Məhkəmə qərarları › İş №1(102)-1952/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1952/2025

14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1952/2025 14.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1186/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə bax araq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xxxxx-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 18 iyul 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 17 avqust 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmi ş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə Təqsirləndirilən şəxs və başqaları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan razılaşmaya və başqa şəxsin təlimatına əsasən, sonuncunun qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində onlara pul vədinə əsasən külli miqdarda, yəni 14.100,00 (on dörd kiloqram 100 yüz qram) çəkidə narkotik vasitə - qurudulmuş marixuananı gizlədildiyi yerdən götürüb özlərində saxlamaq və satışını təşkil etmək üçün digər şəxslərə vermək barədə tapşırığına əsasən Təqsirləndirilən şəxs başqa şəxsin naməlum vaxtda və şəraitdə yuxarıda istinad edilən miqdarda qurudulmuş marixuananı gizlədildiyi yerdən götürüb b ir ədəd bükümdə qablaşdırıb üzərində saxlayaraq daşımış, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 18 yanvar 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Məhkum saat 23:10-da Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində saxlanılaraq onların üzərinə baxış keçirilən zaman bir ədəd bükümdə külli miqdarda, yəni 14.100,00 (on dörd kiloqram 100 yüz qram) narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-584/2024 nömrəli, 13 mart 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edi lməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, məhkum olunmuşdur.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Abbaszadə Ziyad İsax oğlu, Təqsirləndirilən şəxs və müdafiəçisi Nəsirov Nicat Abbas oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

8. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Abbaszadə Ziyad İsax oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum iş üzrə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsini şərtləndirən sübut və əsaslar mövcud olmamışdır. Belə ki, Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsində aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını bildirmiş, eləcə də verdiyi ifadələrdə narkotik vasitənin satış məqsədilə əldə etməsi, narkotik vasitəni satması və s. barədə hər hansı bir məlumat verməmişdir. Ona verilmiş suallar əsasında məlum olmuşdur ki, səhhətində olan narahatlıqlarla bağlı döyülməyə, zorakılığa məruz qalmamaq üçün müstəntiq tərəfindən təqdim edilmiş bütün sənədləri tanış olmadan imzalamış və bunun əsasında da ona qarşı əsassız ittiham irəli sürmüşdür. İş materiallarında Məhkum şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasın ın vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hər hansı bir cinayəti törətməsini təsdiq edən sübutlar mövcud deyildir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1186/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-584/2024 nömrəli, 13 mart 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin qərarından məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Nəsirov Nicat Abbas oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)149/2025 nömrəli, 04 fevral 2025-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1186/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin qərarından daha sonra Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

13. Məhkum kassasiya şikayətində müdafiəçisinin apellyasiya şikayətində göstərdikləri ilə eyni dəlillərə əsaslanıb, sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini, cinayətdən xəbərsiz olduğuna görə əməlində cinayət tərkibinin olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi halda barəsində əsassız olaraq itti ham hökmünün çıxarıldığını iddia edib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1186/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi və məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya insta nsiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Məhkum verdiyi kassasiya şikayətində əməlində cinayət tərkibinin olmadığını, eyni zamanda təqsirliliyinin sübuta yetirilmədiyini iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1186/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdi r. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

25. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibi olmadığı, təqsirliliyinin sübuta yetirilmədiyinə dair gətirdiyi dəlillərini əsassız hesab edir.

26. Belə ki, Məhkum iddia edir ki, baxılan iş üzrə məhkum edilmiş digər şəxs olan Təqsirləndirilən şəxs ilə qonşudurlar, o, bəzi hallarda sonuncuya taksi xidməti göstərmiş, tutulduğu 18 yanvar 2023-cü il tarixdə də Təqsirləndirilən şəxs göstərdiyi ünvana 15 manat xidmət haqqı müqabilində aparıb və zibil yeşiklərinin yanında düşürdüb gəlməsini gözləmişdir. Yolda Təqsirləndirilən şəxsla aralarında narkotik vasitənin satışına dair söhbət olmamış, Ceyhunun qanunsuz fəaliyyət göstərməsi haqda ümumiyyətlə heç nə eşitməmişdir. Taksi sürücüsü olaraq Təqsirl əndirilən şəxs müvafiq xidmət göstərdiyindən, narkotiklərin ona aidiyyəti yoxdur.

27. Cinayət işinin materiallarından görünür ki, Məhkum aşağı instansiya məhkəmələrində araşdırma zamanı oxşar ifadələr vermiş, onun dəlillərini araşdıran birinci instansiya məhkəməsi ibtidai istintaq dövründə toplanmış sübutları yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında tədqiq edib belə nəticəyə gəlmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilməsə də, onun həmin cinayəti törətməkdə təqsiri məhkəməyədək icraat dövründə verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarış və baxı ş protokolu, digər istintaq və məhkəmə hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübut, bank əməliyyatları haqda çıxarış, digər məhkum edilmiş şəxslə aralarında apardıqları yazışmaların mətnləri, maddi sübut və cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

28. O cümlədən, cinayət işinin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 24 iyun 2023-cü il tarixli, 00155-2023 nömrəli məktubla daxil olan məlumatlara baxış protokolundan görünür ki, Məhkum istifadəsində olan 4098 *** *** 0586 nömrəli kart 01 sentyabr 2022-ci il tarixində onun adına açılmış, həmin tarixdən 19 yanvar 2023-cü il tarixədək olan müddət ərzində M10 pul köçürmə terminalı vasitəsi 1-25 manat məbləğində bir neçə əməliyyatlardan başqa, 17 yanvar 2023-cü il tarixdə saat 17.21-də 1.000 manat, 17 yanvar 2023-cü il tarixdə saat 18:07-də 1.299 manat və 17 yanvar 2023-cü il tarixdə saat 20:26-da 1.400 manat olmaqla, qeyd olunan tarixdə ümumilikdə 3.699 manat pul vəsaitinin mədaxil edilmişdir.

29. Eləcə də, cinayət işinin materiallarına olan hazırki iş üzrə məhkum edilmiş digər şəxs - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aparatına baxış protokolundan görünür ki, o, mobil telefonunda olan “Whatsapp” ani mesajlaşma tətbiqində “Emi_” adı ilə qeydə alınmış İran İslam Respublikasına aid +**********75 nömrəli abunəçiyə 17 yanvar 2023-cü il tarixdə, saat 17:16-da səsli ismarıc göndərərək “Əmi başına dönərəm buna bir manat vur naxadı deyim sən, o biri deyir kart evdədi, nəbilim nədir, o günküdə, buna bir dənə bir manat vur ” demiş, həmin gün saat 17:18-də eyni şəxsə “Əmi gəlib o bir manat, yəni bu kartda işləkdi, o biri də, ürəyin necə istəyir elə də elə” deyə səsli ismarıc göndərmiş, həmin gün saat 17:23-də eyni şəxsə “Əmi min manatdı da bu hə? Nə edim gedim çıxardım bunu?” deyə səsli ismarıc göndərmişdir. “Emi_” adı ilə qeydə alınmış İran İslam Respublikasına aid +**********75 nömrəli abunəçi 17 yanvar 2023-cü il tarixdə, saat 17:33-də məhkum Təqsirləndirilən şəxs “200 kola biridi” və “300 kola biridi” məzmunlu ismarıclar göndərmişdir. Cavabında məhkum Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə, saat 18:03-də elektron tərəzi üzərinə qoyulmuş, üzərində “200K” yazısı olan sellofan büküm şəkilini göndərmiş, əlaqədə olduğu abunəçi isə saat 18:03-də “Hara gəlsin, onu da denən də, hara gəlsin” səsli isma rıcını göndərmişdir. Məhkum Təqsirləndirilən şəxs həmin gün, saat 18:03-də qeyd olunan abunəçiyə “Əmi indi çəkdim atdım ki, sənə sonra söz-söhbət olmasın” və “Əmi elə bil maşın deyir 40 dəqiqəyə gəlib çıxacam, özüm belə gedim başqa buralara ata bilirəm yəni, bir söz denən mənə” məzmunlu səsli ismarıc göndərmişdir. Qeyd olunan abunəçi saat 18:04-də “Yox çıx atginən, çıx at, işin var get sən işə, tez çıxart” deyə səsli ismarıc göndərmişdir. Həmin gün saat, 19:13-də Təqsirləndirilən şəxs xəritə üzərində məkan və bir ədəd fotoşəkil göndərmişdir. Saat 19:19-da isə yenə də qeyd olunan abunəçiyə “Konum olan yerə çatdın marketin qabağında bulaq var, bulağın arxa tərəfində yekə daş var arxasında qara maskanın içərisindədi 200 kola” yazısı olan ismarıc göndərmişdir. Həmin gün saat, 19:48-də Təqsirlə ndirilən şəxs qeyd olunan abunəçiyə” Əmi mənə bayaq səs atmışdın ha, bir dənə ona qulaq as, ad soyad lazımdı, bir dənə öyrən ad soyadı ona denən atsın” məzmunlu səsli ismarıc göndərmişdir. Həmin abunəçi isə saat 19:50-də “Osman Cobanoglu” məzmunlu ismarıc göndərmişdir. Həmin gün, saat 21:50-də Təqsirləndirilən şəxs qeyd olunan abunəçiyə “Əmi elə bilginənki saat indi 12ni keçsin uje dəyişilirdə tarix, elə bilki 1700, 1700 yenə də göndərə bilirəm, başqa da nə cür variant deyirsən elə edək”, “Əmi elə bil 3700 iki dənə 840 göndərmişəm, 2003 manat pul qalıb” məzmunlu səsli ismarıclar göndərmişdir. Daha sonra həmin gün, saat 21:58-də məhkum Təqsirləndirilən şəxs qeyd olunan abunəçiyə “Əmi elə bilki bunan da iki dənə getdi birinci, sonra təzdən biri qayıtdı, təzdən oldu iki min səkkiz yüz nə qədə r kartda” deyə səsli ismarıc göndərmişdir. Saat 22:14-də yenə də “yox əmi təzdən qaytar, imtina yazır” deyə səsli ismarıc göndərmişdir. 18 yanvar 2023-cü il tarixdə, saat 00:10-da qeyd olunan abunəçi Təqsirləndirilən şəxs “Nə oldu pulu atdın karta yoxsa yox” məzmunlu səsli ismarıc göndərmişdir. Saat 02:49-da Təqsirləndirilən şəxs qeyd olunan abunəçiyə “Əmi getdim çıxartdım deməli elə bilki məndə tər-təmiz 1100 manat pul var, min yüz otuz neçə idi otuz neçəni bir iki yerə sürmüşdü o özü üçün götürdü” məzmunlu səsli ismarıc göndərmişdir.

30. Göstərilənlərlə yanaşı məhkum Təqsirləndirilən şəxs mobil telefonunda olan “Whatsapp” ani mesajlaşma tətbiqində “XX” adı ilə qeydə alınmış (055) *** ** ** nömrəli abunəçiyə 17 yanvar 2023-cü il tarixdə, saat 19:49-da “XX elə bil səndən ad soyad istəyəcək göndərməyə indi onu da atıram sənə bir dənə səbrli ol” məzmunlu ismarıc göndərmişdir. Cavabında XX saat 19:50-də “Hə Ceyhun indi başqa yerdəyəm burdan çıxım göndərəcəyəm sənə” və “”Yaxşı qaqa at” deyə səsli ismarıclar göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saat 19:54-də XXyə “elə bil kartdan karta göndərəndə səndən ad soyad istəyəcək, Osman Çobanogludu” məzmunlu səsli ismarıc göndərmişdir. Saat 20:03də aqani “Osman Cobanoğlu hə yaxşı” məzmunlu ismarıc göndərmişdir. Saat 20:04-də Təqsirləndirilən şəxs “XX bu özündə görürsəndə səbirsiz adamdı” deyə səsli ismarıc və “osman Cobanoğlu” kimi mətn yazmışdır. XX saat 20:17-də cavabında "‘Ceyhun 5 dəqiqə səbrli ol göndərirəm” məzmunlu səsli ismarıc göndərmişdir. Saat 20:31-də Təqsirləndirilən şəxs “XX indi elə bil bu dəqiqə də pul vurd u ora bir dənə onu da at da o karta” məzmunlu ismarıc göndərmişdir. Bundan sonra 18 yanvar 2023-cü il tarixdə, saat 00:18-də Təqsirləndirilən şəxs “XX qaqaş neynirsən, bir dənə keçdə başqa bir dənə də kart atıb ataq onlara, gəl görək” məzmunlu səsli ismarıc göndərmişdir. Həmin gün, saat 16:34-də XX “ceyhun qapıdayam” və “Qapıda gözləyirəm səni çıx” deyə səsli ismarıclar, daha sonra isə saat 22:28-də məhkum Təqsirləndirilən şəxs XX adlı abunəçiyə xəritə üzərində məkanın foto şəkilini göndərmişdir.

31. Cinayət işinin yuxarıda sadalan faktları ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi müvafiq qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası CM-nin 234.4cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Azərbaycan Respublikası CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, Azərbaycan Respublikası CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Azərbaycan Respublikası CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Azərbaycan Respublikası CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcad an əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikası CMnin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əld ə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarı, № 8, § 12, 14 iyun 2024-cü il).

32. İstinad edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir o lan bir qrup şəxs tərəfindən törədilməsi haqda nəticəyə gəlmək üçün aşağıda göstərilən şərtlərin mövcudluğu vacibdir: - cinayətdə iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi; - cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi; - bəzi hallarda iştirakçılar arasında razılaşmaya əsasən hərəkətlərin qrup üzvlərindən birinin həyata keçirməsi; - qrup üzvlərinin maddələrin satışından mənfəət əldə etməsi.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi yanaşmasını baxılan cinayət işinin yuxarıda təsviri verilən hallarına tətbiq etdikdə müəyyən olunur ki, cinayəti birgə törətdiklərindən bir gün əvvəl, yəni 17 yanvar 2023-cü il tarixdə cinayətkar qrupun digər üzvü - məhkum Təqsirləndirilən şəxs istifa dəsində olan mobil telefonundan “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə “Emi_” adı ilə qeydə alınmış İran İslam Respublikasına aid +**********75 nömrəli abunəçi və Məhkum ilə eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid yazışma aparmış, satışdan əldə edilən maliyyə vasitələri üzrə bank əməliyyatlarını Məhkumlə birlikdə həyata keçirmiş, sonuncuya məxsus bank kartına bir neçə köçürmələr etməklə həm pulların nağdlaşdırılmasını, həm də mənfəət bölgüsünü icra etmişdir.

34. Qeyd edilənlər isə bir daha birinci instansiya məhkəməsinin Məhkum məhz Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olmasına dair qənaətinin qanuna uyğun və işin hallarına əsaslanan olduğunu təsdiq edir.

35. Öz növbəs ində birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdi r.

36. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

37. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks e dən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM- nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

38. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

39. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasi ya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1186/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1186/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar