Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1956/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində iki nəfər azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Hindarx qəsəbəsind ə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2023-cü hökmü ilə (hakim R.M.Nuriyev) Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 68.1-1-ci maddəsinə əsasən, ona Ağcabədi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadl ığın məhdudlaşdırılması cəzası 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-in 66.5-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılaraq onun üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin 13 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), K.S.Bəşirov və İ.Q.Abdullayev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2023-cü hökmü dəyişdirilmə dən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum 2022-ci ilin iyul ayında saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq həmin evin birinci mərtəbəsində yerləşən otaqdan Rusiya Federasiyasında istehsal olunmuş sedan modelli, minik tipli, “VAZ” markalı avtomobillərə məxsus, bir ədədi 18 manat olan 360 manat dəyərində 20 ədəd oynaqlını (şaravoyu), bir ədədi 95 manat olan 285 manat dəyərində 3 ədəd dartqını (tiyaqanı), bir ədədi 70 manat olan 1050 manat dəyərində 15 ədəd valın boynunu (şestırnanı), ümumi dəyəri 1695 manat məbləğində, iki gün keçdikdən sonra, yəni 2022-ci ilin iyul ayında saat 01 radələrində vahid niyyətlə cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs məxsus Ağcabədi rayonun un Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq həmin evin birinci mərtəbəsində yerləşən otaqdan Rusiya Federasiyasında istehsal olunmuş sedan modelli, minik tipli, “VAZ” markalı avtomobillərə məxsus, bir ədədi 18 manat olan 180 manat dəyərində 10 ədəd oynaqlını (şaravoyu), bir ədədi 95 manat olan 190 manat dəyərində 2 ədəd dartqını (tiyaqanı), bir ədədi 70 manat olan 350 manat dəyərində 5 ədəd valın boynunu (şestırnanı), bir ədədi 50 manat olan 1500 manat dəyərində 30 ədəd qabıq qovşağını (stupisa paçemniki), bir ədədi 120 manat olan 240 manat dəyərində 2 ədəd avtomobil generatorunu (dinamonu), bir ədədi 17 manat olan 34 dəyərində 2 ədəd alışma sarğısını (babini), bir ədədi 80 manat olan 320 manat dəyərində 4 ədəd yarım mili (poluosu), ümumilikdə 2814 manat məblə ğində, səhəri gün, yəni 2022-ci ilin iyul ayında saat 01 radələrində vahid niyyətlə cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən digər otağına qanunsuz daxil olaraq oradan 6000 manat dəyərində bir ədəd svetofor adlanan, brilyant qaşlı, 10 qram çəkidə sırğa-üzük dəstini, 1000 manat dəyərində bir ədəd 10 qram çəkidə, tor şəkilli qızıl üzüyü, 800 manat dəyərində bir ədəd 7 qram çəkidə, çəhrayı qaşlı, paxlava görünüşlü qızıl üzüyü, 1200 manat dəyərində bir ədəd 10 qram çəkidə, qızıl qolbağını, 1000 manat dəyərində 6 ədəd qızıl dişi, 2000 manat dəyərində bir ədəd qızıl onluğu, bir ədədi 80 manat olan 160 manat dəyərində, yuxarı hissəsində, ölçüləri olan, bir gözlü, 30-40 il əvvəl keçmiş SSRİ-də istehsal olunmuş iki ədəd tərəzini, 500 manat dəyərində 100 metr uzunluğunda, mis materialdan elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 17169 manat ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsinin yenidən baxışına təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, dəfələrlə şifahi müraciətinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxs kimi ona cinayət işinin materialları ilə tanış olmaq imkanı qəsdən verilməmişdir. Məhkəmənin hazırlıq iclası 09 fevral 2023 -cü il tarixə təyin edilmiş, həmin iclasda hakim Rəşad Nuriyevə etiraz etmiş və etirazını hazırkı cinayət işi üzrə ittiham aktı ilə tanış olan zaman işin ibtidai istintaqı zamanı nöqsanlara yol verildiyini müəyyən etdiyindən işin yenidən istintaqa qaytarılması haqqında 24 yanvar 2023-cü il tarixdə məhkəməyə verdiyi vəsatətə münasibət bildirilməməsi ilə əsaslandırmışdır. Belə ki, istintaq tərəfindən təqsirləndirilən şəxs Məhkum ifadəsinə əsasən avtomobil ehtiyat hissələrinin, elektrik naqillərinin və SSRİ istehsalı olan iki ədəd tərəzinin tanımadığı dəmiryığan motosikl sahibinə satması müəyyən olunsa da, müstəntiq tərəfindən həmin şəxs müəyyən olunaraq istintaqa cəlb olunmamışdır. Bundan əlavə, onun müəyyən olunması üçün hər hansı bir əməliyyat-axtarış tədbiri barədə qərar qəbul olunmamış, istintaq hərəkəti aparılmamışdır. Şikayət müəllifi hesab edir ki, Məhkum oğurladığı qızıl-zinət əşyalarını satdığı, bazarda qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan və cinayət işi üzrə şahid qismində istintaqa cəlb edilmiş, Şahid2 əməlində Azərbaycan Respublikası CM-in 194-cü maddəsinin tərkib hissəsi var və o, təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməli olduğu halda, onu cinayət məsuliyyətinə cəlb etməyərək buraxmışlar. 23 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxışı zamanı “Ağcabədi Rayon Məhkəməsinin bütün tərkibinə etiraz etmə” ərizəsini hakimə təqdim etmişdir. Hakim yenə də cinayət-prosessual qanunvericiliyin tələblərini pozaraq, onun haqlı iradına baxmayaraq etirazı əsassız hesab edərək baxılmamış saxlamışdır. Baxmayaraq ki, “Hakimə etira z etmə” ərizəsini kifayət qədər əsaslandırmışdır. Bundan başqa, zərərçəkmiş hesab edir ki, Məhkum əvvəllərdə CM-in 177.2.2. və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq, məhkəmələr ona cəza təyin edərkən onun əməlində cinayəti residivinin olmasını nəzərə almayaraq yüngül cəza təyin etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş verilmiş kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində qəbul edilmiş məhkəmə qərarlarının ədalətsiz və qanunsuz olması, habelə məhkuma təyin edilmiş cəzanın yüngül olması mübahisə edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir icti mai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Zərərçəkmiş şəxsin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxl ayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübut etməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum özünün istintaq və birinci instansiya məhkəməsində verdiyi etirəfedici ifadəsi, istintaq zamanı və birinci instansiya məhkəməsində ifadə vermiş Zərərçəkmiş şəxs, şahidlər X2, Şahid2 ifadələri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2022-ci il tarixli, 9/8887 saylı rəyi, “İbtidai istintaqın qurtarması barədə zərərçəkmiş şəxsə məlumat verilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməy ə verilən ittiham daxilində baxılır. Cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum digər şəxslə cinayət əlaqəsinə girməklə deyil, təkbaşına tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evindən zərərçəkən şəxsə məxsus olan əmlakları gizli yolla talayaraq oğurlaması nəticəsinə gəlinmiş və ona CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılm asına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin, apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlini CM-in 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum daha ağır cəza təyin edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1956/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1956/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver