Məhkəmə qərarları › İş №1(102)-1952/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1952/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1952/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-726/2021 saylı, 21 may 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Zeynal Ağayev, hakimlər Azad Məcidov və Səbuhi Hüseynov) xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqda n məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum olunmuş Məhkum və müdafiəçisi Əliyarov Eldar Məmmədhüseyn oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn) 27 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2022-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılm alıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci m addəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar