Məhkəmə qərarları › İş №1(102)-195/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-195/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-195/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlunun iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarı ilə isə Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Əsədov X19 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi O.M.Məmmədli tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1981-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər Cəlilabad Rayon Məhkəməsinin 22 dekabr 2005-ci il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə islah işləri cəzasına, Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2007-ciil tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Nərimanov Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli hökmü ilə CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cəlilibad Rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarxli hökmü ilə CM-nin 221.3 və 322.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2018-ci il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 09 (doqquz) ay müddətədək endirilmiş, 08 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bili nərək, CM-nin 228.4-cü maddəsi il 8 (səkkiz) ay müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum istintaqla müəyyən edilməyən vaxta və mənbədən bir ədəd soyuq silah hesab edilən bıçağı və satış məqsədi ilə külli miqdarda 1(bir) ədəd bükümdə təmiz çəkisi -5,876 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 03 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad şəh əri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək Cəlilabad RPŞ-yə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarının arxa hissəsindən 1 (bir) ədəd bıçaq və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən “Viceroy” markalı siqaret qutusunda olan şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə təmiz çəkisi 5,876 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi O.M.Məmmədli tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Abdullayev İlkin Qism ət oğlundan ibarət tərkibdə) 20 iyul 2022-ci il tarixli qərarı ilə müdafiəçinin apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum CM-nin 228.4 və 234.4.3cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ittiham olunduğu cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilərək ona həmin maddə əsasında 2 (iki) il 6 (altı) ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən isə həmin cəza hökmlə CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən sax lanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protesti və Məhkum müdafiəçisi O.M.Məmmədli kassasiya şikayəti verərək hər ikisi həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonar mətndə CPM-nin) bir sıra maddələrinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa, Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına istinad edən dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun qaydada tədqiq etməmiş, Məhkum özünümüdafiə xarakterli ifadələrinə tənqidi yanaşmamış, həmin ifadələri digər sübutlarla müqayisəli şəkildə düzgün qiymətləndirmə miş, onun üzərindən aşkar edilərək götürülmüş 5,876 qram çəkidə heroinin külli miqdarından 2,938 dəfədən, şəxsi istehlak miqdarından isə 39,17 dəfə çox olmasını nəzərə almamış, apellyasiya instansiyası məhkəməsi bu hala da qiymət verməmiş və nəticədə məhkum olunmuş şəxsin cinayət əməli isə əsassız olaraq CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmişdir. Halbuki, Məhkum üzərindən götürülmüş narkotik vasitənin külli miqdarda olması onun həmin narkoik vasitəni məhz satış məqsədilə əldə edərək saxlayıb daşımasına dəlalət edir. Məhkəmə bu nəticəyə gələrkən iş üzrə toplanmış obyektiv və mötəbər sübutlara deyil, yalnız öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib onu əsassız olaraq cinayət məsuliyyətindən kənar qoymuşdur. Kassasiya protestində şərh olunan dəlil lərə əsaslanaraq dövlət ittihamçısı İ.H.Əsədov həmin protestin təmin edilməsini xahiş edir. Müdafiəçi O.M.Məmmədli kassasiya protestinə etiraz verərək həmin protestin təmin edilməməsini xahiş etmişdir. Sübutların toplanmasına, araşdırılmasına və sübutetməyə dair CPM-nin müvafiq normalarına, təqsirsizlik prezympsiyasına, ədalətli məhkəmə araşdırması hüququna həsr olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının, digər qanunvericilik aktlarının və beynəlxalq qanunvericiliyin tələblərinə, Məhkum ifadələrinə və digər sübutlara istinad edən müdafiəçi O.M.Məmmədli kassasiya protestinə etirazla yanaşı Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarından kassasiya şikayəti də vermiş və həmin şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası mə hkəməsinin sözügedən qərarı tamamilə əsassızdır ona görə ki, Məhkum narkotik vasitələrin qanunsuz dövryyəsi ilə məşğul olmasına dair cinayət əməlini törətməsi mötəbər sübutlarla təsdiq edilməmiş, o, CM-nin 234.4.3-cü maddəsi ilə əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, onun saxlanılması, polis şöbəsinə gətirilməsi ilə bağlı işin halları düzgün müəyyən edilməmiş, polis şöbəsində isə təzyiqlərə və zorakılığa məruz qalsa da, yenə də özündə cəsarət tapıb dəfələrlə verdiyi ifadələrində bildirmişdir ki, üzərindən guya aşkar edilib götürülmüş narkotik vasitələr əslində ona məxsus olmamış və həmin narkotik vasitələr onun cibinə polis əməkdaşı Şahid1 tərəfindən qoyulmuşdur. Məhkum bu ifadələrini təkzib edən sübutlar isə istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında əld ə edilməmiş, apellyasiya instansiyası məhkəməsi də heç bir sübutu tədqiq etmədən və mötəbər sübutlara əsaslanmadan, həmin sübutlara düzgün qymət vermədən yalnız hüquqlarını müdafiə etdiyi şəxsin qanunsuz olaraq ittiham olunduğu əməli CM-nin 234.1-ci maddəsinə tövsif etməklə kifayətlənmişdir. Halbuki həmin məhkəmənin əsaslandığı sübutlar da qanun pozuntuları ilə əldə edilmiş, ilkin araşdırma zamanı Məhkum təzyiqlərə və zorakılığa məruz qalmış, hətta sonuncunun 03 oktyabr 2021 ci il tarixdə saxlanılması və polis şöbəsinə aparılması halı düzgün müəyyən edilməmiş, onun cinayət təqibinin bütün mərhələlərində verdiyi ifadələr ibtidai araşdırma orqanı ilə yanaşı məhkəmələr tərəfindən də özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirilsə də, bu ifadələr toplanmış başqa sübutlarla təkzib olunma mışdır. Müdafiəçinin qənaətinə görə, belə olan halda onun hökmdən verdiyi apellyasiya şikayəti təmin edilməli və şübhəli sübutlar Məhkum xeyrinə həll edilməklə onun barəsində CM-nin 234.4.3-cü maddəsi ilə bəraət hökmü çıxarılmalı idi. Müdafiəçi həmçinin qeyd edir ki, iş üzrə polis əməkdaşlarının qanunsuz hərəkətlərinə və qərarlarına da adekvat hüquqi qiymət verilməmiş və bu yolverilməz sübutlar da məhkəmə aktlarının əsasına qoyulmuşdur. Şəhr olunan dəlillərə əsaslanaraq müdafiəçi onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə və kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkə məyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi O.M.Məmmədlinin rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə və kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi O.M.M əmmədlinin kassasiya şikayətinin və dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestinin məzmunundan göründüyü kimi, kassasiya müraciətlərinin müəllifləri öz müraciətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulmasını, onun çıxarıdığı qərarının əsasını yolverilməz sübutlar təşkil etməsini, dövlət ittihamçısı isə həmçinin Məhkum əməlinin düzgün tövsif edilməməsini iddia edərək həmin həmin məhkəmə tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında kassasiya tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestini və müdafiəçi O.M.Məmmədlinin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu mü raciətlərlə əlaqədar cinayət işinin materiallarını və həmin iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni ci nayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfin dən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin cinayət kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual stat usa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli, yaxud da təqsirsiz bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Kassasiya müraciətlərinin dəlllərinə cavab verilməsi üçün məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuli yyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlver işsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlar ının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsin dən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni süb utlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi ü çün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən e dilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsi rləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Konvens iyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutl ar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xe yrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırki işin materiallarından görünür ki, bu iş üzrə Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə əsas olmuş bir sıra sübutlar prosessual hüquq normalarının tələbləri pozulmaqla əldə edilmiş, həmin sübutların toplanması və araşdırılması zamanı sonuncunun müdafiə hüququnun, ədalətli məhkəmə aşdırmasına nail olmaq hüquqlarının da pozulmasına yol verilmiş, iş üzrə müəyyən edilmiş zəruri hallar məhkəmələr tərəfindən araşdırılmamış və qeyd edilən pozuntulara heç bir münasibət bildirilməmişdir. Belə ki, Cəlilabad rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid1 Cəlilabad RPŞ-nin rəisinə ünvanladığı 03 oktyabr 2021-ci il tarixli raportundan görünür ki, həmin şöbəyə daxil olmuş məlumata əsasən, Məhkum adlı şəxs Cəlilabad rayonunun ərazisində narkotik vasitələri əldə etməsində, istifadə etməsində, saxlanmasında və daşınmasında şübhəlidir, əməliyyat yolu ilə onun ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum olması müəyyən edilmiş və buna görə həmin raportda sonuncunun cinayət əməllərini ifşa etmək məqsədilə Cəlilabad rayonunun ərazisində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş olunur. Bu raport əsasında Şahid1 tərəfindən 03 oktyabr 2021-ci il tarixdə “Ə məliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qəbul edilmiş, həmin qərarda da raportda göstərilənlər təkrarlanmış, lakin qərarda “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və CPM-nin 445.2-ci maddəsinə istinad edilsə də Məhkum ətrafında konkret olaraq hansı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi göstərilməmişdir. Daha sonra baş əməliyyat müvəkkili Şahid1 Cəlilabad RPŞ-nin rəisinə 03 oktyabr 2021-ci il tarixli ikinci raportla müraciət edərək bildirmişdr ki, Məhkum həmin gün saat 18 radələrində Cəlilabad rayonu, Qurtuluş prospektində yerləşən “Səma” kafesinin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5-10 dəqiqədən sonra əməliyyat qrupunun üzvləri ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində qanunla dövriy yəsi qadağan edilmiş hər hansı əşyanın və ya predmetin olub-olmaması barədə sual verildikdə sonuncu üzərində narkotik vasitə olmasını bildirmiş və buna görə o, polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə Cəlilabad RPŞ-nə gəlmişdir. Raporta uyğun məzmunda həmçinin 03 oktyabr 2021-ci il tarixdə saat 18.15-də əməliyyat qrupunun üzvləri tərəfindən imzalanmış akt da tərtib edilmiş, lakin Məhkum bu aktı imzalamaqdan imtina etmişdir. İstər qeyd edilən 03 oktyabr 2021-ci il tarixli raportda, istərsə də ona uyğun tərtib edilmiş aktda Məhkum üzərində narkotik vasitələr olmasını etiraf etməsi göstərilsə də, həmin sənədləri tərtib etmiş polis əməkdaşı Məhkum aktı imzalamaqdan imtina etməsinin səbəbləri aydınlaşdırılmamış, bu barədə aktda heç bir qeyd aparılmamış və bu məsələ həm ibti dai araşdırma orqanının, həm də məhkəmələrin diqqətindən kənarda qalmışdır. Təsvir edilmiş sənədlərlə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, əməliyyat axtarış tədbirlərinin dairəsi “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli № 728-İQ nömrəli Qanununun 10-cu maddəsinin İ hissəsində müəyyən edilmiş və həmin hissədə insanların əməliyyat müşahidəsinə götürülməsi kimi tədbir nəzərdə tutulmamışdır (Qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin genişləndirilməsinə yol verilmir). Göstərilən Qanunun 10 maddəsinin İ hissəsinin 10-cu bəndində isə insanların güdülməsi kimi tədbir göstərilmişdir ki, Qanunun İİİ hissəsinə görə həmin tədbir bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Adı çəkilən Qanunun 10-cu maddəsinin İV hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyataxtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların ara dan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. İş materiallarından göründüyü kimi, Məhkum şəxsiyyət əleyhinə ağır cinayətləri və ya xüsusi təhlükəli dövlət cinayətlərini törətməsi, belə cinayətlərin törətməyi hazırlaması və buna cəhd etməsi barədə Cəlilabad RPŞ-nə heç bir əməliyyat məlumatı daxıl olmamış və bu baxımdan “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq məhkəmənin qərarı olmadan onun güdülməsi üçün heç bir əsas olmamışdır. Məhkum 03 oktyabr 2021-ci il taixdə faktiki olaraq güdülməsini isə əməliyyat qrupunun üzvləri olmuş və sonradan həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1, Şa hid2 və Şahid3 da təsdiq etmişlər. Bununla yanaşı o, da qeyd olunmalıdır ki, Qanunun 10-cu maddəsininin V hissəsinə əsasən, bu maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Qanunun 11-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları. Bu normanın, habelə qeyd edilən maddənin İV hissəsinin tələblərindən və mənasından belə nəticə hasil olur ki, əvvəla hər hansı əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün məhkəmə, istintaq orqanı və ya əməliyyat-axtarışının subyektləri tərəfindən əsaslandırılmış qərarlar qəbul edilməli, belə qərarlar, hazırki işdə olduğu kimi, mücərrəd və qeyri-müəyyən xarakteri daşımamalı, qəbul edilmiş qərarda isə əməliyyataxtarış tədbirinin növü, kimin barəsində, hansı müddətdə və hansı şəraitdə həyata keçirilməsi, habelə zəruri olan başqa hallar dəqiq göstərilməli, belə qərarın qəbul edilməsinə əsas olan cinayəti hazırlayan, törədən və ya törətmiş şəxs barəsində məlumat isə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmalıdır. Hazırki iş üzrə “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 03 oktyabr 2021-ci il tarixli qərardan onun şərh olunan tələblərə cavab verməsi görünmür və Məhkum barəsindəki cinayət işinə baxan məhkəmələr iş üçün mühüm olan bu hal üzrə heç bir araşdırma aparmamış və həmin qərarın ümumiyyətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə daxıl olub-olmamasını aydınlaşdırmamışlar. Halbuki, işin hallarına görə həmin qərarın və onun əsasında toplanmış materialların məhkəmə nəzarəti qaydasında yoxlanılmaması belə araşdırmanın aparılmasını və onun nəticələrinə qanuna uyğun qaydada qiymət verilməsini zəruri etmişdir ona görə ki, Məhkum sonradan şübhəli şəxs qismində tutulması və onun üzərində şəxsi axtarışın aparılması, nəticə etibarı ilə isə onun cinayət məsuliyyətinə cəlb edilməsi məhz həmin qərara və bu qərar əsasında toplanmış sübutlara əsasən həyata keçirilmişdir. Qeyd edilən qərarın məhkəmə nəzarəti qaydasında yoxlanıl malı olması isə CPMnin 137 və 445.2-ci maddələrinin tələblərindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixl Qərarında əksini tapmış hüquqi mövqedən irəli gəlmişdir. Belə ki, CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-nin 445.2-ci maddəsinin tələblərindən görünür ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-c u maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməs inə dair” 12 fevral 2015-ci il tarixl Qərarında vurğulanmışdır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə, keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxir əsalınmaz keçirilməsini yoxlayaraq CPM-nin 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildi kdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMnin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımd ır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-nin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas ların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-nin 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və ya xud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müə yyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədb irinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Daha sonra məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, həmin materiallara əsasən Məhkum Cəlilabad RPŞ-nə gətirildikdən sonra həmin şöbənin Təhqaqat Bölməsinin təhqiqatçısı tərəfindən onun CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və həmin qərara əsasən o, tutulma vaxtı saat 18.15-dən hesablanmaqla saat 19.05-də müdafiəçinin iştirakı olmadan şübhəli şəxs qismində tutulmuş, bu haqda da həmin tarixdə protokol tərtib edilərək bu protokol 1900 nömrəsi ilə qeydiyyatdan keçirilmişdir. Yalnız bundan sonra Məhkum ona müdafiəçinin təyin olunması haqqında ərizəsinə əsasən eyni tarixli və 1903 nömrəsi ilə qeydiyyatdan keçirilmiş protokolla artıq müvafiq cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş şəxsə Cəlilabad Rayon Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, o, həmin siyahını nəzərdən keçirərək onun hüquqlarının vəkil Ağayev Anar Ramiz oğlu tərəfindən müdafiə edilməsinə razılıq vermiş, bununla bağlı təhqiqatçı tərəfindən müdafiəçinin təyin edilməsi haqqında qərar qəbul olunmuş (qeydiyyat nömrəsi 1702) və eyni zamanda müdafiəçi A.R.Ağayevin şübhəli şəxsə təqdim olunması barədə protokol tərtib edilmişdir (qeydiyyat nömrəsi 1904). Həm bu, həm də bu ndan əvvəl əməliyyatçı tərəfindən tərtib edilmiş sənədlərin təhlili göstərir ki, Məhkum faktiki olaraq şübhəli şəxsi qismində saat 18:15-də tutularaq bu haqda sənədləşmə saat 18:55-dən 19:16-dək aparılsa da, onun sənədləşmə aparıldıqdan sonra deyil, CPM-nin 90.1.2-ci maddəsinə əsasən cinayət törətməkdə şübhələnildiyinə görə tutulduğu vaxtdan müdafiəçiyə malik olmaq hüququ ona izah edilməmiş və həmin vaxtdan şübhəli şəxsin sonradan yazdığı ərizəyə uyğun olaraq (öz müdafiəsini həyata keçirə bilmədiyi barədə) o, üzərində axtarışın aparılmasına qədər müdafiəçi ilə təmin edilməmişdir. Halbuki, CPM-nin 90.7.5-ci maddəsnə əsasən, şübhəli şəxs tutulduğu andan (bununla bağlı sənədlər tərtib edildikdən sonra yox) müdafiəçiyə malik olmaq hüququnu həyata keçirir və CPM-nin 92.3.1-ci maddəsinin tələb inə görə şübhəli şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Qanunun tələbinə və mənasına görə, bu vəzifənin həyata keçirilməsi isə təhqiqat və ya ibtidai araşdırma orqanının üzərinə qoyulmaqla həm təhlil edilən hüquq, həm də şübhəli şəxsin digər hüquqları həmin şəxsə vaxtında izah edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum şübhəli şəxs qismində tutularkən onun müdafiə hüququ ilə yanaşı onun CPM-nin 90.7.6-cı maddəsində nəzərdə tutulmuş, yəni tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək hüququnun da təmin edilməsi cinayət işinin materallarından görünmür. Apardığı təhlillə əlaqədar məhk əmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, habelə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İşə baxmış məhkəmələrin nəzər yetirmədikləri bu pozuntuların baş verməsindən sonra təhqiqatçı tərəfindən əməliyyat qrupunun üzvlərinin, videoçəkiliş aparan polis ə məkdaşı X3 və müdafiəçi A.R.Ağayevin iştirakları ilə 03 oktyabr 2021-ci il tarixdə saat 19.58 dən (bu rəqəmə protokolda gözlə görünən dəyişiklik edilmişdir) 20.10-dək Məhkum üzərində şəxsi axtarış aparılmış (bu haqda qəbul edilmiş 03 oktyabr 2021-ci il tarixli qərara əsasən) və həmin axtarış zamanı Məhkum üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmetin təqdim olunması təklif edildikdən sonra sonuncu əynində olan göy rəngli cins şalvarının arxa hissəsindən bir ədəd bıçağı, gödəkçəsinin sağ yan cibindən 1 qutu “Viceroy” markalı siqaret qutusunu çıxararaq bıçağın ona məxsus olmasını, siqaret qutusunun isə ona aid olmadığını bildirmişdir. Bundan başqa o, gödəkcəsinin sol yan cibindən 2 qutu “Davidoff” markalı siqaret qutularını da çıxararaq təhqiqatçıya təqdim etmişd ir. Təhqiqatçı “Viceroy” markalı siqaret qutusunun içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş heroinə bənzər kütlə və içərisində narkotik vasitə olan marixuana olan bir ədəd kibrit qutusu aşkar edib iştirakçılara təqdim etmiş və aşkar olunmuş əşyaları (iki qutu “Davidoff” siqaretlərndən başqa) zərflərdə qablaşdıraraq onların ekspertizaya göndərilməsini bildirmişdir. Bu istintaq hərəkətinin aparımasını əks etdirən videogörüntülərlə müəyyən edilir ki, Məhkum müdafiəçi A.R.Ağayevin suallarına cavab olaraq da “Viceroy” markalı siqaret qutusunun içərisində aşkar edilmiş kütlələrin ona məxsus olmamasını, bıçağı özünü müdafiə etmək məqsədilə üzərində gəzdirməsini, onun hər hansı şəxslə düşmənçiliyinin və ya ədavətinin isə olmamasını bildirir. Bu istintaq hərəkətinin aparılması haqqında tərtib e dilmiş protokolda müdafiəçi A.R.Ağayevin Məhkum verdiyi suallar və həmin suallara sonuncunun verdiyi cavablar əks etdirilməmişdir. Qeyd olunan istintaq hərəkətinin qanuna uyğunluğunu yoxlayan məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 247.1.9-cu maddəsində şəxsi axtarış və götürmə haqqında protokolda bu istintaq hərəkəti aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanların, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmamasının, istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdlərinin, götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvirinin əks etdirilməsi tələb olunsa da, hazırki iş üzrə tərtib olunmuş 03 oktyabr 2021-ci il tarixli protokoldan Məhkum üzərindən aşkar edilrək götürülmüş heroinin və qurudulmuş marixuananın çəkiləri müəyyən edilməmiş və bu haqda protokolda heç nə göstərilməmiş, bunun səbəbləri isə həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən aydınlaşdırılmamışdır. İstər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsndə təqsirləndirilən şəxs qsmində dindirlərkən, Məhkum 03 oktyabr 2021-ci il tarixdə onun üzərinə axtarış aparılması zamanı göstərdiklərini bir daha təsdiq edərək özünü yalınz qanunsuz olaraq üzərində soyuq silah olan bıçaq gəzdirməkdə təqsirli bilmiş, ona qarşı əvvəl CM-nin 234.1-ci maddəsi, sonradan isə CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamlar üzrə isə təqsirli bilməyərək göstərmişdir ki, o, 03 oktyabr 2021-ci il tarixdə təxminən saat 18 radələ rində Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Səma” kafesində tanışları ilə oturub qida qəbul edən zaman mülki geyimdə tanımadığı şəxslər ona yaxınlaşaraq onu məcburi qaydada Cəlilabad rayon Polis Şöbəsinə aparmış, həmin vaxt da onun üzərində yalnız bıçaq olmuşdur. Polis Şöbəsinin inzibati binasının ikinci mərtəbəsində olan zaman İsmayıl adlı polis əməkdaşı onun qolu qandallı vəziyyətdə müdafiəçi gələnədək əynində olan gödəkçənin sağ yan cibinə içərisində narkotik vasitələr olan bir ədəd “Viceroy” siqaret qutusunu qoymuşdur. O, buna etiraz etdikdə ona əgər bunu üzərinə götürməzsə polis əməkdaşları evinə 1 kiloqram narkotik qoyacaqları ilə hədəqorxu gəlmiş və həmin vaxt ona qarşı fiziki təzyiqlər etmişlər. Onun da evdə xəstə anası və azyaşlı övladları olduğuna, həmçinin həmin vaxt əllərində qandal olmasına görə bu təziyqlərə dözmək məcbğuriyyətində qalmışdır. Lakin bundan sonra onun hüquqlarını müdafiə etməsi üçün təyin edilmiş vəkilin iştirakı ilə üzrəində şəxsi axtarış aparılması zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya olub-olmamasını soruşul, o, da əynində olan göy rəngli şalvarının arxa tərəfinə qoyduğu bir ədəd bıçağı polis əməkdaşlarına təhvil vermişdir. Həmin bıçaq polis əməkdaşları tərəfindən zərfə qoyulmuş və protokol tərtib edilmişdir. Eyni zamanda üzərinə polis əməkdaşları tərəfindən qoyulmuş narkotik vasitələri də çıxarıb polis əməkdşlarına təqdim etmiş, lakin həmin narkotik vasitələrin ona aid olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi Məhkum 5,876 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ona aidiyyət i olmamasına (məhkum olunmuş şəxs təkcə heroinn deyil, həmçinin kibrit qutusunda olan qurudulmuş marixuananın da ona aid olmamasını göstərmişdir-m.k.), polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması, narkotik vasitə olan heroinin polis şöbəsində olarkən cibinə qoyulub daha sonra rəsmiləşdirilməsi ilə bağlı göstərdiklərinə iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq narkotik vasitəyə münasibətdə cinayət məsuliyyətindən yayınmağa hesablanmışdır. Bununla bağlı gəldiyi nəticəni məhkəmə belə əsaslandırmışdır ki, cinayət təqibi başlanan andan Məhkum müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismi ndə verdiyi ifadələrində verilmiş sualları cavablandırarkən saxlanılması və və üzərində şəxsi axtarış keçirilməsi zamanı ona qarşı heç bir fiziki qüvvənin tətbiq edilmədiyini bildirmiş, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmiş, məhkəmə iclasında şahid qismində dindirilmiş Məhkum saxlanılmasında iştirak etmiş polis əməkdaşları da sonuncuya qarşı tərəflərindən hər hansı bir fiziki zor tətbiq edilmədiyin bildirmiş, Məhkum ifadələri isə məhkəmə istintaqı zamanı araş dırılmış sübutlarla tam təkzib edilmiş, onda çətənə bitikisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən qərarından göründüyü kimi, həmin məhkəmə də birinci instansiya məhkəməsinin bu haqda gəldiyi nəticəni əsaslı hesab etmişdir. Lakin, Məhkum fiziki təsirlərə məruz qalması ilə bağlı ifadələrinə bu cür qiymət verən məhkəmələr nəzərə almamışlar ki, hələ bu barədə ifadələr verənə qədər 08 oktyabr 2021-ci il tarixdə onun müdafiəçisi A.R.Ağayev məzmununa görə faktiki şikayətə bərabər vəsatətlə Cəlilabad rayon prokuroruna müraciət edərək Məhkum barəsində məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə göstəriş verilməsini xahiş etmi ş və öz vəsatətini belə əsaslandırmışdır ki, o, hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial şəraitdə görüş zamanı sonuncu saxlanılarkən və hələ müdafiəçi təyin olunana qədər polis əməkdaşlırı tərəfindən ona qarşı müxtəlif formada təzyiqdlər və təsirlər olmasını, döyülərək müxtəlif nahiyyələrinə bədən xəsarətləri yetirilməklə sağlamlığına zərər vurulmasını bildirmişdir. Cəliabad rayon prokurorunun 939m-21 nömrəli (tarixi dəqiq göstərilməmişdir) məktubu ilə müdafiəçinin vəsatəti Cəlilabad rayon Polis Şöbəsinə göndərilərək iş üzrə məhkəmə-tibbi ekspertizasının keçirilməsi, polis əməkdaşları tərəfindən Məhkum bədən xəsarətlərinin yetirilməsi aşkar olunduğu təqdirdə bu hala hüquqi qiymət verilməsi üçün ekspertiza rəyinin prokurorluğa göndərilməsi təklif edilmişdir. Məktubun üzərindəki dərkan ardan göründüyü kimi, müdafiəçinin vəsatətinin icra edilməsi iş üzrə ibtidai araşdırma aparan müstəntiq E.V.Əsmətova tapşırılmışdır. Lakin həmin müstəntiqin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə müdafiəçinin vəsatətinə aid olmayan sübutlara və Məhkum ona qarşı CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirinin sübuta yetirilməsi haqda nəticəyə əsaslanmaqla həmin vəsatət təmin edilməmiş və təqsirləndirilən şəxsin üzərində həqiqətən bədən xəsarətlərinin olub-olmaması yoxlanılmamışdır. Halbuki, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» 11 iyun 1999-cu il tarixli Qanun (bundan sonra «Qanun») dövlət qurumlarından məhkəmələrə şikayət etmək üçün əsasını təşkil edir. Qanunun 2-ci maddəsinə əsasən və təndaşın hüquq və azadlığını pozan hər bir dövlət qurumunun hərəkət, yaxud hərəkətsizliyindən (a) birbaşa məhkəməyə; yaxud (b) tabelik qaydasında yuxarı dövlət orqanlarına şikayət etmək olar. Şikayət əvvəl nəzarəti həyata keçirən dövlət qurumuna verilirsə, həmin qurum şikayəti aldıqdan sonra bir ay müddət ərzində onun baxılmasına dair ərizəçiyə baxılmanın nəticəsinə dair yazılı şəkildə cavab verməlidir. İş materiallarından göründüyü kimi, müdafəçinin vəsatətinin rədd edilməsi barədə 15 oktyabr 2021-ci il qərarın surəti Məhkum göndərilməmiş, bununla da onun həmin qərardan məhkəməyə şikayət etmək hüququ təmin olunmamışdır. CPM-nin 220.2-ci maddəsinə əsasən ibtidai araşdırmanın aparılması zamanı müstəntiq və ya təhqiqatçı cinayət prosesi iştirakçılarının qaldırdığı bütün vəsatətlərə baxmalıdı r. CPM-nin 220.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb etdikdə, müstəntiq və ya təhqiqatçı şübhəli, təqsirləndirilən şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin, şahidlərin dindirilməsi, ekspertizanın keçirilməsi, digər istintaq hərəkətlərinin aparılması haqqında yazılı vəsatətlərinin təmin edilməsini əsassız rədd edə bilməz. İş materiallarından görünür ki, işə baxan məhkəmələr də Məhkum 03 okytabr 2021ci il tarixdə saxlanılarkən polis şöbəsində fiziki təzyiqlərə məruz qalıb-qalmaması məsələsini araşdırmamış, bununla bağlı zəruri sübutların tələb edilib tədqiq edilməsini təmin etməmişlər (ən azından məhkum olunmuş şəxsin istintaq təcridxanasına daxil o larkən onun üzərində hər hansı xəsarətlərin olub-olmamasını yoxlamamışlar), halbuki məhkəmə kollegiyası hesab edir ki, bu məsələnin yoxlanılması xüsusi əhəmiyyət kəsb edirdi əvvəla ona görə ki, Məhkum qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittihamın irəli sürülməsinə, sonradan isə onun birinci instansiya məhkəməsinin hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə isə CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə əsas olmuş sübutlar məhkum olunmuş şəxsin ifadələrində və müdafiəçinin yuxarıda göstərilən vəsatətində qeyd olunduğu kimi, məhz ona qarşı fiziki təsirlərin göstərilməsi nəticəsində əldə edilmişdir. Məhkəmə kollegiyası təhlil edilən məsələnin xüsusi əhəmiyyətini həmçinin onda görür ki, Azərbaycan Respublikası Konstitus iyasının 46-cı maddəsinin İİİ hissəsində təsbit edilmişdir ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konsensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-nin 15.21 və 15.2.3-cü maddələrində cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakı lıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyriinsani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (bax, məsələn, Sel muni Fransaya qarşı (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; Labita İtalyaya qarşı (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və Dikme Türkiyəyə qarşı, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aprılması isə şəxsn məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir. (bax, Tomasi Fransaya qarşı, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Təsadüfi deyil ki, məhz yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək qanunverici CPM-nin 125.2.2ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göründüyü kimi, bütün yuxarıda təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsindəki Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmündən verilmiş apellyasya şikayətinə baxılarkən iş üzrə həqiqətin müəyyən edilməsi üçün (Konstitusiyanın 125-ci maddəsinn Vİİ hissəsində nəzərdə tutulmuş tələb) təkrar araşdırmanın aparılmasını zəruri etsə də, məhkəmə nəinki bundan imtina etmiş, həm də apellyasiya şikayətində irəli sürülmüş bir sıra dəllləri ümumiyyətlə cavabsız qoymuşdur. İş materiallarından göründüyü kmi, apellyasiya şikayətində irəli sürülmüş dəlillərə cavab verilməsi üçün Məhkum özü də 19 iyul 2022-ci il tarixli ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasını xahiş etmiş, məhkəmə isə sanki belə ərizə verilməmiş kimi həmin ərizədə əks olunmuş vəsatəti ümumiyyətlə müzakirəyə çıxarmamış, bu vəsatətlə bağlı cinayət prosesi iştirakçılarının rəylərini dinləməmiş, vəsatət üzrə də heç bir qərar qəbul etməmiş, 19 iyul 2022-ciil tarixli məhkəmə iclas protokolunda isə ittiham və müdafiə tərəflərinin iş üzrə hər hansı vəsatətləri nin olmaması göstərilmişdir. Halbuki, CPM-nin 121.2-ci maddəsinin tələblərindən görünür ki, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. CPM-nin 323.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə bu Məcəllənin 323.1-ci maddəsində göstərilən vəsatətləri təmin etməlidir: 323.5.1. cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda; 323.5.2. sübut əhəmiyyəti mübahisə doğuran məlumat və sənədlər bu Məcəllənin və Azərbaycan Respublikasının digər qanunlarının tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə əldə edildikdə. CPM-nin 323.6-cı maddəsinə görə isə, vəsatətin rədd edilməsi haqqında məhkəmə əsaslandırılmış qərar çıxarır. Vəsatəti rədd edilmiş şəxs işin sonrakı baxışından asılı olaraq həmin vəsatəti təkrarən vermək hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərt ərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası məhkəmələr tərəfindən araşdırılmamış daha bir hala diqqət yetirməyi zəruri bilir. Belə ki, polis əməkdaşlarının verdikləri ifadələrdə və iş üzrə tərtib olunmuş prosessual sənədlərdə Məhkum 03 oktyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində Cəlilabad şəhəri, Qur tuluş prospektində yerləşən “Səma” kafesininin qarşısında hərəkətdə olarkən saxlanılması göstərilsə də, sonuncu ilk izahatından başlayaraq sonradan şübhəli və təqsirləndirilən şəxs qismində həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında dindirilərkən ardıcıl olaraq göstərmişdir ki, o, qeyd olunan tarixdə göstərilən kafenin qarşısında deyil, həmin kafedə yoldaşları ilə birlikdə yemək yeyərkən saxlanılmış və oradan zorla polis şöbəsinə aparılmışdır. Lakin məhkəmələr araşdırılmış sübutlarla müəyyən edilmiş bu ziddiyyətli halın tədqiq edilməsinə də heç bir təşəbbüs göstərməmiş və həmin ziddiyyətlər aradan qaldırılmamışdır. Beləliklə, milli və beynəlxalq qanunvericiliyin yuxarıda şərh edilən tələblərindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun hüquqi mövqelərindən, Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrdən və işin təsvir edilmiş hallarından çıxış etməklə kassasiya şikayətinin dəlillərini əsaslı sayan və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi O.M.Məmmədli tərəfindən verilmiş həmin şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki işə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılarkən CPM-nin 416.1.2-ci maddəsində göstərilən pozuntulara yol verilməsi apellyasiya şikayətinə məhkəmə baxışının təkrarən keçirilməsini, müdafiə tərəfinin iddia etdiyi məsələlərin isə tam, hərtərəfli və obyektiv araşdırılmasını və yalnız bundan asılı olaraq sübutların kifayətedilənliyi və təqsirlilik məsələlərinin həll edilməsini, bunun üçün isə apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini labüd edir. Belə olan halda məhkəmə kollegiyası hazırki vəziyyətdə 20 iyul 2022-ci il tarixli qərardan verilmiş kassasiya protestinin dəlillərinin geniş müzakirə edilməsini, onlara qanuna müvafiq qaydada cavab verilməsi, nəticə etibarı ilə isə həmin protestin təmin edilməsi üçün əsaslar görmür və bu haqda, yəni kassasiya protestinin təmin edilməsi barədə qərarın qəbul edilməsini mümkün bilmir. Odur ki, məhkəmə kollegiyası bütün təsvir edilənləri yuxarıda göstərilən qaydada bir daha təhlil edib kassasiya şikayətin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi bar ədə müdafiəçi O.M.Məmmədlinin, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin olunmaması haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, kassasiya şikayəti isə təmin edilməklə Məhkum CM-nin 234.1 və 228.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq ol araq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar