Məhkəmə qərarları › İş №1(102)-1957/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1957/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1957/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə2, Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli hök münə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X28 (sədrlik edən), X8 və X9 ibarət tərkibdə) 8 dekabr 2022-ci il tarixli hökmü ilə 8 avqust 1998-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini tör ətməkdə təqsirli bilinmiş və 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 25 aprel 2022-ci il tarixdən hesablanması, ibtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə xərcinin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi, Şəmkir rayon Polis Şöbəsində saxl anılan "Mercedes Benz E class” markalı, **-OS-***4 dövlət qeydiyyat nişanlı avtomobilin Məhkum yaxın qohumuna, "VAZ-2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhum zərərçəkmiş şəxs X10 yaxın qohumuna və "VAZ2106” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Şahid1 qaytarılması, mülki iddianın qismən təmin edilməsi, törədilmiş cinayət hadisəsi nəticəsinə dəymiş maddi zərərin əvəzi olaraq mülki cavabdeh Məhkum mülki iddiaçı Nümayəndə1 xeyrinə 4554 (dörd min beş əlli yüz dörd) manat, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər X23 və X11 dəymiş maddi zərərin əvəzi olaraq onların qəyyumu Nümayəndə2 xeyrinə 15311 (on beş min üç yüz on bir) manat pul tutulması, ailə başçısını itirməyə görə xx.xx.2014-cü il təvəllüdlü X23 və xx.xx.2019-cu il təvəllüdlü X20 yetkin lik yaşına çatanadək saxlanması üçün hər biri üçün hər ay 193 (yüz doxsan üç) manat olmaqla, ümumilikdə hər ay 386 (üç yüz səksən altı) manat pul mülki cavabdeh Məhkum tutularaq onların qəyyumu Nümayəndə2 ödənilməsi, törədilmiş cinayət hadisəsi nəticəsinə dəymiş mənəvi zərərin əvəzi olaraq mülki cavabdeh Məhkum mülki iddiaçılar Nümayəndə4 oğlunun xeyrinə 1500 (min beş yüz) manat, Nümayəndə2 xeyrinə 1500 (min beş yüz) manat, Nümayəndə3 xeyrinə 1500 (min beş yüz) manat məbləğində pul tutulması, mülki iddianın qalan hissədə təmin edilməməsi, mülki iddiaçılar Nümayəndə4 oğlu, Nümayəndə2, Nümayəndə3 tərəfindən ayrı-ayrılıqda ödənilmiş 50 (əlli) manatın, ümumilikdə 150 (yüz əlli) manat dövlət rüsumunun 75 (yetmiş beş) manatının mülki cavabdeh Məhkum tutulub müvafiq olaraq mülki iddiaçılar Nümayə ndə4 oğlu, Nümayəndə2 və Nümayəndə3 hər birinə 25 (iyirmi beş) manat olmaqla ödənilməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X29 və X6 ibarət tərkibdə) 30 mart 2023-cü il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxs Nümayəndə1, zərərəkmiş şəxslərin hüquqi varisləri Nümayəndə2, Nümayəndə4 oğlu və Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-304/2022 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 16 noyabr 2022-ci il tarixdə saat 12 radələrində xx.xx.2021 -ci il tarixli, BD 145641 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus, texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi "Mercedes-Benz” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy rayonundan Şəmkir rayonu istiqamətində hərəkətdə olarkən Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu, Qasımalılar kəndi ərazisindən keçən hissəsinin 10-cu kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1 -ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən öz hərəkəti ilə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirak çılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, 1.1 xəttini (bütov ağ xətti) kəsib keçmək qadağan olduğu və yaşayış məntəqəsindən kənarda 90 km/saat sürətdən artıq sürətlə hərəkət etməməli olduğu halda qanunun qeyd edilən tələblərinə əməl etməyərək idarə etdiyi "Mercedes-Benz” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili 100 km/saat sürətlə idarə edərək kəsib keçmək qadağan olunan 1.1 xəttini (bütov ağ xətti) kəsib keçərək əks hərəkət istiqamətinə çıxmaqla Gədəbəy rayonu istiqamətində hərəkətdə olan Şahid1 ƏN- İİ № 345398 saylı etibarnamə əsasında idarə etdiyi "VAZ-21063” markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yolun əks hərəkət hissəsində toqquşaraq idarəetməni itirmiş, daha sonra Gədəbəy rayonu istiqamətində hərəkətdə olan X1 0 idarə etdiyi "VAZ-2107” markalı, **-BP*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkət hissəsində toqquşmuş, nəticədə ehtiyatsızlıqdan "VAZ-2107” markalı, ** BP *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilində olan sərnişin X18 burun nahiyəsinin və sağ yanağın əzilmiş yaraları, burun sümüklərinin, kəllə qapağı və kəllə əsası sümüklərinin xətti sınıqları, baş beyinin əzilməsi, döş qəfəsinin qapalı küt travması, sağ Vİ-Vİİ qabırğaların sınıqları, sağtərəfli pnevmatoraks, hər iki bud və sağ baldır sümüklərinin orta üçdə birinin qapalı yerini dəyişmiş sınıqları ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, "VAZ-2107” markalı, ** BP *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilində olan sərnişin Nümayəndə1 alın nahiyəsinin əzi lmiş yarası, hər iki gözətrafı yumşaq toxumaların hematoması, kəllə tağı sümükləri, maksilyar və almacıq sümüklərinin sınığı, baş beyinin hər iki alın və sol təpə paylarının əzilməsi, döş qəfəsinin qapalı küt travması, sağ Vİ, sağ İİ, İİİ, İV, V, Vİ qabırğaların yerini dəyişmiş sınıqları, iki tərəfli hematoraks, İ və İİ fəqərələrinin sınıqları, sol bud sümüyü başının yerini dəyişmiş sınığı ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, "VAZ-2107” markalı, ** BP *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobildə olan sərnişin X1 çənə sümüyünün, sınığı, döş qəfəsinin qapalı küt travması, sol İV-V-VİVİİ-Vİİİ qabırğaların sınıqları xətti sınıqları, sol bazu və sağ bud sümüyünün orta üçdə birinin qapalı yerini dəyişmiş sınıqları ilə müşayiət olun an insan həyatı üçün təhlükəli olan sağlamlığa az ağır zərər vuran xəsarətlər, "VAZ 2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü X19 başın tüklü hissəsində sağ gicgah nahiyəsinin dərialtı hematoması, alt dodağın əzilmiş yarası, sağ gicgah sümüyünün və kəllə əsasının sınığı, döş qəfəsinin qapalı küt travması, döş qəfəsinin sol yan səthinin əzilmiş yarası, sol tərəfli 4-5-6-7-ci qabırğaların sınıqları, sol diz oynağının ön səthinin sınığı və Bayram Gözəlovun ölümünə səbəb olan kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, "VAZ 2107” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində olan sərnişin X12 alın nahiyəsinin çənəaltı nahiyəsinin əzilmiş yaraları, burun sümüyünün və kəllə əsasının sınıqları, döş qəfəsinin və qarının qapalı küt travması, döş qəfəsinin və qarının ön səthinin qançırları, sağ tərəfli 4-56-7-8-ci qabırğaların sınıqları, sağ ağ ciyərin və qara ciyərin əzilmiş-cırılmış yaraları, daxili qanaxma, sol said sümüklərinin orta üçdə birinin, sol bud sümüyünün aşağı üçdə birinin qapalı, yerini dəyişmiş sınıqları, sol budun aşağı üçdə birinin iç səthinin sıyrıq və qançırı, eləcə də Gəncalə Gözəlovanın ölümünə səbəb olan kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər, "VAZ 2107” markalı, 57- BP-911 dövlət nömrə qeydiyyat nişanlı mini k avtomobilində olan sərnişin X13 başın tüklü sol gicgah nahiyəsinin sıyrığı, alın nahiyəsinin dərialtı hematoması, burun əsasının əzilmiş yarası, burun sümüklərinin sınığı, sol gözətrafı yumşaq toxumaların hematoması, sağ baldır sümüklərinin orta üçdə birinin qapalı üçdə birinin yerini dəyişmiş sınıqları, sağ aşıq-baldır oynağının sınıq-çıxığı, sağ baldırın yuxarı üçdə birinin ön səthinin sıyrığı və Aliyə Əliyevanın ölümünə səbəb olan kəllə-beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə, ümumilikdə ehtiyatsızlıqdan iki və daha çox şəxsin, yəni üç şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Kassas iya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, məhkəmənin qəbul etmiş olduğu qərar işin hallarına, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyil və ədalətsizdir. Verilmiş ittihamın mahiyyətindən də aydın görünür ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət hadisəsi ehtiyatsızlıq zəminində törədilmiş əməldir. Məhkəmə istintaqı zamanı Məhkum törətmiş olduğu əməldən səmimi peşiman olmuşdur, zərərçəkmiş şəxslərlə barış əldə etməyə cəhd etmişdir. Əməlindən səmimi peşiman olması, birinci dəfə məhkum olunması, gənc olması, sağlamlıq vəziyyəti, eyni zamanda ittiham olunduğu maddənin sanksiyası imkan verirdi ki, məhkəmə Məhkum barəsində daha yüngül cəza təyin etsin. Göründüyü kimi Məhkum birinci dəfə məhkum olunması, əməlini səmimi etiraf etməsi, əməlindən p eşiman olması, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsi, İİ Qarabağ müharibəsi veteranı olması, döyüşlərdə fərqlənməsinə görə medallarla təlitif olması əsas verirdi ki, məhkəmə onun barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin etsin, Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunmasına dair qərar qəbul etsin. Lakin məhkəmə bunlara əhəmiyyət verməmiş, onun barəsində ağır cəza təyin etməklə, ona qarşı verilmiş mülki iddiaları təmin etməklə əslində təqsirləndirilən şəxsi həddindən artıq çətin maddi duruma salmışdır. Məhkum baş vermiş yol nəqliyyat hadisəsində ciddi xəsarətlər almış, uzun müddət müalicə olunmuş və hazırda da müalicəsi davam etdirilir. Məhkəmə birdəfəlik maddi ziyan yazmaqdan əlavə iki azy aşlı uşağa münasibətdə hər ay 386 (üç yüz səksən altı) manat pulun ödənilməsini də əlavə etməklə, təqsirləndirilən şəxsin maddi durumunu hədsiz dərəcədə pisləşməsinə səbəb olmuşdur. Həmin məbləğlərin ödənilməsi məhkum edilmiş şəxsin maddi imkanları xaricindədir. Hesab edir ki, məhkəmə həm məhkum edilmiş şəxsi uzun müddətə həbs cəzasına məhkum etməklə, həm də yüksək məbləğdə maddi ziyanın ödənilməsini qərara almaqla, əslində təqsirləndirilən şəxsin maddi vəziyyətini nəzərə almamış, ədalətsiz bir qərar qəbul etmişdir. Hökmdən və məhkəmə qərarından da aydın olduğu kimi Məhkum yaşayış yerindən müsbət xasiyyətləndirilir. Atası İ Qarabağ müharibəsi veteranıdır, döyüşlərdə əlil olmuşdur. Qeyd olunan hallar, qanunun normalarının tələbi, Məhkum ittiham olunduğu maddənin sanksiyasında göstərilən cəz alar əsas verirdi ki, məhkəmə onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etsin və ya onun barəsində həbslə əlaqədar olmayan cəza təyin etsin. Lakin məhkəmənin qəbul etdiyi hökmdən aydın deyil ki, məhkəmə nə üçün Məhkum vəziyyətini yüngülləşdirən çoxlu sayda hallar olduğu halda, onu azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırmışdır. Kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kolleiyasının 30 mart 2023-cü il tarixli qərarının məhkum edilmiş şəxs Məhkum münasibətdə dəyişdirilməsinə, onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə, təyin edilmiş cəzanın şərti hesab olunmasına, mülki iddiaların rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kass asiya şikayətinin dəlillərini müzakirə edib, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının kassasiya şikayətinin təmin olunmaması barədə çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan b aşqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində müdafiə tərəfi əməlin hüquqi tövsifini mübahisələndirməmiş, mülki iddianın əsassız təmin edilməsini, həmçinin ona təyin olunmuş cəzanın ağır olmasını iddia edərək mübahisələndirilən qərarın dəyişdirilərək məhkum edilmiş şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və mülki iddiaların rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəl ləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası daxilində təyin edilmiş cəzaya dair aşağıdakıları qeyd edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəz a təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarında n hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiy yətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsi nin güzəştli forması kimi çıxış edir. Birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli sərəncamları ilə Qubadlının, Cəbrayılın, Laçının azad olunmasına və Hərbi xidmətlərə görə medallarla təltif olunmasını, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Füzuli və Xocəvənd rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirak etməsini, hərbi komandalıq tərəfindən döyüşlərdə fəal iştirak etdiyinə görə Fəxri Fərmanlarla təltif olunmasını, Hərbi xidmət dövrü ilə əlaqədar İİİ qrup əliliyinin olmasını, atası X5 İ Qarabağ müharibəsində iştirakla əlaqədar İİ qrup hərbi qulluq əlilliyinin olmasını, təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsi nəticəsində az ağır xəsarətlər almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş, cəzasını ağırlaşdıran halların olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, həmçinin cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını nəzərə alaraq onun Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkəm ə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma azadlıqdan məhrumetmə cəzası təyin edərkən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cinayət işi üzrə Məhkum cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyü h alları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri heç bir hüquqi əsası olmayan dəlillərdir. Mü dafiəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarını mülki iddia hissəsində də mübahisələndirmişdir. Göstərilən məsələyə dair məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1 və 183.2-ci maddələrinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna ma lik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmi ş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1096.1, 1096.2 və 1097.1 -ci maddələri). Mülki Məcəllənin 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sana toriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1120.1.1-ci maddəsinə görə ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərin zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərin əvəzinin ödənilməsi hüququ vardır. Həmin Məcəllənin 1121.3.1 -ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək zərərin əvəzi ödənilir. "Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş mi nimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və a zadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənə vi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan əlavə Ali Məhkəmənin Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X17 Haqqında Konvensiya”nın müddəaları və A vropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi si rlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.... Mülki Məcəllənin 1115-ci maddəsinə əs asən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir.... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sa ir diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Cinayət işinin materiallarına əsasən müəyyən edilir ki, məhkəmələr məhkum edilmiş şəxs Məhkum (mülki cavabdeh) təqsiri nəticəsində zərərçəkmiş şəxslərə, zərərçəkmiş şəxslərin hüquqi varislərinə (mülki iddiaçılara) maddi və mənəvi ziyan vurulması qənaətinə gəlmişlər. Belə ki, Məhkum tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində törədilmiş yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxs Nümayəndə1 müalicə olunması üçün 4554 manat, digər yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxslər X14 və X7 müalicə olunması üçün ümumilikdə 15311 manat məbləğində pul X3 kassasına köçürülmüş, həmçinin Məhkum tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində X24, X21 və X22 ölmüş, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X23 və xx.xx.2019-cu il təvəllüdlü X20 ataları X24 və anaları X15 (ailə başçısını) itirmişlər. Göründüyü kimi mülki cavabdehin cinayət əməli nəticəsində mülki iddiaçılar üçün mənəvi sarsıntı və iztirablara səbəb olan maddi və mənəvi zərər dəymişdir. Buna görə də mülki iddiaçıların mülki cavabdehdən onlara dəymiş maddi və mənəvi zərərin əvəzində pul ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarının 25-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət işlərinə baxılarkən mülki iddia olduqda zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi məsələsini həll etməlidirlər. Bu zaman məhkəmələr cinayət prosessual qanunvericiliyin müddəalarına, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9-cu bölməsinin 59 və 60-cı fəsillərinin tələblərinə riayət etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarınd a mülki iddianın qismən təmin edilməsi ilə bağlı müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək, iddiaçıların mənəvi və fiziki iztirablarının xarakterini və dərəcəsini, eləcə də cavabdehin təqsirini, əmlak vəziyyətini nəzərə alıb verilmiş mülki iddianı qismən təmin edərək törədilmiş cinayət hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq mülki cavabdeh Məhkum mülki iddiaçı Nümayəndə1 xeyrinə 4554 manat, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər X23 və X11 dəymiş maddi zərərin əvəzi olaraq onların qəyyumu Nümayəndə2 xeyrinə 15311 manat pulun tutulmasını, ailə başçısını itirməyə görə xx.xx.2014-cü il təvəllüdlü X23 və xx.xx.2019-cu il təvəllüdlü X20 yetki nlik yaşına çatanadək saxlanması üçün hər birinə hər ay 193 manat olmaqla, ümumilikdə hər ay 386 manat pulun tutularaq onların qəyyumu Nümayəndə2 ödənilməsini, törədilmiş cinayət hadisəsi nəticəsinə dəymiş mənəvi zərərin əvəzi olaraq mülki cavabdeh Məhkum mülki iddiaçılar Nümayəndə4 oğlunun xeyrinə 1500 manat, Nümayəndə2 xeyrinə 1500 manat, Nümayəndə3 xeyrinə 1500 manat məbləğində pulun tutulmasını qərara almaqla mülki iddia ilə bağlı məsələnin həllində düzgün nəticəyə gəlmiş, apelyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Odur ki, məhkəmə kolleqiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayətinin dəlillərində qeyd edilən hallar mülki iddianın təmin edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərək mülki iddianın rədd ed ilməsinə əsas vermir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X17 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X17 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və az adlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum barəsində cəza təyini və iş üzrə mülki iddianın həlli ilə bağlı mövqeyini düzgün hesab edərək, qeyd edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlill ər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar