Məhkəmə qərarları › İş №1(102)-195/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-195/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-195/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli, 1(103)-71/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum 4 yanvar 1977-ci il tarixində Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsili, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Fabriçni küçəsi ev 17-də pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivind ə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 11 ədəd bükümdə təmiz çəkisi 13,561 qram külli miqdarda narkotik vasitə heroin, 14 ədəd bükümdə təmiz çəkisi 4,914 qram külli miqdarda psixotrop maddə metamfetamin, 28 (iyirmi səkkiz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,317 qram, 2,260 qram, 3,766 qram, 1,990 qram, 4,054 qram, 3,279 qram, 3,070 qram, 1,510 qram, 1,324 qram 1,625 qram, 2,233 qram, 3,713 qram, 1,808 qram, 3,478 qram, 3,750 qram, 1,996 qram, 3,090 qram, 2,067 qram, 3,003 qram, 1,164 qram, 2,730 qram, 1,888 qram, 3,767 qram, 1,727 qram, 1,932 qram, 1,367 qram, 3,646 qram, 3,238 qram ümumi çəkisi 70,870 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, qanunsuz olaraq üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən fərdi evinə daşımış, 3 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində cinayətdən xəbəri olmayan oğlu Şahid5 ağ rəngli sellofan torbanı evdən götürərək ona verməsini telefon vasitəsilə bildirmiş, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı oğlu Şahid5 içərisində narkotik vasitə və psixotrop maddələr olduğunu bilmədiyi sözü gedən ağ rəngli sellofan torbanı atası Məhkum vermək üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi FF marketin yaxınlığında olarkən saxlanıl araq 15-ci Polis Bölməsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əlində olan ağ rəngli paketin içərisində 11 ədəd bükümdə təmiz çəkisi 13,561 qram narkotik vasitə heroin, 14 ədəd bükümdə təmiz çəkisi 4,914 qram psixotrop maddə metamfetamin, 28 (iyirmi səkkiz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,317qram, 2,260 qram, 3,766 qram,1,990 qram, 4,054 qram, 3,279qram, 3,070 qram, 1,510 qram, 1,324 qram 1,625 qram, 2,233 qram, 3,713qram, 1,808 qram, 3,478qram, 3,750 qram, 1,996qram, 3,090qram, 2,067qram, 3,003qram, 1,164qram, 2,730qram, 1,888 qram, 3,767qram, 1,727 qram,1,932 qram, 1,367qram, 3,646 qram, 3,238 qram ümumi çəkisi 70,870 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədr lik edən və məruzəçi), X6 və X1 ibarət məhkəmə tərkibində) 29 iyul 2022-ci il tarixli, 1(101)-751/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 3 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Hökmdən məhkum edilmiş şəxsi n müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-751/2022 saylı, 29 iyul 2022-ci il tarixli hökmünün qanunsuz olduğundan ləğv edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət məhkəmə tərkibində) 27 iyul 2023-cü il tarixli, 1(103)71/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair 1(101)-751/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli hökmünün cəza hissəsində dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilm iş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 (beş) il azadlıqdan məhrumetmə cəzasına endirilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli, 1(103)-71/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə hüquqlarını müdafiə etdiyi şəxs Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmədiyi və həmin cinayətlərə aidiyyatı olmadığı halda Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur.

8. Müdafiəçi kassasiya şikayətində həmçinin göstərmişdir ki, tutulan vaxt Məhkum üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamış, istintaq zamanı müxtəlif təzyiq və təsirlər vasitəsi ilə ona işgəncə verilərək sənədlərə qol çəkdirilmiş və ondan etirafedici ifadə alınmışdır. O, konkret olaraq narkotik vasitələrin satışı ilə məşğul olmasına dair ifadə verməmişdir. Verilən ittiham nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqında sübuta yetirilməmiş, bu isə məhkəmələr tərəfindən işə baxılarkən CPM-in 146-cı maddəsinin tələblərinə riayət olunmadığına dəlalət edir.

9. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416-cı maddəsində nəzərdə tutulmuş halları ya radan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli, 1(103)-71/2023 nömrəli qərarının ləğv edilməsini və Məhkum ona qarşı irəli sürülmüş ittihamda təqsiri sübuta yetirilmədiyindən və həmin cinayətə aidiyyatı olmadığından barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

11. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittiha mçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanu nunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə hüquqlarını müdafiə etdiyi şəxs Məhkum əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.

19. Odur ki, k ollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmama sı barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

23. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

24. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

25. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

26. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi ü çün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

27. Müdafiəçi2 kassasiya şikayətindən görünür ki, o, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin Məhkum üzərinə qoyulduğunu, istintaq zamanı müxtəlif təzyiq və təsirlər vasitəsi ilə Məhkum etirafedici ifadə alındığını, onun heç vaxt narkotik vasitələrin satışı ilə məşğğul olmadığını, cinayət işi materiallarında onun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, hüquqlarını müdafiə etdiyi şəxsin əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irə li gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

28. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

29. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab ed ə bilməz.

30. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

31. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tə ləbinin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

32. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və a pellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

33. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara is ə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadələri (ilkin izahatında narkotik vasitələrin və psixotrop maddələrin özünün olmasını qəbul etmiş, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadələrində uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olduğunu bildirmişdir), həmçinin şahid ifadələri, «şəxsi axtarış aparılması və götürmə» haqqında 4 sentyabr 2021-ci il tarixli protokol, məhkəməkimyəvi ekspertizasının 4 sentyabr 2021-ci il tarixli, 7/883 nö mrəli rəy, SMS mətnlərin əks olunduğu 30 dekabr 2021-ci il tarixli Bakcell MMC-dən daxil olmuş “Diskə baxış” protokolu, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

34. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların oby ektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

35. Kassasiya kollegiyası məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayətinin dəlilləri qismində göstərilən, Məhkum polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün ibtidai araşdırma dövründə qismən etirafedici ifadələr verməsi və onun tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olunmasına dair heç bir ifadə verilməməsi, satışın cinayət işi materialları ilə təsdiq edilməməsinə (məhkumun müdafiəçisi apellyasiya şikayətində də eyni dəlillərlə çıxış etmişdir) münasibətdə qeyd edir ki, sözügedən fakt birinci instansiya və apellyasiya instansiya məhkəmələri tərəfindən araşdırılmış, apellyasiya instansiya məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarı əsasında əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və daxil olan rəy cinayət işi materialları ilə əlaqəli şəkildə təhlil edilərək belə qənaətə gəlinmişdir ki, təkcə bu faktın mövcudluğu məhkum barəsində bəraət hökmünün çıxarılması üçün kifayət deyildir. CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetiri lməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülür. Lakin Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi təkcə onun etirafedici ilkin izahatları ilə deyil, həmçinin, iş materiallarında olan digər sübutlarda da təsdiq olunur. Qanunun tələbinə əsasən isə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan hallar mövcud olduqda, onun ba rəsində bəraət hökmünün çıxarılmasına yol verilmir. Qeyd olunan halların mövcudluğu əməliyyat fəaliyyətinin qüsurlu aparılmasına dəlalət edir, ancaq heç bir halda məhkum barəsində bəraət hökmünün çıxarılması üçün əsas deyildir. Çünki, yuxarıda qeyd olunduğu kimi, məhkumun ittiham olunduğu cinayət əməlini törətməsi digər mötəbər və mümkün sübutların məcmusu ilə tam təsdiq olunur.

36. Həmçinin kollegiya qeyd edir ki, müdafiə tərəfi nə qədər də törədilən əməli inkar edərək Məhkum istintaq orqanı tərəfindən göstərilən təzyiqlər nəticəsində ondan ibtidai araşdırma dövründə etirafedici ifadələr alınmasını bildirsə də, cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5.9.2021-ci il tarixli, Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, təqsirləndirilən şəxs məhkəmə iclasında əməlini etiraf edərək, peşmançılıq hissi keçirtdiyini bildirmişdir.

37. Göründüyü kimi təqsirləndirilən şəxs barəsində hər hansı təzyiqin istisna edildiyi məhkəmə prosesində də o əməlini etiraf etmişdir.

38. Bundan əlavə müdafiəçi tərəfindən Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sübutların mövcud olmaması bildirilsə də, cinayət işi materiallarında olan məhkəmələr tərəfindən araşdırlaraq tədqiq edilmiş sübutlardan, xüsusi ilə də Məhkum məxsus *** *** ** **, 055 *** ** ** saylı mobil nömrələrə daxil olan və çıxan SMS mətnlərinin əks olunduğu 30 dekabr 2021-ci il tarixli Bakcell MMC-dən daxil olmuş “Diskə baxış” protokolundan görünür ki, xx-xx-2021-ci il tarixdə saat 09:46:14- də **********50 nömrədən **********04 nömrəyə “M en sence nese olan gece sehere yuxusuz qalir ay emsi beyem mende kola olsa senen atkaz eliyerem ozum balamin cani werefsiz anari axtariram geceden drazn”, xx-xx-2021-ci il tarixdə saat 23:43:13-də **********24 nömrədən **********04 nömrəyə “Elxan usaxlar meni axır teli ac şeyyaxşı şey deyil ya deyiş başqas”, xx-xx-2021-ci il tarixdə saat 22:43:37-də **********89 nömrədən **********04 nömrəyə “Eraz bir kelme sez sorushtumki imkan var 20 pati geturmaya cavab verabilmirsan?”, xx-xx-2021-cl tarixdə saat 00:57:04-də **********69 nömrədən **********04 nömrəyə “Emsi parpres gotumey olar”, xx-xx-2021-ci il tarixdə saat 04:42:23-də **********49 nömrədən **********04 nömrəyə “Dayi senen xebrt cixmad mene 1 qram patpres lazimdi”.

39. Göründüyü kimi Məhkum istifadə etdiyi mobil nömrəsinə tutulmamışdan bir neçə ay ərzində, onun adı qeyd edilməklə, narkotik vasitələrin alğı-satqısı məzmununda SMS mətnlərin daxil olması müəyyən edilmiş, qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı Məhkum həmin dövrdə həqiqətən də bu mobil nömrədən istifadə etdiyini qeyd etmiş, lakin hansı səbəblərdən onun istifadəsində olan mobil nömrəyə bu məzmunlu mətnlərin göndərildiyini izah edə bilməmişdir.

40. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-in 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr yuxarıda sadalanan digər sübutlarla tam təsdiq edilmişdir.

41. Bu səbəbdən məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.

42. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən, məhkəmə birinci instansiya məhkəməsindən fərqli olaraq cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi CM-in 234.4.3cü maddəsi ilə təyin edilmiş 6 il müddətə azadlıqdan məhrum etmə cəzasını 5 ilədək endirməklə, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəza nın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir.

43. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiə tərəfinin, təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli, 1(103)-71/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 27 iyul 2023cü il tarixli, 1(103)-71/2023 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar