Məhkəmə qərarları › İş №1(102)-1953/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1953/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1953/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, X3 müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Layıc Aqil Tacir oğlunun iştirakı ilə xx xxxx xxxx-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 148-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 1 iyun 2023-cü il tarixli hökmündən məhkumun müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Layıc Aqil Tacir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü ilə (hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu) X16 - Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə 6 ay müddətə, CM-in 148-ci maddəsi ilə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar tam toplanılmaqla, onun üzərində qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökmdən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.H.Əhmədov və H.Ç.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.S.Qılıcov (sədrlik edən), İ.Ə.Rəcəbov və V.C.Cəfərov) Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarından məhkumun müdafiə çisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarı qismən ləğv edilmiş və cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yenidən məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və F.İ.Əyyubov) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü ləğv edilmişdir. X14 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə bəraət verilmiş, X16 Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona həmin maddə ilə 6 (altı) ay müddətə azadlıq dan məhrum etmə cəzası təyin edilmiş, məhkum X14 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təyin olunmuş cəzanı çəkilib bitməsi nəzərə alınmaqla, o, həbsdən azad edilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə, X5 nümayiş olunan resurslarda ('‘youtube”da, internet xəbər portallarında və ‘‘facebook” sosial şəbəkəsində) xüsusi ittihamçılar barəsində böhtan xarakterli, qərəzli, videogörüntülərlə çıxış, müraciətlər etmiş, şərəf və ləyaqətlərini nalayiq formada alçaltmışdır. Belə ki, Məhkum 2022-ci ilin may ayında “youtube” sosial şəbəkədə videomüraciət yayımlayaraq Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşən şəxslərə böhtan atmış, təhqirlərə yol vermiş, https: //youtube/ uuq SUM BS 690 https:m.facebook.com/story.php?storyfbid=**********74 609&id=**********71005 linklərdəki videogörüntünün 6-cı dəqiqəsindən başlayıb birdən-birə Qazilərə səslənir: “qazilərə səslənirəm ermənilərin üstünə qorxmadan getdiyinizi iddia edirsiniz!? hanı?.sizi adam yerinə qoymurlar.. biri ağzınıtikir, biri benzin tökür üstünə yandırır. diktə ilə ortaya gələn cəsarət cəsarət ola bilməz. bunun bir adı var mütilik..müti! qurtardı. Cəsarət o vaxt cəsarətdir, zalım padşah istəmədikdə sən cəsarət göstərəsən” “bu gün bura yığışanların hər biri cəsarət nümunəsi..çünki haqqı müdafiə edirlər sən hardasan? Sən yoxsan!..sonra sənə qəribə gəlir-niyə mənə doşan, niyə mənə çaqqal deyə münasibət bəsləyirlər..” kimi məlumatlar yayıbdır. Barəsində şikayət verilən Məhkum qəsdən və bilərək barələrində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətlərini ləkələyən, nüfuzdan salan məlumatları kütləvi nümayiş edilən elektron vasitələrdə qorxaq,müti (itaət edən, hər şeyə boyun əyən, qul) adlandıraraq nalayiq formada alçaltmaqla CM-in 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətmişdir. Bu gün dünya 44 günlük Vətən Müharibəsindən, qəhrəmanlığımızdan danışdıqları, əsgərlərimizin necə ürəklə irəli getdikləri, ölümün gözünə dik baxdıqlarını, vuruşduqlarını söylədikləri bir vaxtda, ölkə üzrə bir nəfər belə fərari olmadığı halda, Məhkumun onların uğurularına, qəhrəmanlıqlarına kölgə salması, onları qorxaq, qul adlandırması, cəsarətsiz, əmrlə döyüşdüklərini qeyd edib bunun yanlış olmasını önə çəkib qanunazidd hərəkətlər etmişdir. Hesab edirlər ki, barələrində şikayət etdikləri Məhkumun şəxsiyyəti cəmiyyət üçün yüksək təhlükə törətdiyindən barəsində qanunda nəzərdə tutulmuş ciddi tədbir görülməlidir. Artıq barələrində qanunsuz çıxış edən şəxslərdən bezmiş, onların adlarından fikirlər səsləndirən arxaları ilə danışan, narahatçılığa əsas yaradan, böhtan dolu çıxış edən şəxslərə dur deyilməlidir! Əks halda onları hər gün bir nəfər təhqir edəcək, cəmiyyətdə nüfuzdan salacaqdır. Bu tam qəbuledilməzdir. Qeyd edilməlidir ki, ana qanunu olan Konstitusiyada göstərilmişdir ki, Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Bunu deyən o şəxs bilmir? Dövlət himnimizin sözlərinə nəzər salmağı da vacib hesab edirik: Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hər ə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə hər an can qurban! Sənə min bir məhəbbət, Sinəmdə tutmuş məkan! Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə, Cümlə gənclər müştaqdır! Şanlı Vətən! Şanlı Vətən! Azərbaycan! Azərbaycan! Barəsində şikayət etdikləri Məhkumun himnimizin sözlərini öyrənib-öyrənmədiyini, sözlərinin mənasını təhlil edib-etmədiyini bilmirlər. Fakt odur ki, çıxışı ilə yuxarıda sadalanan ümumqəbul olunmuş normaları nəzərə almamış, qanunlarda göstərilən tələbləri pozmuşdur. Konstitusiyanın preambulasında qeyd edilmişdir ki, Azərbaycan xalqın niyyətlərindən biri Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qorumaqdır. Ərazi bütövlüyünü qoruya bilməyən xalq, dövlət isə yaşaya və inkişaf edə bilməz, beynəlxalq hüquqlarına hörmət olunmaz. Onlar uzun müddət Vətən Müharibəsinin başlanması anını gözləmişlər və öz istəkləri ilə silaha sarılmışlar, Vətənə olan borclarını yerinə yetirmişlər. Onlara böhtan atan şəxs(lər) Vətənimiz üçün hansı işlər görüb..? Barəsində şikayət etdikləri Məhkumun hərəkətləri həm də uzun müddət təşəkkül tapan qanunlarımızın, adət ənənələrimizin inkar edilməsidir. Gələcək nəsillərə, igidlərə səhv istiqamət verilməsidir. Hüquq və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmə, xalqın adından danışma və xalqın adından müraciət etmək hüququ yoxdur. Konstitusiyanın 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfind ən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şəxsi ləkələyən məlumatı yaymış şəxs məlumatın doğruluğunu sübut etməzsə, məlumat təkzib edilir və onu yaymış şəxsin məsuliyyəti yaranır. Qanunvericiliyin tələbinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən, şəxsi və ya ailə həyatının sirrini, şəxsi toxunulmazlığını pozan məlumat yayılması ciddi qanun pozuntusudur. Hər kəsin şərəfi dedikdə əxlaqi, mənəvi keyfiyyətinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdə mövqeyini və nüfuzunu dərk etməsi, özünün özünə verdiyi qiymət və nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Kass asiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsi və X12 haqqında CM-in 148-ci maddəsi ilə olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır (AR CPM-nin 399.1.1-ci maddəsi), məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir (AR CPM-nin 399.1.2-ci maddəsi), apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməmişdir, həmçinin təyin edilmiş cəza cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun deyildir (CPM-ni n 399.1.5-ci maddəsi). Müdafiəçinin fikrincə, əgər təhqirin ünvanı ümumidirsə, Azərbaycan Respublikası CM-in 148-ci maddəsi üzrə cinayət məsuliyyəti istisna edilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi A.Layıcın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində X12 əməlində ittiham edildiyi cinayətin tərkibinin olmadığı bildirilir və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi xahiş olunur. Məh kəmə kollegiyası qeyd edir ki, şəxsin şərəf və ləyaqəti onun fundamental dəyəridir. Bu səbəbdən də şərəf və ləyaqət milli və beynəlxalq hüquqla qorunur və şərəf və ləyaqətə qəsd cinayət və ya mülki məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən: “İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.” BMT Baş Məclisinin 217 (İİİ) saylı 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə: “Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müda xilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var.” Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200-cu A (XXİ) nömrəli Qətnaməsi ilə qəbul edilmiş “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 17-ci maddəsində deyilir: “1. Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla və yaxud qeyri-qanuni müdaxilə, onun evinin toxunulmazlığına və məktublaşmalarının gizliliyinə özbaşınalıqla və ya qeyriqanuni qəsd və ya onun ləyaqəti və nüfuzuna qeyri-qanuni qəsd edilə bilməz.

2. Hər bir insan belə müdaxilə və belə qəsdlərdən qanunla qorunmaq hüququna malikdir.” Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyət i yaradır. Azərbaycan Respublikasının CM-in 148-ci maddəsi “Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə sə bəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, xüsusi ittihamçı xx.xx.1996-cı il təvəllüdlü X15 və xx.xx.1986-cı il təvəllüdlü X1 Mühari bəsi iştirakçılarıdır. Onların cəmiyyətdə, döyüş yoldaşları, onları tanıyan şəxslər arasında malik olduğu şərəfi, ləyaqəti və nüfuzu vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 8-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən ş əxs X16 yuxarıda qeyd edilən kütləvi çıxışında və kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında göstərilən məlumatları, ifadələri işlədərək xüsusi ittihamçılar X15 və X7 cəmiyyət qarşısında, o cümlədən döyüş yoldaşlarının və dostlarının, onları tanıyanların əhatəsində şərəf və ləyaqətini ləkələmiş, nüfuzdan salmaqla onların ağır psixoloji sarsıntı keçiməsinə səbəb olmuşdur. Xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsin kütləvi çıxışında səsləndirdiyi söz və ifadələrin təhqir xarakterli olub-olmaması mübahisəli olduğundan məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli, 4/1008 nömrəli “Məhkəmə linqvistik ekspertizası”, “Nitq fəaliyyəti məhsull arının tədqiqi” rəyindən görünür ki:

1. Sosial şəbəkədə paylaşılmış “Qazilərə də səslənirəm: ermənilərin üstünə qorxmadan getdiyinizi iddia edirsiniz!? hanı?...sizi adam yerinə qoymurlar... biri ağzını tikir, biri benzin tökür üstünə yandırır... diktə ilə ortaya gələn cəsarət cəsarət ola bilməz. Bunun bir adı var - mütilik... Müti! Qurtardı. Cəsarət o vaxt cəsarətdir ki, zalım padşah istəməyəndə sən cəsarət göstərəsən..." "...bu gün bura yığışanların hər biri cəsarət nümunəsidir., çünki haqqı müdafiə edirlər... sən hardasan? Sən yoxsan... sonra sənə qəribə gəlir ki, niyə mənə dovşan, niyə mənə çaqqal deyə münasibət bəsləyirlər..." cümlələrini linqvistik baxımdan təhlil etdikdə işlənən ifadələr ümumilikdə qazilərin, qazi hesab olunduğu təqdirdə isə xüsusi ittihamçılar X2, X10 və X6 şəxsiyy ətini, şərəf və ləyaqətini alçaldan söz və fikirlər hesab olunur.

2. Qeyd olunan mətn parçasında qazilərin şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan təhqir xarakterli söz və ifadələr, əsasən, “müti”, “ermənilərin üstünə qorxmadan getdiyinizi iddia edirsiniz!”, “sizi adam yerinə qoymurlar”, “diktə ilə ortaya gələn cəsarət cəsarət ola bilməz” kimi söz, söz birləşməsi və ifadələrdə əks olunmuşdur. Mətndə qazilərlə bağlı neqativ məlumatın mövcudluğunu, məlumatda mənəvi keyfiyyətlərin şübhə altına alındığını, bu fikirlərin təsdiq formasında təqdim edilməsini, eləcə də faktoloji səciyyə daşıyan bu məlumatların kütləvi şəkildə yayıldığını nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, linqvistik baxımdan yanaşdıqda təqdim olunmuş mətndə qazilərlə bağlı onların şərəf və ləyaqətini alçaltmağa xidmət edən məlumatlar mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, X16 xüsusi ittihamçılar barəsində səsləndirdiyi söz və ifadələr birbaşa təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxslərin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək xarakteri daşımışdır. Təqsirləndirilən şəxs X16 həmin söz və ifadələrlə onların aid olduğu şəxslərin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərini alçaltmış, onların cəmiyyətdə tutduqları mövqelərini ləkələmişdir. “Qavazov Bolqarıstana qarşı iş üzrə” xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş materiall arını tam, hərtərəfli və obyektiv araşdırıb haqlı olaraq X12 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmiş və törətmiş olduğu cinayət əməlini düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası hesab edir ki, X14 məhkəmələr cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ai ləsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız sayır və buna görə də hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli hökmü isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X16 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli hökmü məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar