Məhkəmə qərarları › İş №1(102)-1954/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1954/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1954/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X9, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CMnin) 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 25 may 2023-cü il tarixli, 1(103)-60/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1981-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, «İsabet» tədris mərkəzinin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X13 nəqliyyat vasitəsini idarə etmək hüququ verən «B» dərəcəli sürücülük vəsiqəsi ilə mülkiyyətində olmaqla, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz C 220» markalı, «AZ ** BF ***» dövlət qeydiyyat nişanlı avtomobil i 25 noyabr 2019-cu il tarixdə, saat 17:43 radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ilə saatda 3040 km sürətlə idarə edərkən həmin küçədə, 313 ünvanda avtomobilindən sürətinə müvafiq olaraq (81.8-90.2) və ya (109.6-120.7) metr aralı məsafədə hərəkət hissəsinə keçmək üçün piyadanın daxil olduğu andan hərəkəti üçün təhlükə yaransa da, həmin məsafələrin avtomobilin dayanma yolundan-17.3-26.2 metrdən çox olduğu üçün sürücü Məhkum «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, yəni hərəkət üçün təhlükə yarandığı andan avtomobilin surətini tam dayanma həddinə qədər azlatmaq üçün tədbirləri görməklə yol- nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olsa da, həmin yol-hərəkəti qaydalarını pozub avtomobilin sürətini azaltmadan hərəkətini davam etdirməsi ehtiyatsızlıqdan avtomobilin güzgüsü ilə piyada X6 vurmasına onun huşun komatoz tipli pozulması ilə müşayiət olunan baş beyin maddəsinin ağır dərəcəli əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, baş beyinin sağ təpə-gicgah paylarında hemorragik kontuziya, sağ beyin yarımkürəsi üzərində kəskin subdural hematoma, baş beyinin sağdan-sola yerini dəyişməsi, sağ gicgah sümüyünün xətti sınığı, sağ ənsə nahiyəsinin əzilmiş cırılmış yarası kimi dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almasına və 05 fevral 2020-ci il tarixdə, saat 21:30 radələrində xəstəxanada ölməsinə səbəb olmuşdur.

3. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(008)-28/2021 nömrəli hökmü ilə (sədrli k edən hakim M.S.Zeynalov) Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən 02 (iki) il, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, barəsində 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təqsirləndirilən şəxs Məhkum cəzasının məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, mülki iddiaçılar X14 və X2 mülki cavabdeh Məhkum qarşı dəymiş ziyanın ödənilməsi barədə mülki iddianın baxılmamış saxlanılması hökm edilmişdir.

4. Hökmdən narazı qalan məhkum edilmiş şəxs in müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkib əlaməti olmadığından ona həmin maddə üzrə bəraət verilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 1(103)-1807/2021 nömrəli qərarı ilə (hakimlər X15 (sədrlik edən və məruzəçi), X11 və X4 ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılması qərara alınmışdır.

6. Qərardan Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əla və verilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 1(102)-1003/2022 nömrəli qərarı ilə (hakimlər X19 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə) Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin edilməsi, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-ci il tarixli, 1(103)60/2023 nömrəli qərarı ilə (hakimlər X16 (sədrlik edən və məruzəçi), X18 və X8 ibarət tərkibdə) məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin ed ilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-28/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-ci il tarixli, 1(103)60/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar və proses iştirakçılarının çıxışları:

10. Kassasiya şikayətinin müəllifi şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan işin faktiki hallarına istinadlar edərək qeyd etmişdir ki, onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkib əlamətləri olmadığından ona həmin maddə üzrə bəraət verilməlidir. Məhkəmə is tintaqı zamanı, tərəflərin vəsatəti əsasında hadisəni özündə əks etdirən diskə geniş monitorda baxdıqdan sonra müəyyən edilmişdir ki, istintaq orqanı tərəfindən verilmiş və yol-nəqiliyyat hadisəsi ekspertizası tərəfindən tərtib edilmiş rəydə əks olunan mexanizm, parametrlər və digər məlumatların mənbəyi məlum deyil, göstərlən hallar video görüntüdə əks olunmamış, həmin məlumatların alınma mənbəyi barədə cinayət işinin materiallarında hər hansı bir sübut mövcud deyildir. Bundan əlavə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş istintaqçının özü də etiraf etmişdir ki, o, ekspertiza təyin edilməsi üçün lazım olan parametrləri, ilkin məlumatları yalnız videogörüntüdən götürmüşdür. Videotexniki ekspertiza rəyi ilə isə müəyyən edilmişdir ki, həmin parametrlərin müəyyən edilməsi videogörü ntü üzrə qeyri-mümkündür. Qeyd edir ki, hadisə mexanizminin mənbəyi olan məlumatların haradan götürülməsinin hələ də müəyyən edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq onun barəsində ittiham hökmü çıxarmış, apellyasiya instansiya məhkəmələri isə həmin hökmü qüvvədə saxlamışdır.

11. Bununla da, Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.3 və 416.1.6-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-ci il tarixli, 1(103)-60/2023 nömrəli qərarının ləğv edilməsini və əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməs i haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

12. Verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, kollegiyadan şikayətinin təmin edilməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şiikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etdi. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müə yyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələ r tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarılmasına, həmçinin həmin hökmdən müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti ə sasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun təqsirsizliyini təsdiq edən halların nəzərə alınmadığını, nəticədə haqsız olaraq barəsində ittiham hökmünün çıxarılmasına məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.3 və 416.1.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

20. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu mad dəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi qəbul edib və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-ci il tarixli, 1(103)-60/2023 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

21. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar R espublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

22. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 393 31/09, § 45, 2 aprel 2020-ci il).

23. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə birinci instansiya məhkəməsinin qərarından müvafiq olaraq apellyasiya şikayəti nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq əsaslandırma verilməklə cavablandırılmışdır.

24. Həmçinin, Məhkum tərəfindən kassasiya şikayətinin dəlilləri qismində göstərilən məsələlər bundan öncəki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, həmin dəlillər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 1(102)-1003/2022 nömrəli qərarında tədqiq edilərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi ilə nə ticələnmişdir. Bunun nəticəsində də, apellyasiya icraatı zamanı təkrar araşdırma aparılaraq yeni qərar qəbul edilmişdir.

25. Kassasiya şikayətinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.

26. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr iş materiallarının obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətində qaldırılan məsələlərlə bağlı qənaətini şübhə altına a lmaq üçün əsas görmür.

27. Kassasiya məhkəməsi qeyd edir ki, cinayət işi üzrə Məhkum idarə etdiyi avtomobil üzrə sürücü üçün təhlükənin yaranma anı ibtidai istintaq orqanı tərəfindən müəyyənləşdirilərkən yanlışlığa yol verilməmişdir.

28. Belə ki, işin hallarından, hadisə yerinin baxış protokolundan, iş üzrə digər sübutlardan görünür ki, zərərşəkmiş sürücü üçün yolun sağ tərəfindən hərəkətə başlamış, yolun ortasına çatdıqda dayanmış və qarşıdan gələn avtomobilin təsirindən bir addım arxaya çəkilərkən məhkumun idarə etdiyi avtomobil tərəfindən vururlmuşdur.

29. Məhkum üçün zərərçəkmişin ortada dayanması təhlükənin sovuşması kimi qəbul edilə bilməz. Çünki, yolun ortasında dayanmış piyadanın hərəkətləri proqnozlaşdıran olmamışdır. O istər yolun sağı ilə, istərsə də qarşı tərəfdən gələn avtomob il sürücüsü üçün hərəkətləri proqnozlaşdırılmayan piyada olmuşdur.

30. Başqa sözlə, zərərçəkmiş şəxs yolun sağı ilə səkidən hərəkətə başlayan və yolun ortasında dayanan ana qədər Məhkum avtomobili ilə hərəkətini davam etdirməyə münasibətdə təklükə mənbəyi olmuşdur.

30. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

31. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların o lmadığını göstərir.

32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli, 1(103)-60/2023 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

33. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli, 1(103)-60/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kass

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar