Məhkəmə qərarları › İş №1(102)-1951/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1951/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1951/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyun 2024-cü il tarixli, 1(103)-1048/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 2001-ci ildə Salyan rayonunun Seyid Sadıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Salyan rayonu, Seyid Sadıqlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsi, N.Əliyev küçəsi nömrəsiz evdə yaşamış, hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 29 dekabr 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt yolu döngə 2 ünvanında yerləşən «Darvaza Hotel»-də aşkar surətdə 14 yaşına çatmamış - xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs döyəcəyi ilə hədələyib əllərini sıxaraq zor tətbiq etməklə Hotelin 9 nömrəli otağında Zərərçəkmiş şəxs çarpayıya uzadaraq şalvarını və alt paltarını aşağı çəkərək öz cinsiyyət orqanını onun cinsiyyət orqanına və anal dəliyinə sürtərək cinsi ehtirasını təmin edib yenidən bir müddət sonra təkrarən zərərçəkmiş Zərərçəkmiş şəxs zor tətbiq edəcəyi ilə hədələyib həmin otaqda öz cinsiyyət orqanını onun cinsiyyət orqanına və anal dəliyinə sürtərək Zərərçəkmiş şəxs əli ilə onun cinsiyyət orqanına toxunmasını tələb edib öz cinsi ehtirasını təmin edərək yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X5 və X2 qızından ibarət məhkəmə tərkibində) 30 yanvar 2024-cü il tarixli, 1(101)-351/2024 nömrəli hökmü ilə Məhkum CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin “15” yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması hökm edilmiş, hö kmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Məhkəmənin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Məhkum əməlində CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri sübuta yetirilmədiyindən həmin maddə ilə cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilənin əməlinin CM-in 152.2-ci maddəsinə tövsif edilməklə maddənin sanksiyası daxilində ədalətli cəzanın təyin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X4 və X6 ibarət məhkəmə tərkibində) 3 iyun 2024-cü il tarixli, 1(103)1048/2024 nömrəli qərarı ilə məhkum edilmiş Məhkum oğlunun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 1(101)-351/2024 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Hazırda, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyun 2024-cü il tarixli, 1(103)-1048/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya müraciətinin məzmunu ilə eynilik təşkil etməklə, cinayət işinin faktiki hallarına, məhkumun, şahidlərin ifadələrinə və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd edilmişdir ki, Məhkum həm istintaqda, həm də məhkəmə araşdırmaları zamanı vermiş olduğu ifaələrində özünü qismən, yəni CM-in 152.2-ci maddəsi ilə (zor tətbiq etmədən, 12 yaşı tamam olmuş, lakin 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmа və ya seksual xarakterli sair hərəkətlər etmə) təqsirli bilmişdir, göründüyü kimi məhkəmələr hökm və qərarlarını əsaslandıra bilmək üçün əsassız olaraq məhkumun ifadəsini yalnış istiqamətdə yozmaqla qanunsuz qərarlar çıxarmışlar.

8. Müdafiəçi müraciətinin dəlilləri qismində qeyd etdiyi halların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara səbəb olmasını qeyd edərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin 3 iyun 2024-cü il tarixli, 1(103)1048/2024 saylı qərarının ləğv edilməsini, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri sübuta yetirilmədiyindən həmin maddə ilə cinayət işinin icraatına xitam verilməklə məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsinə tövsif edilməklə maddənin sanksiyası daxilində ədalətli cəzanın təyin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya protesti, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Mü dafiəçi2, tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiy ada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin hüquqi tövsifini mübahisələndirərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.1, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyun 2024-cü il tarixli, 1(103)-1048/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Məhkəmə kollegiyası Məhkum CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilindiyi əməlinin hüquqi tövsifinin mübahis ələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

21. Belə ki, Məhkum əməlinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.

22. Kollegiya qeyd edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, müdafiəçi tərəfindən məhkumun qeyd edilən cinayət əməlini zor tətbiq etməklə törətməsi ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.

23. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

24. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.

25. Məhkum müdafiəçisi kassasiya şikayətinin dəlilləri qismində məhkumun əməlinin tövsif edilərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etsə də, aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmadığı iddia edilən konkret hər hansı bir hal irəli sürülməmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməs i və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 150.3.3-cü maddəsi ilə törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

28. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən müdafiəçinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 iyun 2024-cü il tarixli, 1(103)-1048/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respubli kası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 iyun 2024-cü il tarixli, 1(103)-1048/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar