Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-195/2019 29.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102) 195/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 29 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi X4 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hök mü ilə MəhkumAzərbaycan Respublikası CM-nin 206.2, 234.1 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2018-ci il tarixli qərarından Məhkum Sabura tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmü ilə (hakimlər: Salmanov Rahib Vaqif oğlu (sədrlik edən), Bayramov Mayıl Abbas oğlu və Orucov Azər Kəlpəli oğlundan ibarət tərkibdə) Qazaxıstan Respublikası vətəndaşı, 23 yanvar 1984-cü il tarixdə İran İslam Respublikasının Qorqan şəhərində anadan olmuş, ailəli, orta təhsilli, çilingər işləmiş, ünvan 1-da qeydiyyatda olmuş Məhkum Sabura, Azərbaycan Respublikası CM-in 206.2, 234.1 və 240.3.2-ci m addələri ilə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, CM-nin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdinbəyov Abid Kamil oğlu (sədrlik edən və məruzəçi), Səfərov Rizvan Kamal oğlu və Məmmədov Qail Fazil oğlundan ibarət tərkibdə) 15 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2018-ci il tarixli qərarından Məhkum Sabura kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Sabura 19 fevral 2017-ci il tarixdə İran İslam Respublikasının Qorqan şəhərində istintaqa məlum olmayan mənbədən bir ədəd üzərində «METHADONE 25» sözləri yazılmış şüşə qabda şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibindəki metadon narkotik vasitəsinin miqdarı 0,3 qram təşkil edən 300 ml həcmdə metadon məhlulunu satış məqsədi olmadan qanunsuz olaraq və 1 ədəd şüşə qabda külli miqdarda, tərkibindəki tramadolun təsiredici maddəsinin miqdarı 7,8 qram təşkil edən narkotik vasi tələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrə aid 39 ədəd tramadol həblərini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, müşayiət etdiyi qara rəngli çantanın içərisində şəxsi əşyalarının arasında yerləşdirib saxlamış, daşımış və 21 fevral 2017-ci il tarixdə saat 17:25 radələrində J2 8018 saylı Tehran-Bakı-Aktau aviareysi ilə Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Məhkum Sabura 19 fevral 2017-ci il tarixdə İran İslam Respublikasının Qorqan şəhərində istintaqa məlum olmayan mənbədən bir ədəd üzərində «METHADONE 25» sözləri yazılmış şüşə qabda şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibindəki metadon narkotik vasitəsinin miqdarı 0,3 qram təşkil edən 300 ml həcmdə metadon məhlulunu satış məqsədi olmadan qanunsuz olaraq və 1 ədəd şü şə qabda külli miqdarda, tərkibindəki tramadolun təsiredici maddəsinin miqdarı 7,8 qram təşkil edən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrə aid 39 ədəd tramadol həblərini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, müşayiət etdiyi qara rəngli çantanın içərisində şəxsi əşyalarının arasında yerləşdirib saxlamış, daşımış və 21 fevral 2017-ci il tarixdə saat 17:25 radələrində J2 8018 saylı Tehran-Bakı-Aktau aviareysi ilə Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından. Kassasiya şikayətinin dəlilləri: Məhkum Sabura kassasiya şikayətini onunla əsaslandırmışdır ki, avtomobil qəzası keçirdiyindən oynaqlarında yaranmış ağrılara görə müalicə məqsədilə həkim tərəfindən yazılmış tramadol həblərini qanuni yolla İran İslam Respublikasın da əldə etmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanunu nun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum törətdiyi cinayət əməli məhkəməyə təqdim edilmiş yazılı sübutlar, şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır.. Kassasiya şikayətində göstərilən məhkumun təqsirsizliyi barədə dəlillər, birinci instansiya məhkəməsində də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş apellyasiya şikayətinin məzmununda də göstərilmiş və həmin dəlillərin əsalılığı birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən yoxlanılaraq hüquqi qiymət verilmişdir. Cinayət işinə birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışı zamanı, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının, cinayət və cinayət-prosessual qanunların pozulması halları müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 6452 saylı, 17 mart 2017-ci il ta rixli kompleks-məhkəmə fiziki və kimyəvi ekspertizası rəyindən müəyyən olunur ki, metadon hazırda qüvvədə olan 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya(xüsusi razılıq) tələb olunan prekursorların siyahısı”na əsasən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr (Siyahı11, sıra-6) siyahısına daxildir. Digər kiçik ölçülü şüşə qabdakı 34 ədəd ağ rəngli həblər zavod üsulu ilə hazırlanmaya uyğun tramadol dərman preaparatıdır. Tramadol dərman preaparatları 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin siyahısına” (1 saylı əlavə) daxildir. Metadon məhlu lunun həcmi-290 ml, tramadol həblərinin sayı 34 ədəd olmuşdur. Məhkəmələr tərəfindən Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmiş, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almışdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-195/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-195/2019
29.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver