Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1951/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-294/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkm iş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu filialının nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxxxx 1961-ci il tarixdə Cəlilabad rayonunun Babalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrinin İdarəetmə X13 Şəxs “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X17 Cəlilabad Şəhər Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və 26 avqust 2021-ci il tarixdə ölmüşdür. Məhkum2 xx xxxxxx 1955-ci il tarixdə Cəlilabad rayonunun Əsəd li kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrinin İdarəetmə X13 Şəxs “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X17 Poliklinika şöbəsinin həkimtravmatoloqu vəzifəsində işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış və 27 oktyabr 2020-ci il tarixdə ölmüşdür. Məhkum3 xx xxxx 1950-ci il tarixdə Cəlilabad rayonunun Mikayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrinin İdarəetmə X13 Şəxsin “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X17 Poliklinika şöbəsinin həkimnevrotoloqu vəzifəsində işləmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış və 24 noyabr 2020- ci il tarixdə ölmüşdür. 2. 17 oktyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 308.1, 311.3.2 və 313-cü maddələri ilə, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-nin 308.1, 32.5,311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 29 noyabr 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1, Məhkum2 və Məhkum3 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Lənkəran Ağır Cinayətələ Məhkəməsinin 1(099)-81/2023 nömrəli, 27 yanvar 2023cü il tarixli qərarı ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 308.1, 311.3.2 və 313-cü maddələri ilə, Məhkum2 Az ərbaycan Respublikası CM-nin 308.1, 32.5,311.3.2 və 313-cü maddələri ilə, Məhkum3 Azərbaycan Respublikası CM-nin 308.1, 32.5,311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 öldüklərindən cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsi, zərərçəkmiş hüquqi şəxs olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi - mülki iddiaçı Nümayəndə1 təqsirləndirilən şəxslərin hüquqi varisləri X3, X8 və X1 qarşı verdiyi 300.980,88 manat (üç yüz min doqquz yüz səksən manat səksən səkkiz qəpik) məbləğində pul tələbinə dair mülki iddianın baxılmamış saxlanılması, iş üzrə zərərçəkmiş hüquqi şəxsə (mülki iddiaçıya) cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsinin mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olmasının izah edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Beynəlxalq Bankı ASC-də olan AZ31CTRE**********0003118501 saylı depozit hesabda saxlanılan, cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə təqsirləndirilən şəxsin hüquqi varisi X8 tərəfindən verilmiş 15.000 (on beş min) manat, habelə vətəndaşlar - Şahid7 tərəfindən verilmiş 4419.36 manat (dörd min dörd yüz on doqquz manat otuz altı qəpik), Şahid33 tərəfindən verilmiş 100 (bir yüz) manat və X11 tərəfindən verilmiş 133 (bir yüz otuz üç) manat olmaqla cəmi 19.652,36 manat (on doqquz min altı yüz əlli iki manat otuz altı qəpik) məbləğində pul vəsaitinin Azərbaycan Respublikası CM-nin 99-2-ci maddəsi tətbiq edilib xüsusi müsadirə olunmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesablaşma hesabına keçirilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərarı ilə Məhkum2 tərəfindən vurulmuş zərərin ödənilməsini təmin etmək üçün üzərinə həbs qoyulmuş, Məhkum2 17 iyun 1999-cu il tarixdən xüsusi mülkiyyətində olmaqla 12 may 2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestr qeydiyyatından keçmiş ünvan 4 ünvanında, 0.0108 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli binanın 1-ci girişində, 1 və 2-ci mərtəbəsində yerləşən 157.7 kv.m ümumi, 80.6 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzilinin həbsdən azad olunması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı tərəfindən birgə apellyasiya şikayəti verilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-294/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxsAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu filialının aparıcı mütəxəssisi Nümayəndə1 və filialın departament müdiri Yeganə Məmmədova tərəfindən birgə verilmiş apellyasiya ş ikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətələ Məhkəməsinin 1(099)-81/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
8. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, məhkəmələr qəbul etdikləri qərarlarını xüsusi müsadirənin tətbiq edilməməsinə dair hissədə onunla əsaslandırmışlar ki, iş üzrə ibtidai istintaq zamanı toplanmış sübutlara əsasən Məhkum2 xüsusi mülkiyyətində olan əmlak cinayət yolu ilə əldə edilməmişdir. Lakin, hər iki instansiya məhkəmələri nəzərə almamışlar ki, qeyd olunan həmin ya şayış sahəsi tam mülkiyyət hüququ ilə müvafiq çıxarış əsasında məhz ölmüş təqsirləndirilən şəxs Məhkum2 məxsus olmaqla əmlakın dəyərinə görə xüsusi müsadirə edilməli olan cinayət törətmiş şəxsə məxsus olan digər əmlak qismində qiymətləndirilməli olan əmlakdır. Bununla yanaşı, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 77-ci bəndində də göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 99-2-ci maddəsində təsbit edilmiş əmlakın dəyərinə görə xüsusi müsadirəyə dair müddəaya da həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya sair səbəbdən dövlət nəfinə alına bilinmədiyi hər bir halda həmin əmlakın dəyərinə bərabər dəyərdə təqsirləndirilən şəxsə məxsus başqa, yəni ba xılan cinayətlə əlaqəsi olmayan əmlakın alınmasını tələb edən norma kimi baxılmalıdır. Göründüyü kimi, hazırki iş üzrə rüşvət alma cinayətinin predmeti olan pul vəsaitləri 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak olsa da, Cinayət Məcəlləsinin 99-2-ci maddəsində göstərildiyi kimi təqsirləndirilən şəxslər tərəfindən rüşvət alma cinayətinin predmeti olan pul vəsaiti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi üçün məhz ölmüş təqsirləndirilən şəxs Məhkum2 tam mülkiyyət hüququ ilə məxsus olan Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsində istifadədə olan 0,0108 ha torpaq sahəsində yerləşən 1b nömrəli 2 mərtəbəli binanın 1-ci girişdə, 1-ci və 2-ci mərtəbəsində yerləşən 157.7 kv.m ümumi, 80.6 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzil cinayət törətmiş şəxsə məxsus olan digər əmlak qismində qiymətləndirilməli olan əmlak olsa da, məhkəmələr həmin əmlakın hansı əsasla həbsdən azad edilərək xüsusi müsadirə edilməməsini heç bir halla əsaslandıra bilməmişlər. Bundan başqa, ölmüş təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 törətdikləri cinayət əməlləri nəticəsində hüquqi şəxs Dövlət Sosial Müdafiə Fonduna 300.980,88 (üç yüz min doqquz yüz səksən manat səksən səkkiz qəpik) manat ziyan dəymiş, bununla bağlı zərərçəkmiş hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi olan mülki iddiaçı Nümayəndə1 tərəfindən ölmüş təqsirləndirilən şəxslərin hüquqi varisləri Bəybala Maxsudova, İslam Nəsirova və Tural İbrahimova qarşı müvafiq məbləğdə pul tələbinə dair mülki iddia verilmiş, lakin məhkəmələr həmin mülki iddianı baxılmamış saxlayıb, bunun motivlərini heç bir xüsusatla əsaslandırmamışlar. Dövlət ittihamçısı qeyd etdiklərini nəzərə almaqla dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-294/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarının Məhkum2 mülkiyyətində olmuş ünvan 5 ünvanında, 0.0108 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli binanın 1-ci girişində, 1 və 2-ci mərtəbəsində yerləşən 157.7 kv.m ümumi, 80.6 kv.m yaşayış sahəsinin xüsusi müsadirə edilməməsinə və mülki iddianın baxılmamış saxlanılmasına dair hissələrdə əsassız olduğundan ləğv edilməsini və işin yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir.
9. Zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı kassasiya protestinin mülki iddiaya aid hissəsində irəli sürülən dəlillərə uyğun ə saslandırma göstərməklə həmçinin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-294/2023 nömrəli, 26 aprel 2023cü il tarixli qərarının mülki iddianın baxılmamış saxlanılmasına dair hissəsində əsassız olduğundan ləğv edilməsini və mülki iddianın tam (300.980,88 manat) təmin edilməsini xahiş edir.
10. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutl ar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində a pellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində və zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu filialının nümayəndəsi Nümayəndə3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının mülki iddianın həllinə aid hissəsində qanunvericiliyin müddəalarına uyğun olmadığını iddia edərək, xahişini Azərbaycan Respublik ası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-294/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Kassasiya müraciətlərinin mülki iddiaya aid dəlilləri ilə bağlı məhkəmə kollegiyası cinayət qanunvericiliyində hüququ varislik və mülki hüquqda vərəsəlik institutlarının hüquqi təbiətində ol an fərqin hər iki kassatorun nəzərinə çatdırılmasını zəruri hesab edir.
18. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası CPM-nin 106-1.1 və 106-1.7ci maddələrinin ümumi məzmununa görə, ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur və cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və bu Məcəllənin 91.8.291.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir.
19. Qanunvericiliyin istinad edilən normasından göründüyü kimi, ölmüş təqsi rləndirilən (şübhəli) şəxsin hüquqi varisinin yeganə funksiyası ondan ibarətdir ki, öldüyünə görə təqsirləndirilən (şübhəli) şəxs cinayət təqibində iştirak edə bilmədiyindən, hüquqi varis onu bu dövrdə qanunla müəyyən edilən məhdudiyyətlərlə təmsil etsin. Təbii ki, hüquqi varis cinayət təqibində dolayısı ilə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin təmsilçisi və ya nümayəndəsi kimi çıxış etdiyindən, təmsil etdiyi ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hər hansı məsuliyyətinin – istər cinayət, istərsə də mülki müstəvidə – onun üzərinə qoyulması tamamilə qeyri mümkündür.
20. Digər tərəfdən, məhkəmə kollegiyası hər iki kassasiya müraciətinin təfsir edilən hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin bundan sonra – “Azərbaycan Respublikası MM”) 1133.1-ci maddə sində müəyyən edilmiş qaydaya görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
21. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsində göstərildiyi kimi, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
22. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.
23. Nəhayət, Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsində təsbit edilir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurl ar.
24. Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsində təsvir edilmiş qayda eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhində öz əksini tapmış, müvafiq qərarda həmçinin qeyd edilmişdir ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarı)
25. Baxılan cinayət işində isə mülki iddia hüquqi varislər X2, X6 və X1 qarşı verilsə də, istər zərərçəkmiş hüquqi şəxs - mülki iddi açı özü, istərsə də dövlət ittihamını müdafiə edən şəxslər nə məhkəmə istintaqında, nə də ki verdikləri şikayətlərdə onların ölmüş təqsirləndirilən şəxslər Məhkum1, Məhkum2 və Məhkum3 mirasının (miras aktivi) hər hansı hissəsinin qəbul etdiklərini və bunun nəticəsi olaraq sonuncuların vəzifələri üzrə (miras passivi) məsuliyyət daşıdıqlarını təsdiqləyən heç bir sübutu məhkəmələrə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdim etməmişlər. Belə olan halda, məhkəmələr verilən mülki iddianın baxılmamış saxlanılmasında tamamilə haqlı olmuşlar.
26. Kassasiya protestinin məhkəmələr tərəfindən ölmüş təqsirləndirilən şəxs Məhkum2 məxsus daşınmaz əmlaka münasibətdə xüsusi müsadirə tədbirinin tətbiq edilməməsi ilə bağlı dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən, Azərbay can Respublikası CM-nin 99-1.1, 99-1.1.2 və 99-2-ci maddələrinin ümumi məzmununa görə, şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, belə əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda isə həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməlidir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin müəyyən etdiyi qayda ilə də, Azərbaycan Respublikası CM-nin 99-2-ci maddəsində təsbit edilmiş əmlakın dəyərinə görə xüsusi müsadirəyə dair müddəaya həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya sair səbəbdən dövlət nəfinə alına bilinmədiyi hər bir halda həmin əmlakın dəyərinə bərabər dəyərdə təqsirləndirilən şəxsə məxsus başqa, yəni baxılan cinayətlə əlaqəsi olmayan əmlakın alınmasını tələb edən norma kimi baxılmalıdır (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 15, § 77, 24 dekabr 2021-ci il).
28. Göründüyü kimi, maddi cinayət-hüquqi normaları və məhkəmə təcrübəsini tənzimləyən Ali Məhkəmənin Plenumunun qərarının müvafiq müddəaları, həqiqətən bilavasitə cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın xüsusi müsadirəsinin həyata keçirilməsinin mümkün olmadığı halda, həmin əmlakın dəyər i məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlakın müsadirəsinin yekun qərarla təmin edilməsi vəzifəsini məhkəmələr üzərinə qoymuşdur.
29. Lakin məhkəmə kollegiyasının fikrincə, fərdi cinayət işi üzrə xüsusi müsadirənin tətbiqinin mümkün olub-olmadığını araşdırarkən məhkəmələr həmçinin nəzərə almalıdırlar ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış hüquqi mövqeyinə görə, Razılığa gələn Dövlətin daxili hüquq sistemi tərəfindən məhkəmə prosesinin tərəfləri üçün məcburi xarakter daşıyan yekun məhkəmə qərarının icra edilmədən qalmasına imkan verilməsi, 6-cı maddə ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnu xəyali edir. Bu səbəbdən məhkəmələrin çıxardığı istənilən qərarın icrası 6-cı maddənin məqsədləri üçün məhkəmə araşdırm asının tərkib hissəsi kimi qəbul edilməlidir (Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərar, Hesabatlar, 1997-İİ, s. 510, § 40; İlqar Məmmədov Azərbaycana qarşı, № 15172/13, § 215, 25 sentyabr 2019-cu il tarixli qərar).
30. Avropa Məhkəməsinin istinad edilən hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası nəzərə alır ki, 27 dekabr 2001-ci il tarixli, 243-İİQ saylı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsində qeyd edildiyi kimi, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir.
31. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol v erilməyən əmlak növlərinin dəqiq siyahısı”nın 1-ci bəndində göstərilən imperativ şərtlə müəyyən edilir ki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) yönəldilməsinə yol verilmir.
32. Baxılan cinayət işin mübahisələndirilməyən hallarından müəyyən edilir ki, Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsində istifadədə olan 0,0108 ha torpaq sahəsində yerləşən 1b nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci və 2-ci mərtəbəsində yerləşən 157.7 kv.m ümumi, 80.6 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 2 nömrəli mənzil ölmüş təqsirləndirilən şəxs Məh kum2 mülkiyyətində olan yeganə daşınmaz əmlakdır və həmin mənzildə onun ailə üzvləri yaşamaqdadırlar. Məhkəmə qərarlarının icrasına dair istinad edilən qanunvericilik normalarının müddəaları isə icra tələbinin bu kateqoriyadan olan mənzilə yönəlməsinin yolverilməz olduğunu müəyyən etdiyindən, həmin mənzilə münasibətdə xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi məhkəmə qərarı ilə təmin edilsə belə, onun gələcəkdə icrası mümkünsüz olacaqdır.
33. Göründüyü kimi, kassasiya protestinin müəllifi məhkəmələrin ölmüş təqsirləndirilən şəxs Məhkum2 məxsus olmuş mənzilə münasibətdə xüsusi müsadirəni tətbiq etməyib bunu yanlış qanunvericilik normaları ilə əsaslandırmalarına dair irəli sürdüyü arqumentində formal baxımdan haqlı olsa da, nəticə etibarilə apellyasiya instansiyası məhkəməs inin müvafiq hissədə gəldiyi qərar düzgün olmuşdur. Azərbaycan Respublikası CPM-nin 399.3cü maddəsi ilə müəyyən edilmiş ümumi prinsipə görə isə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan məhkəmə qərarının yalnız Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilməsi yolverilməzdir.
34. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu filialının nümayəndəsi Nümayəndə3 kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-294/202 3 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-294/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.