 nömrəli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışıma təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Yaqut Əliyeva çıxış edərək kassasiya protestinin təmin olunmasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 fevral tarixli hökmün ləğv edilməsini və işin yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum və müdafiəç isi Müdafiəçi3 kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya protestinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 fevral tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olma yan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəy yən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini həll edir. Dövlət ittihamçısı məhkumun əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ko nstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cin ayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin t əmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə məhkumun və onun müdafiəçisinin, çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi, apellyasiya instansiya məhkəməsində hazırkı cinayət işi üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş, eləcə də o, polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmış və bədəni üzərində çoxsaylı xəsarətlər aşkar edilmişdir. İş üzrə keçirilmiş “Məhkəmə tibb ekspertizası”nın rəyindən də görünür ki, həqiqətən də təqsirləndirilən şəxsin bədəni üzərində çoxsaylı döyülməyə xarakterik xəsarətlər mövcuddur. Lakin təqsirləndirilən şəxs barəsində tutma protokolu tərtib edilmiş və həmin protokolda da təqsirləndirilən şəxsin bədəni üzərində xəsarətlərin olmasına dair heç bir qeydiyyat aparılmamışdır. Eyni zamanda, təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən bu xəsarətlər aşkar edilmiş, təqsirləndirilən şəxs polislər tərəfindən döyüldüyünü bildirmiş və bu barədə prokurorluğa məlumat verilmişdir. Dövlət ittihamçısı kassasiya protestində faktiki olaraq sübutların qiymətləndirilməsi məsələsində məhkəmələrin cinayət işinin başlanmasının rədd edilməsi haqqında q ərardan asılı olduqlarını iddia edərkən CPM-in normalarının tələblərini nəzərə almamış və bu zaman cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla nə kimi faktiki halların müəyyən edildiyinə, qərarda faktiki hallar və hüquqi məsələlər üzrə çıxarılan nəticələrin inandırıcılığına, aparılmış araşdırmanın onun səmərəliyini və nəticələrin inandırıcılığını təmin edə biləcək dərəcədə keyfiyyətli olub-olmamasına əhəmiyyət verməmişdir. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız m əhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran prokurorluq orqanlarının, o cümlədən öz mövqeyini işgəncə (pis rəftar) barədə iddiaların araşdırılmış olması kimi dəlillə əsaslandıran dövlət ittihamçısının vəzifəsidir. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başlıca tələb odur ki, tutulmuş şəxsdə onun polisin nəzarəti altında oldu ğu müddətdə yaranması ehtimal olunan xəsarətlərin müəyyən edilməsi işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfindən araşdırılmasını labüd edir və eyni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara səmərəli araşdırma mexanizmlərinə malik olmasını ehtiva edir. Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı iş”də Konvensiyanın 3cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gələrkən belə nəticə üçün əsas yaradan hal kimi xüsusilə onu qeyd etmişdir ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalma sı barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, səmərəli rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istinaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə səmərəsiz olacaqdır və bəzi hallarda, Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəzarəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etmişdir ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. Eynilə, “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, Dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər Dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır”. Araşdırmanın adekvatlığı və səmərəliliyini təmin etməli olan şərtlər barədə fikirlərini isə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı iş”də belə ifadə etmişdir: “Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olun an araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir” (qərarın 52-ci bəndi). Qərarın 53-cü bəndində isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən, inter alia hadisəni görmüş şahidlər in dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar”. Kassasiya protestində istinad olunan, dövlət ittihamçısının qənaətinə görə CPM-in 65.1-ci maddəsinə əsasən məhkəmələrin Məhkum barəsində cinayət işi üzrə sübutların qiymətləndirilməsi zamanı rəhbər tutmalı olduqları Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 dekabr 2022-ci il tarixli qərarına yuxarıda gətirilən Avropa Məhkəməsinin hüquqi mövqeləri əsasında baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab vermədiyi və bu baxmından hazırki iş üzrə çıxarılmış yekun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün yetərli və inandırıcı dəlil olmadığı müəyyən edilir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qeyd olunan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 dekabr 2022-ci il tarixli qərardan deyil, müvafiq sübutlara, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının məktubuna, məhkəmə-tibbi ekspertizasının rəyinə, bu materiallarla uzlaşan Məhkum və şahidlərin verdiyi məlumatlara əsasən müəyyən etdikləri faktdan – Məhkum polis əməkdaşları tərəfindən saxlanıldığı dövrə təsadüf edən xəsarətlərin olmasından, ittiham tərəfinin isə məhkəmədə (o cümlədən, Bakı şəhəri Binəqədi rayon prokurorluğunda səthi aparılmış “araşdırma” nəticəsində çıxarılmış qərarla) Məhkum üzərində olan həmin xəsarətlərin polisin nəzarətində olduğu müddətdə deyil, ona qədər yetirildiyini təsdiq edən dəlillər gətirə bilməməsindən, eyni za manda Avropa İnsan Hüquqları Məhkəməsinin şərh olunan məsələ üzrə formalaşmış presedent təcrübəsindən çıxış edərək Məhkum saxlanıldıqdan sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə məhkəməyədək icraatda üzərindən aşkar olunmuş narkotik vasitə ilə bağlı etirafedici izahatı, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarındakı ifadələri verməsi haqqında nəticəyə gəlib, həmin sübutları, eləcə də şəxsi axtarış və götürmə aparılması haqqında protokoldakı məlumatları qəbul etməkdən imtina etməsi və cinayət işində qeyd olunan narkotik vasitənin böyük əksəriyyətinin Məhkum aidiyyətini mötəbərliliklə təsdiq edən sübutlar mövcud olmadığına görə onun əməlini CM 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi haqqında nəticəyə gəlməsi CPM-in 33-cü maddəs inin, habelə sübutlar və sübutetməyə dair digər normalarının (o cümlədən CPM-in 125, 143-146-cı maddələrinin) pozulması ilə əldə olunmuş qənaət kimi qiymətləndirilə bilməz. Ali Məhkəmə Plenumun “Məhkəmə hökmü haqqında” Qərarının 27-ci bəndinə əsasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri bax ımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkum hər hansı bir təsir, təzyiq, ləyaqəti alçaldan rəftar, işgəncə altında hər hansı bir ifadə verməyə məcbur edilirsə, bu əlamətlərin olmasını təsdiq edən cüzi bir əlamət həmin etiraf ifadəsinin etibarlılığını sarsıdır. Bundan əlavə, təqsirləndirilən şəxsin müdafiə hüququ səmərəli şəkildə təmin edilmədən hər hansı istintaq hərəkəti aparılırsa, müdafiəçinin formal mövcudluğu şəxsin müdafiəçisinin olması anlamını vermir. Səmərəli müdafiə hüququnun təmin edilməsi cinayət işinin materiallarından açıq-aydın şəkildə görünməlidir. Hüquqlarını müdafiə etdiyi şəxsin bədəni üzərində xəsarətləri görən müdafiəçi buna susursa burada hər hansı müdafiədən söhbət gedə bilməz. Apellyasiya istansiyası məhkəməs i düzgün olaraq bu pozuntuları nəzərə almış, gəldiyi nəticələri Qanunvericiliyin tələblərinə uyğun şəkildə əsaslandırmış, yalnız mötəbər sübutlara istinad etməklə Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzalanmalı olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırmanı təkrarlamayaraq onunla razılaşır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassızdır və təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kas sasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 28 fevral tarixli, 1(103)-169/2024 nömrəli hökmü dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1949/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1949/2024
27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver