Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-195/2025 14.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli 1(101)-901/2020 nömrəli (hakimlər: Ağayev Zeynal Qurban oğlu (sədrliyi ilə), Məcidov Azad Əli Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1992-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətənd aşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, x rayonu, x kəndində qeydiyyatda olmaqla, xxx, yeni yaşayış məntəqəsi, nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən ona Ağcəbədi Rayon Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş 1200 (min iki yüz) manat cərimə cəzasının hazırkı hökm üzrə təyin olunmuş cəza ilə tamamilə birləşdirilməklə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 1.200 (min iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilməsi, CM-in 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş 1 200 (min iki yüz) manat miqdarında cərimə cəzasının müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan - 11 may 2020-ci il tarixdən hesablanması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi, barəsində seçilmiş "həbs" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, zərərçəkmiş şəxslərə mülki iddialarını mülki icraat qaydasında vermələrinin izah edilməsi müəyyən edilmişdir. Məhkəmənin hökmündən narazı qalan məhkum edilmiş şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2021-ci il tarixli 1(103)-105/2021 nömrəli (hakimlər: Əhmədov Həsən Hüseyn oğlu (sədrliyi və məruzəsi ilə), Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar M ustafa oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2021-ci il tarixli qərarından məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Hüseynova Bəturə Xaqani qızı kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət vermişdir. Həmin vəsatətə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2024-cü il tarixli 1(103)-105/2021 nömrəli (hakimlər: Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən), Hüseynov Zaur Nazir oğlu və Ələkbərov Əfqan Qəzənfər oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə k assasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayəti ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2024-cü il tarixli qərarının qanunsuz və əsassız olduğundan, kassasiya instansiyası məhkəməsində ləğv olunması və vəsatətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, səhhətində olan problemlərə görə şikayət vermə müddətini ötürdüyünü bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəmə sində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyas ının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir: 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından — onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilə bilər. İş materiallarında olan qərarın surətinin təqdim olunması barədə ilk qəbzdən aydın olur ki, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2021-ci il tarixli qərarını elə həmin tarixdə əldə etdiyini öz imzası ilə təsdiq etmişdir. Bununla da müəyyən olunur ki, m übahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2021-ci il tarixdə çıxarılmış həmin qərardan kassasiya şikayəti vermək üçün prosessual qanuna əsasən məhkum üçün nəzərdə tutulmuş müddət 23 fevral 2022-ci il tarixdə bitmişdir. İş materiallarından görünür ki, kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatət 25 iyun 2024-cü il tarixdə tərtib edilməklə birbaşa Bakı Apellyasiya Məhkəməsinə ünvanlamış, yəni kassasiya şikayəti verilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddəti təqribən 2 (iki) il 4 (dörd) ay ötürərək vermişdir. Göründüyü kimi, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2021-ci il tarixli qərarının çıxarıldığı vaxtdan kassasiya şikayətinin verilməsi üçü n qanunla müəyyən edilmiş müddət keçdikdən sonra kassasiya şikayəti vermək qərarına gəlmiş və şikayətini qanunla müəyyən edilmiş müddətdə verə bilməməsini heç bir sübut ilə əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız aşagıdakı hallarda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması, həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi və ya həmin şəxsin iradəsindən a sılı olmayan digər hal baş verdikdə bərpa oluna bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermə müddətinin buraxılmasına səbəb olan hallar üzrlü səbəblər kimi qəbul edilə bilməz və kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinay ətlər Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2021-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2024-cü il tarixli qərarı verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-195/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-195/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver