Məhkəmə qərarları › İş №1(102)-1955/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1955/2025

10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1955/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, 1 may 1994-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Goranboy ray onu, Zeyvə kənd inzibati ərazi dairəsi, Zeyvə kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində kirayə evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2-ci maddəsi məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-2619/2024 nömrəli 18 dekabr 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1174/2024 nömrəli 7 oktyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər K.N.Muxtarov (sədrlik edən və məruzəçi), E.A.Nuriyev və A.H.Tağıyevdən ibarət məhkəmə tərkibində) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 (a ltı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 8 avqust 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-2619/2024 nömrəli 18 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər F.Ə.Qəniyev (sədrlik edən və məruzəçi), İ.A.İbrahimli və Ə.Q.Ələkbərovdan ibarət məhkəmə tərkibində) аpellyаsiyа şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1174/2024 nömrəli 7 oktyabr 2024cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq la oğurluq etmişdir. Belə ki, o, özgənin külli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə fəhlə qismində işlədiyi X1 məxsus ünvan 1 ünvanda yerləşən “NASHA EVENTS” dekor şirkətinin obyektindən 10 dekabr 2022-ci il tarixdən 4 avqust 2023-cü il tarixədək olan müddət ərzində, ona Nəzrin Abdullayeva tərəfindən etibar olunmuş həmin obyektə məxsus açarla qapısını açaraq oradan Nəzrin Abdullayevanm əri Zərərçəkmiş şəxs məxsus dəyəri 1300 manat olan bir ədəd AXUS firmasına aid idman qaçış aparatı, dəyəri 500 manat olan bir ədəd masa üstü kompyuteri, dəyəri 890 manat olan bir ədəd sarı rəngli kreslonu, dəyəri 750 manat olan bir ədəd qırmızı rəngli kreslonu, dəyəri 1300 manat olan bir ədəd narıncı rəngli dekor üçün nəzərdə tutulmuş kreslonu, bir ədədi 45 manat dəyərində 50 ədəd ümumi dəyəri 2 250 manat olan qızılı supra boşqabı, bir ədədi 45 manat dəyərində 50 ədəd ümumi dəyəri 2250 manat olan ağ rəngli boşqabı, bir ədədi 35 manat dəyərində 50 ədəd ümumi dəyəri 1750 manat olan ağ, qırağı gümüş olan balaca boşqabı, bir ədədi 45 manat dəyərində 52 ədəd ümumi dəyəri 2340 manat olan böyük şüşə bakalı, bir ədədi 35 manat dəyərində 52 ədəd ümumi dəyəri 1820 manat olan şüşə su bakalı, iki ədəd hər birinin dəyəri 2500 manat olan ümumi dəyəri 5000 manat olan şüşə güldanı, dörd ədəd hər birinin dəyəri 475 manat olan ümumi dəyəri 1900 manat olan şamdan qabları, dəyəri 3500 manat olan 3 dənəli jurnalini tumbanı, bir ədəd 150 manat dəyərində qızdırıcı, bir ədəd 250 manat dəyərində elektrik sobasını, bir ədəd 475 manat dəyərində mikrodalğalı sobanı, bir ədəd ağ rəngli 150 manat dəyərində böy ük heykəli, bir ədəd ağ rəngli 100 manat dəyərində orta boylu heykəli, bir ədəd ağ rəngli 100 manat dəyərində balaca heykəli, bir ədəd qızılı rəngli 500 manat dəyərində tirmonu, hər birinin qiyməti 55 manat olan ümumi dəyəri 2200 manat olan 40 ədəd qızılı stulları, bir ədəd dəyəri 1500 manat olan 3 təkərli velosipedi, bir ədədi 35 manat olan 72 ədəd ümumi dəyəri 2520 manat olan qırağı qırmızı su bakalını, bir ədədi 33 manat olan 72 ədəd ümumi dəyəri 2376 manat olan qırağı qırmızı balaca su bakalını, bir ədədi 35 manat olan 72 ədəd ümumi dəyəri 2520 manat olan orta qırağı qırmızı boşqabı, bir ədədi 30 manat olan 72 ədəd ümumi dəyəri 2160 manat olan qırağı qırmızı balaca boşqabı, bir ədədi 40 manat olan 72 ədəd ümumi dəyəri 2880 manat olan qırağı qırmızı böyük ölçülü boşqabı, bir ədədi 20 ma nat olan 24 ədəd ümumi dəyəri 480 manat olan narıncı rəngli böyük boşqabı, bir ədədi 35 manat olan 50 ədəd ümumi dəyəri 1750 manat olan narıncı rəngli uzun bakalı, bir ədədi 33 manat olan 50 ədəd ümumi dəyəri 1650 manat olan kiçik ölçülü narıncı su bakalını, bir ədədi 40 manat olan 50 ədəd ümumi dəyəri 2000 manat olan göy rəngli boşqabı, bir ədədi 35 manat olan 50 ədəd ümumi dəyəri 1750 manat olan balaca göy rəngli boşqabı, bir ədədi 135 manat olan 100 ədəd ümumi dəyəri 13.500 manat olan ağ rəngli stulları, bir ədədi 135 manat olan 60 ədəd ümumi dəyəri 8100 manat olan bənövşəyi rəngli stulları, bir ədədi 75 manat olan 40 ədəd ümumi dəyəri 3000 manat olan rəngli stulları, dəyəri 4000 manat olan LG markalı televizoru, dəyəri 1800 manat olan bir ədəd “Samsung” markalı soyuducunu, dəyəri 1400 manat olan bir ədəd “Samsung” markalı paltaryuyan aparat, dəyəri 500 manat olan stol dəstini, dəyəri 80 manat olan bir ədəd tefal su qızdırıcısını, bir ədədi 875 manat olan 4 ədəd ümumi dəyəri 3500 manat olan balaca heykəli, dəyəri 750 manat olan bir ədəd şamqabını, dəyəri 1200 manat olan bir ədəd xəmir yoğuranı, cəmi dəyəri 12.900 manat olan eyni cür 2 ədəd konveksion sobanı, dəyəri 3000 manat olan bir ədəd pizza hazırlamaq üçün soyuducunu, dəyəri 1425 manat olan bir ədəd divar tipli fıltrli hava çətiri, dəyəri 2420 manat olan 01 ədəd 4 gözlü qazlı ocağını, dəyəri 1355 manat olan bir ədəd 2 gözlü elektrikli ocağını, dəyəri 1850 manat olan bir ədəd elektrikli grill plate alt dolablı, dəyəri 1850 manat olan bir ədəd elektrikli fritozu, dəyəri 2250 manat olan bir ədəd iki qapılı masa tipli soyuducunu, dəyəri 2605 manat olan bir ədəd 3 qapılı masa tipli soyuducunu, cəmi dəyəri 615 manat olan eyni cür 3 ədəd trapı, dəyəri 2250 manat olan bir ədəd bir qapılı dik tipli soyuducunu, dəyəri 515 manat olan bir ədəd stellajı, dəyəri 495 manat olan bir ədəd stellajı, dəyəri 2700 manat olan bir ədəd dördgözlü qaz ocağını, cəmi dəyəri 1050 manat olan eyni cür iki ədəd stellajı, dəyəri 1520 manat olan bir ədəd dik tipli soyuducunu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 127.691 manat məbləğində, külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-2619/2024 nömrəli 18 dekabr 2024-cü il tar ixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbi qinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib- edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkuma daha yüngül cəza təyin olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 177.1-ci m addəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 177.3-cü maddəsində görə: “Bu Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşd ıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddələrində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iş tirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tər əfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq ba xımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Məhkum ikinci q rup əlil olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halları olmamasını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyininə dair mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərində n qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hes ab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-2619/2024 nömrəli 18 dekabr 2024cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)2619/2024 nömrəli 18 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar